75
Zübeyr ayağa qalxıb qılıncını siyirdikdə Ömər əmr
etdi:
__
Bu iti zərərsizləşdirib onun şərini başımızdan uzaq
edin.
Səlmət ibn Səlamə Zübeyrin üstünə yüyürüb qılıncı
onun əlindən qapdı. Ömər qılıncı Səlmətdən alaraq yerə o
qədər döyəclədi ki, qılınc sındı.
32
Sonra Bəni-Haşimi araya
alaraq məscidə
__
Əbu Bəkrin yanına aparıb dedilər:
«Allaha and olsun! Əgər beyətdən boyun qaçırsanız, sizi
qılıncla mühakimə edəcəyik».
Bəni-Haşim
özünün
belə
çıxılmaz
vəziyyətə
düşdüyünü gördükdə bir-bir qabağa gəlib Əbu Bəkrə
beyət etdi».
4.Əli(ə.s)-nin evinə hücum və Fatimə(s.ə)-nin
cavabı
Əllamə Təbərsi «Ehticac» kitabında Abdulla ibn
Əbdürrəhman ibn Ufdan belə nəql edir:
«Ömər ibn Xəttab ətəyini möhkəm bağlayıb
Mədinənin küçələrini gəzə-gəzə qışqırırdı ki, hamı Əbu
Bəkrə beyət etdi, Əbu Bəkrə beyət etməyə tələsin. Camaat
çarəsiz qalıb gedib Əbu Bəkrə beyət edirdi. Ömərə xəbər
verdilər ki, bəziləri öz evlərində gizlənib beyətdən boyun
qaçırır. Belə olduqda Ömər adamları ilə gizlənənlərin
evlərinə hücum çəkib, hamını məscidə yığaraq Əbu Bəkrə
beyət etdirdi. Bu hadisədən bir neçə gün ötdükdən sonra o,
od-alov istəyib dedi:
32
Bu hadisə İbn Əbil Hədidin «Şərhi Nəhcül-bəlağə» kitabında VI c,
səh.48-də yazılmışdır.
76
__
Ömərin canı onun əlində olan Allaha and olsun ki,
ya gərək Əli(ə.s) evdən çölə çıxsın, ya da evə içindəkilərlə
birgə od vuracağam.
33
Yanındakılardan bəziləri ona belə etiraz etdi:
__
Bu Evdə Rəsuli-əkrəm(s)-in qızı Fatimə(s.ə),
Peyğəmbərin nəvələri Həsənlə Hüseyn(ə.s), həzrəti-
Mühəmməd(s)-in izləri vardır. Sən bu evə od vuracaqsan?!
Ömər işi belə görüb dedi:
__
Siz nə danışırsınız? Məqsədim qorxutmaqdır.
İmam Əli(ə.s) xəbər göndərdi ki, mən evdən çölə
çıxa bilmərəm, çünki sizin kənara atdığınız «Quran»ı yığıb
tənzimləməklə məşğulam. Sizin dünyaya olan bağlılığınız
başınızı qarışdırıbdır. Mən and içmişəm ki, «Quran»ı
yığıb
nizama
salmamış
çiynimə
əba
atıb
çölə
çıxmayacağam.
Bu vaxt Peyğəmbər(s)-in qızı Fatimə(s.ə) evdən çıxıb
qapıda toplaşanların qarşısında buyurdu: «Mən sizin kimi
bədrəftar bir tayfa görməmişəm. Siz Rəsuli-əkrəm(s)-in
cənazəsini bir tərəfə qoyub, öz aranızda işlərinizi həll
etdiniz (xilafət məsələsini bizimlə məsləhətləşmədən öz
aranızda çözdünüz), lakin bizimlə heç məşvərət də
etmədiniz. Haqqımızı görməzliyə vurdunuz. Elə bil, heç
Qədir-Xum
34
əhvalatından xəbəriniz yoxdur». (Sibt ibn
Əlcuzi Hənəfi «Təzkirətül xəvas» səh. 30; Zeyni Dehlan
33
Hadisə çox kiçik bir fərqlə İbn Əbil Hədidin «Şərhi Nəhcül-bəlağə»
kitabında VI c, səh.48-də qeyd olunmuşdur.
34
Peyğəmbər(s) vida həccinin onun üçün axırıncı həcc olduğunu
əshabına bildirdi. Müsəlmanlar bu həccin savabını qazanmaq və
Peyğəmbər(s) ilə yol yoldaşı olmaq şərəfinə nail olmaq üçün hər
tərəfdən vida həccinə axışıb gəldilər. Qədir-Xum günü müsəlmanlar
Əlinin vilayəti və dostluğu barədə əhdi-peyman bağladılar ki, sizin
xilafətə yetişmək ümidinizi kəssin, ancaq siz Peyğəmbər(s) ilə
bağladığınız əhdi-peymana xilaf çıxdınız.
77
«Sireyi həlbiyə» III c, səh. 257, «Sireyi-nəbəviyyə»;
«Sireyi-hələbiyyə» III c, səh. 3; Əllamə Əmini «Əlğədir» I
c, səh. 9).
Təbərani «Əlmöcəmül-kəbir» kitabında alicənab
səhabə Hüzeyfə ibn Əsid Cəffarinin söylədiklərini qeyd
etmişdir:
«Rəsuli-əkrəm(s)
vida
həccindən
qayıdanda
səhabənin Bətha adlanan bir yerdə ağacların altında
oturmasına mane oldu. Sonra əmr verdi ki, ağacların altını
kol-kosdan təmizləsinlər. O Həzrət namaz qılıb ayağa
qalxdı, buyurdu:
__
Ey müsəlmanlar, Allah-təala mənə xəbər vermişdir
ki, hər bir peyğəmbər özündən qabaqkı peyğəmbərin
ömrünün yarısı qədər yaşayacaqdır. Mənə elə gəlir ki, mən
də tezliklə bu dünyadan köçməli olacağam. Bilin və agah
olun ki, mən də, siz də hamılıqla məsuliyyət daşıyırıq. Bəs
siz nə deyirsiniz?
Dedilər:
__
Şəhadət veririk ki, sən çalışdın, nəsihət verdin və
Allahın dinini təbliğ etdin. Allah sənə əcr versin.
Bu zaman həzrəti-Muhəmməd(s) buyurdu:
__
Allahın təkliyinə, Mühəmmədin onun rəsulu
olmağına, Cənnətin, Cəhənnəmin, ölümün, dirilməyin,
Qiyamət gününün və ölülərin yenidən dirilməsinin haqq
olmağına şəhadət verirsinizmi?
__
Bəli, bunların hamısına şəhadət veririk.
Peyğəmbər(s) dedi:
__
İlahi, şahid ol. Ey müsəlmanlar, Allah-təala mənim
mövlamdır. Mən də möminlərin mövlası və onlara
canlarından əziz olan bir adamam. Elə isə hər kimin
mövlasıyamsa, bu Əli(ə.s) də onun mövlasıdır. İlahi, onun
dostları ilə dost, düşmənləri ilə düşmən ol». (Mənbələr:
78
İbn Əsakir «Tarixi-Dəməşq» II c, səh. 50, Xarəzmi Hənəfi
«Mənaqib» səh. 94, İmam Əhməd ibn Hənbəl «Müsnəd»
IV c, səh. 281, İbn Səbbağ Maliki Mühibbəddin Zəbəri
«Zəxairül-Üqba» səh. 67, «Fəzailül-xəmsə» I c, s.-350,
Zəhəbi «Tarixi-islam» II c, səh. 197, Xacə Hənəfi «Elmül-
kitab» səh. 161, Zərəndi Hənəfi «Nəzli-dürərüs-simtin»
səh. 109, Qunduzi Hənəfi «Yənabiul-məvəddə» səh. 30,31,
249, «Təfsiri- Razi Şafei» III c, səh. 63, İbn Cuzi
«Təzkirətul-xəvas» səh. 29, «Mişkatül-məsabih» III c, səh.
246, «Əbqatül-Ənvar» I c, səh, 258, Həmvuni «Fəraidüs-
simtin» I c, səh. 77, «Əlmüraciat» II c, «Təhqiqi-Şeyx
Hüseyn Razi» səh. 177).
O, sonra buyurdu:
__
Ey müsəlmanlar, mən sizdən qabaq gedirəm. Siz
mənimlə Bəsrə və Səna (Yəməndə şəhər) arasındakı
məsafə böyüklükdə bir hovuzun yanında görüşəcəksiniz. O
hovuzda ulduzların sayı qədər gümüş camlar vardır.
Mənimlə görüşəndə sizə tapşırdığım qiymətli səqəleyn
(«Quran» və pak Əhli-beyt) barədə sizdən sual edəcəyəm.
İndi başa düşün ki, onunla necə rəftar etməlisiniz. Allahın
kitabı səqli-əkbərdir. Onun bir tərəfi Allahın əlində, digər
bir tərəfi sizin əlinizdədir. Ondan möhkəm yapışın. Onu
alçaldıb təhrif etməyin. Səqli-əsğər mənim itrətim-Əhli-
beytimdir. Çünki Allah-təala mənə xəbər vermişdir ki, bu
iki şey bir-birindən ayrılmazlar. (İbn Hücr Heysəmi Şafei
Əssə Şafei «Əli ibn Əbitalibin tərcümeyi-halı», «Tarixi-
dəməşq» II c, səh. 45, Müttəqi Hindi «Kənzul-ümmal», I c,
səh. 168, Əmini «Əlğədir» I c, səh. 26,27, «Əbqatül-
Ənvar» 12 cildli kitab, I c, səh. 31,32, Həkim Termezi
Şafei «Nəvadirul-Əhval» səh. 289, «Yənabiul müvəddə»
səh. 37)
Dostları ilə paylaş: |