83
Ömər o Həzrətə dedi:
__
Səni Əbu Bəkrə beyət etməmiş buraxmarıq.
Həzrəti-Əli(ə.s) ona buyurdu:
__
Bu gün işləri Əbu Bəkr üçün möhkəm düzəlt ki,
sabah xilafəti sənə qaytarsın. Ömər, Allaha and olsun ki,
ona heç vaxt beyət etməyəcəyəm.
Əbu Bəkr dedi:
__
Əgər beyət etməsən, mən səni güclə məcbur edə
bilmərəm.
Bu zaman Əbu Übeydə Cərrah da belə söylədi:
__
Ey əmioğlu, sən cavansan, bunlar (Əbu Bəkr,
Ömər) isə sənin qəbilənin ağsaqqallarıdır. Sən bunlar kimi
təcrübəli deyilsən. Mənim nəzərimcə, Əbu Bəkir xilafətə
daha çox layiqdir, çünki onun hakimiyyət işlərində olan
bilik və bacarığı səninkindən daha çoxdur. Buna görə də
xilafəti Əbu Bəkrə ver. Əgər ömür vəfa etsə, sonra sən
xəlifə olarsan. Elm, fəzilət, təcrübə, böyük təqva və əxlaq
sahibi, Peyğəmbər(s)-ə yaxın olduğuna görə xəlifəlik
məqamına hamıdan çox sən layiqsən!
Həzrəti-Əli(ə.s) belə buyurdu:
__
Allahı, Allahı nəzərinizə gətirin, ey mühacirlər!
Mühəmməd(s)-in hakimiyyətini ərəblər arasında onun
evindən öz evlərinizə aparmayın. Peyğəmbər (s)
xanədanının məqamını əlindən almayın. Onların hüququnu
tapdalamayın.
35
Ey mühacirlər, Allaha and olsun! Rəsuli-əkrəm(s)-in
Əhli-beyti olduğumuz üçün xilafətə hamıdan çox bizim
haqqımız çatır.
2.Mədinəlilərdən yardım
İbn Qüteybə sözünü bu məqama yetirib yazır ki,
həzrəti-Əli(ə.s) axşamlar Fatimə(s.ə)-ni dəvəyə mindirərək
35
İbn Əbil Hədid: «Şərhi Nəhcül-bəlağə» VI c, səh.12
84
Mədinə müsəlmanlarının evinə gedir, müraciət edirdi.
Fatimə(s.ə) ənsardan yardım istədikdə onlar belə cavab
verirdilər: «Ey Peyğəmbər(s)-in qızı, biz daha bu kişiyə
beyət etmişik. Artıq iş-işdən keçmişdir. Əgər əmin oğlu
(Əli(ə.s)) Əbu Bəkrdən qabaq bizə desəydi, onun
hakimiyyətini qəbul edərdik».
Həzrəti-Əli(ə.s) onların cavabında belə söylədi:
«Mən Rəsuli-əkrəm(s)-in cənazəsini hələ dəfn etməmiş
gəlib sizin aranızda hakimiyyət davası etməliydim?»
Fatimə(s.ə) də Mədinə əhlinin vəfasızlığından
şikayətlənib demişdi:
__
O gecə Əbül-Həsən (Əli(ə.s)) atamın dəfn
mərasimində qalmalıydı, amma siz ənsar və mühacirlər elə
bir iş tutdunuz ki, Allah qarşısında cavab verməli
olacaqsınız.
36
İbn Qüteybə Əli(ə.s)-nin beyət etməsi barəsində yazır
ki, Əbu Bəkr ona beyət etməyənləri axtardıqda onları
Əli(ə.s)-nin yanında tapdı. Öməri ora göndərdi. Ömər
Əli(ə.s)-nin evinə gəlib qapıdan: «Hamı Əbu Bəkrə beyət
etmək üçün çölə çıxsın!»
__
deyə qışqırdıqda, onlar
Əli(ə.s)-nin evindən çölə çıxmaqdan imtina etdilər. Bu
vaxt Ömər dedi:
__
Ömərin canı əlində olan Allaha and olsun ki, gərək
evdən çölə çıxasınız. Əgər çıxmasanız, evi içindəki
adamlarla birgə yandıracağam.
Yanındakılardan bəzisi etiraz etdi:
__
Axı həzrəti-Fatimə(s.ə) evdədir.
Ömər dedi:
__
Hətta Fatimə(s.ə) evdə olsa da, yandırıcağam.
İçəridəkilər çarəsiz evdən çıxıb Əbu Bəkrə beyət
etdilər. Təkcə Əli (ə.s) evdən çölə çıxmadı, çünki and
36
İbn Əbil Hədid «Şərhi Nəhcül-bəlağə» VI c, səh.13, XI c, səh.14
85
içmişdi ki, «Quran»ı toplamamış çiynimə əba atıb çölə
çıxmayacağam. Fatimə(s.ə) qapıda dayanaraq mühacirlərə
belə xitab etdi: «Mən sizin kimi etibarsız, nankor tayfa
görməmişəm. Siz Peyğəmbər(s)-in cənazəsinin yanında
bizi tək qoyub öz işlərinizin dalınca getdiniz. Bizə xəbər
vermədən aranızda xilafət məsələlərini həll etdiniz».
Ömər Falimə(s.ə)-nin bu sözlərini eşitdikdə Əbu
Bəkrin yanına gəlib dedi:
__
Beyətdən boyun qaçıran bu kişini (Əli(ə.s))
cəzalandırmaq istəmirsənmi?
Əbu Bəkr özünün azad etmiş olduğu qulamı Qunfuzu
Əmirəlmöminin Əli(ə.s)-nin arxasınca göndərdi. Qunfuz
Əli(ə.s)-nin yanına gələndə Əli(ə.s) ondan soruşdu:
__
Nə istəyirsən?
Qunfuz dedi:
__
Rəsuli-əkrəm(s)-in xəlifəsi sizi görmək istəyir.
Əli(ə.s) buyurdu:
__
Nə tez Peyğəmbər(s)-ə yalan qoşdunuz? (Özünüzü
onun canişini bildirdiniz)
Qunfuz geriyə qayıdıb bu sözləri Əbu Bəkrə
söylədikdə Əbu Bəkr hönkürtü ilə ağladı.
Ömər ikinci dəfə Əbu Bəkrə dedi:
__
Beyətdən boyun qaçıran bu kişiyə(Əli(ə.s)) aman
vermə.
Əbu Bəkr Qunfuza tapşırdı ki, Əli(ə.s)-nin yanına
gedib ona de ki, əmirəl-möminin (Əbu Bəkr) səni beyət
etməyə dəvət edir.
Qunfuz Əli(ə.s)-nin yanına gəlib Əbu Bəkrin
sözlərini ona çatdırdı. Əli(ə.s) səsini ucaldıb dedi: «Əcəba,
o özünün olmayan bir şeyi (rütbəni) necə iddia edir?!»
Qunfuz geriyə qayıdıb Əli(ə.s)-nin sözünü Əbu
Bəkrə söylədikdə Əbu Bəkr yenə də hönkürtü ilə ağladı.
86
Bu zaman Ömər özü ayağa qalxıb bir neçə nəfərlə
Fatimə(s.ə)-nin evinə gəldi. Onlar qapını döydülər.
Fatimə(s.ə) gələnlərin səsini eşidəndə uca səslə Atası
Mühəmməd(s)-in qəbrinə sarı belə xitab etdi: «Ey Ata, ey
Allahın Rəsulu! Xəttabın və Əbuquhayənin oğulları
səndən sonra gör bizə nə cür zülmü rəva gördülər?!»
Ömərin yoldaşları Fatimə(s.ə)-nin bu sözlərini və
hönkürtüsünü eşitdikdə çox kədərləndilər, lakin Ömər
qapıdan kənara çəkilmədi. Əli(ə.s)-ni evdən çölə çıxarıb
Əbu Bəkrin yanına gətirdilər və ona Əbu Bəkrə beyət
etməsini əmr etdikdə Əli(ə.s) imtina etdi.
Dedilər:
__
Allaha and olsun, əgər beyət etməsən, boynunu
vurarıq.
Əli(ə.s) buyurdu:
__
Belə olan surətdə siz Allah bəndəsini və
Peyğəmbər(s)-in qardaşını öldürmüş olursunuz.
Ömər dedi:
__
Allahın bəndəsi bəli, amma Peyğəmbərin(s)-in
qardaşı yox.
Əbu Bəkr bu arada sakit dayanmışdı, heç nə demirdi.
Ömər ondan soruşdu:
__
Əli(ə.s)-ni beyət etməyə məcbur etmirsənmi?
Əbu Bəkr cavab verdi:
__
Nə qədər ki Fatimə(s.ə) onun yanındadır, mən onu
heç bir şeyə məcbur edə bilmərəm.
Sonra həzrəti-Əli(ə.s) Rəsuli-əkrəm(s)-in qəbrinin
üstünə gəlib hüznlü səslə belə fəryad etdi:
Dostları ilə paylaş: |