Microsoft Word Beynelxalq munasibetler doc


bərpasını  müəyyən  etmək;  dövlətin  inkişaf  siyasətinin



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə30/102
tarix07.04.2018
ölçüsü2,8 Kb.
#36427
1   ...   26   27   28   29   30   31   32   33   ...   102

 
88 
 
bərpasını  müəyyən  etmək;  dövlətin  inkişaf  siyasətinin 
ə
saslarını  müəyyən  etmək;  dövlətin  fəaliyyətini  təşkil  etmək 
və  qorumaq;  xarici  siyasət  istiqamətlərini  müəyyən  etmək  və 
müəyyən  olunan  xarici  siyasət  istiqamətlərini  qorumaq; 
xarici siyasətin həyata keçirilməsini təmin edən obyektləri və 
subyektləri  müəyyənləşdirmək;  xarici  siyasətin  istiqamətləri 
arasında  bağlılığı,  koordinasiyanı  müəyyən  etmək,  pilləli  və 
mərhələli  siyasəti  təşkil  etmək;  ölkə  vətəndaşlarının 
beynəlxalq  səviyyəli  hüquqlarını  təmin  etmək  üçün  bu 
məqsədlə fəaliyyət istiqamətlərini təşkil etmək; dövlətin daxili 
siyasəti  ilə  onun  xarici  siyasəti  arasında  koordinasiyanı 
yaratmaq;  xarici  siyasətin  strukturlarını  yaratmaq  və 
mexanizm qaydalarını müəyyən etmək; digər dövlətlərlə olan 
ə
laqələr və münasibətlər normalarını və qaydalarını müəyyən 
etməkdən  və  s.  ibarətdir.  Xarici  siyasət  öz  vəzifəsini  dövlətin 
daxili  imkanlarına  və  beynəlxalq  şəraitə  uyğun  olaraq, 
imkanlar  və  potensial  baxımından  daima  genişləndirə  bilər. 
Xarici siyasətin vəzifəsi ona verilən səlahiyyətlər çərçivəsində 
(dövlətlərə verilən xarici siyasət fəaliyyətləri sayəsində) daima 
genişlənmə funksiyasına malikdir.  
 
Daxili siyasətin xarici siyasətlə (beynəlxalq 
münasibətlə) uyğunlaşdırılması və uzlaşdırılması 
 
Başlanğıcda  belə  bir  nəzəri-fəlsəfi  fikir  bildirmək  olar: 
“Beynəlxalq hüququn hamı tərəfindən qəbul edilmiş norma və 
prinsipləri  beynəlxalq  ictimayyət  üçün  –dövlətlər  birliyi  üçün 
“konstitusiya”dır-vahid universal “sənəddir”, vahid modellərdir 
və qaydalardır. İdeallıqda və reallıqda, eləcə də bu iki anlayışın 
vəhdətində təzahür edən ədalət normaları və ədalət standartları 
bu  konstitusiyanın  baza  mahiyyətidir.  Beynəlxalq  münasibət-
lərin  “konstitusiyası”ndan  ayrı-ayrı  sahələri  əhatə  edən 
beynəlxalq  normalar  yaranır,  hüquq  normaları  şəbəkəsi  ortaya 
çıxır,  eləcə  də  dövlətlərin  daxili  qanunvericilik  siyasəti 


 
89 
 
genişlənir.  Onu  da  nəzərə  almaq  lazımdır  ki,  müasir  anlamda 
hüquq  normasının  qəbulu  dedikdə,  ilk  növbədə  insanların, 
ümumilikdə bəşəriyyətin hüquqlarının təminatı istəkləri nəzərə 
alınmalıdır.  Hüquq  norması  ədalətə  xidmət  etməlidir.  Bu, 
universal  prinsipdir.  Lakin  ola  da  bilər  ki,  qəbul  edilən 
müəyyən bir hüquq norması digər tərəflərin maraqlarını nəzərə 
almasın.  Bu,  fərdi  və  xüsusi  əhəmiyyət  kəsb  edən  normadır. 
Lakin  bu  norma  hüququn  ədalətli  məzmunundan  irəli  gələrək, 
digərlərinin  hüquqlarını  məhdudlaşdırmamalıdır  və  pozma-
malıdır.  Bu  baxımdan  beynəlxalq  konvensiyalarda  da  belə  bir 
prinsip  əksini  tapır  ki,  konvensiyalar  başqa  beynəlxalq 
sənədlərlə  ziddiyyət  təşkil  etməməlidir.  Belə  ki,  Qadınlara 
qarşı zorakılığın  və  məişət  zorakılığının qarşısının alınması və 
onlarla  mübarizə  haqqında  Avropa  Şurasının  Konvensiyasının 
Digər beynəlxalq sənədlərlə əlaqə adlanan X Fəslində yazılır ki, 
bu  Konvensiya  bu  Konvensiyanın  Tərəflərinin  iştirakçısı 
olduqları  və  ya  gələcəkdə  olacaqları  və  bu  Konvensiya  ilə 
tənzimlənən  məsələlərlə  bağlı  müddəaları  əks  etdirən  digər 
beynəlxalq  sənədlərdən  irəli  gələn  öhdəliklərə  xələl  gətirmir. 
Sonra yazılır ki, bu Konvensiyanın Tərəfləri onun müddəalarını 
tamamlamaq  və  ya  gücləndirmək,  yaxud  Konvensiyada  təsbit 
olunmuş  prinsiplərin  tətbiqini  asanlaşdırmaq  məqsədi  ilə  bu 
Konvensiyada  öz  əksini  tapmış  məsələlərlə  bağlı  bir-birilə 
ikitərəfli və ya çoxtərəfli sazişlər bağlaya bilərlər.
1
 Buradan da 
belə  bir  məntiqi  prinsip  ortaya  çıxır  ki,  beynəlxalq  sənədlər 
ədalət  naminə,  ədalətin  möhkəmlənməsi  və  qorunması 
baxımından,  bir-birilə  ziddiyyət  təşkil  edə  bilməzlər.  Beynəl-
xalq  sənədlərin  daxili  qanunvericilikdə  öz  əksini  tapması 
sayəsində  kompleks  qaydada  ədaləti  özündə  əks  etdirən 
normalar məcmuəsi ortaya çıxır və bundan da möhkəm və sabit 
cəmiyyətlər,  sabit  münasibətlər  sferaları  meydana  gəlmiş  olur. 
Hüquq  içərisində  ədalətin  mütləq  varlığına  dair  fikir 
                                                 
1
 Qadınlara qarşı zorakılığın və məişət zorakılığının qarşısının alınması və 
onlarla mübarizə haqqında Avropa Şurasının Konvensiyası 


 
90 
 
baxımından  belə  bir  oxşatma  etmək  olar:  nə  qədər  (çoxlu 
çeşiddə) yemək hazırlayırsansa hazırla, bu yemək mütləq tamlı 
(dadlı)  olmalıdır  və  hamı  tərəfindən  yeməli  olmalıdır,  ləzzətli 
və xoşagələn olmalıdır. Yemək reseptləri və burada olan tamlar 
(dadlar)  məhz  ayrı-ayrı  sahələrdə  qəbul  olunan  və  ayrı-ayrı 
sahələrdə  münasibətləri  ədalətli  şəkildə  tənzim  edən  hüquq 
normalarını xatırlatmalıdır”.  
İndiki  zamanda  hər  bir  dövlət  öz  daxili  siyasətini  xarici 
siyasəti  ilə  uyğunlaşdırmaq  və  beynəlxalq  standartları  qəbul 
etmək  siyasətini  həyata  keçirir.  Əvvəlki  başlıqlarda  qeyd 
olunduğu kimi, dövlət öz daxili resurslarını artırmaq və inkişaf 
etmək  üçün  xarici  siyasət  reallaşdırır.  Dövlət  xarici  siyasətini 
birbaşa  tənzim  edir  və  təşkilatları  (yaratdıqları  beynəlxalq 
təşkilatlarla)  ilə  reallaşdırır.  Xarici  siyasətin  iki  mühüm 
istiqaməti  formalaşır.  Beynəlxalq  təşkilatların  fəaliyyətinin 
əsas  məqsədi  baza  etibarilə  dövlətlərin  xarici  siyasətləri 
arasında  əlaqəni  və  uyğunlaşdırmanı  (burada  məzmun 
etibarilə  uyğunlaşdırmadan  söhbət  gedir.  Forma  fərqli  ola 
bilər.  Məsələn,  dövlətlər  öz  daxili  siyasətlərini  müxtəlif 
formalarda  təşkil  edə  bilərlər.  Lakin  məzmun  ondan  ibarət 
olmalıdır  ki,  siyasətin  əsasında  xidmət  amili  dayanmalıdır) 
təmin  etməkdən  ibarətdir.  Təşkilatlar  da  beynəlxalq  siyasətin 
və  münasibətlərin  idarəolunması  funksiyasını  yerinə  yetirirlər. 
(Qeyd:  idarəetmə  özündə  müxtəlif  hərəkət  istiqamətlərini 
birləşdirir:  hazırlama  və  icra  etmə,  yoxlama,  müşahidə, 
nəzarət  və  bunlardan  irəli  gələrək  hesabatlar  vermək  və 
hesabatlar  qəbul  etmək  kimi  akt  istiqamətləri  idarəetmə 
funksiyasının  tərkibini  formalaşdırır.  İdarəetmə  isə  tərəflər 
arasında  bu  və  ya  digər  obyektlərə  asılılıq  vəziyyətlərindən 
meydana  gəlir).  Təşkilatlar  vahid  beynəlxalq  sənəd  layihələri 
(məsələn, konvensiyalar) hazırlayırlar və dövlətlərə (tərəflərə) 
qoşulmaq  üçün  təqdim  edirlər.  Təşkilatlar  bununla  dövlətlərin 
daxili  siyasətləri  (öhdəlikləri  qəbul  etməklə  icrasını  təmin 
etmək),  eləcə  də  xarici  siyasətləri  arasında  (icra  haqqında 
öhdəliyi  qəbul  etmək)  bir  uyğunluq  yaratmağa  çalışırlar. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə