Microsoft Word Beytul-Ehzan Xanim Fatimenin heyati Qadinlar biz doc



Yüklə 1,5 Mb.
Pdf görüntüsü
səhifə9/55
tarix15.10.2018
ölçüsü1,5 Mb.
#74208
1   ...   5   6   7   8   9   10   11   12   ...   55

 
35 
«Ey  xəlaiq,  gözlərinizi  qapayın  və  başınızı  aşağı 
salın.  Bu,  sizin  Peyğəmbərinizin  qızı,  imamınız  Əli(ə.s)-
nin zövcəsi, Həsən və Hüseyn (ə.s)-in anasıdır». 
 Sonra başında iki ağ çadır sirat körpüsündən keçər. 
Fatimə(s.ə)  behiştə  daxil  olan  zaman  İlahinin  onun 
üçün hazır etdiyi nemətlərə  baxıb deyər: 
 «Mehriban  və  bağışlayan  Allahın  adı  ilə,  həmd  və 
şükr  olsun  o  Allaha  ki,  qəmi  və  kədəri  bizdən 
uzaqlaşdırdı.  Əlbəttə,  bizim  Allahımız  bağışlayan  və 
mehribandır.  O  Allah  ki,  bizi  öz  lütfü  ilə  ali  məqamda 
qərar  veribdir,  o  məqama  heç  bir  əzab  və  əziyyət 
yetişməyəcək».  
Ondan sonra Allah-təala Fatimə(s.ə)-yə vəhy edər
«Ey  Fatimə,  istədiyini      məndən  dilə  ki,  sənə  əta 
edib sevindirim». 
Fatimə(s.ə) ərz edər: 
 «İlahi,  sən  mənim  ümidimsən.  Sənin  dərgahından 
istəyim  budur  ki,  mənim  və  ailəmin  dostlarını  cəhənnəm 
atəşindən azad edəsən». 
Allah-təala ona cavab verər:  
«Ey  Fatimə,  izzət və cəlalıma and olsun ki,  yerin və 
göylərin xilqətindən iki min il qabaq özümə and vermişəm 
ki,  sənin  və  ailənin  dostlarını  cəhənnəm  əzabından  azad 
edim». 
Fatimə(s.ə)-nin zöhd və təqvasından nümunələr. 
Seyyid  ibn  Tavus  Əbu  Cəfər  Əhməd  yazdığı 
«Zöhdünnəbi»  kitabında  qeyd  edir  ki,  bu  iki  ayə  («Hicr», 
43, 44) nazil olan zaman: 
 «Cəhənnəm  bütün  yolunu  azmışların  qayıdacaq 
yeridir.  Onun  yeddi  qapısı  vardır  ki,    hər  qapıdan  da 
müəyyən olunmuş dəstələr keçər». 
 
36 
Peyğəmbər  (s)  bərkdən  ağladı.  Əshabı  da  bunu 
görcək  ağlamağa  başladı.  Ancaq  səhabələr  Həzrətin 
ağlamağının 
səbəbini 
bilmirdilər 
və 
həzrəti-
Mühəmməd(s)-in halı elə dəyişmişdi ki, heç kəs ondan söz 
soruşmağa cürət etmirdi. 
Peyğəmbər(s)  həmişə  Fatimə(s.ə)-ni  görəndə  xoşhal 
olardı.  Buna  görə  də  səhabələrdən  biri  Fatimə(s.ə)-nin 
hüzuruna  gələrək  onu  Atasının  yanına  çağırmaq  üçün  evə 
daxil olanda gördü ki, Fatimə(s.ə) dəyirmanda arpa üyüdə-
üyüdə bu ayəni oxuyur:  
«O şey ki, Allah yanındadır, xeyir və əbədidir». 
Həmin  səhabə  kişi  xanıma  salam  verərək  Rəsuli-
əkrəm(s)-in  halından  Zəhra(s.ə)-nı  agah  edir.  Fatimə(s.ə) 
cəld ayağa qalxıb on iki yerdən xurma lifi ilə yamaqlanmış 
köhnə    çadrasını  başına  örtüb  yola  düşür.  Evdən  çıxanda 
Salman onu görüb ağlayır və deyir:  
–Vay  halınıza!  Rum  və  Kəsra  (İran)  qeysərləri 
sundus,  ipək  parçalardan  hazırlanmış  libaslar  geyib 
gəzdikləri    bir  halda,  Peyğəmbər(s)-in  qızı  on  iki  yerdən 
yamaqlanmış nimdaş çadra örtür!? 
Fatimə(s.ə) Peyğəmbər(s)-in hüzuruna gəlib ərz etdi: 
-Ey Allahın Rəsulu, Salman mənim libasıma təəccüb 
edir.  Bununla  belə  səni  haqqa  məbus  edən  Allaha  and 
olsun  ki,  beş  ildir,  Əli(ə.s)-nin  evində  gecələr  qoyun 
dərisindən  olan  fərşin  üstündə  yatır,  gündüzlər  isə  onunla 
dəvəmizə  ələf  veririk.  Daha  bilmir  ki,  bizim  mütəkkəmiz 
də xurma lifindəndir. 
Bu zaman Peyğəmbər(s) Salmana buyurdu:  
__
Mənim  qızım  qabaqcıllardan  və  Allah  dərgahında 
ön səfdə duranlardandır. 
Belə olduqda Fatimə(s.ə) söylədi:  
__ 
Atacan, qurbanın olum, ağlamağının səbəbi nədir? 


 
37 
Peyğəmbər(s)  Cəbrayılın  nazil  etdiyi  yuxarıdakı  iki 
ayəni  xanım  Zəhra  üçün  də  oxudu.  Fatimə(s.ə)  cəhənnəm 
adını eşidən kimi üzü üstə yerə düşüb təkrar-təkrar dedi:  
__
Vay  olsun,  vay  olsun  o  şəxsə  ki,  cəhənnəmə  daxil 
olar. 
Salman ayəni eşidən zaman dedi: 
__
Kaş  qoyun  olardım,  sahibim  məni  kəsib  dərimi 
soyardı, amma mən cəhənnəm sözünü eşitməyəydim. 
Əbuzər də dilləndi: 
__
Kaş  anam  məni  bu  dünyaya  gətirməzdi  və  mən  də 
cəhənnəm adını eşitməzdim. 
Həzrəti-Əli(ə.s) buyurdu:  
__
Kaş  yırtıcılar  bədənimi  didib  parçalayardılar,  kaş 
anam məni doğmayaydı və cəhənnəm adını eşitməzdim. 
Sonra əlini başına qoyub ağlaya-ağlaya dedi:  
__ 
Səfərin uzaqlığından, qiyamət səfərinin azuqəsinin 
azlığından Allah özü bizi qourusun. 
Günahkar  adamlar  cəhənnəmə  tərəf  gedirlər.  Alov 
onları  udur.  Sanki  onlar  unudulmuş  xəstələrə  bənzəyirlər. 
Günahkarlar  müalicə  olunmayan  yaralılar,  heç  kəsin 
cəhənnəm  əzabından  azad  edə  bilməyəcəyi  əsirlərdir. 
Bunların  qidası  od-alovdur.  Alovun  təbəqələri  arasında  o 
tərəf-bu  tərəfə  çevrilər,  dünyada  pambıqdan  geydikləri 
yumşaq,  zərif    paltarlar  əvəzinə  cəhənnəmdə  alova 
bürünər,  Yer  üzündə  həyat  yoldaşları  ilə  qucaqlaşmadan 
cəhənnəmdə iblislərlə qucaqlaşarlar. 
Peyğəmbər(s) və Fatimə(s.ə)-nin zahidliyindən bir 
nümunə. 
Rəsuli-əkrəm(s)  nə  vaxt  səfərə  çıxsaydı,  ən  son 
görüşdüyü  şəxs  Fatimə(s)  olardı.  Səfərdən  qayıdanda  da 
ilk olaraq onunla görüşərdi.  
 
38 
Döyüş  səfərlərinin  birindən  Mədinəyə  qayıdan 
zaman  Peyğəmbər(s)  Fatimə(s.ə)-nin  evinə  yaxınlaşdıqda 
qapıda  qəşəng  pərdə,  Həsən(ə.s)  və  Hüseyn(ə.s)-in 
qolunda  isə  gümüş  qolbaq  görür.  Həzrəti-Mühəmməd(s) 
evə girməyib geri qayıdır. Fatimə(s.ə) məsələdən xəbərdar 
olduqda  başa düşür ki,  Peyğəmbər(s)-in geri qayıtmağının 
səbəbi o pərdə və gümüş qolbaqlardır. Cəld  pərdəni açıb, 
qolbaqları  da  Həsən(ə.s)  və  Hüseyn(ə.s)-in  qolundan 
çıxardır.  Uşaqlar  əllərində    həmin  əşyalar  ağlaya-ağlaya 
babalarının  hüzuruna  gedirlər.  Peyğəmbər(s)  həmin 
qolbaqları  onlardan  alıb  Səubana  (qullarından  biri) 
buyurdu: «Bu əşyaları filan yerə apar. Bunlarla Fatimə(s.ə) 
üçün  «əsəb»  ağacından  hazırlanmış  iki  ədəd  qolbaq  al 
gətir. Çünki bunlar mənim Əhli-beytimdir. Mən istəmirəm 
ki,  bəzək  və  ləzzətləri  bu  dünyada  sərf  edib  axirət  üçün 
saxlamayalar».
16
 
Fatimə(s.ə)-nin Peyğəmbər(s)-in yazdığı vəsiyyətə 
olan ehtiramı. 
Şeyx  Əbu  Cəfər  Təbəri  «Əddəlail»  kitabında  ibn 
Məsudun söylədiyi rəvayəti belə nəql edir:  
Bir nəfər kişi Fatimə(s.ə.)-nin yanına gəlib dedi:  
–  Ey  Allah  Rəsulunun  qızı,  sizdə  atanızdan  yadigar 
qalan bir şey varmı ki, mən də ondan istifadə edim? 
 Fatimə(s.ə.) kənizinə buyurdu:  
– O cəridəni (yazılmış vərəq) gətir.  
Kəniz cəridəni nə qədər axtardısa, tapa bilmədi. Belə 
olan halda Fatimə(s.ə.) ona byurdu:  
                                                
16
 « Müsnəd Əhməd» və «Kəşfül-ğimmə». «Quran»ın «Əhqaf» 
surəsinin 20-ci ayəsində oxuyuruq: «Qiyamət günündə kafirlər oda 
salınıb, onlara deyirlər: «Siz gözəllik və ləzzətlərdən dünya həyatında 
istifadə etmisiniz.» 


Yüklə 1,5 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə