Microsoft Word bank dersli doc



Yüklə 2,4 Mb.
Pdf görüntüsü
səhifə6/101
tarix31.08.2018
ölçüsü2,4 Mb.
#65849
1   2   3   4   5   6   7   8   9   ...   101

  
 
12
      Baş mühasib bank rəhbərliyi ilə birlikdə mal və qiymətlilərin, pulların mədaxil və məxarici üçün əsas 
olan sənədləri, habelə hesablaşma sənədlərini imzalayır. Göstərilən sənədlər baş mühasibin imzası 
olmadıqda etibarsız sayılır və icraya qəbul edilmir. Bank rəhbərliyi ayrı-ayrı uçot sahələri üzrə sənədləri 
imzalamaq hüququnu yazılı sərəncamla digər müvəkkil şəxslərə verə bilər.Təşkilatçılıq və nəzarət 
funksiyalarını icra edən bankın rəhbərləri müvəqqəti olaraq işdə olmadıqda baş mühasib onların 
vəzifələrini, habelə mühasibat əməliyyatlarının bilavasitə yerinə yetirilməsi üzrə vəzifələri həyata keçirə 
bilməz 
                                               8. Mühasibat xidmə
tinin təşkili. 
 
       Banklarda mühasibat xidmətinin işi, mühasibat bölməsinin (departamentinin, idarəsinin)  yaradılması, 
ixtisaslaşdırılmış şöbələrin təşkil edilməsi, işçilərə əməliyyatçı hüquqlarının verilməsi prinsipi əsasında 
təşkil edilir. 
       Mühasibat bölməsinin vəzifələri aşağıdakılardan ibarətdir: 
-- mühasibat işinin, sənəd dövriyyəsinin, pul və qiymətlilərin saxlanmasına, aparılan əməliyyatların 
qanuniliyinə və bankın müştərilərinə xidmət üzrə bankdaxili nəzarətin düzgün və səmərəli təşkil edilməsi; 
-- xarici valyutada aparılan əməliyyatların mühasibat uçotunun və bu əməliyyatlara nəzarətin düzgün təşkil 
edilməsi; 
-- mühasibat uçotu üzrə bankın daxili audit və digər yoxlamaları zamanı müəyyən edilmiş nöqsanların 
aradan qaldırılmasına nəzarətin həyata keçirilməsi; 
-- kreditor borcların ödənilməsi və debitor borcunun tutulması, habelə yaranmış zərərin silinməsi prosesinə 
nəzarətin həyata keçirilməsi və bu məbləğlərin maliyyə hesabatlarında əks olunması barədə rəyin 
hazırlanması; 
-- uçot və əməliyyat məsələləri üzrə müştərilərin şikayətlərinə baxılması; 
-- bankın maliyyə hesabatının yoxlanılması və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatının tərtib 
olunması; 
-- mühasibat uçotu üzrə müvafiq kadrların hazırlanması, onların ixtisas və biliklərinin, iş təcrübəsinin 
təkmilləşdirilməsində iştirak edilməsi. 
      Əməliyyatçılar əlavə nəzarət tələb edən əməliyyatlar üzrə sənədlər istisna olmaqla, yerinə yetirilən 
ə
məliyyatlar üzrə (mühasibat uçotu hesablarının aparılması) bank sənədlərini təkbaşına rəsmiləşdirmək və 
imzalamaq vəzifəsinin tapşırıldığı bank işçiləri hesab olunur. Əməliyyatçılar həmçinin bank sənədlərinə 
nəzarət etmək, onların rəsmiləşdirilməsi və bank tərəfindən aparılan əməliyyatları, o cümlədən 
hesablaşmalar üzrə əməliyyatları və emissiya əməliyyatlarını yerinə yetirmək vəzifəsi həvalə olunan digər 
işçilər də hesab olunur. Hər bir bankda mühasibat bölmələrinin rəhbərləri tərəfindən işçilərin vəzifə 
təlimatları hazırlanıb təsdiq edilməlidir. Onların surətləri birinci nüsxədə imza qoymaqla mühasibatlığın 
müvafiq işçilərinə təqdim olunur. 
      Mühasibatlığın işçiləri müəyyən hesabların aparılmasına və ya ayrı-ayrı əməliyyatların yerinə 
yetirilməsinə təhkim olunurlar. Hesabların əməliyyatçılar arasında bölüşdürülməsi banklar tərəfindən 
müstəqil surətdə, bir qayda olaraq, balans hesabları üzrə və ya əməliyyatların növləri üzrə aparılır. 
      Hesabların mühasibatlıq bölməsinin strukturlarına, ayrı-ayrı icraçılarına və nəzarətçilərinə təhkim 
edilməsi və sonradan onların yenidən bölüşdürülməsi baş mühasib tərəfindən aparılır. 
Bu dəyişikliklər xüsusi uçot kitabında yazılarla rəsmiləşdirilərək daxili qaydalarda və vəzifə təlimatlarında 
ə
ks etdirilir. 
      Frant-ofis aşağıdakı funksiyaları yerinə yetirir: 
-- müqavilələrin bağlanması və rəsmiləşdirilməsi, müqavilə şərtlərinə əməl olunmasına, müqavilə üzrə 
öhdəliklərin vaxtında və tam yerinə yetirilməsinə nəzarət edilməsi; 
_ aktivlərin və öhdəliklərin siyahısının tərtib olunması, yerlərdə aktivlərin və öhdəliklərin saxlanmasının 
və mövcudluğunun yoxlanılması (inventarizasiya), aktivlərdən səmərəli istifadə olunmasının təmin 
edilməsi; 
- ilkin sənədlərin alınması, rəsmiləşdirilməsi, qeydiyyatı və bek-ofisə ötürülməsi. 
      Bek-ofis yardımçı uçotu aparır və aşağıdakı funksiyaları yerinə yetirir: 
-- frant-ofisdən alınmış ilkin sənədlər əsasında əməliyyatların uçotunun və onlara nəzarətin təmin edilməsi 
və işləndikdən sonra ilkin sənədlərin mühasibatlığa ötürülməsi; 


  
 
13
--bankın müvafiq balans hesabları üzrə frant-ofis tərəfindən aparılmış fəaliyyət nəticəsində əldə olunan 
sənədlərə uyğun olaraq, vaxtında əks etdirilməsinə nəzarət edilməsi. 
     Mühasibatlıq aşağıdakı funksiyaları yerinə yetirir: 
-- Baş kitabın aparılması; 
-- maliyyə hesabatlarının, idarəetmə hesabatlarının tərtib edilməsi, bankın rəhbərliyinin və bölmələrinin 
lazımi məlumatlarla təmin olunması; 
-- bek-ofisdən alınmış sifarişlər əsasında şəxsi hesabların açılması və bankın yardımçı mühasibatlıqlarında 
aparılan əməliyyatların Baş kitabın müvafiq hesablarında (balans və balansdankənar) düzgün əks 
etdirilməsinə nəzarət edilməsi. 
                                           9.  ş gününün və sənədlər dövriyyəsinin təşkili 
 
     Bank müştərilərə mühasibat uçotu xidmətləri göstərən və mühasibat uçotunda əks olunmaq üçün bank 
sənədlərinin qəbul olunması (iş günü ərzində həyata keçirilən məsləhət xidmətlərindən başqa) üzrə iş 
gününü müəyyən edən əməliyyat gününün müddətini sərbəst şəkildə müəyyən edir. Bank əməliyyat 
gününün açılması və bağlanması vaxtını müəyyənləşdirir və xidmət göstərdiyi müştərilərə məlumat verir.  
     Bank sənədlərinin əməliyyat günü hesab olunmayan vaxtda qəbul olunma qaydası bank tərəfindən 
müəyyən olunur və müştərilərə xidmət üzrə müqavilədə əks olunur. Əməliyyat günü hesab olunmayan 
vaxtda sənədlər banka bilavasitə frant-ofis və ya bunun üçün nəzərdə tutulmuş xüsusi qutular vasitəsilə 
ötürülə bilər. Əgər sənədlər hər hansı bir səbəbdən icra edilmirsə, bu barədə müştəriyə məlumat verilir. 
     Əməliyyat yükünü tənzimləmək üçün bankda xidmət olunan bütün müştərilərin adları göstərilməklə 
sənədlərin qəbul cədvəli müəyyən oluna bilər.  
       Mühasibat uçotu üzrə işçilərin iş gününü elə təşkil etmək lazımdır ki, daxil olan bank sənədlərinin 
vaxtında rəsmiləşdirilməsi, onların balans və balansdan kənar hesablar üzrə mühasibat uçotunda əks 
etdirilməsi və müvafiq olaraq gündəlik balansın hazırlanması təmin olunmalıdır. 
      Bankın müəyyən etdiyi əməliyyat günü ərzində bankın mühasibat bölmələrinə daxil olmuş bütün bank 
sənədləri həmin gün qəbul olunmalı, rəsmiləşdirilməli və bankın mühasibat uçotu hesabları üzrə əks 
etdirilməlidir. Əgər bank sənədləri müəyyən olunmuş əməliyyat günü müddətindən keçdikdən sonra banka 
daxil olarsa, yaxud sənəddə göstərilən valyutalaşdırma (köçürmə) tarixi qeyri-iş gününə düşərsə, həmin 
sənədlər bank tərəfindən növbəti iş gününün əvvəlində alınmış hesab olunur və növbəti iş günündə 
müştərilərin hesablarına işlənilir. Bank sənədləri konkret valyutalaşdırma tarixi göstərilməklə banka daxil 
olduqda, onun daxilolma vaxtından asılı olmayaraq müştərilərlə bağlanmış müqaviləyə uyğun olaraq, 
göstərilən gündə müştərilərin hesabları üzrə köçürülür. Banklararası pul köçürmələri üzrə sistemlərin 
istifadəçisi olan banklarda əməliyyat günü Mərkəzi Bankla razılaşdırılmaqla, sistemlərarası iş rejiminə 
uyğunlaşdırılmalıdır. Elektron bank sənədləri elektron ödəmə məlumatlarının köçürülməsi üçün müəyyən 
olunmuş formata uyğun tərtib edilir və telekommunikasiya kanalları ilə banka ötürülür. Mərkəzi Bankın 
normativ xarakterli aktlarında başqa hal nəzərdə tutulmadıqda, elektron bank sənədinin təsviri və ya 
informasiyanın ötürülmə yolu ilə qəbul edilməsi və göndərilməsi, ödəniş sənədlərinin mübadiləsi üzrə 
electron sistemlərdən istifadə edilməsi haqqında müqavilə (saziş) və benefisiarla onun bankı arasında, 
yaxud pul göndərənlə onun bankı arasında proqram-kriptoqrafik mühafizə və elektron imza sistemindən 
istifadə edilməsi haqqında müqavilə əsasında həyata keçirilir. 
       Müştərilərə hesablaşma-kassa xidməti, əməliyyat günü ərzində bilavasitə həmin əməliyyatları yerinə 
yetirən əməliyyatçı tərəfindən həyata keçirilir. 
       Frant-ofis tərəfindən bank sənədlərindən məlumatların AB S-ə daxil edilməsi bütün əməliyyat günü 
ə
rzində həyata keçirilir və əməliyyat gününün bağlanması haqqında bankdaxili qaydaya uyğun başa 
çatdırırılır. Tərtib olunmaq üçün sistemə ötürülən sənədlər balans hesabları üzrə seçilməli, balans 
hesablarının daxilində isə şəxsi hesabların artan nömrələri qaydasında bölünməlidir. AB S-ə daxil etmək 
üçün ötürülən sənədlər üzrə çap olunmuş məlumatlar icraçı tərəfindən günün sənədləri ilə tutuşdurulur və 
xüsusi ayrılmış əməkdaş (nəzarətçi ) tərəfindən yoxlanılır.  Hər bir bankda müştərilərə hesablaşma-kassa 
xidməti üçün konkret vaxt müəyyən  edilir və sənədlərin icra vaxtını əks etdirən sənədlərin dövriyyə 
cədvəli tərtib olunur. Sənədlərin dövriyyə cədvəli bank rəhbəri tərəfindən təsdiq edilir. 
       Kassa əməliyyatlarının təşkili həyata keçirildikdə, bankın baş mühasibi (rəhbərliyin göstərişi ilə bu 
işin aparılması həvalə olunmuş məsul şəxs) pul vəsaitlərinin hərəkətinin uçotunu təmin etməlidir.Pul 


Yüklə 2,4 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə