Microsoft Word bank dersli doc



Yüklə 2,4 Mb.
Pdf görüntüsü
səhifə13/101
tarix31.08.2018
ölçüsü2,4 Mb.
#65849
1   ...   9   10   11   12   13   14   15   16   ...   101

  
 
26
--borcun əsas ödəniş mənbələri borcu ödəmək üçün kifayət etmədikdə və əlavə ödəniş mənbələrinə 
(məsələn, əlavə təminat, əmlakın satışı, borclu tərəfindən əlavə vəsaitlərin cəlb olunması) zərurət 
yarandıqda; 
-- borclunun son altı ay ərzində vaxtı keçmiş kreditləri olduqda. 
Aktivin keyfiyyəti aşağıdakı bir və ya bir neçə hal baş verdikdə aşağı hesab olunur: 
-- borclunun zərərlə fəaliyyət göstərməsi bir ildən artıq davam etdikdə; 
--borclu borcunu ödəyə bilmədikdə və borcun ödənilməsi üçün əlavə mənbələrin olmadığı müəyyən 
edildikdə; 
--borclu öhdəliyini icra etmədikdə və borclunu tapmaq mümkün olmadıqda (o cümlədən, vəfat etdikdə və 
ya qanunvericilikdə müəyyən olunmuş qaydada həmin şəxs haqqında axtarış tədbirlərinə başlanması üçün 
müraciət olunduqda); 
--kreditin təyinatı üzrə istifadəsini təsdiq edən sənədlər olmadıqda. 
Aktivlərin təsnifat kateqoriyası aşağıdakı cədvələ əsasən müəyyən olunur: 
 
 
Gecikmə 
günləri 
Kefiyyət 
meyarları 
0—30 
gün 
31-90 
gün 
91-180 
gün 
181-270 
gün 
270 
gündən 
artıq 
Yüksək 
Qənətbəxş  Nəzarət 
altında 
olan 
Qeyri-
qənətbəxş 
Təhlükəli  Ümüdsüz 
Orta 
Nəzarət 
altında 
olan 
Qeyri-
qənətbəxş 
Təhlükəli 
Ümüdsüz  Ümüdsüz 
Aşağı 
Qeyri-
qənətbəxş 
Təhlükəli  Ümüdsüz 
Ümüdsüz  Ümüdsüz 
 
 
 Borclu müflis elan edildikdə və ya hər hansı bir səbəbdən əmək və ya sahibkarlıq fəaliyyətinə xitam 
verildikdə kommersiya məqsədləri üçün verilmiş kreditlər ümidsiz aktiv kimi təsnifləşdirilir. 
Keyfiyyət meyarlarının təhlili sənədləşdirilir. 
 
                            4. Ehtiyatların yaradılması və ümidsiz aktivlərin silinməsi 
 
 Aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün ehtiyatlar yaradılır. Ehtiyatlar iki kateqoriyaya bölünür: 
-- bankın standart aktivləri üzrə mümkün zərərin ödənilməsi üçün yaradılmış 
adi 
ehtiyatlar; 
-- bankın qeyri-standart aktivləri üzrə mümkün zərərin ödənilməsi üçün yaradılmış 
məqsədli
 ehtiyatlar. 
 Təsnifləşdirmə kateqoriyaları üzrə ehtiyatların dərəcələri aşağıdakı kimi müəyyən edilir: 
--qənaətbəxş aktivlər - 1%; 
--nəzarət altında olan aktivlər - 5%; 
-- qeyri-qənaətbəxş aktivlər - 30%; 
-- təhlükəli aktivlər - 60%; 
-- ümidsiz aktivlər - 100%. 
 Ehtiyatlar aktivin ümumi məbləği üzrə Azərbaycan Respublikasının milli valyutası ilə bankın xərcləri 
hesabına yaradılır. 
 Aktiv üzrə əsas məbləğ və ya faiz borclarının ödənilməsi doxsan gündən çox gecikdirildikdə hesablanmış 
faizlər üzrə 100% həcmində ehtiyat yaradılır. 
Ehtiyatlar hər bir aktiv üzrə və ya aktivlər qrupuna xas olan risklər qiymətləndirilməklə bu qrup üzrə 
(kreditlər, banklararası tələblər, qiymətli kağızlar, debitor borclar, digər aktivlər) yaradılır. Yaradılmış 
ehtiyatlardan həmin qrupa daxil olan bütün aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün istifadə 
edilir. 


  
 
27
Ümidsiz aktiv yaradılmış ehtiyatlar hesabına balansdan silinir (həmin aktiv üzrə yaradılmış ehtiyat 
məbləğində).Bank tərəfindən ümidsiz aktivlərin balansdan silinməsi  darə Heyətinin təqdimatına əsasən 
Müşahidə Şurasının qərarı ilə həyata keçirilir. Ehtiyatlar hesabına balansdan silinmiş bütün aktivlər və bu 
aktivlər üzrə ödənilməmiş faizlər müvafiq balansdankənar hesablarda (subhesablarda) uçota alınır və azı 
beş il ərzində bu hesablarda uçotu aparılır. 
Aktivin təminatı qismində aşağıdakı təminat növləri çıxış etdikdə aktiv üzrə ehtiyat yaradılmır: 
--borclunun depozit hesabındakı milli və sərbəst dönərli xarici valyutada pul vəsaitləri aktivə bərabər 
hissədə bank tərəfindən bloklaşdırıldıqda və müqaviləyə görə bankın bu vəsaitin hesab sahibinin sərəncamı 
olmadan hesabdan silinməsinə hüququ olduqda; 
--Azərbaycan Respublikasının dövlət qiymətli kağızları, habelə Azərbaycan Respublikasının Mərkəzi 
Bankı (bundan sonra - Mərkəzi Bank) və Azərbaycan Respublikasının Mərkəzi Bankı nəzdində 
Azərbaycan  poteka Fondu tərəfindən buraxılmış qiymətli kağızlar, dövlət zəmanəti və ya Mərkəzi Bankın 
qarantiyası (zaminliyi); 
-- qtisadi Əməkdaşlıq və  nkişaf Təşkilatına (bundan sonra -  Ə T) daxil olan və beynəlxalq nüfuzlu 
reytinq agentlikləri (Standardt Pooris, Fitch Ratings, Moodyis) (bundan sonra - beynəlxalq reytinq 
agentlikləri) tərəfindən verilmiş minimum “A” ölkə (suveren) borc reytinqinə malik ölkələrin dövlət 
qiymətli kağızları və zəmanəti, habelə bu ölkələrin mərkəzi bankları tərəfindən buraxılmış qiymətli 
kağızlar və qarantiyalar (zaminlik); 
--banka girov qoyulmuş (saxlanc) bank metalları; 
-- Ə T ölkələrində fəaliyyət göstərən və beynəlxalq reytinq agentlikləritərəfindən verilmiş minimum “A” 
kredit reytinqinə malik banklar tərəfindən buraxılmış qarantiyalar (zaminlik). 
 Yaradılmış ehtiyatlar aktivlərin keyfiyyətinə adekvat olması baxımından ən azı ayda bir dəfə ayın son iş 
günündən gec olmayaraq təsnifləşdirilməni həyata keçirən struktur bölmə tərəfindən qiymətləndirilir. 
    Prudensial hesabatlıq məqsədləri üçün aşağıdakılar nəzərə alınır: 
-- aylıq qiymətləndirilmə zamanı aktivlərin keyfiyyətinin yaxşılaşması müəyyən edildikdə artıq yaradılmış 
ehtiyatlar, həmçinin əvvəllər balansdan silinmiş aktivlərin ödənilməsi üçün sonradan banka daxil olan 
vəsait müvafiq xərclər hesabının azaldılmasına yönəldilir, xərc hesabında qalıq olmadıqda isə gəlirlərə aid 
edilir; 
--hər hansı aktiv üçün yaradılan məqsədli ehtiyatın məbləği həmin aktivin məbləğindən çıxılır. Aktiv üçün 
yaradılan adi ehtiyatın məbləği isə hesabatlarda ayrıca maddə kimi “Kapital” hesablarında əks etdirilir. 
Ehtiyatlar hesabında debet qalığının yaranmasına yol verilmir. Ehtiyatlar hesabına silinəcək aktivlərin 
məbləği hesabın qalığından çox olduqda tələb olunan məbləğ əməliyyat günü ərzində xərclər hesabına 
yaradılır. Ehtiyatlar “Bölüşdürülməmiş mənfəət”, yaxud kapitala aid olan digər maddələr hesabına yaradıla 
bilməz. 
                                                 5.  stehlak kreditlərinin təsnifləşdirilməsi 
 
  stehlak kreditlərinin təsnifləşdirilməsi aşağıdakı qaydada həyata keçirilir: 
--əsas məbləği və ya faiz borcları kredit müqaviləsinə uyğun ödənilən və ya 30 günədək gecikdirilmiş 
kreditlər - qənaətbəxş aktivlər kimi; 
--əsas məbləği və ya faiz borclarının ödənilməsi kredit müqaviləsində müəyyən olunmuş tarixdən 31 
gündən 60 günədək gecikdirilmiş kreditlər - nəzarət altında olan aktivlər kimi; 
--əsas məbləği və ya faiz borclarının ödənilməsi kredit müqaviləsində müəyyən olunmuş tarixdən 61 
gündən 90 günədək gecikdirilmiş kreditlər - qeyri-qənaətbəxş aktivlər kimi; 
-- əsas məbləği və ya faiz borclarının ödənilməsi kredit müqaviləsində müəyyən olunmuş tarixdən 91 
gündən 120 günədək gecikdirilmiş kreditlər - təhlükəli aktivlər kimi; 
--əsas məbləği və ya faiz borclarının ödənilməsi kredit müqaviləsində müəyyən olunmuş tarixdən 120 
gündən artıq gecikdirilmiş kreditlər - ümidsiz aktivlər kimi. 
 Borcalanın maliyyə vəziyyətini təhlil etməyə imkan verən sənədlər olmadıqda və ya son altı ay ərzində 
kredit öhdəliklərinin icrası ilə bağlı gecikməsi olduqda ona ayrılmış kredit verilmə anında ən azı nəzarət 
altında olan aktiv kimi təsnifləşdirilir. 
Məbləği yetmiş min manatdan çox olan istehlak kreditlərinin təyinatı üzrə istifadə olunmasını təsdiq edən 
sənədlər təqdim edilmədikdə onlar ən azı nəzarət altında olan aktiv kimi təsnifləşdirilir. 


Yüklə 2,4 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə