71
xatırlatmışıq.
Burada
isə
yalnız
bir
hissə
ilə
kifayətlənirik».ı
Səqifə hadisəsi ilə əlaqədar təhqiqat və
araşdırmalar.
1.Peyğəmbər(s)-in
dəfn
mərasimində
bir
çoxlarının iştirak etməməsi Məşhur sünni alimi İbn
Əbdül
Birr
«İstiab»
adlı
kitabında
belə
yazır:
«Peyğəmbər(s) vəfat edən günü camaat Bəni-Saidə
səqifəsində Əbu Bəkrə beyət etdi, amma ümumi beyət
həzrəti-Mühəmməd(s)-in
vəfatından
bir
gün
sonra
çərşənbə axşamı günü baş vermişdi. Xəzrəcli və
qureyşlilərin bəzisi Əbu Bəkrə beyət etməkdən boyun
qaçırmışdılar.»
Şeyx Müfid(böyük şiə alimi, təxminən 993-cü il
miladi,413-cü il hicri-qəməri) öz «İrşad» kitabında belə
yazır:
«Mühacir və ənsarların əksəriyyəti xilafət üstündə
aralarına düşən ixtilafa görə Rəsuli-əkrəm(s)-in dəfn
mərasimində iştirak edə bilmədi, elə buna görə də onlar
Peyğəmbər(s)-in cənazəsinə meyit namazı qılmaqdan
məhrum oldular. O gecə Fatimə(s.ə): «Vasəvə səbah», yəni
«bu gün nə pis gündür, bu gün atamı əldən verdim»,
__
deyib fəryad çəkərək səhəri açmışdı».
Böyük alim Seyyid ibn Tavus (664-cü il Hicri-
qəməri, təxminən 1244-cü il miladi) öz «Kəşfül-məhəccə»
adlı kitabında övladına müraciət edərək deyir:
«Əhli-sünnə kitablarında və Təbərinin yazdığı
kitabda rast gəldiyim qəribə şeylərdən biri də budur ki,
Peyğəmbər(s)-in bazar ertəsi vəfat etməsinə baxmayaraq,
onu çərşənbə günü (yaxud gecəsi) dəfn etdilər, yəni iki və
ya üç gün dəfn mərasimi təxirə salındı». (Başqa bir
rəvayətdə belə nəql olunur ki, o Həzrət(s)-in cənazəsi üç
72
gün yerdə qalıb sonra dəfn olunmuşdu.) İnsanların başı
xəlifə
seçkisində
çəkişmələrə
qarışmışdı.
Cəddin
Əli(ə.s)
30
o Cənab(s)-ın cənazəsindən ayrılmır, meyit
namazından qabaq da cənazəni dəfn edə bilmirdi, çünki
onu öldürə, «Əli(ə.s) Peyğəmbər(s)-imizi vaxtından qabaq
dəfn etmiş» və ya «həzrəti-Mühəmməd(s) başqa yerdə
dəfn olunub»
__
bəhanəsi ilə Həzrət(s)-in mübarək
cənazəsinə ehtiramsızlıq göstərib, o müqəddəs Vücudun
qəbrini
eşib
çölə
çıxara
bilərdilər.
Allah-təala
Peyğəmbər(s)-i ölüm yatağında qoyub xəlifə təyin etməyə
məşğul olanları öz rəhmətindən uzaq etsin. Baxmayaraq
ki, xilafətin əsli, kökü Peyğəmbər(s)-in nübuvvət və
hökuməti ilə bağlı idi. Ey övladım, Allaha and olsun! Mən
hələ də başa düşə bilmirəm ki, onların ağlı, vicdanı,
həzrəti-Mühəmməd(s)-in
yaxşılıq
və
mehribanlığı
müqabilində necə yol verdi ki, Peyğəmbər(s)-in müqəddəs
məqamına belə cəsarət etdilər?!»
Bu barədə Zeyd ibn Əli (Zeyd dördüncü İmam
həzrəti- Zeynalabdin(ə.s)-in oğludur) çox gözəl demişdir:
«Allaha and olsun! Əgər onların Peyğəmbər(s)-ə heç
bir yaxınlıq və qohumluğu olmadan xilafətə keçmək
imkanları olsaydı, o Həzrətin peyğəmbərliyindən üz
döndərib onu inkar etməkdən belə çəkinməzdilər».
Sonra Seyyid ibn Tavus yenə deyir:
«Peyğəmbər(s)-in haqlarından biri də budur ki,
ölümündən sonra, xüsusilə vəfat edən günü bütün
müsəlmanlar ən yaxşı libaslarını (əzadların geydikləri qara
paltarlar kimi) geyib qumun üstündə oturaydılar. Bu gün
yemək-içməkdən imtina edib hamı qadınlı
__
kişili mərsiyə
30
Seyyid ibn Tavus oğluna xitabda belə deyir: “Çünki Əli(ə.s)
seyyidlərin cəddidir(babasıdır).»
73
(növhə) oxuyub əzadarlıq edəydilər. Çünki o gün
müsəlmanlar üçün ən müsibətli bir gün idi».
2.Səqifə Bura ibn Azibin
31
nəzərindən
İbn Əbil Hədid və Süleym ibn Qeys Bura ibn
Azibdən belə nəql edirlər:
«Mən
həmişə
Bəni-Haşimin
dostlarından
və
tərəfdarlarından olmuşam. Peyğəmbər(s) vəfat edəndə
xilafətin başqalarının əlinə keçməsindən çox narahat idim.
Bir
tərəfdən
də
Həzrət(s)-in
vəfatı
məni
çox
kədərləndirirdi. Tələsik dəli kimi gah Peyğəmbər(s)-in
evinə
gedib
Əhli-beytinin
Rəsuli-əkrəm(s)-ə
başı
qarışdığını görür, gah da Səqifəyə gələrək insanların xəlifə
təyin etməkdə bir-birilə necə çəkişdiklərinin şahidi
olurdum. Ənsarlar mühacirlərə üstün gəlmək, mühacirlər
isə ənsarlara hakim olmaq istəyirdilər. Bu çəkişmə
yatdıqdan bir müddət sonra tayfa böyükləri Öməri və Əbu
Bəkri görmədim. Qəfil birindən eşitdim ki, bütün
müsəlmanlar Səqifədədirlər. Bir başqası isə: «Əbu Bəkrə
beyət etdilər»,
__
söyləyir. Bir az ötmüşdü ki, gördüm, Əbu
Bəkr, Ömər və Əbu Übeydə əyinlərinə qəşəng libaslar
geymiş,
bir
dəstə
ilə
gəlirlər.
Yolda
kiminlə
qarşılaşırdılarsa, aldadıb istər-istəməz Əbu Bəkrin yanına
gətirərək əlini əlinə verib beyət etdirirdilər. Bu mənzərəni
müşahidə etdikcə az qalırdım ki, dəli olam. Çox bikef
halda Peyğəmbər(s)-in evinə üz tutdum. Haşim övladları o
Həzrətin ölümü ilə əlaqədar qapını bağlamışdılar. Qapını
31
Bura ibn Azib Ənsari Əvsi Peyğəmbər(s)-in vəfalı dostlarından
biridir. Döyüşlərin çoxunda fəal iştirak etmişdir. Əli(ə.s)-nin xəlifəliyi
zamanında o Həzrətin xüsusi səhabəsindən olubdur. Rey hicri-qəmərin
24-cü ilində (təxminən 604-cü il miladi) onun sərkərdəliyi ilə fəth
olunmuşdur. Ömrünün axırına kimi Kufədə yaşamışdır. Müsəb ibn
Zübeyrin hakimiyyəti zamanı Kufədə vəfat edib. «Üsdül-qabə» I c,
səh.171.
74
möhkəm döyüb qışqırdım: «Camaat Əbu Bəkrə beyət
edir».
Peyğəmbər(s)-in əmisi Abbas dedi: «Qiyamətə qədər
əliniz qısaldı». (Daha qiyamətə qədər bir xeyir
görməyəcəksiniz, çünki müsəlmanlar Peyğəmbər(s)-ə
qulaq asmayıb xilafəti əyri yola sürüklədilər).
3.Bəni-Haşimin beyət etməsi
«Ehticac» adlı kitabın müəllifi Əllamə Təbərsi və İbn
Qüteybə «Əlimamətu vəssiyasət» kitabında belə qeyd
edirlər ki, əmirəl-möminin Əli(ə.s) həzrəti-Mühəmməd(s)-
in dəfn mərasimindən sonra kədərli halda gəlib məsciddə
oturmuş, Bəni-Haşimdən olanlar da onun ətrafında
yığılmışdı. Zübeyr ibn Əvam da Əli(ə.s)-nin yanında idi.
Məscidin digər tərəfində isə Bəni-Üməyyə tayfası
Osmanın ətrafına yığışmışdı. Başqa bir tərəfdə isə Bəni-
Zöhrədən bir dəstə Əbdürrəhman ibn Uffun ətrafında
dövrə vurub oturmuşdu. Beləcə müsəlmanlar bir neçə
dəstəyə bölünərək məsciddə əyləşmişdilər. Bu vaxt Əbu
Bəkr, Ömər və Əbu Übeydeyi Cərrah məscidə daxil olub
dedilər:
__
Niyə sizi ayrı-ayrı dəstələrdə oturmuş görürəm?
Ayağa qalxıb Əbu Bəkrə beyət edin.
Mədinəlilər və başqaları ona beyət ediblər. Osman və
Əbdürrəhman ibn Uf öz tərəfdarları ilə ayağa qalxıb Əbu
Bəkrə beyət etdilər. Həzrəti-Əli(ə.s) və Bəni-Haşimin
nümayəndələri məsciddən çıxaraq Əli(ə.s)-nin evində
yığışdılar. Zübeyr də onlarla idi.
Ömər aralarında Əsid ibn Xəzri və Səlmət ibn
Səlamə olmaqla beyət edənlərdən bir dəstə ilə Əli(ə.s)-nin
evinə gəldikdə Bəni-Haşimin burada yığışdığını görüb
onlara dedi:
__
Hamı Əbu Bəkrə beyət edib, siz də beyət edin.
Dostları ilə paylaş: |