Microsoft Word Beytul-Ehzan Xanim Fatimenin heyati Qadinlar biz doc



Yüklə 1,5 Mb.
Pdf görüntüsü
səhifə6/55
tarix15.10.2018
ölçüsü1,5 Mb.
#74208
1   2   3   4   5   6   7   8   9   ...   55

 
23 
 Fatimə(s.ə)  çadra  ilə  örtündükdən  sonra  Peyğəmbər 
(s)  yenə  salam  verib  mənim  də  onunla  birgə  içəri  daxil 
olmağım üçün icazə istədi, Fatimə(s.ə) icazə verdi. 
Cabir  deyir  ki,    mən    Rəsululah(s)  ilə  evə  daxil 
olanda  Fatimə(s.ə)-nin  çöhrəsinin  saraldığını  hiss  etdim. 
Peyğəmbər(s)  bunun  səbəbini  soruşduqda  o  Həzrət(s.ə) 
buyurdu  ki,  aclığın  təsirindəndir.  Həzrəti-Mühəmməd(s) 
bu zaman belə dua etmişdi: 
 «Ey  acları  doyduran  Allah,  Mühəmməd(s)-in  qızı 
Fatiməni doyur». 
Fatimə(s.ə)-nin həyat yoldaşı ilə davranışından 
bir nümunə. 
Əbu Səid Xudradan nəql olunur:  
Bir  gün  həzrəti-Əli(ə.s)  acımışdı.  Evə  gəlib 
xanımından yemək istədi. Fatimə (s.ə) ərz etdi:  
–Atamı Peyğəmbər, səni isə  onun vəlisi  qərar verən 
Allaha  and  olsun  ki,  evdə  yeməyə  bir  şey  yoxdur.  İki 
gündür,  yeməyimiz  qurtarıb.  Əgər  olsaydı,  onu  özümdən 
və  oğullarım  Həsənlə  Hüseyndən  qabaq  sənin  üçün 
saxlayardım. 
Əli(ə.s) buyurdu:  
– Fatimə, bəs niyə mənə xəbər verməmisən ki,  sizin 
üçün yemək tapım? 
Fatimə(s.ə) belə cvab verdi:  
–  Ey  Əbülhəsən,  mən  Allahımdan  utanıram  ki, 
səndən qüdrətində olmayan bir şeyi tələb edim. 
Ev və çöl işlərinin bölünməsi. 
«Qərbül-əsnad»  adlı  kitabda  İmam  Sadiq(ə.s)-in 
İmam Baqir(ə.s)-dən eşitdiyi hədis qeyd olunur: 
Bir  gün  həzrəti-Əli(ə.s)  ilə  Fatimə(s.ə)  ev  və  çöl 
işlərini   öz aralarında bölüşdürməkdən ötrü Peyğəmbər(s)-
in  yanına  gələrək  onların  arasında  qəzavət  etməsini  xahiş 
 
24 
etdilər.  Peyğəmbər(s)  ev  işlərini  Fatimə(s.ə)-nin,  çöl 
işlərini isə Əli(ə.s)-nin öhdəsinə qoydu. Fatimə(s.ə): 
 «Təkcə  Allah  şahiddir  ki,  mən  bu  bölgüdən  necə    xoşhal 
və  razıyam,  çünki  Allahın  Rəsulu(s)  mənə  elə  iş  tapşırdı 
ki,  mənim daha  evdən bayıra çıxmağıma  ehtiyac yoxdur 
və  naməhrəmlərin  gözündən  uzaq  olacağam»,  –  deyə 
buyurdu. 
Mələklər həzrəti-Zəhra(s.ə)-nın xidmətində. 
Xəraic Ravəndinin kitabında Salmanın söylədiyi belə 
bir hədis qeyd olunur: 
 Həzrəti-Zəhra(s.ə)-nın 
evində 
idim. 
Xanım 
Fatimə(s.ə)-nin 
əyləşərək 
dəyirmanda 
arpadan 
un 
üyütdüyünün  şahidi  oldum.  Dəyirmanın  dəstəyi  qana  
bulaşmışdı. Hüseyn(ə.s) (o zaman südəmər körpə idi) evin 
bir tərəfində aclıqdan ağlayırdı. 
Söylədim  ki,  ey  Peyğəmbər(s)-in  qızı,  özünüzü  bu 
qədər  zəhmətə  salmayın.  İndi  sizin  Fizzə  kimi  kəniziniz 
var.  O,  xidmətinizdə  hazırdır.  Belə  olduqda  həzrəti-
Zəhra(s.ə) buyurdu: 
 –  Allahın  Rəsulu  mənə  belə  göstəriş  vermişdir  ki, 
evin  işlərini  növbə  ilə  bir  gün  mən,  bir  gün  isə  Fizzə 
görsün.  Dünən  Fizzənin  növbəsi  idi,  bu  gün  isə  mənim 
növbəmdir.  
Söylədim: 
–  Ey  Peyğəmbər(s)-in  qızı,  mən  sizin  azad  etdiyiniz 
qulam  və  xidmətinizdə  hazıram.  Mənə  əmr  et,  ya 
dəyirmanda arpa çəkim, ya da Hüseyn(ə.s)-i saxlayım. 
Xanım buyurdu:  
–  Hüseyn(ə.s)-i  mən  saxlayaram,  sən  dəyirmanda 
arpa üyüt. 
Mən  bir  az  arpa  üyütdüm.  Azan  səsi  gəldi.  Məscidə 
gedib  namazı Rəsuli-əkrəm(s)  ilə  birgə qıldım.  Namazdan 


 
25 
sonra  bu  hadisəni  Əli(ə.s)-yə  söylədim.  O  Həzrət  gözləri 
yaşarmış  halda    ayağa  qalxıb  evə  getdi.  Bir  az  keçməmiş 
gördük  ki,  gülə-gülə  qayıtdı.  Rəsuli-əkrəm(s)  ondan 
gülməyinin  səbəbini  soruşduqda  buyurdu  ki,  evə 
getmişdim, içəri daxil olanda gördüm ki, Fatimə(s.ə) arxası 
üstə  yuxuya  dalmış,  Hüseyn(ə.s)  də  sinəsi  üstündə 
yatmışdı, dəyirman da  onun qarşısında öz-özünə fırlanırdı. 
Peyğəmbər(s) gülüb buyurdu: 
–  Ey  Əli,  məgər  bilmirsənmi,  Allahın  elə  mələkləri 
var  ki,  Mühəmməd  və  ali  Mühəmmədə  xidmmət  etmək 
üçün  yer  üzünü  gəzib  dolaşırlar.    Onların  bu  xidməti  
qiyamətə  kimi davam edəcəkdir. 
Peyğəmbər(s)-in həzrəti-Zəhra(s.ə)-ya yardımı. 
Başqa  bir  rəvayətdə  belə  nəql  olunur  ki,    bir  gün 
həzrəti-Mühəmməd(s)  əmirəl-möminin  Əli(ə.s)-nin  evinə 
daxil olduqda  qızının o Cənabla birgə dəyirmanda qavərs 
11
  üyütməklə  məşğul  olduğunu  görür  və  belə  buyurur: 
«Hansınız  yorulmusunuzsa,  mən onu əvəz edim». Əli(ə.s) 
ərz  etdi  ki,  Fatimə  (s.ə)  yorulmuşdur.  Peyğəmbər(s) 
Fatimə(s.ə)-yə  söylədi:  «Qalx,  əziz  qızım!»  Fatimə(s.ə) 
ayağa qalxdı. Peyğəmbər(s) Fatimə(s.ə)-nin yerində oturub 
Əli(ə.s)-yə kömək eləməyə başladı. 
Bu hərəkətlə Allahın Rəsulu(s) ümmətinə öyrətdi ki, 
əgər xanım ev işlərində əziyyət çəkirsə, ona kömək etmək 
lazımdır. 
 
Həzrəti-Zəhra(s.ə)-nın xörəyinin  bərəkəti. 
Məşhur  kitabların  bir  qismində  Cabir  ibn  Abdulla 
Ənsarinin söylədiyi hədis qeyd olunmuşdur: 
                                                
11
 Qavərs-darı   növündən  olub acı dadan külrəngli  bir toxumdur, 
onun yarpağı və kolu arpaya oxşayır. Əksər hallarda buğda əkilən 
sahələrdə bitir. 
 
26 
–  Peyğəmbər(s)  bir  neçə  gün    yeməyə  bir  şey 
tapmadığı  üçün  aclıqdan  əziyyət  çəkirdi.  Öz  həyat 
yoldaşlarının  otaqlarında  yemək  olmadığından  qızı 
Fatimə(s.ə)  buyurdu  :  «Qurbanın  olum  bizim  evdə  də 
yemək  yoxdur».  Rəsuli-əkrəm(s)  qonşulardan  birinə 
müraciət edib onlardan iki tikə çörək və bir az da ət alaraq  
Fatimə  (s.ə)  üçün  göndərdi.  Fatimə(s.ə)  bunları  alıb  qaba 
qoydu,  ağzını  bağlayıb  dedi:  «Mən  Allahın  Rəsulunu 
özümdən  və  ailəmdən  qabaq  bilirəm»  (Halbuki  onlar 
hamısı aclıq çəkirdi). 
O  zaman  Fatimə(s.ə)  Həsən  və  Hüseyn(ə.s)  ilə 
Peyğəmbər(s)-ə  xəbər  göndərdi.  Peyğəmbər(s)  gələndə 
Fatimə(s.ə)  göndərilən  hədiyyə    barədə    ona  danışdı. 
Həzrəti-Mühəmməd(s)  buyurdu ki,  o qabı  buraya gətirsin. 
Fatimə(s.ə)  qabı  Peyğəmbər(s)-in  yanına  gətirdikdə 
Rəsuli-əkrəm(s)  qabı  alıb  qapağını  qaldırır,  bu  zaman 
qabın çörək və ətlə dolu olduğunu  görüb sevinir. 
Cabir  deyir  ki,  bunu  gördükdə  çox  təəccübləndim. 
Başa  düşdüm  ki,  bu,  Allah  kəramətindən  bir  nümunədir. 
İlahinin 
həmd 
və 
şükrünü 
yerinə 
yetirdim 
və 
Peyğəmbərinə 
salam 
göndərdim. 
Rəsuli-əkrəm(s) 
Fatimə(s.ə)-yə dedi ki, bunlar haramdır? 
Fatimə(s.ə) ərz etdi : «Tanrı öz dərgahından hər kəsə 
istəsə, bol-bol ruzi verər». 
Peyğəmbər(s)  Əli(ə.s)-nin  dalınca  adam  göndərdi. 
Hamı  yığışdı.  Peyğəmbər(s)-in  zövcələri  və  bütün  evdə 
olanların hamısı o yeməkdən yedilər. Lakin qab yenə dolu 
idi.  Fatimə(s.ə)  buyurdu  ki,  o  xörəkdən  bütün  qonşulara 
göndərin.  Allah-təala  bu  xörəyə  bol-bol  xeyir  və  bərəkət 
verdi,  belə  ki  bu  cür  bərəkəti  vaxtilə    həzrəti- 
Məryəm(s.ə)-ə də əta etmişdi.»
12
 
                                                
12
 Bu hədis Nişaburinin təfsirində qeyd olunmuşdur. 


Yüklə 1,5 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə