79
Zeyd ibn Ərqəmi deyir ki, Rəsuli-əkrəm(s) vida
həccindən qayıtdıqda Qədir-Xumda dayanıb buyurdu:
«Mən Allah tərəfindən dəvət olunmuş və bu dəvəti qəbul
etmişəm. Lakin sizin aranızda biri digərindən böyük iki
şey qoyub gedirəm: birincisi, «Quran»; ikincisi, Əhli-
beytimdir. Ona görə diqqət edin ki, məndən sonra onlarla
necə rəftar edəcəksiz. Çünki onlar mənə kövsər hovuzunda
yetişənə qədər bir-birindən ayrılmazlar». Daha sonra o
Həzrət belə buyurdu: «Allah-təala mənim mövlam, mən də
möminlərin mövlasıyam.» Bu vaxt Əli(ə.s)-nin əlini tutub
buyurdu: « Mən hər kimin mövlasıyamsa, bu Əli də onun
mövlasıdır. İlahi, onun dostları ilə dost, düşmənləri ilə
düşmən ol». (Nisai «Xəsis» səh. 32, Əmini «Əlbədir» I c,
səh. 30, Müttəqi Hindi «Kənzül-Ümmal» V c, səh. 91,
«Əbqatül-Ənvar» I c, səh. 117,121,144,152,161).
Büra ibn Azib deyir ki, Rəsuli-əkrəm(s) ilə vida
həccindən qayıdırdıq. «Qədir-Xum» da miniklərimizdən
düşdük. Zöhr namazını qılandan sonra o Həzrət Əli(ə.s)-
nin əlini tutub soruşdu:
__
Məgər mən möminlərin canından onlara daha əziz
deyiləmmi? Dedilər:
__
Bəli, əlbəttə, əzizsən.
O buyurdu:
__
Mən hər kimin mövlasıyamsa, Əli də onun
mövlasıdır. İlahi, onun dostları ilə dost, düşmənləri ilə
düşmən ol.
Sonra Ömər ibn Xəttab Əli(ə.s)-yə dedi:
__
Mübarək olsun, ey Əbu Talibin oğlu! Sən hər bir
imanlı kişi və qadının mövlası oldun. (Təbəri «Zəxairül-
üqba» səh. 67, «Fəzailül-xəmsə» I c, səh. 350, Təbəri Şafei
«Ərriyazün-nəzərə» II c, səh. 23, İbn Səbbağ Maliki
«Əlfüsülul-mühümmə» səh. 24, «Əlhavi siyutti» I c, səh.
80
176, İbn Əsakir «Tarixi-Dəməşq» II c, səh. 47, Bilazəri
«Ənsabül-Əşraf» II c, səh. 215, Xarəzmi «Mənaqib» səh.
94, Əmini «Əlğədir» I c, səh. 38,41.)
Səd ibn Vəqqas deyir: «Eşitdim, Peyğəmbər(s)
Əli(ə.s)-nin əlindən tutub xütbə oxudu. Allaha həmd və
səna edəndən sonra buyurdu:
__
Ey müsəlmanlar, mən sizin mövlanız deyiləmmi?
Dedilər:
__
Bəli, əlbəttə, bizim mövlamızsan.
Sonra Əlinin əlini yuxarı qaldırıb byurdu:
__
Bu mənim canişinimdir. Mənim dinimi əda edir.
Mən onun dostları ilə dost, düşmənləri ilə düşmənəm.
(«Xəsaisun-nisa» səh. 101, «Fəzailul-xəmsə» I c, səh. 365,
İbn Əsir «Əlbi-dayə vənnahiyə» V c, səh. 212, Əmini
«Əlğədir» I c, səh. 38,41.)
Yenə Səd ibn Vəqqas söyləyir ki, biz həzrəti-
Mühəmməd(s) ilə birgə idik. Qədir-Xuma yetişdikdə hamı
dayandı. Qabaqda olanlar geriyə qayıtdı, arxada qalanlar
isə gəlib bizə yetişdilər. Elə ki hamı bir yerə yığışdı,
Peyğəmbər(s) buyurdu:
__
Ey müsəlmanlar, sizin mövlanız kimdir?
Cavabında üç dəfə dedilər:
__
Allah və Rəsulu.
Sonra Əli(ə.s)-nin əlini tutub yuxarı qaldırdı və
buyurdu:
__
Allah və Rəsulu kimin mövlasıdırsa, Əli də onun
mövlasıdır. İlahi, ona dost olanlarla dost, düşmən olanlarla
düşmən ol. («Xəsaisün-nisa» səh. 101, «Fəzilül-Xəmsə» I
c, səh. 365, Təbəri «Ərriyazün-nəzərə» II c, səh. 282).
Qədir-Xumda olanların hamısı Peyğəmbər(s)-in
məqsədini başa düşüb anlamışdılar. Rəsuli-əkrəm(s)-in
xəlifəsinin yanına gedib bu böyük ilahi nemətin ona
81
verilməsi münasibətilə onu təbrik də etdilər. Təbrik
edənlərdən biri də Ömər ibn Xəttab idi. O dedi:
__
Mübarək olsun, mübarək olsun, ey Əli ibn
Əbitalib. Sən mənim və hər bir müsəlmanın mövlası oldun.
(İbn Əsakir «Tarixi-Dəməşq» III c, səh. 75,
«Mənaqibi-ibn Məğazəli» səh. 81, 24, «Mənaqibi-
Xarəzmi» səh. 94, Xətib Bağdadi «Tarixi-Bağdad» VIII c,
səh. 290, Hüskami «Şəvahidüt-tənzil» I c, səh. 158,
Cəzami «Sirrül-aləmin» səh. 21, «İhqaqül-həqq» VI c, səh.
256, Əmini «Əlğədir» I c, səh. 132, «Fəraidüs-simtin» I c,
səh. 77). İkinci dəfə dedi: «Mübarək olsun ey Əbu Talib
oğlu, sən hər bir imanlı qadın və kişinin mövlası oldun.»
(İbn Səbbağ «Əlfüsülül- mühümmə» səh. 24, «Əlhaviyi-
Siyuti» I c, səh. 122, «Zəxairul-Üqba» səh. 67, «Fəzailül-
xəmsə» I c, səh. 350, Zəhəbi «Tarixül-islam» II c, səh.
197, Xacə Hənəfi «Elmül-kitab» səh. 161, «Nəmzi
dürərüs-simtini Zərəndi» səh. 109, Qunduzi «Yənabiül-
məvəddə» səh. 30,31, 249, «Təfsiri-Fəxr-Razi» III c, səh.
63).
Əbu Hüreyrə deyir ki, kim zilhiccə ayının 18-i oruc
tutsa, Allah-təala altmış ayın savabını onun nameyi-
əmalına yazar. O gün zilhiccənin 18-ci günü həzrəti-
Mühəmməd(s) Qədir-Xumda Əli(ə.s)-nin əlini tutub dedi:
__
Mən kimin mövlasıyamsa, Əli(ə.s) də onun
mövlasıdır. İlahi, onun dostlarına dost, düşmənlərilə isə
düşmən ol. Onun dostlarına kömək ol.
Bu zaman Ömər ibn Xəttab dedi:
__
Mübarək olsun, ey Əbu Talib oğlu! Sən mənim və
müsəlmanların mövlası oldun.
(«Tarixi-ibn Əsakir» II c, səh. 75, Hakim Hüskani
«Şəvahidüt-tənzil» I c, səh402, Xətib Bağdadi «Tarixi-
82
Bağdad» VIII c, səh. 290, Həməvəyni «Fəraidüs-simtin» I
c, səh. 77, bab-13, «Mülhəçül- Müraciat» səh. 192, 193).
Əli(ə.s)-nin beyət etməsi barədə əhl-təsənnün
alimlərinin dediklərindən:
1.İbn Qüteybə Deynəvərinin nəzərindən beyət
İbn Qüteybə Deynəvəri adı ilə məşhurlaşmış Əbu
Məhəmməd Abdulla ibn Qüteybə Deynəvəri böyük sünni
alimlərindənlir. O, 12-ci İmamın qeybəti-suğra zamanında
yaşamış və 322-ci hicri qəməri, 902-ci miladi ilində vəfat
etmişdir. O, özünün «Əlimamətu vəs-siyasət» kitabında
Əli(ə.s)-nin Əbu Bəkrə beyət etməkdən imtina etməsi
barədə belə yazır:
«Sonra Əli(ə.s)-ni: «Mən Allahın qulu və Rəsuli-
əkrəm(s)-in qardaşıyam»,
__
deyə-deyə Əbu Bəkrin yanına
gətirdilər.
Bir nəfər o Həzrətə dedi:
__
Əbu Bəkrə beyət et.
Həzrəti-Əli(ə.s) buyurdu:
__
Mən rəhbər olmağa sizdən daha çox layiqəm. Sizə
beyət etmərəm. Siz gərək mənə beyət edəsiz. Xilafəti ələ
keçirib, onu mədinəlilərdən aldınız. Dəliliniz də bu oldu
ki, guya Peyğəmbər(s)-in qohumlarındansınız. Siz xilafəti
biz Əhli-beytdən qəsbkarlıqla qəsb etmisiniz. Mədinə
müsəlmanlarına belə sübut gətirmədinizmi ki, guya
Peyğəmbər(s)-in qohumları olduğunuzdan xilafətə daha
layiqsiniz? Nəticədə, onlar da məhz buna görə xilafətdən
əl çəkib onu sizə təslim etmədilərmi? İndi Mədinə
müsəlmanlarına gətirdiyiniz dəlili mən sizə gətirirəm. Mən
Rəsuli-əkrəm(s)-in həm sağlığında, həm də vəfatından
sonra o Həzrətə ən yaxın şəxs olmuşam və varam. Əgər
imanınız varsa, bizimlə insaflı davranın, yoxdursa, eləcə
zülmkarlığınızda qalın.
Dostları ilə paylaş: |