Microsoft Word bank ishi-son interaktiv vasait doc



Yüklə 0,86 Mb.
Pdf görüntüsü
səhifə15/31
tarix11.04.2018
ölçüsü0,86 Mb.
#37889
1   ...   11   12   13   14   15   16   17   18   ...   31

 

36 


 

məbləğ  və  ümumi  müddət  daxilində  aparılır.  Kredit  xətti  haqqında  müqavilədə    nəzərdə 

tutlan  məbləğ  kreditin  maksimum  məbləği  hesab  edilir  və  borc  alan  həmin  məbləğdən 

razılaşdırılmış müddət ərzində istifadə edə bilər.  

Verilmə  limiti  üzrə  açılan  kredit  xətt  üzrə  alınmış  kreditlər  ödəyicinin  ödəmə 

tapşırıqları əsasında ödənilir.  

Kredit  xətti  açmaq  üçün  müştəri  lazım  olan  sənədləri  banka  təqdim  etdikdən  sonra 

limit məbləği üzrə razılıq edilərsə o zaman tərəflər arasında kredit müqaviləsi imzalanır. 

Bankın  kredit  şöbəsi  müqaviləyə  əsasən  mühasibatlığa  müştəriyə  kredit  xətti  açılması 

haqqında sərəncam verir və ona müvafiq ssuda hesabı açır. Müqavilənin qüvvədə olduğu 

müddətdə borc alan yalnız sifariş verməklə istənilən vaxt heç bir sənəd   təqdim etmədən 

bankdan ssuda (trans) ala bilər. Borc limiti üzrə kredit xətti açılmaqla kreditləşmə zamanı 

gündəlik  ssuda  borcu  limitləşdirilir.  Borc  alan  kredit  müqaviləsi  qüvvədə  olduğu 

müddətdə  aldığı  kreditin  maksimum  məbləği  limitləşdirilir.  Borc  alan  öz  borcunu 

ödədikdən sonra müəyyən olunan borc limiti daxilində yenidən kredit almaq hüququ  əldə 

edir.  


Qısa  müddətli  kreditləşmənin  bir  növüdə  overdraft  qaydasında  kreditləşmədir.  Bu 

zaman bank müştərinin cari hesablarında vəsait olmadıqda bu hesabdan ödənişləri kredit 

hesabına aparır. Bu əməliyyatlar bank hesabı üzrə bağlanılan müqavilə  əsasında aparılır. 

Bank belə kreditləri bankın etimadını qazanmış, möhkəm maliyyə vəziyyətli müəssisələrə 

verir.  Cari  hesabların  sabit  fəaliyyət  göstərməsi,  həmin  bankda  cari  hesabın  fəaliyyət 

müddəti,  müəyyən  müddətdən  artıq  müddətə  vaxtında  ödənilməyən  borcun  olmamsı, 

müəssisənin  təsərrüfat 

maliyyə  vəziyyəti 

müəssisənin  overdraft  qaydasında 

kreditləşməsinə əsas verir. Belə kredit hesabına ödəniş tapşırıqları, ödəmə tələbnamələri, 

əmək haqqı ödənişləri və digər hesablaşma sənədləri ödənilir.  

Bank kreditləşməsinin bir növüdə kontonorrent hesablar üzrə aparılan kreditləşmədir.  

 

 

 



   

 

 



 

 

Kontonarrent  hesab  üzrə  kreditləşmə  zamanı  cari  hesabların  saxlanılmasına  ehtiyac 



qalmır. Bütün daxili olmalar hesabın kreditinə, bütün ödənişlər isə hesabın depitinə yazılır. 

Bank iş gününün axırında hesabı bağlayır. Hesab üzrə debet qalığı müəssisənin banka olan 

borcunu, kredit  qalığı isə müəssisənin sərbəst vəsaitə malik olmasını göstərir.  

Kontonarrent hesab açılır

 

Bankın  etimadını 



qazananlara 

 

Bank 



kreditinə 

daima 

ehtiyacı olanlara 

Bank  ilə  uzun  müddətli 

münasibətdə olanlara

 



 

37 


 

Kommersiya  banklarının  etibar  etdikləri,  onların  etimadını  qazanan  müştərilərə 

təminatsız kredit verə bilər ki, bu kredit blank kredit adlanır. 

Belə  kreditlər  qısa  müddətə,  kredit  qabliyyətli  müəssisələrə  istehsal  prosesində 

yaranan müvəqqəti maliyyə  çətinliyinin aradan qaldmlmasına verilir. 

Blank krediti təminatsız verildiyindən yüksək riskli kreditləşmə kimi  qiymətləndirilir 

və  bu  kredit  üzrə  digər  kreditlərə  nisbətən  yüksək  faiz  dərəcəsi    müəyyən  edilir.  Kredit 

müştərinin ərizəsi  əsasında təminat olmadan  verilir. Ərizədə kreditin məbləği, məqsədi, 

müddəti göstərilməlidir. 

Bank  kreditləşməsində  əsas  yerlərdən  birini  daşınmaz  əmlakın  girovu  üzrə    verilən 

kredit  (ipoteka)  təşkil    edir.  Daşınmaz    əmlakın    girovu    üzrə  verilən  kreditlər    ipoteka 

krediti adlanır. Deməli bu məqsədlə verilən kredit əmlakla təmin olunur. 

poteka  krediti  almaq  üçün  borc  alan  banka  ümumiyyətlə  kreditləşmə  üçün  zəruri 

sənədləri  təqdim  etməlidir.  Bu  sənədlərlə  yanaşı  bank  borc  alandan    ipotekanın 

xüsusiyyətlərinə aid olan sənədləri də tələb edir. 

poteka kreditləşməsi ipoteka haqqındakı əsasnaməyə uyğun olaraq həyata  keçirilir. 

poteka kreditləşməsində güzəştli qaydalarda müəyyən edilmişdir. Kredit  müqaviləsində 

kreditin məbləği, kreditin  verilmə  müddəti, kreditə görə ödəniləsi  faizin həcmi, eləcədə 

kredit müqaviləsinin vaxtından əvvəl pozulması şərtləri göstərilir. 

Kommersiya  banklarının  fəaliyyətində  kənd  təsərrüfatının  kreditləşdirilməsi 

əməliyyatları  əhəmiyyətli yer tutur. 

Kənd  təsərrüfatının  kreditləşməsində  problem  ssudaların  vaxtında  geri 

qaytarılmasının  təmin  olunmamasıdır.  Kreditin  vaxtında  geri    qaytarılması  üçün  banklar  

kəndli  təsərrüfatlarının  kreditləşməsinə  kompleks  yanaşmalıdır.  Bunun  üçün  kənd 

təsərrüfatında  istehsal  prosesinin  ilk  mərhələsindən  başlamış  bütün  proses  bankın 

diqqətində olmalı və vəsait çatışmamazlığı bank krediti ilə örtülməlidir. 

 

 

 



 

 

 



Kənd  təsərrüfatının  qısa  müddətli  kreditləşməsi  zamanı  kredit  ya  bir  dəfəlik  tam 

məbləğ  və  ya  da  kredit  xəttinin  açılması  yolu  ilə  xərclərin  artmasına  müvafiq  olaraq 

verilir. 

Kənd təsərrüfatında əsas kreditləşmə obyektləri 

Toxum 

Yem 

Gübrə 

Neft 

məhsulları 

Ehtiyyat 

hissələri 

Cavan və 

kökəlməkdə olan 

mal - qara 

Ə

sas 



fondlar 


Yüklə 0,86 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə