Microsoft Word Beytul-Ehzan Xanim Fatimenin heyati Qadinlar biz doc



Yüklə 1,5 Mb.
Pdf görüntüsü
səhifə54/55
tarix15.10.2018
ölçüsü1,5 Mb.
#74208
1   ...   47   48   49   50   51   52   53   54   55

 
215 
titrəyir.  Elə  bilirəm,  bizim  aramızdan  birinci  O, 
Peyğəmbər(s)-ə  qovuşacaq.  O  Həzrət  də  onu  behiştin  ən 
uca  məqamları  üçün  seçərək  Allah  dərgahına  aparacaq. 
Əgər  bilirsənsə  ki,  Fatimə(s.ə)  çarəsiz  olaraq  dünyadan 
gedəcək, icazə ver, sabah mühacir və ənsardan (müsəlman) 
toplayım,  onlar  da  onun  dəfnində  iştirak  edib  savaba 
çatsınlar. Bu iş İslam dininin əzəməti üçün yaxşıdır». 
Həzrəti-Əli(ə.s) Abbasın qasidinə (deyilənə görə, bu, 
Əmmar  Yasir  imiş)    belə  buyurdu:  «Mənim  salamımı 
əmim  Abbasa  çatdır  və  de  ki,  Allah  sizin  məhəbbətinizi 
əskik  etməsin,  sənin  təklifin  mənə  çatdı  və  sizin  rəyiniz 
gözəldir.  Amma  bilirsən  ki,  onlar  eyni  zamanda 
Fatimə(s.ə)-yə  zülm  etdilər,  Onu  haqqından  məhrum 
etdilər  və  atasından  qalmış  mirası  ona  vermədilər.  Öunlar 
Peyğəmbər(s)-in  onun  haqqında  olan  göstərişinə  əməl 
etmədilər.  İlahi  haqqı  tapdaladılar.  Allah  mühakimə  üçün 
kifayət  edir  və  zülmkarlardan  intiqam  alacaq.  Ey  əmim, 
səndən  məni  bağışlamağını  istəyirəm  və  məni  sənin 
təklifinə  əməl  etməyəcəyimə  görə  üzrlü  hesab  etməyini 
diləyirəm.  Çünki  Fatimə(s.ə)  vəsiyyət  edib,  onun  işini 
(dəfn olunması, qüsl edilməsi və s.) gizli saxlayaq (Hədisin 
axırına qədər)». 
Həzrəti-Zəhra(s.ə)-nın şəhadətinin qəmli anları. 
Şiə  və  sünni tarixçiləri Əbu Rafenin arvadı Səlmaya 
əsaslanarq belə qeyd etmişlər:  
O  deyir:  «Mən  Fatimə(s.ə)-nin  ömrünün  axırlarında 
ondan bəzi şeylər soruşdum.  
Bir  gün  onun  halı  yaxşılaşdı.  Xəstəliyi  aramladı. 
Həzrəti-Əli(ə.s)  bəzi  işləri  görmək  üçün  evdən  çölə 
çıxmışdı. Bu zaman Fatimə(s.ə) mənə buyurdu:  
__ 
Bir az su gətir, qüsl edib yuyunum.  
 
216 
Mən  su  gətirdim.  Kömək  etdim,  Fatimə(s.ə)  ayağa 
qalxıb  yaxşı-yaxşı  yuyundu,  paltarlarını  dəyişdi.  Sonra 
mənə buyurdu:  
__ 
Mənim yatağımı evin ortasında sal.  
Sonra yerində üzü qibləyə uzandı və mənə buyurdu:  
__ 
Mən  bu  gün  dünyadan  gedəcəyəm.  Mən 
yuyunmuşam, heç kəs üstümü açmaçın.  
Sonra əlini başının altına qoyub dünyadan getdi. 
Rəvayət  olunub  ki,  Fatimə(s.ə)  məğrib  və  işa 
namazları  arasında  can  vermişdir.  Can  verdiyi  bir  anda 
ciddi  bir  baxışdan  sonra  deyib:  «Salam  olsun  Cəbrailə. 
Səlam  olsun  Allahın  Rəsuluna.  Pərvərdigara,  mən  sənin 
Rəsulun  ilə  birgəyəm.  Əbədi  məskən  sayılan  Sənin 
evindəyəm».  
Sonra öz yanındakılara xitab edərək buyurdu:  
__ 
Mənim gördüklərimi siz də görürsünüzmü?  
Oradakılardan bəziləri dedi:  
 
__ 
Ey Allah Rəsulunun qızı, sən nə görürsən?  
Xanım  buyurdu  ki,  indi  asiman  (səma)  əhlinə 
baxıram.  Cəbraili  görürəm.  Rəsulullaha  baxıram,  o 
buyurur:  «Ey  qızım!  Gəl  bizim  yanımıza,  sənin  üçün 
hazırlanmış  (nemətlər  və  ilahi  rizvan)  sənin  üçün  daha 
yaxşıdır».  Zeyd  ibn  Əli(ə.s)  belə  nəql  edir  ki,  Fatimə(s.ə) 
Cəbrailə,  Peyğəmbərə(s),  Əzrailə  salam  verdi,  orada 
olanlar mələklərin zərif səslərini eşitdilər, ən gözəl ətirləri 
iylədilər». 
Əsma binti Ümeysin Zəhra (s.ə)-nın şəhid olduğu 
anlar barəsində söylədikləri. 
Əsma  binti  Ümeys  deyir  ki,  Fatimə(s.ə)  canüstə 
olanda  mənə  söylədi:  «Peyğəmbər(s)-in  rəhmət  anlarında 
Cəbrail  onun  yanına  gəldi,  behişt  kafuru  gətirdi. 
Peyğəmbər(s)  onu  üç  yerə  böldü.  Bir  hissəsini  özü  üçün 


 
217 
götürdü,  bir  hissəsini  Əli(ə.s)-yə,  bir  hissəsini  də  mənə 
verdi  ki,  ağırlığı  qırx  dirhəm  qədər  idi.  Sonra  (kafurun 
yerini  göstərib)  mənə  xitabən  buyurdu:  «Ey  Əsma,  o 
kafuru  gətir,  başımın  yanına  qoy».  Bunu  deyib  üzünü 
örtdü. 
Sonra  buyurdu:  «Bir  az  mənim  yanımda  qal.  Sonra 
məni  səslə,  əgər  cavab  verməsəm,  bil  ki,  atama 
qovuşmuşam».  
Əsma  bir  az  gözləyib  Xanım(s.ə)-ı  çağırdı,  amma 
cavab  eşitmədikdə  səsləndi:  «Ey  Mühəmməd  Mustafanın 
qızı!  Ey  qadınların  bətnində  olanların  ən  kəramətlisinin 
qızı! Ey  yer üzərində gəzənlərin ən  yaxşısının qızı! Ey öz 
rəbbi ilə məqamı iki ox qədərində olan şəxsin qızı!» Yenə 
də  cavab  eşitmədiyini  gördükdə,  Zəhra(s.ə)-nın  üzündəki 
örtüyü  kənara  çəkdi,  onun  Liqahullaha  qovuşduğunu, 
ruhunun  Allah dərgahına pərvaz etdiyini gördükdə,  özünü 
onun  üzərinə  atdı.  Əsma  o  Xanım(s.ə)-ın  üzündən  öpərək 
deyirdi:  «Ey  Fatimə(s.ə)!  Atan  Rəsulullahın  hüzuruna 
çatdıqda mənim salamımı ona çatdır». 
Həsən və Hüseyn Analarının cənazəsi yanında. 
Sonra  Əsma  yaxasını  cırıb  həyəcanlı  halda  çölə 
çıxdı,  Həsən  və  Hüseyn(ə.s)-i  evin  yanında  gördü.  Onlar 
otağa  girib  anasının  üzü  qibləyə  uzandığını  gördülər. 
Hüseyn(ə.s)  anasını əli  ilə silkələdi,  birdən  başa  düşdü ki, 
artıq  anası  dünyadan  gedib.  Üzünü  qardaşı  Həsənə  tutub 
dedi:  «Qardaş!  Anama  görə  Allah  sənə  əcr  versin  (yəni 
başın  sağ  olsun).  Həsən(ə.s)  özünü  anasının  üstünə  atıb 
onu öpür, deyirdi: «Anacan! Mənimlə danış,  yoxsa ruhum 
bədənimdən  ayrılar».  Hüseyn(ə.s)  irəli  gəlib  anasının 
ayaqlarından  öpür,  deyirdi:  «Anacan!  Mən  sənin  oğlun 
Hüseynəm.  Mənimlə  danış,  yoxsa  qəlbim  parçalanar, 
ölərəm!» 
 
218 
Əli(ə.s)-yə xəbər 
Əsma Həsənlə Hüseynə dedi:  
__ 
Atanız  Əli(ə.s)-nin  yanına  gedib  ananızın  vəfatı 
xəbərini ona yetirin.  
Həsən  və  Hüseyn(ə.s)  evdən  çıxdılar.  Fəryad  edərək 
deyirdilər:  «Ya  Mühəmməd,  ya  Əhməd!  Bu  gün  sənin 
aramızdan  getməyinin  müsibəti  yenidən  canlandı,  çünki 
anamız  dünyadan  gedib».  Sonra  məscidə  daxil  oldular. 
Həzrəti-Əli(ə.s)  məsciddə  idi.  Onlar  Fatimə(s.ə)-nin 
şəhadət 
xəbərini 
atalarına 
çatdırdılar. 
Bu 
xəbər 
Əmirəlmöminin(ə.s)-ə  o  qədər  təsir  etdi  ki,  huşdan  getdi, 
taqəti  üzüldü.  Dərhal  üzünə  su  səpdilər.  Huşa  gələndə 
ürəkyandıran  bir  səslə  buyurdu:  «Ey  Peyğəmbərin  qızı! 
Kimə başsağlığı verim. İndi sənsiz necə sakit olum?!» 
Əli(ə.s) Zəhra(s.ə)-nın cənazəsi yanında. 
Məşhur tarixçi Məsudi belə yazır:  
Fatimə(s.ə) dünyadan getdiyi vaxt İmam Əli(ə.s) çox 
üzülmüş, demək olar ki, dünyadan əl götürmüşdü. O, belə 
mərsiyə  oxuyurdu:  «Hər  iki  dostun  birliyi  axırda  fəraq, 
ayrılıq  ilə  nəticələnir.  Ölüm  və  ayrılıqdan  başqa  hər 
müsibət  əhəmiyyətsizdir.  Peyğəmbər(s)-in  vəfatından 
sonra  Fatimə(s.ə)-nin  getməsi  bir  daha  onu  göstərir  ki, 
artıq heç bir dost qalmayacaq».  
Ravi qeyd edir: «Həzrəti-Əli(ə.s) Həsən və Huseynin 
əlindən  tutub  Fatimə(s.ə)-nin  cənazəsi  olan  otağa  varid 
oldular. Əsma Fatimə(s.ə)-nin başı üstündə oturub ağlayır, 
belə  deyirdi:  «Ey  Peyğəmbər(s)-in  yetim  qalmış  balaları, 
biz  Peyğəmbər(s)-in  vəfatından  sonra  Fatimə(s.ə)-yə 
başsağlığı verirdik. Amma indi kimə başsağlığı verək? 
Fatimə(s.ə)-nin vəsiyyəti. 
Həzrəti-Əli(ə.s)  parçanı  Fatimə(s.ə)-nin  üzündən 
götürdü,  başının  üstündə  bir  məktub  gördü.  Onu  götürüb 


Yüklə 1,5 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə