Microsoft Word Beytul-Ehzan Xanim Fatimenin heyati Qadinlar biz doc



Yüklə 1,5 Mb.
Pdf görüntüsü
səhifə13/55
tarix15.10.2018
ölçüsü1,5 Mb.
#74208
1   ...   9   10   11   12   13   14   15   16   ...   55

 
51 
Onlardan  bir  qrupu  dedi  ki,  biz  belə  etiraz  edərik: 
«Bir başçı siz seçin və bir başçı da biz seçək. Bu təklifdən 
başqa  heç  bir  təklifi  qəbul  etmərik.»  Səd  ibn  Ubadə 
Mədinə  müsəlmanlarının  bu  söhbətini  və  tərəddüdünü 
eşidəndə  dedi:  «Bu,  süstlüyün  başlanğıcı  və  beyətə  qarşı 
olan  ilk  müxalifətçilikdir».  (İbn  Əbil  Hədid  «Şərhi-
Nəhcül-bəlağə» VI c, səh. 6) 
2.Ömər və Əbu Bəkrin iztirabı və Əbu Bəkrin 
nitq söyləməsi 
Ömər  ibn  Xəttab  bu  məsələni  eşitdikdə  Əbu  Bəkr 
üçün  xəbər  göndərdi  ki,  tez  evdən  çıxıb  yanıma  gəl.  Əbu 
Bəkr isə cavabında: «Hələ işim var. Sonra gələrəm»,-dedi. 
Ömər  ikinci  dəfə  Əbu  Bəkrə  xəbər  göndərdi  ki,  elə 
bir hadisə üz vermişdir ki, sən gərək orada olasan, hökmən 
gəl. 
Əbu  Bəkr  qalxıb  Ömərin  yanına  getdi.  Ömər  onu 
görən kimi dedi:  
__ 
Məgər  bilmirsən  ki,  mədinəlilər  Bəni-Saidə 
səqifəsində  yığışıb  istəyir  ki,  xilafəti  Səd  ibn  Ubadəyə 
tapşırsın?  Onların  arasında  ən  yaxşı  və  sayılan  şəxslərin 
təklifi  bu  idi  ki,  bir  nəfər  biz,  bir  nəfər  də  siz  tərəfdən 
seçilməlidir. 
Əbu  Bəkr  qorxuya  düşdü.  Ömərlə  birlikdə  tələsik 
səqifəyə  gəldilər.  Əbu  Übeydeyi  Cərrah  da  onlarla  birgə 
idi.  Səqifəyə  daxil  olanda  orada  çoxlu  adam  gördülər. 
Ömər deyir:  
__ 
Mənim  fikrimdə  olan    söyləyəcəyim  sözlərin 
hamısını Əbu Bəkr öz nitqində söyləyəcək.  
O,  Allaha  həmd  və  şükr  edəndən  sonra  yenidən 
sözünə başladı: 
«Böyuk  Allah  Mühəmməd(s)-i  xalqa  peyğəmbərlik, 
risalət və hidayət etmək üçün seçmişdi. Onu öz ümmətinə 
 
52 
şahid  etdi  ki,  ümməti  yeganə  olan  Allaha  sitayiş  edib  hər 
növ  şirkdən  uzaqlaşsın.  Bir  halda  ki,  adamlar  özləri  üçün 
cürbəcür allahlar seçib onlara pərəstiş  edirdilər.  Belə  başa 
düşürdülər ki, bu məbudlar öz pərəstişkarlarını  şəfaət edib 
onlara mənfəət yetirəcək, amma həqiqətdə isə onlar daşdan 
və ağacdan yonulmuşdular». 
Sonra o, sözünə davam edərək bu ayəni oxudu:  
«Allahdan  başqa  elə  şeylərə  pərəstiş  edirlər  ki,  nə 
onlara ziyanı, nə də onlara bir xeyri var». («Yunis», 18). 
Öz  ata-babalarının  dinini  tərk  edib  atmaq  ərəblərə 
ağır  gəldiyindən  Allah-təala  Peyğəmbər(s)-i  təsdiq  edib 
ona  iman  gətirmək  imtiyazını  Həzrət(s)-in  qəbiləsindən 
olan  ilk  mühacirlərə  nəsib  etdi.  Onlar  fədakarlıqla  onu 
himayə  edərək  çətin  bir  şəraitdə  müşriklərin  əzab  və 
əziyyətinə  səbirlə  qatlaşdılar.  Mühacirlər  Yer  üzündə 
Allaha  və  Peyğəmbər(s)-ə  iman  gətirib  ona  pərəstiş  edən 
ilk 
şəxslər 
olmuşlar. 
Mühacirlər 
Peyğəmbər(s)-in 
dostlarından  və  xanədanından  olanlardır.  Peyğəmbər(s)-
dən  sonra  rəhbərlik  etməyə  ən  layiqli  adamlar  da  məhz 
onlardır.  Hər  kim  bu  barədə  onlara  müxalif  çıxsa, 
zülmkardır.  Siz,  ey  mədinəlilər,  onların  dindəki  üstünlük 
və  islamdakı  qabaqcıllığını  inkar  edən  deyilsiniz.  Allah-
təala sizi dinin və Peyğəmbər(s)-in köməkçiləri kimi qəbul 
edib  Rəsuli-əkrəm(s)-in  mühacirətini  sizə  tərəf  yönəltdi. 
Peyğəmbərin  zövcələrindən    və  səhabələrindən  çoxu 
sizlərdəndir.  Əvvəlki  mühacirlərdən  sonra  heç  kim  bizim 
yanımızda  sizin  qədər  əziz  ola  bilməz.  Rəhbər  bizdən, 
vəzir  isə  sizdən  seçilsin.  Biz  sizinlə  məşvərət  etməkdən 
boyun qaçırmarıq». 
3.Başqa bir əshabın söhbəti 


 
53 
Əbu 
Bəkrin 
nitqindən 
sonra 
Mədinə 
müsəlmanlarından  Hübab  ibn  Munzir  ibn  Cumuh  ayağa 
qalxıb dedi:  
__ 
Ey  Mədinə  müsəlmanları,  öz  qərarınızda  möhkəm 
dayanın,  çünki  xalq sizin sayənizdə  başını dolandırır.  Heç 
kimin  sizinlə  müxalifətçilik  etməyə  haqqı  yoxdur.  Sizin 
icazəniz  olmadan  bir  nəfər  də  rəhbəriyyətə  sahib  çıxa 
bilməz. İzzət və əzəmət sahibi, eləcə də çoxluq təşkil edən, 
güclü  və  möhtərəm  olanlar  sizlərsiniz.  Xalq  sizin 
qərarınızla  ayaqlaşır.  Buna  görə  də  bir-birinə  qarşı  etiraz 
etməyin  ki,  bütün  işləriniz  korlanar.  Əgər  onlar 
(mühacirlər)  dediyim  sözləri  qəbul  etməsələr,  onda  bizim 
qərarımız  budur  ki,  bir  nəfər  sizdən,  bir  nəfər  də  bizdən 
rəhbər seçilsin. 
Bu zaman Ömər ibn Xəttab qalxıb dedi:  
__ 
Heyhat!  Heç  vaxt  iki  qılınc  bir  qında  yerləşməz. 
Mühacirlər razı olmazlar ki, siz mədinəlilər onların rəhbəri 
olasınız.  Ona  görə  ki,  Peyğəmbər(s)  sizin  qəbilənizdən 
deyildir,  ancaq  ərəblər    həzrəti-Mühəmməd(s)-in  mənsub 
olduğu qəbilənin rəhbərliyinə etiraz etməz.  Peyğəmbər(s)-
ə  məxsus  olan  rəhbərlik  məqamını  ələ  keçirmək  üçün 
bizimlə döyüşən kimdir? Bir halda ki, biz Rəsuli-əkrəm(s)-
in dostlarından və onun qohumlarındanıq. 
Bu vaxt Hübab  ibn  Münzir  yenə ayağa qalxıb cavab 
verdi:  
-Ey  mədinəlilər,  öz  sözünüzün  üstündə    möhkəm 
durun.  Bu  şəxsin  (Ömər)  və  əshabının  sözünü  qəbul 
etməyin  ki,  sizi  fikrinizdən  döndərməsinlər.  Əgər  müxalif 
olsalar,  onları  öz  şəhərimizdən  qovun.  Çünki  xilafətə  siz 
layiqsiz.  Onları  Mədinədən  çıxartmaq  sizin  qılıncınızdan 
asılıdır. Xalq bu işdə sizinlə əlbir və sizə arxadır. Mən bu 
yolda  möhkəm  və  yıxılmaz  bir  sütun  kimi  dayanmış, 
 
54 
dəvələrin  yatağında  öz  çirkin  bədənlərini  qaşımaq  üçün 
basdırılmış  dirək  kimi  (xilafət  işlərini  qaydaya  salmaq 
üçün) müqavimət göstərərəm. Mən heç kimdən qorxmayan 
şir  ürəkli  bir  adamam.  Allaha  and  olsun!  Əgər  istəsəniz, 
mən onun (Ömərin) qollarını arxasına çataram. 
Ömər ibn Xəttab dedi:  
__ 
Onda Allah səni öldürsün.  
Hübab cavab verdi: 
__ 
Allah səni öldürər.
22

Bu zaman Əbu Übeydeyi Cərrah məclisdəkiləri sülhə 
çağırdı:  
__ 
Ey  Mədinə  müsəlmanları!  Siz  Peyğəmbər(s)-ə 
(Mədinədə)  kömək edən ilk şəxslər olmuşsunuz. Barı indi 
İslam hökumətini bir-birinə  vurmaqda birinci olmayın. 
Noman  ibn    Bəşirin  atası  Bəşir  ibn  Səd  irəli  çıxıb: 
«Ey  mədinəlilər!  Bilin  ki,  Mühəmməd(s)  Qüreyş 
qəbiləsindəndir.  Onun  qohum-əqrabası  o  Həzrət(s)-ə  daha 
yaxındır.  Məni  xilafət  məsələsində    onlarla  müxalif  
bilməyin»,
 __ 
 deyə söylədi. 
4.Əbu Bəkrin qərarı və ona beyət 
Bu vaxt Əbu Bəkr ayağa durub təkrar etdi:  
__
Bu, Ömər və Əbu Übeydiyyədir. Onlardan birinə 
__ 
hansına istəyirsiniz,  beyət edin. 
Ömərlə  Əbu Übeydə dedilər:  
__ 
Allaha  and  olsun  ki,  xilafətə  gəlmək  üçün  səndən 
qabağa  keçmərik.  Sən  mühacirlərin  ən  yaxşısı,  dinin  ən 
gözəl  qanunu  olan  namazın  bərqərar  olunmasında 
Peyğəmbər(s)-in  canişinisən.  İndi  əlini  uzat  ki,  biz  sənə 
beyət edək. 
Əbu  Bəkr  Ömərə  və  Əbu  Übeydeyə  beyət  etmək 
üçün  əlini  uzatdıqda  Bəşir  ibn  Səd:  «Əbu  Bəkrə  beyət 
                                                
22
 İbn Əbil Hədid «Şərhi Nəhcül-bəlağə»VI c, səh. 8,10. 


Yüklə 1,5 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə