Microsoft Word Beytul-Ehzan Xanim Fatimenin heyati Qadinlar biz doc



Yüklə 1,5 Mb.
Pdf görüntüsü
səhifə55/55
tarix15.10.2018
ölçüsü1,5 Mb.
#74208
1   ...   47   48   49   50   51   52   53   54   55

 
219 
oxudu.  Orda  belə  yazılmışdı:  «Bağışlayan  və  Mehriban 
Allahın  adı  ilə.  Bu  Rəsulullah(s)-ın  qızı  Fatimə(s.ə)-nin 
etdiyi vəsiyyətlərdir: 
1.Fatimə(s.ə)  şəhadət  verir  ki,  vahid  Allahdan  başqa 
heç bir məbud yoxdur. 
2.Mühəmməd(s) onun bəndəsi və elçisidir. 
3.Behişt  və  cəhənnəm  haqdır,  qiyamətin  olacağına 
şəkk-şübhə yoxdur və Allah (o gündə) ölənləri qəbirlərdən 
dirildib qaldıracaq. 
4.Ey  Əli!  Mən  Peyğəmbərin  qızı  Fatiməyəm.  Allah-
təala məni sənə ərə verdi ki, dünya və axirətdə sənin olam. 
Sən  mənə  qarşı  (ixtiyar  sahibi  olmaqda)  başqalarından 
daha  üstünsən.  Gecə  ikən  mənə  qüsl  verib,  kəfənə  bürü, 
hənut vurub gecə  ikən  mənə  namaz qıl,  dəfn et. Heç kəsə 
bildirmə.  Səni  Allaha  tapşırıram,  övladlarıma  qiyamətə 
kimi salam göndərirəm. 
Zəhra(s.ə)-nın matəmində. 
Rəvayət  olunmuşdur  ki,  bu  xəbərdən  sonra  Mədinə 
əhli  şivən  qopardı.  Bəni-Haşim  qadınları  Fatimə(s.ə)-nin 
evinə  axışaraq  elə  nalə,  şivən  qopardıar  ki,  sanki  Mədinə 
lərzəyə  gəldi.  Onlar  deyirdilər:  «Ey  seyyidə  Xanım,  ey 
Rəsülüllahın  Qızı!»  Camaat  həyəcanlı  halda  Əli(ə.s)-nin 
hüzuruna  gəldi.  Həzrət(ə.s)  oturmuşdu.  Həsən  və 
Hüseyn(ə.s) onun qarşısında ağlaşırdılar. Camaat da onlara 
baxıb ağlamağa başladı. Həzrəti-Zəhra(s.ə)-nın qızlarından 
biri olan Ümmü Gülsüm üzündə niqab, başında çadra olan 
bir  halda  ağlaya-ağlaya  evdən  çıxıb  fəryad  etdi:  «Ey  Ata! 
Ey Allahın Rəsulu! Doğrudan da, biz bu gün səni elə əldən 
vermişik  ki,  əbədi  olaraq  bir  daha  səni  görməyə  nail  ola 
bilməyəcəyik».  Camaat  bir  yerə  yığışıb  fəğan  edir, 
cənazənin  evdən  çıxmağını  gözldəyirdilər.  Əbuzər  evdən 
çıxıb  onlara  dedi:  «Evlərinizə  gedin,  çünki  cənazənin 
 
220 
dəfnə  aparılması  bu  gecəyə  qədər  təxirə  salınır».  Camaat 
bunu eşidib dağılışdı. 
Cənazənin qüsl, kəfən və namazı 
Axşam  düşdü.  Əli(ə.s)  cənazəyə  qüsl  verdi.  Bu 
zaman  Həsən(ə.s),  Hüseyn(ə.s),  Zeynəb,  Ümmü  Gülsüm, 
Fizzə  və  Əsma  binti  Ümeys  də  onun  yanında  idi.  Əsma 
deyir:  «Fatimə(s.ə)  mənə  vəsiyyət  etmişdi  ki,  mən  və 
Əli(ə.s)-dən  başqa  heç  kəs  ona  qüsl  verməsin.  Mən 
Fatimə(s.ə)-yə qüsl verəndə Əli(ə.s)-yə kömək etdim.»  
Rəvayət  olunmuşdur  ki,  həzrəti-Əli(ə.s)  Fatimə(s.ə)-
yə  qüsl  verəndə  deyirdi:  «Pərvərdigara!  Fatimə(s.ə)  Sənin 
kənizin  və  Sənin  Rəsulunun  qızıdır.  Pərvərdigara,  Onun 
höccətini  ona  özün  təlqin  et.  Onun  haqq  dəlillərini  böyük 
et, dərəcəsini ali et, Onu atası Mühəmmədlə həmneşin et!»  
Həmçinin  rəvayət  olunmuşdur  ki,  həzrəti-Əli(ə.s) 
Peyğəmbər(s)-in  mübarək  bədənini  quruladığı  parça  ilə 
Zəhra(s.ə)-nın  da  bədənini  quruladı.  Qüsl  işi  qurtardıqda 
cənazəni  tabuta  oxşayan  taxtın  üstünə  qoyub  Həsən(ə.s)-ə 
buyurdu:  «Əbuzərə  xəbər  göndər,  gəlsin.»  Əbuzər  gəldi, 
cənazəni  namaz  qılınacaq  yerə  apardılar.  Həsən(ə.s)  və 
Hüseyn(ə.s)  də  onlarla  birlikdə  getdi.  Sonra  həzrəti-
Əli(ə.s) meyit namazını qıldı. 
Həsən(ə.s) və Hüseyn(ə.s) Zəhra(s.ə)-nın ağuşunda 
Vərəqə rəvayət edir:  
Əli(ə.s) 
buyurdu: 
«Fatimə(s.ə) 
qüsl 
verməyə 
başladım. Əynindəki köynəyi çıxarmadan ona qüsl verdim. 
Kəfənə  bürüdüm.  Kəfənin  bəndlərini  bağlamaq  istədikdə 
səslədim:  «Ey  Ümmü  Gülsüm,  Səkinə,  Zeynəb,  Fizzə, 
Həsən, Hüseyn! Gəlin ananızın görüşündən azuqə götürün, 
çünki  behiştlə  görüşüb  ayrılmaq  vaxtıdır.»  Həsən(ə.s)  və 
Hüseyn(ə.s)    gəlib  şivən  qopardılar:  «Ah!  Babamız 
Mühəmməd(s)  və  anamız  Fatimə(s.ə)-nin  vəfatından 


 
221 
yaranan  neçə  qəm-qüssə,  sönməyən  həsrət  şöləsi!  Ey 
Həsə(ə.s)-nin  anası,  ey  Hüseyn(ə.s)-in  anası!  Babamla 
görüşəndə  bizim  salamımızı  ona  çatdır  və  ona  de  ki,  biz 
səndən  sonra  dünyada  yetim  qaldıq.  Allahı  şahid  tuturam 
ki,  (bu  vaxt)  Fatimə(s.ə)  yanıqlı  bir  nalə  çəkdi,  əllərini 
uzatdı  və  bir  müddət  balasını  nəvazişlə  sinəsinə  sıxdı. 
Sonra  qeybdən  səs  eşitdim:  «Ey  Əli,  Həsən  və  Hüseyni 
analarının  sinəsindən  götür.  Allaha  and  olsun  ki,  onlar 
səma  mələklərini  ağlatdılar.  Dostlar  öz  dostunu  görməyi 
arzulayır.» 
Fatimə(s.ə)-nin kəfənə bükülməsi 
Rəvayət  olunub  ki,  Kəsir  ibn  Abbas  Fatimə(s.ə)-nin 
kəfəninin  üstünə  belə  yazdı:  «Zəhra(s.ə)  şəhadət  verir  ki, 
Allahdan  başqa  heç  bir  məbud  yoxdur  və  Mühəmməd(s) 
Allahın Rəsuludur.» 
«Misbahül-ənvar»da  nəql  olunan  rəvayətdən  məlum 
olur  ki,  həzrəti-Zəhra(s.ə)-nın  büküldüyü  kəfənin  parçası 
çox  qalın  idi.  Kitabda  qeyd  olunub  ki,  Fatimə(s.ə)  ehtizar 
halında olanda bir qab su istədi və onunla qüsl etdi. Sonra 
ətir istədi, onun üçün xəşin və qalın parça gətirdilər, onları 
bədəninə bürüdü.  
Həmçinin  rəvayət  olunub  ki,  o  Xanım(s.ə)-ı  yeddi 
parça ilə kəfənə bükdülər. 
Meyit namazı və dəfn mərasimi 
«Rovzətül-vaizin»  kitabında  yazılıb  ki,  gecə  vaxtı 
camaat 
yuxuda 
ikən 
həzrəti-Əli(ə.s) 
Həsən(ə.s), 
Hüseyn(ə.s),  Əmmar,  Miqdad,  Əqil,  Zübeyr,  Əbuzər, 
Səlman,  büreyd  və  Bəni  Haşimdən  olan  bir  neçə  yaxın 
dostları  ilə  birlikdə  cənazəni  evdən  çıxarıb  ona  namaz 
qıldılar  və  onu  gecə  yarısı  torpağa  tapşırdılar.  Həzrəti-
Əli(ə.s) Zəhra(s.ə)-nın qəbrinin ətrafında əlavə yerdə qəbir 
də düzəltdi ki, onun qəbri tanınmaz olsun. 
 
222 
«Misbahül-ənvar» kitabında qeyd olunur ki, bir nəfər 
İmam  Sadiq(ə.s)-dən  soruşdu  ki,  Əmirəl-möminin(ə.s) 
Fatimə(s.ə)-nin  cənazə  namazını  neçə  təkbirlə  qıldı? 
Həzrət buyurdu:  
-Əli(ə.s) bir təkbir deyirdi. Cəbrail bir təkbir deyirdi. 
Sonra  isə  ilahi  dərgahın  müqərrəb  mələkləri  təkbir 
deyirdilər.  
Beləliklə, həzrəti-Əli(ə.s) 5 təkbirlə namaz qıldı.  
Başqa bir şəxs soruşdu:  
-Ona harda namaz qıldı?  
İmam Sadiq(ə.s) buyurdu:  
-Öz  evində  namaz  qıldı.  Sonra  cənazə  (tabutda) 
hərəkət etdirilərək evdən çıxarıldı. 
Dəfndən sonra həzrəti-Əli(ə.s) Peyğəmbər(s)-ə 
salam göndərir. 
Şeyx  Tusi(r.ə)  belə  yazır  ki,  həzrəti-Əli(ə.s)  
Fatimə(s.ə)-nin  cənazəsini  dəfn  etdikdən  sonra  onun 
qəbrini  yerlə  bir  səviyyədə  bərabərləşdirdi,  sonra  əlinin 
toz-torpağını  təmizlədi,  qəm-qüssədən  həyəcanlandı,  göz 
yaşı  axıtdı.  Sonra  üzünü  Peyğəmbər(s)-in  qəbrinə  tutub 
dedi:  «Ya  Rəsulullah  salam  olsun  Sənə  mənim  və  hal-
hazırda sənin görüşünə gələn qızın tərəfindən.  Ey  Allahın 
Rəsulu,  sənin  sevimli  qızınıın  ayrılığından  yaranan 
hicrandan  səbrim  azalmış,  taqətim  üzülmüşdür.  Amma 
sənin  rəhmətin  kimi  kədərli  bir  hadisədən  sonra  mənə 
çatan hər bir müsibət kiçikdir. Heç vaxt unutmaram onları 
ki,  sənin  mübarək  cəsədini  qəbrə  qoydum.  Sən  rəhmət 
edəndə mübarək başın sinəmdə idi. Ruhun pərvaz etdi. Ey 
Peyğəmbər!  Mənə  tapşırdığın  əmanəti  sənə  qaytardım. 
Ancaq  mənim  qəm-qüssəm,  kədərim  həmişəlikdir. 
Gecələri  oyaq  qalaraq  başa  vururam,  ta  ki  öz  qızın  səni 
ümmətin əlbir olub ona qarşı etdiyi zülmdən agah edəcək. 


 
223 
Vəziyyəti  ondan  (olduğu  kimi)  soruş.  İş  belədir:  Sənin 
vəfatından  çox  keçməmiş,  adın  xatirələrdən  getmişdir. 
Mənim-vidalaşan  bir  kəsin  salamı  siz  ikinizə  olsun.  Bu 
salam  narazı  və  ya qəlbi  yorğun kəsdən deyil.  Əgər sənin 
hüzurundan geri qayıdıramsa, onda bu, yorğunluq üzündən 
deyil  və əgər qəbrinin  kənarında qalsam,  onda  bu heç   də 
Allahın 
səbirli 
olanlara 
verdiyi 
vədə 
barəsində 
bədgümanlıqdan deyil.
89
 Bəli, səbir etmək daha fəzilətli və 
daha  gözəldir.  Əgər  bizə  (zahirdə)  qələbə  çalanlardan 
ehtiyat  etməsəydim,  onda  sənin  qəbrinin  kənarında  qalar, 
etikaf  bağlayar,  bu  müsibətdə  balası  ölmüş  analar  kimi 
ahu-fəğan,  nalə  edərdim.  Allah  şahiddir  ki,  mən 
düşmənlərin  qorxusundan  sənin  qızını  gizli  torpağa 
tapşırdım.  Elə  bir  qız  ki,  haqqını  qəsb  etdilər,  mirasını 
ondan  aldılar,  halbuki  sənin  vəfatından  çox  da 
keçməmişdir,  adın  hələ  köhnəlməmişdir.  Ey  Allahın 
Rəsulu,  sənin  hüzuruna  şikayət  edirəm.  Sənə  itaət  etmək 
xatirinə  təmkinli  olacağam.  Allahın  salam,  rəhmət, 
bərəkəti Sənə və sənin Qızına olsun.»
90
  
Əli(ə.s)-nin qəbrin kənarında söylədiklərindən bir 
hissə. 
«Misbahül-ənvar»  kitabında  İmam  Sadiq(ə.s)-dən 
belə  nəql  olunmuşdur  ki,  Əmirəl-möminin  Əli(ə.s) 
Fatimə(s.ə)-nin cənazəsini qəbrin içinə qoyanda dedi: «Ey 
Fatimə! Səni məndən də yaxşı olan bir kəsə təhvil verdim. 
Sənin üçün Allahın bəyəndiyi şeyləri bəyəndim.» Sonra isə 
bu ayəni tilavət etdi:  
«Biz  sizi  o  torpaqdan  xəlq  etdik,  ona  qaytaracağıq 
və bir daha oradan çölə çıxarmayacağıq.» («Taha», 55)  
                                                
89
 «Nəhcül-bəlağə», 202-ci xütbə. 
90
«Üsuli Kafi», I c, səh. 459. 
 
224 
Qəbrin üstünü örtüb düzəldəndən sonra üstünə azacıq 
su  səpdi.  Qəbrin  kənarında  ağlar  və  qəmli  oturdu.  Əmisi 
Abbas onun qolundan tutub evə sarı apardı. 
Həzrəti-Əli(ə.s) qəbrin açılmasının qarşısını 
şiddətlə alır. 
Bir  mənbəyə  əsasən,  Fatimə(s.ə)-nin  dəfn  olunduğu 
gecə  Bəqidə  qırx  təzə  qəbir  düzəldildi.  Müsəlmanlar  o 
Xanım(s.ə)-ın 
vəfatından 
xəbərdar 
olduqda 
Bəqi 
qəbristanlığına  getdilər,  lakin  orada  qırx  təzə  qəbir 
gördülər.  Fatimə(s.ə)-nin  qəbrini  tapa  bilmədilər.  Onların 
şivən  və  ah-nalə  səsləri  ucaldı.  Bir-birini  məzəmmət  edib 
deyirdilər: «Peyğəmbər(s)-in sizin içinizdə bir qızı var idi, 
o da dünyadan getdi  və torpağa tapşırıldı,  amma  siz onun 
namaz  və  dəfnində  iştirak  etmədiniz,  qəbrini  də 
tapmadınız.»  Tayfa  başçıları  dedilər:  «Gedin,  imanlı 
qadınlardan  bir  neçəsini  gətirin,  bu  qəbirləri  açsınlar, 
Fatimə(s.ə)-nin  qəbrini  tapıb  ona  namaz  qılaq,  qəbrini 
ziyarət edək.» 
Əli(ə.s)  bu  məsələdən  agah  olanda  qəzəbli  halda 
evdən  çıxdı.  O  qədər  qəzəbli  idi  ki,  gözləri  qızarmış, 
boynundakı  damarlar  şişmişdi.  O  Cənab(ə.s)  acı 
hadisələrlə əlaqədar geydiyi sarı əbanı çiyninə salmışdı. O, 
Bəqiyə  gəldi  və  camaatı  bu  işdən  çəkindirib  qorxutdu. 
Camaat  deyirdi:  «Bu  gələn  Əliyyibn  Əbi  Talibdir.  O  and 
içmişdir  ki,  əgər  bu  qəbirlərdən  bir  daş  yerindən 
tərpənərsə, hamınızı qılıncdan keçirəcək.» Bu zaman Ömər 
özünün  bir  dəstə  səhabəsi  ilə  birlikdə  Əli(ə.s)-nin  yanına 
gəldi. Ömər dedi:  
-Ey Əbul Həsən! Bu,  nə işdir görmüsən? Allaha and 
olsun ki, hökmən Zəhranın qəbrini açacağıq ki, ona namaz 
qılaq.  


 
225 
Əli(ə.s)  əlini  onun  arxalığına  atıb  onu  öz  paltarına 
bürüdü və yerlə sürüdü. Ömər yerə sərildi. Həzrəti-Əli(ə.s) 
ona buyurdu:  
-Ey  Həbəşiyyəli  Sevdanın  oğlu!  Mən  camaatın 
dindən  çıxacağından  qorxduğum  üçün  öz  haqqımdan 
keçdim.  Amma  Fatimə(s.ə)-nin  qəbrini  açmaq  kimi 
istəyinizdən əl çəkməsəniz,  Allaha and olsun ki,  yeri sizin 
qanınızla  sirab  edərəm.  Bu  işdən  əl  çəkin,  təki  canınız 
salamat qalsın. 
Əbu Bəkr Əli(ə.s)-yə:  
-Səni  and  verirəm,  Rəsulullahın  haqqına,  Öməri 
burax. Biz sənin xoşlamadığın işi görmərik.  
Bu  zaman  həzrəti-Əli(ə.s)  Öməri  buraxdı.  Camaat 
dağılışdı və onlar qəbri açmaq fikrindən döndülər. 
Əli(ə.s)-nin Ömər və Əbu Bəkr üçün verdiyi 
izahat. 
Şeyx Səduqun «İləlüş-şəraye» kitabında qeyd olunur 
ki,  bir  kişi  İmam  Sadiq(ə.s)-dən  Fatimə(s.ə)-nin  qəbrinin 
açılması  barədə  çıxarılan  qərar  barəsində  soruşdu. 
İmam(ə.s)  buyurdu  ki,  Əli(ə.s)  gecə  ikən  cənazəni  evdən 
çıxartdı,  bir  neçə  xurma  budağı  ilə  od  qaladı,  onların 
işığında  yola  düşdü.  Ona  namaz  qılıb  elə  gecə  vaxtı  dəfn 
etdi. Sübh  tezdən Əbu Bəkr və Ömər Qureyşdən olan bir 
kişini görüb ondan soruşdular:  
-Haradan gəlirsən? 
Kişi dedi:  
-Əli(ə.s)-nin  evindən  gəlirəm.  Fatimə(s.ə)  barəsində  
ona baş sağlığı verməyə getmişdim. 
Soruşdular:  
-Məgər Fatimə(s.ə) dünyadan köçübmü? 
-Bəli, dünən gecə yarısı onu dəfn ediblər. 
 
226 
Əbu  Bəkr  və  Ömər  bərk  pərişan  oldular.  Camaatın 
danlağından  çox  qorxdular.  Buna  görə  də  Əli(ə.s)-nin 
hüzuruna gəlib dedilər:  
-Allaha  and  olsun  ki,  bizə  qarşı  hiylə  və 
düşmənçilikdən əl çəkmədin. Bunlar hamısı kindəndir. Elə 
Peyğəmbər(s)-ə  də  təklikdə  qüsl  verdin  və  bizə  xəbər 
vermədin.  Oğlun  Həsən(ə.s)-ə  öyrətdin  ki,  məscidə  gəlib 
Əbu  Bəkr  minbərdə  olanda:  «Babamın  minbərindən  aşağı 
en!»- deyə fəryad etsin. 
Həzrəti-Əli(ə.s) onlara buyurdu:  
-Əgər 
and 
içsəm, 
mənim 
sözlərimi 
təsdiq 
edəcəksinizmi? 
Əbu Bəkr: «Bəli»,- deyə cavab verdi. 
İmam Əli(ə.s) buyurdu:  
-Peyğəmbər(s)  mənə  vəsiyyət  etmişdi  ki,  ona 
təklikdə  qüsl  verim  və  bu  barədə  heç  kəs  mənə  şərik 
olmasın.  O  Həzrət:  «Əmioğlum  Əlidən  başqa  heç  kəs 
mənim  bədənimə  baxmasın»,  -  deyə  buyurmuşdu.  Mən 
Ona  qüsl  verdim.  Mələklər  Onun  bədənini  o  yan-buyana 
döndərirdilər.  Fəzl  ibn  Abbas  mənə  iz  verirdi,  özü  də 
gözlərini  bağlamışdı.  Mən  o  Cənabın  köynəyini  çıxarmaq 
istəyəndə qeybdən bir səs eşitdim, amma özünü görmədim. 
O deyirdi: «O Həzrətin köynəyini çıxartma!» 
Mən  bu  sözləri  təkrar-təkrar  eşitdim,  amma  onu 
deyənin  kim  olduğunu  görmədim.  Buna  görə  də 
Peyğəmbər(s)-ə  köynəyi  çıxarmadan  qüsl  verdim,  sonra 
kəfən  gətirildi.  Mən  onu  kəfənə  bükəndən  sonra  köynəyi 
bədənindən çıxartdım. 
Amma  oğlum  Həsən(ə.s)-in  məscidə  gəlib  Əbu 
Bəkrə  etiraz  etməsi  məsələsinə  gəldikdə  isə,  siz  Mədinə 
əhli  bilirsiniz  ki,  Həsən(ə.s)  camaat  namazı  əsnasında 
camaatın  sıraları  arasında  keçərək  özünü    Rəsulullah(s)-a 


 
227 
çatdırıb  o  Həzrət  səcdədə  olarkən  onun  kürəyinə  minirdi. 
Peyğəmbər(s)  başını  səcdədən  qaldıranda  bir  Əli  ilə 
Həsən(ə.s)-in  kürəyindən,  o  biri  əli  ilə  ayaqlarından  tutub 
namazı qurtarana qədər onu öz çiynində saxlayardı. 
Dedilər:  
-Bəli, biz bu məsələni bilirik.  
Həzrət buyurdu:  
-Siz  Mədinə  əhli  bunu  da  bilirsiniz  ki,  bəzi  vaxtlar 
Peyğəmbər(s)  minbərdə  olarkən  Həsən(ə.s)  məscidə  varid 
olurdu. Peyğəmbər(s) xütbəni  yarıda saxlayıb Həsən(ə.s)-i 
öz boynuna alaraq ayaqlarını isə sinəsinə sıxır,  xütbəni bu 
halda  sona  çatdırırdı.  Camaat  Həsən(ə.s)-in  ayaqlarındakı 
xəlxal  bərqini  (zinət  növüdür)  məscidin  axırında  görürdü. 
Həsən(ə.s)  Peyğəmbər(s)-dən  bu  qədər  məhəbbət  və 
nəvaziş  görmüşdü.  Ona  görə  də  bir  dəfə  məscidə  gələndə 
başqasını  həmin  minbərdə  gördükdə  ona  çox  ağır  gəldi. 
Buna  görə  həmin  sözləri  dedi.  Allaha  and  olsun  ki,  mən 
oğluma  bu  göstərişi  verməmişəm.  Həzrəti-Fatimə(s.ə) 
barəsində isə deməliyəm ki, o həmin qadındır ki, mən sizin 
üçün  onun  hüzuruna  gəlməyiniz  barədə  ondan  icazə 
istədim. Siz də gəldiniz, onun sözlərini eşitdiniz, onun sizə 
qarşı necə qəzəbli olduğunu anladınız. Allaha and olsun, o 
mənə  vəsiyyət  etdi  ki,  sizi  onun  cənazəsinin  yanına 
buraxmayam,  siz  onun  namazında  iştirak  etməyəsəniz. 
Mən də onun vəsiyyətinin əleyhinə bir iş etmək istəmədim. 
Ömər dedi:  
-Bu,  nə  sözlərdir?!  Özüm  gedib  Fatimə(s.ə)-nin 
qəbrini 
açacağam, 
cənazəni 
çıxardıb 
ona 
namaz 
qılacağam! 
Əli(ə.s) buyurdu:  
 
228 
-Allaha  and  olsun,  əgər  belə  bir  iş  görsən,  bu 
qərarından  dönməsən,  başını  bədənindən  ayıraram!  Bu 
halda mən sizinlə yalnız qılıncla rəftar edəcəyəm! 
Həzrəti-Əli(ə.s)  ilə  Ömər  arasında  kəskin  mübahisə 
başladı.  Bir-birinə  həmlə  etmək  dərəcəsinə  yaxınlaşanda 
mühacir  və  ənsardan  bir  qrupu  irəli  gəlib  onları  ayırıb 
dedi:  «Allaha  and  olsun,  biz  razı  olmarıq  ki, 
Peyğəmbər(s)-in əmisi oğluna, onun canişininə belə sözlər 
deyilsin.» 
Bununla da camaat dağılışıb getdi. 
Qazi Əbu Bəkrin şerləri. 
Dahi  mühəddis  Əliyyibn  İsa  İrbil  «Kəşfül-qimmə» 
kitabında (II c, səh.69) yazır ki, dostlarından biri Qazi Əbu 
Bəkr ibn Əbu Bri’ənin (sünni alimlərindəndir) yazdığı şeri 
mənim üçün oxudu, mən də onu burada qeyd edirəm: «Ey 
bu  dünyanın  qəribəlikləri  ilə  maraqlanan  insan!  Sirləri 
aşkar  etməyə  çalışma.  Bəlkə  sənin  aşkarlamağa  çalışdığın 
iyrənc bir şeydir? 
Nə  çox  üstü  açılmamış  sirlər  var  ki,  aşkar  olanda 
pərdənin  altında  olan  əsl  siması  aşkar  olar.  Ey  sual  edən, 
sənin  cavabın  hazırdır,  amma  mən  onu  bəyan  etməyə 
qorxuram.  Əgər  camaatın  mənə  qarşı  düşmənçiliyi, 
xəlifənin  əzab-əziyyəti  və  hiylələri  olmasaydı,  düşmən 
qılıncları  başımızın  üstündə  başımızı  parçalamaq  üçün 
hazır  olmasaydı,  onda  Ali-Mühəmmədin  sirlərindən  təzə-
təzə  xəbərlər  bəyan  edərdim,  ta  ki  sizi  Malik  və  Əbu 
Hənifənin 
fitvalarından 
ehtiyacsız 
edəm 
və 
sizə 
göstərərdim  ki,  İmam  Hüseyn(ə.s)-in  qətlə  yetirilməsinin 
səbəbi  və  mənşəyi  elə  «səmarə»  günüdür.  (Əbu  Bəkrin 
zorla xilafətə keçdiyi gün.) 
Həmçinin  sizə  izah  edərdim  ki,  Fatimə(s.ə)-ni  hansı 
halda  və  necə  vəziyyətdə  gecə  ikən  qəbrə  qoydular.  Həm 


 
229 
də  sizə  bəyan  edərdim  ki,  o  iki  nəfərin  Fatimə(s.ə)-nin 
evinə daxil olmaları nə üçün qadağan olunmuşdu! Heyhat, 
təəssüf.  Peyğəmbər(s)-in  qızı  son  dərəcə  qəm-qüssə  ilə 
vəfat etdi.» 
İmam Sadiq(ə.s)-in göstərdiyi vəsiyyətnamə. 
Dahi mühəddis Şeyx Kuleyn Əbu Bəkrdən nəql edir:  
İmam Sadiq(ə.s) mənə buyurdu:  
-İstəyirsənmi,  Fatimə(s.ə)-nin  vəsiyyətnaməsini  sənə 
oxuyum? 
Dedim:  
-Bəli! İstəyirəm. 
İmam  Sadiq(ə.s)  sandığı  açıb  bir  namə  çıxartdı  və 
belə oxudu: 
 «Bismillahir  rəhmanir  rəhim.  Bu,  Peyğəmbər(s)-in 
qızı  Fatimə(s.ə)-nin  etdiyi  vəsiyyətdir  ki,  bu  vəsiyyətdə 
«həvaiti  səbə»  (yeddi  bağ):  1-əvaf,  2-dəlal,  3-burqə,  4-
mübit,  5-husna,  6-safiyə,  7-məşrəbətu  Ümmü  İbrahim 
bağlarını   vəsiyyət edirəm ki,  vəqf olaraq qalsın.  Bunların 
idarə  olunmasını  Əmirəl-möminin(ə.s)-ə  həvalə  etdim. 
Onun  vəfatından  sonra  oğlum  Həsən(ə.s)-in,  ondan  sonra 
övladlarımın ən böyüyünün (yəni bu işlər tarix boyu böyük 
nəvələrimin)  ixtiyarında  olsun.  Allah  bu  vəsiyyətə 
şahiddir.  Həmçinin  Miqdad  və  Əbuzər  də  şahiddir.  Bu 
vəsiyyəti Əliyyibn Əbu talib yazdı.» 
Böyük  alim  Seyyid  ibn  Tavus  (664-cü  h-q  ilində 
vəfat  etmişdir)  «Kəşfül-məhəccə»  kitabında  yazır  ki, 
Peyğəmbər(s)  və  əmirəl-mömin  Əli(ə.s)  fəqir  deyildilər. 
Zöhdün  (zahidlik)  fəqirlik  ilə  yanaşı  olması  şərt  deyildir. 
(Sonra 
oğluna 
xitabən 
deyir: 
«Cəddin 
Həzrət 
Mühəmməd(s)  Fədək  və  Əvalini  anam  Fatimə(s.ə)-yə 
hədiyyə  etdi.  Abdulla  ibn  Həmad  Ənsarinin  söylədiyinə 
görə, onların  illik gəliri  hər  il 24  min dinar (qızıl pul)  idi. 
 
230 
Başqa  bir  rəvayətdə  isə  yetmiş  min  dinar  olduğu  qeyd 
olunur.») 
Fatimə(s.ə) Peyğəmbər(s)-dən sonra nə qədər 
yaşadı? 
Fatimə(s.ə)-nin  Peyğəmbər(s)-dən  sonra  nə  qədər 
yaşaması  barədə  tarixçilər  arasında  fikir  ayrılığı  vardır. 
Onların  əksəriyyəti  bu  müddətin  altı  ay  olması  fikri 
üzərində dayanırlar.  Bir qism tarixçi  isə  bu  müddətin qırx 
günə  bərabər  olmasını  iddia  edir.  Bizim  nəzərimizcə, 
həzrəti-  Fatimə(s.ə)  Atası(s)-nın  vəfatından  95  gün  sonra, 
cəmadiyul-axir  ayının  3-də  (hicrətin  11-ci  ili)  dünyadan 
getmişdir. 
Məhəmməd  ibn  Cərir  Təbəri  mötəbər  mənbəyə 
əsaslanaraq  İmam  Sadiq(ə.s)-in  belə  buyurduğunu  qeyd 
edir:  «Fatimə(s.ə)  çərşənbə  axşamı  cəmadiyul  ayının  3-də 
vəfat etmişdir.  Şəhid olmasının  səbəbi  isə  budur  ki,  Ömər 
ibn  Xəttabın  qulamı  Qunfuz  Ömərin  əmrinə  əsasən 
qılıncın qundağı (qılaf) ilə ona elə zərbə vurmuşdu ki, oğlu 
Möhsin  dünyaya  gəlməmiş  anasının  bətnindəcə  məhv 
olmuşdu. 
Bu 
hadisədən 
sonra 
həzrəti-Zəhra(s.ə) 
sağlamlığını itirmiş, ağır xəstəliyə tutulmuşdu.  O, xəstəlik 
yatağında  yatarkən  ona  zülm  edən  kəslərin  heç  birinə 
onunla görüşə icazə vermədi.» 
Vəssalamu 
ələykum 
və 
rəhmətullahi 
və 
bərəkatuhu! 
 
 
 
 
 
 
 

Yüklə 1,5 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə