Microsoft Word Beytul-Ehzan Xanim Fatimenin heyati Qadinlar biz doc



Yüklə 1,5 Mb.
Pdf görüntüsü
səhifə1/55
tarix15.10.2018
ölçüsü1,5 Mb.
#74208
  1   2   3   4   5   6   7   8   9   ...   55


 

BEYTÜL- ƏHZAN 
(Həzrəti-Fatimeyi-Zəhranın (s) 
həyatı) 
 
 
 
 
 
 
Müəllif: Şeyx Abbas Qumi                  
Tərcümə edən: Ceyhun Cəfərov 
 

Ön söz 
Ulu  Tanrıya  şükr  edib  həmd  söyləmək,  eləcə  də 
həzrəti-  Mühəmməd(s)  və  onun  pak  Ailəsinə  salavat  və 
salam 
göndərmək 
insanların 
doğru 
yola 
hidayət 
olunmasında ən başlıca amillərdən biridir. 
Dünya  xanımlarının  xanımı,  məsum  İmamlarımızın 
anası  həzrəti-  Fatimeyi-Zəhranın  (səlamullahi  əleyha) 
həyatından  bəhs  edən  bu  kitabı  biz  dörd  hissəyə  və  hər  
hissəni də bir neçə bölməyə ayırmışıq. 
Birinci  hissə  həzrəti-Fatimə(s.ə)-nin  təvəllüd  tarixi, 
adı  və  o  xanımın  müxtəlif  ləqəblərlə  adlandırılması 
səbəblərindən bəhs edir. 
İkinci  hissədə    o  Xanımın  əxlaqi  dəyərləri,  eləcə  də 
həzrəti-Əli (ə.s) ilə evlənməsindən söz acılır. 
Kitabın 
üçüncü 
hissəsində 
Peyğəmbər(s)-in 
vəfatından  sonra  baş  vermiş  hadisələrdən,    xanım 
Fatimə(s.ə)-nin  alovlu  nitqləri,  özünü  müdafiə  etməsi  və 
bu barədə qeyd olunmuş bir sıra mətləblərdən bəhs edilir. 
Nəhayət, dördüncü hissə həzrəti-Fatimə(s.ə)-nin atası 
Peyğəmbər(s)-in  vəfatından  sonra  çəkdiyi  iztirab  və 
müsibətlərlə, onun həzrəti-Əli(ə.s)-yə vəsiyyəti, eləcə də o 
böyük  qadının  ömrünün  son  günlərində  baş  vermiş 
hadisələrlə zəngindir. 
 


 

Birinci hissə 
 
Həzrəti-Zəhra(s.ə)-nın təvəllüdü.  
 
Xanım  Fatimeyi-Zəhra(s.ə)  besətin  beşinci  ili, 
cəmadius-sani  ayının  iyirmisində,  Peyğəmbər(s)  qırx  beş 
yaşında  ikən  Məkkədə  dünyaya  göz  açmışdır.  İmam 
Sadiq(ə.s)  və  İmam  Baqir(ə.s)-dən  müasir  dövrümüzədək 
gəlib  çatmış  hədislərə  əsasən,  həzrəti-Zəhra(s.ə)-nın  anası 
xanım  Xədicə(s)  olmuşdur.  Öz  merac  gecələrinin  birində 
Rəsuli-əkrəm(s)-ə  təklif  edilən  behişt  meyvələrindən 
Peyğəmbər(s)-imiz  təzə  xurma  və  üzümdən  meyl  etmişdi. 
Allah-təala  həmin  behişt  meyvələrini  Peyğəmbər(s)-in 
sülbündə 
suya 
(nütfəyə) 
çevirmişdir. 
Nəticədə, 
Rəsulullah(s) 
meracdan 
qayıtdıqdan 
sonra 
xanımı 
Xədicə(s.ə) ilə bir yatmışdı. Beləliklə, Fatimə(s.ə)-nin nuru 
Xədicə(s.ə.)-nin  bətnində  cilvələndi.  Buna  görə  də  xanım 
Fatimə(s.ə)-ni  «Hövrau-Unsiyyə»  də    adlandırmışlar  ki, 
bunun da  mənası   xanım Zəhra(s.ə)-nın  insan ola-ola eyni  
zamanda    behişt  hurilərindən  sayılması  deməkdir,  belə  ki 
Peyğəmbər(s)  nə  zaman  behişt  ətrini  duymaq  istəsəydi, 
onun və tuba ağacının ətrini   Fatimə(s.ə)-dən alar, sevimli 
qızını  əzizlərdi,  lakin  Peyğəmbər(s)-in  zövcələrindən 
bəzisi  o  Xanımın  bu  böyük  məqamını    dərk  etmədiyinə 
görə  belə    hərəkəti  Peyğəmbər(s)  üçün  nalayiq  hesab 
edirdi. 
Sual  oluna  bilər  ki,  Rəsuli-əkrəm(s)-in  meracı    altı  
ay  hicrətdən  qabaq,  yaxud  digər  mənbəyə  əsasən,  besətin  
ikinci ilində baş vermişdir. Həzrəti-Fatimə(s.ə) isə  besətin 
beşinci  ilində dünyaya göz açmışdır ki,  bu   da  yuxarıdakı 
hadisə  ilə  (Peyğəmbər(s)-in  meracdan  sonra  bilavasitə 
Xədicə(s.ə) ilə yaxınlıq etməsi) üst-üstə düşmür. 
 

Cavab budur ki, Peyğəmbər(s)-in meracı bir dəfə  ilə 
məhdudlaşmadığı  üçün    yuxarıdakı    iradı    ona  aid  edə 
bilmərik.  İmam  Sadiq(ə.s)-in  buyurduğuna  görə,  Rəsuli-
əkrəm  (s)  iyirmi  dəfə  meraca  getmişdir.  Bu  səfərlərinin 
hamısında  da    Allah-təala  Peyğəmbər(s)-ə  bütün  vacib 
əməllərdən  daha  çox  Əli(ə.s)-nin  və  ondan  sonrakı 
imamların vilayət və imaməti haqqında göstəriş vermişdir. 
Əllamə 
Məclisi 
həzrəti-Zəhra(s.ə)-nın 
təvəllüd 
tarixini  öz  məşhur    «Biharül-ənvar»  kitabında  belə  təsvir 
edir: 
 Bir  gün  Peyğəmbər  (s)  Əbtəh  (Məkkə  və  Mina 
arasında)  deyilən  yerdə əyləşmiş,  həzrəti-Əli (ə.s),  Abbas, 
Həmzə,  Əmmar  Yasir,  Müfzər  ibn  Zəhzah,  Əbu  Bəkr  və  
Ömər  də  o  Cənabın  yanında  oturmuşdular.  Bu  zaman 
Cəbrayıl    öz  əsl  surətində–  çox  böyük,  qanadları    şərq  və 
qərbi    əhatə  etmiş  halda  Peyğəmbər(s)-in  hüzuruna  gəlib 
belə  səsləndi:  «Ey  Peyğəmbər!  Böyük  Allah  sənə  salam 
göndərir  və  buyurur  ki,  qırx  gün  Xədicə  (s.ə)  ilə  yaxınlıq 
etməyəsən». 
Bu  məhrumiyyət  Xədicə(s.ə)-yə  dərin  məhəbbət 
bəslədiyinə  görə  Peyğəmbər(s)-ə  çox  ağır  gəldi,  lakin 
Allahın  əmri  hər  bir  şeydən  daha  üstün  olduğu  üçün  onu 
mütləq  yerinə  yetirmək  lazım  idi.  Bu  hadisədən  sonra 
Peyğəmbər(s)  qırx  gün  Xədicə(s.ə)-yə  yaxın  düşmədi. 
Gündüzləri  oruc  tutub,  gecələri  isə  ibadətlə    məşğul  olan 
Rəsulullah(s)  vaxt  tamama  yetişəndə  Əmmar  Yasiri 
Xədicə(s.ə)-nin  yanına  göndərib  bu  xəbəri  ona  çatdırmağı 
tapşırdı:  «Ey  Xədicə!  Elə  güman  etmə  ki,  bir  müddət 
səndən  uzaqlaşmağım  sənə  olan  sevgimin  azalması,  ya  
laqeydlik  üzündəndir.  Allahım  bunu  öz  işini  yer    üzündə  
həyata  keçirməkdən  ötrü  əmr  etmişdir.  Bu  əmrin  nəticəsi 
üçün  səadət  və  xeyirdən  savayı  bir  şey  fikirləşmə.  Allah-


 

təala  gündə  neçə  dəfə  ən  böyük    mələklərini  sənin  nazını 
çəkməyə  məmur  edir.  Axşam  düşən  kimi  qapını  bağla  və 
öz  yatağında  istirahət  et.  Bil  ki,  mən  Fatimə  binti  Əsədin 
evindəyəm». 
Xədicə(s.ə) öz günlərini  qəm-kədərlə ötürürdü. Qırx 
gün  sona  yetdikdə  həzrəti-Cəbrayıl  Peyğəmbər(s)-in 
yanına  gələrək  belə  ərz  etdi:  «Allah-təala  sənə  salam 
göndərib  buyurur  ki,  sənə  veriləcək  hədiyyəni  almağa 
hazırlaşasan». 
Peygəmbər(s) 
Cəbrayıldan 
soruşdu: 
«Allahın  mənə  edəcəyi  töhfə  nədir?»  Cəbrayıl  bu  barədə 
bir  şey  bilmədiyini  bildirdi.  Bu  zaman  Mikayıl–  Allahın 
dörd  yaxın  mələklərindən  (Cəbrayıl,  Mikayıl,  İsrafil, 
Əzrayıl)  biri  göylərdən  yerə  enərkən  behişt  parçalarına 
bükülmüş  cənnət  meyvələri  ilə  dolu  sinini  Rəsuli-
əkrəm(s)-in qarşısına qoydu. 
Bu  vaxt  Cəbrayıl  Peyğəmbər(s)-ə  dedi:  «Allah-təala 
buyurur ki, axşam iftarını bu meyvələrlə açasan».        
 Həzrəti-Əli(ə)  söyləyir  ki,  Peyğəmbər(s)  bizdə  idi. 
Adətən  axşamlar  iftar  vaxtı  mənə  evin  qapısını  açıq 
qoymağımı  tapşıran 
və 
«Qoy  kim 
istəsə,  gəlib 
Peyğəmbərlə 
birlikdə 
yemək 
yesin»-söyləyən 
Mühəmməd(s)  o  gecə    məni  də  qapının  ağzında  oturdub: 
«Ey  Əbu  Talibin  oğlu,  bu,  məndən  başqasına  haram 
olunmuş bir təamdır», - deyə  buyurdu. 
Mən  qapının  ağzında  əyləşdim.  Rəsuli-əkrəm(s)  evə 
daxil  olub  sininin  üstünə  çəkilmiş  örtüyü  qaldırdı,  içində 
bir  salxım  üzüm,  bir  budaq  da  xurma  gördüm.  Allahın 
Rəsulu(s) onları bir az yeyib doyandan sonra su içdi. Sonra 
yumaq  üçün  əllərini  uzatdı.  Cənab  Cəbrayıl  o  Həzrətin 
mübarək əlinə su tökür, Mikayıl yuyur, İsrafil isə dəsmalla 
Peyğəmbər(s)-in  əllərini  qurulayırdı.  Artıq    qalmış 
meyvələr,  sini  ilə  birgə  asimana  aparıldı.  Bu  zaman 
 

Peyğəmbər(s) nafilə namazını qılmaq üçün  artıq ayaq üstə 
durmuşdu  ki,  Cəbrayıl    Onun  yanına  gəlib  dedi:  «Ya 
Mühəmməd,  indi  sənə  namaz  haramdır.  Gərək  evə  gedib 
Xədicə(s.ə)  ilə  yaxınlıq  edəsən,  çünki  Allah  istəyir  ki,  bu 
gecə sənin sülbundən pak  övladlar yaratsın».  
Nəhayət,  Peyğəmbər(s)    qırx  gün  ayrılıqdan  sonra 
Xədicə(s.ə)-nin görüşünə getdi. 
Xədicə(s.ə)  deyir:  «Mən  həmin  40  gün  müddəti  tək 
qalırdım.  Axşam  düşən  kimi  qapını  bağlayıb,  pərdələri 
çəkir, 
başımı 
bağlayıb 
namaz 
qılırdım. 
Namazı 
qurtarandan  sonra  çırağı  söndürüb  yatağıma  istiharət 
etməyə  gedirdim.  Lakin  o  gecə  hələ  yatmamışdım  ki, 
qapının  halqasının  döyüldüyünü  eşitdim.  Mən:  «Qapını 
döyən  kimdir  ki,  Peyğəmbər(s)-dən  başqa  heç  kim    onu 
döymür?»-dedim.  Bu  vaxt  Peyğəmbər(s)-in  məlahətli 
səsini  eşitdim:  «Ey  Xədicə,  qapını  aç!  Mənəm, 
Mühəmmədəm.» Sevinclə qapını açdım. O cənab evə daxil 
oldu.  O,  hər  dəfə  evə  gələndə  bir  qabda  su  istəyər, 
dəstəmaz  alıb  iki  rükət  namaz    qılar,  sonra  yatağına 
girərdi.  Lakin  həzrəti-Mühəmməd(s)  o  gecə  su  istəmədi, 
heç  namaza  da  hazırlaşmadı.  Mənim  qolumdan  tutub 
yatağına apardı.  
Allaha  and  olsun  ki,  Peyğəmbər(s)    məndən  hələ 
uzaqlaşmamışdı  ki,  Fatimə(s.ə)-nin  nurunu  öz    bətnimdə 
hiss edib hamilə olduğumu başa düşdüm». 
 Müəllif  yazır:  «Peyğəmbər(s)-in  Xədicə(s.ə.)-dən 
qırx  gün  müddətində  kənarlaşdırılması  Fatimə(s.ə)-nin 
müqəddəs  vücudunu,  Allahın  bu  böyük  töhfə  və 
hədiyyəsini  almaq  üçün  görülən  hazırlıq  idi,    belə  ki 
həzrəti-Zəhra(s.ə)-nın  ziyarətnaməsində  bu  mətləbə  işarə 
olunmuşdur:  «İlahi!  Salam  göndər  o  pak  qadına!  Fatimə 
sənin Rəsulunun qızı, ciyərparası, qəlbinin məlhəmidir. O, 


Yüklə 1,5 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə