Microsoft Word Beytul-Ehzan Xanim Fatimenin heyati Qadinlar biz doc



Yüklə 1,5 Mb.
Pdf görüntüsü
səhifə50/55
tarix15.10.2018
ölçüsü1,5 Mb.
#74208
1   ...   47   48   49   50   51   52   53   54   55

 
199 
Peyğəmbər(s)-in  vəfatına görə qəmgin olmasın.  Bir  sözlə, 
Mədinə şəhəri ah-nalə  səsinə qərq olmuşdu.  Bu ayrılıq ən 
çox  həzrəti-Mühəmməd(s)-in  yaxınlarına,  xüsusən  əmisi 
oğlu  Əli(ə.s)-yə  daha  çox  təsir  etmişdi.  Hətta  bəziləri 
həyəcandan danışa bilmirdi. Əgər bu qəm-qüssə dağlara üz 
tutsaydı, dağların belə buna dözümü çatmazdı. 
Lakin  heç  kim  həzrəti-Fatimə(s.ə)  kimi  qəmgin  ola 
bilməzdi. Yalnız Allah özü buna şahid idi. 
Get-gedə kədər artır, göz yaşı isə dayanmırdı. 
                Fatimə  Atası(s)-nın  qəbri  kənarında 
(VIII gün). 
Ravi yazır: «Peyğəmbər(s)-in vəfatından 7 gün sonra 
səkkizinci gün Fatimə(s.ə) Atasını ziyarət etmək niyyəti ilə 
evdən  ağlaya-ağlaya  qəbir  üstünə  yollandı.  Xanım(s.ə)-ın 
ağlamaqdan  gözləri  qaralmışdı.  Narahatlığın  təsirindən 
çadrası  yerlə  sürünürdü.  Atasının  qəbrinə  gözü  sataşan 
kimi  özündən  gedib  məzarın  üzərinə  yıxıldı.  Mədinə 
qadınları  onun  köməyinə  çatıb,  həzrəti-Zəhra(s.ə)-nın 
üzünə  su  səpib  onu  huşa  gətirdilər.  Daha  sonra  Fatimə 
ağlaya-ağlaya Atasına xitab edərək belə buyurdu: 
«Atacan, 
qüvvətim 
tükənib, 
səbrim 
qurtarıb, 
düşmənim  sevinir,  qəm-qüssə  isə  məni  öldürür.  Ey  əziz 
Atam!  Daha  tənha  qalmışam,  səndən  sonra  səsim  kəsilib, 
belim  bükülüb,  həyatım  bir-birinə  dəyib.  Səndən  sonra 
dəhşətli  günlərimi  keçirirəm.  İndi  məni  sakitləşdirən  də 
yoxdur.  Qəm- qüssəm gündən- günə artır.  Atacan,  səndən 
sonra  kim  bu  ümmətin  fəryadına  yetişəcək?  Ey  Ata, 
səndən sonra camaat bizdən üz döndərdi. Görəsən, nə vaxt 
yanına  gələcəyəm?  İlahi,  mənim  ölümümü  tezliklə  yetir, 
çünki dünya və həyat mənim üçün artıq daralıb». 
Fatimə(s.ə)-nin kədəri və Mədinə camaatının 
təklifi. 
 
200 
Ağlayıb  qəlbini  boşaltdıqdan  sonra  Fatimə(s.ə)  evə 
qayıtdı. O, gecə-gündüz ağlayıb göz yaşı tökürdü. Mədinə 
böyüklərindən  bir  dəstə  həzrəti-Əli(ə.s)-nin  yanına  gəlib 
belə dedi:  
__ 
Fatimə  gecə-gündüz  aglayır.  Gecələr  onun  ah-
naləsindən  yata,  gündüzlər  isə  dincələ  bilmirik.  Səndən 
xahiş  edirik,  Fatiməyə  deyəsən,  heç  olmasa,  ya  gecə 
ağlasın, biz gündüzlər dincələk, yaxud gündüzlər o ağlasın, 
gecələr biz dincələk. 
Həzrəti-Əli(ə.s) buyurdu:  
__ 
Çox yaxşı, mən sizin xahişinizi ona çatdıraram. 
Həzrəti-Əli(ə.s)  Fatimə(s.ə)-nin  yanına  gəlib  onu 
ağlar  gördü.  Fatimə  Əli(ə.s)-ni  görüb  bir  az  sakitləşdi. 
Həzrəti-Əli(ə.s) Fatimə(s.ə)-yə buyurdu:  
__ 
Mədinə  böyükləri  məndən  xahiş  ediblər  ki,  ya 
gecə, ya da ancaq gündüz ağlayasan. 
Fatimə(s):  
__ 
Ey Əbul Həsən! Mən bu camaatın arasında çox az 
yaşayacağam və tezliklə bunlardan ayrılacağam. 
Əli(ə.s):  
__ 
İxtiyar sahibisən. 
Sonra  Əli(ə.s)  Mədinə  evlərindən  uzaqda,  Bəqi 
qəbirstanlığında Fatimə(s.ə) üçün (ağlamaq üçün) kiçik bir 
ev  düzəltdi.  Bu  evi  «Beytül-əhzan»,  yəni  «Qəm  evi» 
adlandırdı. 
Fatimə 
hər  gün  sübh  vaxtı  Həsən(ə.s)  və 
Hüseynlə(ə.s) bu evə gedib ağlayardı. Əli(ə.s) axşam gəlib  
Xanım(s.ə)-ını evə aparardı. 
Bilal Həbəşinin azan verməsi. 
Ravi yazır: «Bir gün Fatimə(s.ə) buyurdu:  


 
201 
__ 
Ürəyim  çox  istəyir  ki,  Atamın  müəzzini  azan 
versin və mən də onun səsini eşidim.
84
 
Bu xəbər Bilala çatdıqda Bilal azan verməyə başladı: 
«Allahu Əkbər. Allahu Əkbər». 
Fatimə  bu  səsi  eşidən  kimi  Atasının  zamanı  yadına 
düşdü. Özünü saxlaya  bilməyib, ağlamağa başladı. 
Fatimə  «Əşhədu  ənnə  Mühəmmədən  Rəsulullah» 
səsini  eşidən  kimi  bihuş  olub  yerə  yıxıldı.  Camaat  Bilala 
dedi:  «Azanı  saxla.  Fatimə(s.ə)  dünyadan  getdi».  Onlar 
belə güman etdilər ki, Fatimə(s.ə) vəfat edib. 
Bilal  azanı  saxladı.  Fatimə  huşa  gəlib  ayıldıqdan 
sonra Bilala buyurdu: «Azanı axıra kimi oxu». 
Bilal  azanı  davam  etməyib  dedi:  «Ey  xanımlır 
Xanımı,  qorxuram,  mənim  səsimi  eşitməklə  sizə  bir  xətər 
yetişə». 
Fatimə Ühüd şəhidlərinin qəbri kənarında. 
İmam Sadiq(ə.s) bu barədə belə söyləyir:  
«Fatimə(s.ə)  Peyğəmbər(s)-in  vəfatından  sonra  cəmi 
yetmiş  beş gün  yaşadı.  Bu  yetmiş  beş gündə  heç  kim onu 
gülərüz  görmədi.  Həftədə  iki  dəfə(I  və  III  günlər)  Ühüd 
şəhidlərinin qəbirləri kənarına gedib, orada namaz qılar və 
dua  oxuyardı.  O  Xanım  vəfat  edənə  kimi  bu  işi  davam 
etdirirdi». 
Mahmud  ibn  Lübeyddən  rəvayət  olunub  ki,  həzrəti-
Mühəmməd(s)  vəfat  etdikdən  sonra  Fatimə(s.ə)    Atası(s)-
nın qəbri kənarına gəlib ağlayardı. Gördüm ki, Fatimə(s.ə) 
orada  ağlayır.  Sakitləşəndən  sonra  Fatiməyə  yaxınlaşıb 
dedim:  «Ey  xanımlar  xanımı!  Sizin  bu  halınıza  dözə 
bilmirəm». 
                                                
84
Peyğəmbər(s)-in vəfatından sonra Bilal azan demirdi. Bununla da 
başqalarının hakimiyyətini  təsdiq etmək istəmirdi. 
 
202 
Fatimə(s.ə)  buyurdu:  «Ey  Əbu  Ömər!  Ağlamağın 
yeri  var.  Çünki  mən  ataların  ən  yaxşısını  itirmişəm. 
Ürəyim çox istəyir, atamı görəm». 
Həzrəti-Zəhra(s.ə)-nın dua və vəsiyyəti. 
İmam 
Baqir(ə.s) 
söyləyir: 
«Fatimə(s.ə) 
atası 
Peyğəmbər(s.ə)-in  vəfatından  altmış  gün  keçdikdən  sonra 
xəstələndi.  Həzrəti-Zəhra(s.ə)    xəstə  olarkən  belə  dua 
edərdi:  «Ey  Qadir  və  Diri  olan  Allah!  Sənin  rəhmətinə 
pənah gətirirəm, məni cəhənnəm atəşindən uzaq et və məni 
behişt əhlindən qərar ver». 
Bu zaman həzrəti-Əli(ə.s) Fatimə(s.ə)-yə buyurdu:  
__ 
Allahdan  arzum  budur  ki,  səni  tezliklə  sağaldıb 
şəfa versin. 
Fatimə(s.ə):  
__ 
Ey  Əbul  Həsən,  Allahımla  görüşməyimə  çox  az 
qalıb.  
Daha sonra Xanım(s.ə)-ı Əli(ə.s)-yə vəsiyyət elədi ki, 
məndən  sonra  bacım  qızı  Əmamə(Əbul  Asın  qızı)  ilə 
evlənərsən. 
Çünki  yalnız  o,  (Əmamə)  məndən  sonra  uşaqlarıma 
mehribanlıq göstərər».  
Başqa bir rəvayətdə belə söylənilir:  
«Fatimə(s.ə) Əli(ə.s)-yə dedi:  
__ 
Mənim səndən bir xahişim var.  
Əli(ə.s) buyurdu:  
__ 
Ey  Peyğəmbərin  qızı,  sözünü  buyur,  onu  mütləq 
yerinə yetirərəm. 
Fatimə:  
__ 
Səni  and  verirəm  Allaha  və  Atamın  haqqına,  Əbu 
Bəkrlə Ömər mənim cənazəmə namaz qılmasınlar. Allahın 
Rəsulu(s)  mənə  buyurmuşdur:  «Sən  mənim  Əhli-


Yüklə 1,5 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə