Microsoft Word Beytul-Ehzan Xanim Fatimenin heyati Qadinlar biz doc



Yüklə 1,5 Mb.
Pdf görüntüsü
səhifə19/55
tarix15.10.2018
ölçüsü1,5 Mb.
#74208
1   ...   15   16   17   18   19   20   21   22   ...   55

 
75 
Zübeyr  ayağa  qalxıb  qılıncını  siyirdikdə  Ömər  əmr 
etdi:  
__
Bu  iti  zərərsizləşdirib onun şərini  başımızdan uzaq 
edin. 
Səlmət  ibn  Səlamə  Zübeyrin  üstünə  yüyürüb  qılıncı 
onun əlindən qapdı. Ömər qılıncı Səlmətdən alaraq yerə o 
qədər döyəclədi ki, qılınc sındı.
32
 Sonra Bəni-Haşimi araya 
alaraq  məscidə
__ 
Əbu  Bəkrin  yanına  aparıb  dedilər: 
«Allaha  and  olsun!  Əgər  beyətdən  boyun  qaçırsanız,  sizi 
qılıncla mühakimə edəcəyik». 
Bəni-Haşim 
özünün 
belə 
çıxılmaz 
vəziyyətə 
düşdüyünü  gördükdə    bir-bir  qabağa  gəlib  Əbu  Bəkrə 
beyət etdi». 
4.Əli(ə.s)-nin evinə hücum və Fatimə(s.ə)-nin 
cavabı 
Əllamə  Təbərsi  «Ehticac»  kitabında  Abdulla  ibn 
Əbdürrəhman ibn Ufdan belə nəql edir:  
«Ömər  ibn  Xəttab  ətəyini  möhkəm  bağlayıb 
Mədinənin  küçələrini  gəzə-gəzə  qışqırırdı  ki,  hamı  Əbu 
Bəkrə  beyət etdi, Əbu Bəkrə beyət etməyə tələsin. Camaat 
çarəsiz  qalıb  gedib  Əbu  Bəkrə  beyət  edirdi.  Ömərə  xəbər 
verdilər  ki,  bəziləri  öz  evlərində  gizlənib  beyətdən  boyun 
qaçırır.  Belə  olduqda  Ömər  adamları  ilə  gizlənənlərin 
evlərinə hücum çəkib, hamını məscidə yığaraq  Əbu Bəkrə 
beyət etdirdi. Bu hadisədən bir neçə gün ötdükdən sonra o, 
od-alov istəyib dedi:  
                                                
32
 Bu hadisə İbn Əbil Hədidin «Şərhi Nəhcül-bəlağə» kitabında VI c, 
səh.48-də yazılmışdır. 
 
76 
__ 
Ömərin canı onun əlində olan Allaha and olsun ki, 
ya gərək Əli(ə.s) evdən çölə çıxsın, ya da evə içindəkilərlə 
birgə od vuracağam.
33
 
Yanındakılardan bəziləri ona belə etiraz etdi:  
__ 
Bu  Evdə  Rəsuli-əkrəm(s)-in  qızı  Fatimə(s.ə), 
Peyğəmbərin  nəvələri  Həsənlə  Hüseyn(ə.s),  həzrəti-
Mühəmməd(s)-in izləri vardır. Sən bu evə od vuracaqsan?! 
Ömər işi belə görüb dedi:  
__  
Siz nə danışırsınız? Məqsədim qorxutmaqdır. 
İmam  Əli(ə.s)  xəbər  göndərdi  ki,  mən  evdən  çölə 
çıxa bilmərəm, çünki sizin kənara atdığınız «Quran»ı yığıb 
tənzimləməklə  məşğulam.  Sizin  dünyaya  olan  bağlılığınız 
başınızı  qarışdırıbdır.  Mən  and  içmişəm  ki,  «Quran»ı  
yığıb 
nizama 
salmamış 
çiynimə 
əba 
atıb 
çölə 
çıxmayacağam. 
Bu vaxt Peyğəmbər(s)-in qızı Fatimə(s.ə) evdən çıxıb 
qapıda  toplaşanların  qarşısında  buyurdu:  «Mən  sizin  kimi 
bədrəftar  bir  tayfa  görməmişəm.  Siz  Rəsuli-əkrəm(s)-in 
cənazəsini  bir  tərəfə  qoyub,  öz  aranızda  işlərinizi  həll 
etdiniz  (xilafət  məsələsini  bizimlə  məsləhətləşmədən  öz 
aranızda  çözdünüz),  lakin  bizimlə  heç  məşvərət  də 
etmədiniz.  Haqqımızı  görməzliyə  vurdunuz.  Elə  bil,  heç 
Qədir-Xum
34
  əhvalatından  xəbəriniz  yoxdur».  (Sibt  ibn 
Əlcuzi  Hənəfi  «Təzkirətül  xəvas»  səh.  30;  Zeyni  Dehlan 
                                                
33
 Hadisə çox kiçik bir fərqlə İbn Əbil Hədidin «Şərhi Nəhcül-bəlağə» 
kitabında VI c, səh.48-də qeyd olunmuşdur. 
34
 Peyğəmbər(s) vida həccinin onun üçün axırıncı həcc olduğunu 
əshabına bildirdi. Müsəlmanlar bu həccin savabını qazanmaq və 
Peyğəmbər(s) ilə yol yoldaşı olmaq şərəfinə nail olmaq üçün hər 
tərəfdən vida həccinə axışıb gəldilər. Qədir-Xum günü  müsəlmanlar 
Əlinin vilayəti və dostluğu barədə əhdi-peyman bağladılar ki, sizin 
xilafətə yetişmək ümidinizi kəssin, ancaq siz Peyğəmbər(s) ilə 
bağladığınız əhdi-peymana xilaf çıxdınız. 


 
77 
«Sireyi  həlbiyə»  III  c,  səh.  257,  «Sireyi-nəbəviyyə»; 
«Sireyi-hələbiyyə» III c, səh. 3; Əllamə Əmini «Əlğədir» I 
c, səh. 9). 
Təbərani  «Əlmöcəmül-kəbir»  kitabında  alicənab 
səhabə  Hüzeyfə  ibn  Əsid  Cəffarinin  söylədiklərini  qeyd 
etmişdir:  
«Rəsuli-əkrəm(s) 
vida 
həccindən 
qayıdanda 
səhabənin  Bətha  adlanan  bir  yerdə  ağacların  altında 
oturmasına mane oldu. Sonra əmr verdi ki, ağacların altını 
kol-kosdan  təmizləsinlər.  O  Həzrət  namaz  qılıb  ayağa 
qalxdı, buyurdu:  
__ 
Ey müsəlmanlar, Allah-təala mənə xəbər vermişdir 
ki,  hər  bir  peyğəmbər  özündən  qabaqkı  peyğəmbərin 
ömrünün yarısı qədər yaşayacaqdır. Mənə elə gəlir ki, mən 
də  tezliklə  bu  dünyadan  köçməli  olacağam.  Bilin  və  agah 
olun ki, mən də, siz də hamılıqla məsuliyyət daşıyırıq. Bəs 
siz nə deyirsiniz? 
Dedilər:  
__ 
Şəhadət  veririk  ki,  sən  çalışdın,  nəsihət  verdin  və 
Allahın dinini  təbliğ etdin. Allah sənə əcr versin. 
Bu zaman həzrəti-Muhəmməd(s) buyurdu:  
__ 
Allahın  təkliyinə,  Mühəmmədin  onun  rəsulu 
olmağına,  Cənnətin,  Cəhənnəmin,  ölümün,  dirilməyin, 
Qiyamət  gününün  və  ölülərin  yenidən  dirilməsinin  haqq 
olmağına şəhadət verirsinizmi? 
__ 
Bəli, bunların hamısına şəhadət veririk. 
Peyğəmbər(s) dedi:  
__ 
İlahi, şahid ol. Ey müsəlmanlar, Allah-təala mənim 
mövlamdır.  Mən  də  möminlərin  mövlası  və  onlara 
canlarından  əziz  olan  bir  adamam.  Elə  isə  hər  kimin 
mövlasıyamsa, bu Əli(ə.s) də onun mövlasıdır. İlahi, onun 
dostları  ilə  dost,  düşmənləri  ilə  düşmən  ol».  (Mənbələr: 
 
78 
İbn Əsakir «Tarixi-Dəməşq» II c, səh. 50, Xarəzmi Hənəfi 
«Mənaqib»  səh.  94,  İmam  Əhməd  ibn  Hənbəl  «Müsnəd» 
IV  c,  səh.  281,  İbn  Səbbağ  Maliki  Mühibbəddin  Zəbəri 
«Zəxairül-Üqba»  səh.  67,  «Fəzailül-xəmsə»  I  c,  s.-350, 
Zəhəbi «Tarixi-islam» II c, səh. 197, Xacə Hənəfi «Elmül-
kitab»  səh.  161,  Zərəndi  Hənəfi  «Nəzli-dürərüs-simtin» 
səh. 109, Qunduzi Hənəfi «Yənabiul-məvəddə» səh. 30,31, 
249,  «Təfsiri-  Razi  Şafei»  III  c,  səh.  63,  İbn  Cuzi 
«Təzkirətul-xəvas» səh. 29, «Mişkatül-məsabih» III c, səh. 
246,  «Əbqatül-Ənvar»  I  c,  səh,  258,  Həmvuni  «Fəraidüs-
simtin»  I  c,  səh.  77,  «Əlmüraciat»  II  c,  «Təhqiqi-Şeyx 
Hüseyn Razi» səh. 177). 
O, sonra buyurdu:  
__ 
Ey  müsəlmanlar,  mən  sizdən  qabaq  gedirəm.  Siz 
mənimlə  Bəsrə  və  Səna  (Yəməndə  şəhər)  arasındakı 
məsafə böyüklükdə bir hovuzun yanında görüşəcəksiniz. O 
hovuzda  ulduzların  sayı  qədər  gümüş  camlar  vardır. 
Mənimlə  görüşəndə  sizə  tapşırdığım  qiymətli  səqəleyn 
(«Quran» və pak Əhli-beyt)  barədə sizdən sual edəcəyəm. 
İndi başa düşün ki, onunla necə rəftar etməlisiniz. Allahın 
kitabı  səqli-əkbərdir.  Onun  bir  tərəfi  Allahın  əlində,  digər 
bir  tərəfi  sizin  əlinizdədir.  Ondan  möhkəm  yapışın.  Onu 
alçaldıb  təhrif  etməyin.  Səqli-əsğər  mənim  itrətim-Əhli-
beytimdir.  Çünki  Allah-təala  mənə  xəbər  vermişdir  ki,  bu 
iki  şey  bir-birindən  ayrılmazlar.  (İbn  Hücr  Heysəmi  Şafei 
Əssə  Şafei  «Əli  ibn  Əbitalibin  tərcümeyi-halı»,  «Tarixi-
dəməşq» II c, səh. 45, Müttəqi Hindi «Kənzul-ümmal», I c, 
səh.  168,  Əmini  «Əlğədir»  I  c,  səh.  26,27,  «Əbqatül-
Ənvar»  12  cildli  kitab,  I  c,  səh.  31,32,  Həkim  Termezi 
Şafei  «Nəvadirul-Əhval»  səh.  289,  «Yənabiul  müvəddə» 
səh. 37) 


Yüklə 1,5 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə