Microsoft Word Beytul-Ehzan Xanim Fatimenin heyati Qadinlar biz doc



Yüklə 1,5 Mb.
Pdf görüntüsü
səhifə17/55
tarix15.10.2018
ölçüsü1,5 Mb.
#74208
1   ...   13   14   15   16   17   18   19   20   ...   55

 
67 
bu  qələbəsinə  ki,  onları  həmişə  dövlət  və  sərvətlə 
məcruh
29
, həm də qalib edəcəkdir». 
Xəzimət  ibn  Sabit  də  baş  verənlərə  dərindən 
təəssüflənərək söyləyirdi :  
«Mən  xilafətin  Bəni-Haşimin  əlindən  çıxaraq 
Əli(ə.s)-dən  alınmasını  güman  etmirdim.  O,  «Quran»  və 
sünnəti  hamıdan  çox  bilmirmi?  Əli(ə.s)  Rəsuli-əkrəm(s) 
vəfat edənə qədər o Həzrətlə qalan axırıncı şəxs deyildimi 
ki,  sonra  Cəbrayıl  Peyğəmbər(s)-ə  qüsl  verməkdə  və 
kəfənə  tutmaqda  ona  kömək  etdi?  Qoy  biz  onu  xilafətdən 
uzaqlaşdıranı  tanıyaq.  Bilin  və  agah  olun  ki,  sizin 
başqalarına beyət etməyiniz bağışlanılmaz səhvdir». 
Xəzimət ibn Sabitin Ayişəyə xitab olunan şerindən:  
«Ayişə,  Əli(ə.s)-də  eyib  axtarma.  Sən  anasan. 
Əli(ə.s)  artıq  Rəsuli-əkrəm(s)-in  rəhbər  təyin  etdiyi  və  o 
Həzrətin 
Əhli-beytinin 
üzvlərindən 
biridir. 
Sən 
xəbərdarsan ki, Rəsuli-əkrəm(s) xanədanında Əli(ə.s)-ni öz 
vəsisi təyin etdi». 
 Noman  ibn  Əclan  Ənsari  Əmr  ibn  Ası  danlayanda 
Şəqifə barəsində aşağıdakı şeri söyləmişdir:  
«Dediniz  ki,  Səd  ibn  Übadəni  xəlifə  seçmək 
haramdır,  lakin  siz  Ömərin  oğlunun  azad  etdiyi  Əbu 
Bəkrin  xəlifə    seçilməyini  halal  bildiniz.  Əli(ə.s) 
rəhbəriyyətə  daha  layiqli  şəxs  ola-ola,  xilafətə  Əbu  Bəkri 
seçdiniz.  Bu,    bir  növ,  Əli(ə.s)-ni  təhqir  etmək  kimi  bir 
şeydir.  Belə  böyük  vəzifəyə  təkcə  Əli(ə.s)  layiqdir,  ey 
nadanlıq yolunu gedən, Ömər As!» 
Əli(ə.s)-nin mədinəliləri müdafiə etməsi və 
Həssanın şerləri. 
                                                
29
 Məcruh, yəni ləkələnmiş, biabır edilmiş, etibara layiq 
görülməyən. 
 
68 
Übeydullah  Əsəd  Abadi  öz  «Əlmuqniu  fil  imamə» 
adlı kitabında yenə də yazır:  
«Əbu  Bəkr  xilafətdə  möhkəmlənib  Səqifədən 
məscidin ətrafında olan evlərə tərəf gələndə, Ömər As Əbu 
Bəkrə  tərəfdarlıq  etmək  məqsədilə  Mədinə  camaatını 
danlayıb  «alçaq»,  «ləyaqətsiz»  kimi  sözlər  deyərək  təhqir 
edirdi. O, İslama qarşı olan kin və nifrətini Peyğəmbər(s)-
in  vaxtında  gizlədirdi.  İndi  fürsətdən  istifadə  edib  bu 
düşmənçiliyi  aşkar  etmişdi.  Bu  xəbər  Əli(ə.s)-yə  çatanda 
məscidə  gəlib  minbərə  çıxdı,  Mədinə  müsəlmanlarının 
fəzilətlərindən  və  onların  şəninə  nazil  olmuş  «Quran» 
ayələrindən misallar çəkib buyurdu: 
 «Hamı  gərək  mədinəlilərin  (ənsar)  haqqını  tanıyıb 
onlara ehtiram eləsin». 
Xalq  Həssan  ibn  Sabitdən  (mədinəlilərin  məşhur 
şairi)  Əli(ə.s)-nin  fəzilətləri,  İslamda  olan  xidmətləri 
barədə  də  şer  yazmağını  tələb  edirdi.  Onlar    Səqifədə 
Əli(ə.s)-yə  qarşı  çıxdıqlarından  peşman  olmuşdular. 
Həssan ibn Sabit də aşağıdakı şeri oxumuşdu:  
«Allah-təala  biz  tərəfdən  Əli(ə.s)-yə  xeyir,  mükafat 
versin.  Mükafat  Allahın  əlindədir.  Əbülhəsən  Əli(ə.s)-nin 
tayı-bərabəri varmı? Səndə olan fəzilətlərə görə Qüreyşdən 
qabağa keçdin. Sənin qəlbin geniş və sınaqdan çıxmışdır. 
Onlardan bəzisi sənin məqamının arzusundadır. Arıq, 
zəif bir adamın kök və qüvvətli bir rəqiblə döyüşə girməsi 
nə qədər ağılsızlıqdır.  
Sən  hər  yerdə  və  hər  məkanda  İslamı  himayə 
etməkdə su ilə dolu kəndirli quyu qabına bənzəmisən (yəni 
İslam su ilə dolu quyu kimi, sən də quyudan su çıxaran qab 
və  kəndir  kimisən  ki,  xalqı  İslamın  elm  və  fəzilətləri  ilə 
sirab etmisən). 


 
69 
Ömər  As  fəzilət  və  təqvanı  bir  kənara  atıb  dərdləri 
artıranda  sən  bizə  görə  düşmənlərimizə  qarşı  çıxdın.  Sən 
Ləvvi  ibn  Qalib  sülaləsindən  olub  həm  indi  və  həm  də 
gələcəkdə  xalqın  ümidisən.  Allahın  Rəsulu(s)-nu  (s)  və 
Əhli-beytini  qorudun,  onun  bizimlə  olan  əhd-peymanını 
hifz  etdin.  O  Həzrət(s)  səninlə  əhd  bağlamışdı.  Bu 
rəhbəriyyətə  kim  səndən  daha  layiqdir?  Məgər  sən  xalqı 
hidayət  etməkdə  Rəsuli-əkrəm(s)-in  qardaşı  deyilsənmi? 
Sən o Həzrət(s)-in vəsisi, «Quran» və Peyğəmbər sünnətini 
hamıdan daha yaxşı bilən deyilsənmi? Buna görə nə qədər 
ki,  Nəcd  və  Yəmən  torpağında  həyat  vardır,  sənin  haqqın 
bizim boynumuzda böyük və əzizdir». 
Əbu Bəkrin Üsaməyə məktubu və onun cavabı. 
İmamətin 
Peyğəmbər(s)-dən 
sonra 
Əli(ə.s)-yə 
məxsus  olması  və  onun  haqqının  qəsb  olunmasını  iddia 
etməyin  dəlillərindən  biri  də  Əbu  Bəkrin  Səqifə 
hadisəsindən sonra Üsamə ibn Zeydə  yazdığı məktubudur. 
Üsamə  ibn  Zeyd  düşmən  təcavüzünün  qarşısını  almaq 
üçün  Şama  göndərilən  qoşunun  həzrəti-Mühəmməd(s) 
tərəfindən  təyin  olunmuş  sərkərdəsi  idi.  Peyğəmbər(s) 
buyurmuşdu  ki,  hər  kim  Üsamənin  əmrindən  boyun 
qaçırsa, günahkardır. Səqifə əhvalatına gəldikdə isə Üsamə 
Rəsulullah(s)  vəfat  etdikdə,  eləcə  də  Səqifə  toplantısı 
zamanı  Mədinədə  deyildi.  O,  Şama  getmək  üçün  qoşunla 
Mədinə yaxınlığında yerləşən Cürf torpağında idi. 
Əbu  Bəkrin  Üsaməyə  yazdığı  məktubun  məzmunu 
belədir: «Rəsuli- əkrəm (s)-in xəlifəsi Əbu Bəkrdən Üsamə 
ibn Zeydə. 
Müsəlmanlar  mənə  pənah  gətirərək  məni  xəlifə 
seçdilər.  Beləliklə,  Peyğəmbər(s)-dən  sonra  camaat  məni 
rəhbərliyə qəbul etdi. Mənim məktubum sənə çatan zaman 
sən də başqa  müsəlmanlar kimi gəlib mənə beyət et. Ömər 
 
70 
ibn Xəttabın sənin qarşında olan məsuliyyətini boynundan 
götürürəm,  qoy  o,  mənim  yanımda  olsun.  Çünki  mənim 
Ömərə  ehtiyacım  var.  Bu  əmrlərimi  yerinə  yetirdikdən 
sonra Rəsuli-əkrəm(s)-in tapşırdığı cəbhəyə gedərsən.» 
Məktub  Üsaməyə  yetişdikdən  sonra  Əbu  Bəkrə  belə 
cavab yazdı: «Peyğəmbər(s)-in azad olunmuş qulu Üsamə 
ibn Zeyddən Əbu Bəkr ibn Əbi Quhəfəyə. 
Məktubun  mənə  yetişdi.  Lakin  onun  əvvəli  ilə  sonu 
ziddiyyət  təşkil  edir.  Məktubun  əvvəlində  yazmısan  ki, 
mən Peyğəmbər(s)-in xəlifəsiyəm, sonra belə iddia edirsən 
ki, müsəlmanlar sənin ətrafında birləşib səni özlərinə xəlifə 
seçdilər.  Əgər  belədirsə,  onlar  gərək  sənə  məsciddə  beyət 
edəydilər, nəinki Bəni-Saidə səqifəsində. 
Sonra da Ömər  ibn Xəttaba ehtiyacın olduğuna görə 
ona ordudan boyun qaçırmağına  icazə  verməyimi  məndən 
tələb  edirsən.  Lakin  bil  və  agah  ol  ki,  o,  özbaşına  mənim 
icazəm  olmadan  ordudan  boyun  qaçırdı.  Mənə  də 
yaraşmaz  ki,  kiminsə  hərbi  qanunu  pozmağına  icazə 
verəm, çünki Rəsuli-əkrəm(s) mənə öz rəhbərliyim altında 
səfərbərlik  və  hərəkət  əmrini  vermişdir.  Elə  hər  ikiniz 
qanunu pozmusunuz. Peyğəmbər(s)-in də əmrindən boyun 
qaçırmaq istər sağlığında olsun, istərsə də vəfatından sonra 
fərqi  yoxdur,  hər  ikisi  eyni  surətdə  xilafdır.  Sən  yaxşı 
bilirsən  ki,  həzrəti-Mühəmməd(s)-in  sizin  barənizdə  olan 
rəyi  və  əmri  sizin  özünüz  barədə  fikirləşdiyinizdən  daha 
üstündür.  Sizin  niyyətinizdən  Peyğəmbər(s)  xəbərdar  idi, 
ona görə də o Cənab(s) məni sizə rəhbər təyin edibdir, sizi 
mənə 
rəhbər 
təyin 
etməyib. 
Peyğəmbər(s) 
ilə 
müxalifətçilik münafiqliq və ikiüzlülükdür...» 
Müəllif  yazır:  «Biz  Əbu  Bəkrin  məktubunu  və 
Üsamənin  cavabını    «Üyunül  bəlağə  fi  ünsil  hazir  və 
nəqələtül  müsafir»  adlı  kitabda  öz  geniş  təfsilatı  ilə 


Yüklə 1,5 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə