Microsoft Word bank dersli doc



Yüklə 2,4 Mb.
Pdf görüntüsü
səhifə4/101
tarix31.08.2018
ölçüsü2,4 Mb.
#65849
1   2   3   4   5   6   7   8   9   ...   101

  
 
8
informasiyanın qeydə alınması, bu fəaliyyətin vəziyyətinin və dinamikasının bankın informasiya modelinin 
funksiyasını yerinə yetirən əsas massivlərdə əks olunması. Bankın informasiya modeli BMA S-nin riyazi 
təminatının  proqram  aparatının  köməyi  ilə  bankın  istehsalat-təsərrüfat  fəaliyyətinin  bütün  mərhələləri 
haqqında  müxtəlif  sistemləşdirilmiş  məlumatları  əldə  etməyə  imkan  verir.  nformasiya  modeli  iqtisadi 
proqnozlaşdırma  və  planlaşdırma  məsələlərinin  həll  edilməsi  zamanı  həmçinin  ilkin  məlumatları  təmin 
edir.  
      BMA S-də  funksional  və  təmin  edən  altsistemlər  mövcuddur.  Funksional  altsistemlər  istehsalat-
təsərrüfat fəaliyyətinin idarəetmə orqanlarını informasiya ilə təmin edir. Təmin edən sistemlər  BMA S-də 
məhz informasiya proseslərini yerinə yetirir və onların hazırlanmasına və təşkilinə cavabdehdir. Çox vaxt 
riyazi, proqram, texniki, informasiya və təşkilati təminat altsistemləri seçilir. Riyazi təminata  BMA S-də 
məsələlərin  həllinin  və  informasiya  proseslərinin  yerinə  yetirilməsi  modelləri,  metodları  və  alqoritmləri 
daxildir. Proqram təminatı EHM-də məsələlərin həlli üçün proqram kompleksi və onlara dair təlimatlardır.  
     Texniki  təminata  BMA S-də  informasiya  proseslərinin  avtomatlaşdırılması  və  mexanikləşdirilməsi 
texnikası,  həmçinin  onların  istismarına  və  etibarlı  işinin  təmin  edilməsinə  dair  təlimatlar  daxildir. 
nformasiya  təminatı  BMA S-də  informasiyanın  hazırlanması  və  axınlarını,  bankın  lokal  hesablama 
şə
bəkəsində informasiya proseslərinin yerinə yetirilməsinin təşkilini tənzimləyir.Təşkilati təminat BMA S-
ə
  münasibətdə  bankın  hər  bir  işçisinin  hərəkətini  tənzimləyir.  Proqram  təminatı  xüsusi  və  ümumi  olur. 
Xüsusi  proqram  təminatı  istehsal-təsərrüfat  əhəmiyyətli  sənədlərin  və  məlumatların  əldə  edilməsinə 
yönəldilib. Ümumi proqram təminatına məlumatların, məzmunundan asılı olmayaraq, çevrilməsi (növlərə 
ayırma, qruplaşdırma, birləşmə) üçün proqramlar daxildir.  
 
                                      3. Mühasibat uçotunun aparılmasının əsasları 
 
      Banklarda mühasibat uçotunun əsas vəzifələri aşağıdakılardır: 
- bankın fəaliyyəti, aktivləri, öhdəlikləri və kapitalın vəziyyəti haqqında maliyyəhesabatlarının daxili 
istifadəçilərinə - rəhbərliyə,  təsisçilərə, bankın iştirakçılarına (payçılarına, səhmdarlarına) habelə xarici 
istifadəçilərə - investorlara, kreditorlara, nəzarət və dövlət orqanlarına, maliyyə hesabatlarının 
digəristifadəçilərinə dolğun, tam, düzgün və təfsilatı ilə məlumatların təqdim olunması; 
- aparılan bütün bank əməliyyatları haqqında, tələb və öhdəliklərin mövcudluğu və bank tərəfindən istifadə 
olunan maddi və maliyyə resursları haqqında ətraflı, tam və düzgün uçotun aparılması; 
- bankın aktivlərinin mövcudluğu və hərəkəti, nağd pul və digər qiymətlilərin saxlanması, əmək 
resurslarının, xüsusi və cəlb olunmuş vəsaitlərin səmərəli istifadəsi, habelə bank tərəfindən aparılan digər 
ə
məliyyatlar üzrə nəzarətin təmin olunması. 
     Banklar MHBS-yə müvafiq olaraq hər il fəaliyyətlərinin istiqamətləri üzrə uçot siyasətini tərtib və 
təsdiq edir. Bank rəhbərliyi tərəfindən habelə aşağıdakı sənədlər illik olaraq təsdiq olunmalıdır:  
- aktiv və öhdəliklərin inventarizasiyasının aparılması qaydası; 
- sənəd dövriyyəsinin və uçot məlumatlarının hazırlanması texnologiyasının aparılması qaydası;  
- həyata keçirilən bankdaxili əməliyyatların aparılmasına nəzarət qaydası. 
      Banklarda mühasibat uçotunun təşkili və aparılmasına, bank əməliyyatlarının aparılması üzrə 
qanunvericiliyin təmin olunmasına, uçot siyasətinin formalaşdırılmasına, maliyyə hesabatlarının düzgün, 
tam və vaxtında təqdim olunmasına ilk növbədə bank rəhbərliyi məsuliyyət daşıyır.  
      Banklarda mühasibat uçotu, bankın hüquqi şəxs kimi qeydiyyata alındığı gündən onun yenidən təşkili 
və ya qanunvericiliyə uyğun olaraq digər şəkildə ləğv olunması tarixinə qədər fasiləsiz olaraq 
aparılmalıdır. 
      Bank aktivlərin, öhdəliklərin, xüsusi kapitalın və onlar üzrə həyata keçirilən əməliyyatların uçotunu 
Hesablar Planına uyğun olaraq müvafiq balans və balansdankənar hesablarda ikili yazılış metodu ilə həyata 
keçirir. 
      Banklarda mühasibat uçotu MHBS-yə əsasən müəyyən olunmuş prinsiplərə - hesablama metodu, 
fasiləsizlik, şəffaflıq (aydınlıq), əhəmiyyətlilik, etibarlılıq və müqayisəlilik prinsiplərinə uyğun həyata 
keçirilir. 
      Bank bütün əməliyyatlarının, aktivlərinin və öhdəliklərinin mütəmadi olaraq inventarizasiyasını 
aparmalı və nəticələri tam şəkildə mühasibat uçotu hesablarında əks etdirməlidir.  


  
 
9
     Bank tərəfindən aparılmış əməliyyatlar aid olduğu hesabat dövründə tanınmalı və bankın gündəlik 
balansında əks olunmalıdır.  
     Hesabat dövrünün əvvəlinə olan balans və balansdankənar hesabların qalıqları əvvəlki dövrün sonuna 
olan qalıq məbləğlərinə uyğun olmalıdır. 
     Mühasibat uçotunun aparılmasında bank aşağıdakıları təmin etməlidir: 
-- bankın və müştərilərin pullarının və maddi qiymətlilərinin qorunmasını; 
-- hesabat dövrü ərzində həyata keçirilən əməliyyatların, aktiv və öhdəliklərin qiymətləndirilməsinin əks 
olunmasını təmin edən uçot siyasətinin dəyişilməz olaraq qalmasını; 
-- hesabat dövrü ərzində bankın bütün əməliyyatlarının, habelə aktivlərin və öhdəliklərin inventarizasiya 
nəticələri də daxil olmaqla uçotda tam şəkildə əks olunmasını; 
--  hesablama metoduna uyğun olaraq gəlir və xərclərin aid olduğu hesabat dövrünə aid edilməsini; 
--  kapital qoyuluşları üzrə uçotun və xərclərin uçotunun bir-birindən fərqləndirilməsini; 
II.Analitikvə sintetik uçot 
                                                      4. Analitik uçot 
 
     Banklarda analitik uçot kağız və ya elektron daşıyıcıları vasitəsilə köməkçi mühasibat jurnallarında və 
ya şəxsi hesablarda aparılır. Köməkçi mühasibat jurnalları və ya şəxsi hesablar, analitik hesablarda uçota 
alınan hər bir növ üzrə vəsaitlərin və qiymətlilərin təyinatını və sahibini əks etdirməlidir. Köməkçi 
mühasibat jurnalının və şəxsi hesabların adı və nömrəsi müəyyən olunur.  
     Bank rəhbərinin hesab açılması barədə göstərişinə əsasən müştəriyə bank hesabının açılması üçün tələb 
olunan sənədlər mühasibatlığa (baş mühasibə və ya bankda müəyyən olunmuş qaydaya əsasən digər 
müvəkkil şəxsə) təqdim olunur.  
     Bank tərəfindən açılan bütün hesablar barədə qeydiyyat kitabında müvafiq yazılışlar aparılır. Bankın 
uçot siyasətinə müvafiq olaraq qeydiyyat kitabı kağız və electron daşıyıcıları vasitəsilə aparıla bilər. 
Qeydiyyat kitabı elektron daşıyıcıları vasitəsilə aparıldıqda həmin məlumatlar sanksiya olunmamış 
müdaxilələrdən ciddi şəkildə qorunmalıdır.  
    Hesablar haqqında qeydiyyat kitabında yazılışlar aparılarkən, hər müştəriyə müəyyən sıra nömrəsi 
verilir və sonradan müvafiq müştəri üçün açılan bütün şəxsi hesabların verilməsində bu qaydadan istifadə 
olunur. 
    Şəxsi hesabların və müştəri kartlarının açılması, bağlanması və hər hansı düzəliş edilməsi bütün 
rekvizitləri əks etdirən yazılı ərizə əsasında mühasibatlıq (və ya rəhbərliyin göstərişi ilə digər bölmə) 
tərəfindən aparılır. Hesabın açılması, bağlanması və düzəliş aparılması haqqında məlumatların vahid bir 
ə
rizədə əks olunmasına yol verilmir. Bu əməliyyatlar üzrə ərizələr çıxış nömrəsi, göndərilmə tarixi, bankın 
filialının və ya struktur bölmənin adını əks etdirməklə ayrı-ayrılıqda tərtib və təqdim olunmalıdır. Ərizədə 
göstərilən tarix, onun mühasibatlığa təqdim olunma tarixinə uyğun olmalıdır.  
     Bek-ofis funksiyasını həyata keçirən bank filialının və struktur bölmənin hesab açılması barədə yazılı 
ə
rizələri mühasibatlığa, sonradan yazılı formada və ya əlbəəl fiziki şəkildə təqdimatı təmin olunmaqla, 
elektron poçt vasitəsilə təqdim edilə bilər. Ərizənin təqdim olunma qaydası mühasibatlıq tərəfindən 
müəyyənləşdirilir və aparılan dəyişikliklər barədə bütün filiallara və struktur bölmələrə məlumatlar verilir. 
Elektron ərizələrin rekvizitləri yazılı ərizədə olan rekvizitlərə uyğun olmalıdır. Əgər bu rekvizitlər arasında 
hər hansı bir uyğunsuzluq olarsa, yazılı ərizədə olan rekvizitlər əsas götürülür.  
       Müştəri hesabları bağlandıqda, qeydiyyat kitabında həmin hesabın bağlanması tarixi yazılır. 
Müştərinin ərizəsinə əsasən hesab başqa banka keçirildikdə, hesabın rəsmiləşdirilməsinə dair bütün 
sənədlər bankda saxlanılır, lakin müştərinin hesabına qarşı tələblər (müddətli öhdəliklər, ödənilməmiş 
hesablaşma sənədləri və s. ödəmə sənədləri) siyahı üzrə hesabı qəbul edən banka poçt vasitəsilə bildirişli 
sifariş məktubu ilə göndərilir. 
       Bankda müştəri hesabları üzrə əməliyyatlara təkrar nəzarəti həyata keçirmək məqsədilə hesablardan 
çıxarışlar gündəlik olaraq çap oluna bilər. Müştəri tərəfindən tələb olunduqda, bu çıxarışlar müştəriyə 
verilmək (və ya göndərilmək) üçün çap olunmalıdır. 
       Şəxsi hesablarda yazılışlar yalnız lazımi qaydada rəsmiləşdirilmiş bank sənədləri əsasında aparılır. 
Şə
xsi hesablardan çıxarışlar adətən aşağıdakı rekvizitləri əks etdirir,əməliyyatın aparılma tarixini, 


Yüklə 2,4 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə