99
Bu hadisə əmirəl-möminin Əli(ə.s)-ni çox narahat
etmişdi. Xəbər hər yerə yayıldı. Mən eşidən kimi gecəykən
Əli(ə.s)-nin evinə getdim. O Həzrətin qulluqçusu Qənbərlə
görüşüb dedim:
__
Əmirəl-mömininin vəziyyəti necədir?
Qənbər dedi:
__
Əmirəlmöminin yatıbdır.
Bu zaman Əli(ə.s) içəridən Qənbərin sözünü eşidib
buyurdu:
__
Kimdir?
Qənbər:
__
Ey möminlərin əmiri, İbn Abbasdır.
(Bəzi mənbələrdə İbn Abbas özü dedi: «Mənəm»)
İmam icazə verdi. İçəri daxil olanda gördüm, o
Həzrət yatağının bir tərəfində əyləşərək özünü yorğana
bürüyübdür. Gözə çox narahat dəyirdi. Soruşdum:
__
Bu gecə nə isə halın yaxşı deyildir, ey möminlərin
əmiri(niyə yatmırsan?).
O buyurdu:
-Ey Abbasın oğlu! Göz yuxudadır, lakin qəlb
oyaqdır. Qəlb başqa bədən əzalarının hökmdarıdır. Ürək
narahat olanda yuxu da qaçır. Gecənin əvvəlindən indiyə
qədər gördüyün kimi fikrə getmişəm. Keçən günləri
xatırlayıram. Gör necə müsəlmanlar əhdlərinə xilaf
çıxdılar! Onlar sözlərinin üstündə durmadılar. Rəsuli-
əkrəm(s) sağlığında öz əshabına əmr etdi ki, mənə
möminlərin əmiri kimi salam versinlər (Bu hadisə Qədir-
Xumda baş vermişdi). O Həzrətin vəfatından sonra
çalışmışam ki, bu etimadı doğruldum. Mən Rəsuli-
əkrəm(s)-dən sonra ümmətin ən yaxşısı və onlara hamıdan
yaxın olan şəxsəm. Lakin dünyaya dörd əllə bağlılıq,
vəzifəpərəstlik üzündən insanlar məndən üz döndərib,
100
itaətdən boyun qaçırırlar. (Müəllif İmam Əli(ə.s)-nin bu
zaman təcavüzkarlardan şikayətləndiyini qeyd edir.)
Sonra İmam(ə.s) sözünü belə davam etdirdi:
__
Ey Abbasın oğlu, indi iş bura yetişib ki,
Ciyəryeyən Hindənin oğlu Müaviyə, Əmr As, Ütbən,
Vəlid, Mərvan və onların silahdaşlarını mənimlə bir sırada
qələmə verirlər. Buna görə mən nə vaxta qədər tərəddüd
içində yaşayım. Nə vaxta qədər Peyğəmbər xilafəti və
vərasəti dünyada özünü xalqın rəhbəri hesab edən belə
çirkin şəxslərin əlində olacaq. Xalq da onlara itaət edir. Bu
hökmdarlar Allah dostları haqqında nalayiq sözlər
danışırlar.
Yalançılıq
və
keçmişdən
ürəklərində
gizlədikləri kinləri ilə öz düşmənçiliklərini davam
etdirirlər. Peyğəmbər(s) sirlərinin mühafizəçiləri olan
şəxslər yaxşı bilirlər ki, mənim bütün düşmənlərim mənə
qarşı çıxmaqla şeytana itaət etmişlər. Onlar öz nəfslərinə
qul olub axirətlərini puç etdilər. Təkcə ehtiyacsız Allahdır.
Haqq yola hidayət edən də yalnız Odur.
Ey Abbasın oğlu! Vay olsun o şəxsə ki, mənə zülm
edib hüququmu tapdalayaraq bu böyük məqamı əlimdən
aldı. Mən uşaq olan zaman hələ namaz mənə vacib
olmamış Rəsulullah(s) ilə namaz qılanda onlar harada
idilər. Halbuki bu mənfurlar o vaxtı bütlərə sitayiş edir,
Allah qanunundan boyun qaçırır, küfrdən üz döndərməyin
vaxtı yaxınlaşanda isə könülsüz İslamı qəbul etdilər. Lakin
onların batini küfr və nifaqla yoğrulmuşdu. Allah nurunu
söndürmək üçün Peyğəmbər(s)-in ölümünü gözləyirdilər.
O Həzrətin vəzifəsinin sona yetməsi üçün dəqiqələri
sayırdılar. Onların hərislik və kini o yerə çatmışdı ki, hətta
Rəsuli-əkrəm(s)-i belə (Məkkədə) öldürmək istəyirdilər.
Mərkəzi yığıncaqları olan «Darunnuduh»da həzrəti-
Mühəmməd(s)-i qətlə yetirmək üçün məşvərət keçirtdilər.
101
Allah-təala bu barədə («Ali İmran» surəsinin 53-cü
ayəsində) buyurur:
«Düşmənlər islamın məhv olması üçün tədbir
gördülər. Allah-təala da buna qarşı tədbir gördü. Allah-
təala tədbir görənlərin ən yaxşısıdır». Həmçinin buyurur:
«Onlar istəyirlər ki, öz ağızları ilə Allah nurunu
söndürsünlər. Lakin Allah-təala istəyir ki, öz nurunu
kamil etsin. Hərçənd kafirlər istəməsələr də».
Ey Abbasın oğlu, Peyğəmbər(s) sağlığında onları
Allahın vəhyinə (nazil etdiyinə) dəvət edib tapşırdı ki,
mənimlə
dostluq
etsinlər,
amma
şeytan onları yollarından azdırdı. Necə ki şeytan babamız
həzrəti-Adəm(ə.s) ilə düşmənçilik edib, həsəd apardı,
Allah vəlisinə etdiyi həmin bu həsəd də onu Allah
dərgahından qovdurub əbədi olaraq Allahın lənətinə düçar
etdi. Qüreyşin mənə olan paxıllığından Allahın köməkliyi
ilə mənə heç bir ziyan yetməyəcəkdir.
Ey Abbasın oğlu, bu şəxslərdən hər biri istədi ki,
hakim və hökmdar olsun, dünya onlara və qohumlarına üz
çevirsin. Onların nəfs və dünya ləzzətlərinə bağlılıqları,
xalqın bu dünyapərəstlərin arxasınca getməsi onları
məcbur etdi ki, mənim ilahi hüququmu qəsb etsinlər. Əgər
Siqli-Əsğəri (Peyğəmbər(s)-in Əhli-beyti, itrəti) kənara
atmaq, elm ağacını kəsmək və dünyanın çiçəyi, Allahın
möhkəm ipi, əmin qalası və Peyğəmbər övladını məhv
etmək qorxusu olmasaydı, mənim üçün Tanrıya qovuşmaq
susuz üçün su, yuxusuz üçün yuxu qədər əhəmiyyətli idi,
baxmayaraq ki sinəm dərd-qəmlə və zehnim vəsvəsələrlə
dolmuşdu, səbir etdim.
«Səbir gözəldir. Allah-təaladan söylədiyinizin
müqabilində kömək istəyirəm». («Yusif», 18)
102
«Keçmişdə
Peyğəmbərlər
öldürülür,
Allah
övliyalarına zülm olunur. Tezliklə kafirlər biləcəklər ki,
yaxşı aqibət və axirət evi kimindir». («Rəd», 42)
Bu zaman azan səsi eşidildi. Müəzzin «Əssəlat»
deyib azana başladı.
Həzrəti-Əli(ə.s) buyurdu: «Ey Abbasın oğlu, mənim
və özün üçün istiğfar etməyi unutma. Allah bizə kifayətdir.
O, ən gözəl mühafiəçidir. Allahdan başqa heç bir qüvvət
və qüdrət yoxdur».
İbn Abbas deyir: «Gecənin qurtarmasından və
Əmirəl-möminin
Əli(ə.s)-nin
sözünü
yarımçıq
qoymasından çox qəmgin oldum».
On iki nəfərin Əbu Bəkrə olan etirazı.
41
Şiə alimlərindən bir çoxu öz kitablarında yazırlar ki,
Əbu Bəkr rəsmi surətdə xəlifə seçilən zaman on iki nəfər
ona qarşı etiraz səsini ucaltmışdı. Onlardan altısı
mühacirlərdən idi. Xalid ibn Səid ibn As (Bəni
Üməyyədən), Salman Farsi, Əbuzər Qəffari, Miqdad,
Əmmar Yasir və Bəridə İsləmi. Qalan altısı isə
mədinəlilərdən idi: Əbulheysəm ibn Təyhan, Səhi ibn
Hüneyf, Osman ibn Hüneyf, Xəzimə ibn Sabit, Üməyy ibn
Kəb və Əbu Əyyub Ənsari.
Əbu Bəkr məsciddə minbərə çıxanda həmin on iki
nəfər bir-birilə məşvərət edirdi. Onlardan bəzisi: «Allaha
and olsun, məscidə gedib Əbu Bəkri Peyğəmbər(s)-in
minbərindən aşağı düşürmək lazımdır»,
__
digəri isə belə
dedi: «Əgər belə etsəniz, öz əlinizlə özünüzü təhlükəyə
atmış olarsınız. Bir halda ki, Allah Quranda buyurur:
41
Əhməd ibn Məhəmməd Hənbəli, Təbəri kimi sünni alimlərindən
bəziləri də on iki nəfərin etiraz etmə əhvalatını qeyd etmişlər.(«Tarixi-
Təbəri»)
Dostları ilə paylaş: |