Microsoft Word Beytul-Ehzan Xanim Fatimenin heyati Qadinlar biz doc



Yüklə 1,5 Mb.
Pdf görüntüsü
səhifə15/55
tarix15.10.2018
ölçüsü1,5 Mb.
#74208
1   ...   11   12   13   14   15   16   17   18   ...   55

 
59 
olmalarına  icazə  verdiyi  şəxslər  xilafət  məsələsinin  təxirə 
düşməsini  istəmirdilər.  Ona görə Bəni-Haşimin  başı  işdən 
açılmamış  məsələni  bitmiş  hesab  edib  Əbu  Bəkri    xəlifə 
seçdilər,  çünki  o,  Səqifə  toplanışında  idi  və  plan  da  onun 
məqsədinə uyğun qurularaq tamamlanmışdı. 
2.Əli(ə.s)-nin söhbəti 
Rəvayət  olunmuşdur  ki,  Əbu  Bəkrə  beyət  edilmə 
mərasimi  sona  yetən  kimi  bir  nəfər  həzrəti-Əli(ə.s)-nin 
hüzuruna  gəlib  gördü  ki,  o  Həzrət  əlində  bel  Rəsuli-
əkrəm(s)-i qəbrini hamar edir. Söylədi:  
__ 
Camaat  Əbu  Bəkrə  beyət  etdi.  Mədinəlilərin 
arasında  ixtilaf  düşdüyündən  onlar  xilafət  məsələsində 
məğlub  oldular.  Tüləqa  (Məkkənin  Fəthində  azad 
olmuşlar) sizin xəlifə olmağınızdan qorxaraq qabağa düşüb 
tez bu kişiyə (Əbu Bəkrə) beyət etdi. 
Həzrəti- Əli(s) beli yerə söykəyib buyurdu:  
«Mehriban  və  bağışlayan  Allahın  adı  ilə.  Əlif  lam 
mim.  Elə  bilirlər  ki,  iman  gətirdik  deyib  öz  başlarına 
buraxılarlar  və  imtahan  olunmazlar?  Biz  onlardan 
qabaqkıları  imtahan  etdik.  Gərək  Allahın  elmi  yalan  və 
doğru  deyənlərin  barəsində  həqiqəti  aşkara  çıxarsın. 
Günah  iş  görənlər  elə  bilirlər  ki,  bizim  qüdrətimizin 
çərçivəsindən  uzaqlaşa  biləcəklər?  Necə  də  nahaq 
qəzavət edirlər?»
26
 
3.Əbu Süfyanın təklifinin rədd olunması
Əbu Süfyan Peyğəmbər(s)-in evinə gəlmişdi. Əli(ə.s) 
və  Abbas  (Peyğəmbər(s)-in  əmisi)  ona  baxdılar  ki, 
görsünlər nə deyir və bunun istədiyi nədir? Əbu Süfyan bir 
şer oxudu: (şerin məzmunu təxminən belədir.)  
«Ey  Bəni-Haşim  xanədanı,  başqalarını  öz  xilafətiniz 
barədə  tamaha  saldırmayın,  əsasən  də  Təym  ibn  Mərrə 
                                                
26
 «Ənkəbut» surəsi, 1,2,3,4,-cü ayələr. 
 
60 
(Əbu Bəkr) və Ədiyy (Ömər) tayfalarını.  Xilafət siz Bəni-
Haşimindir  və  sizə  də  qayıdacaqdır,  xüsusilə  Əbülhəsən 
Əli(ə.s)-nindir.  Ey  Əbülhəsən,  xilafət  vasitəsilə  öz  arxanı 
möhkəmlət. Çünki ümid bəslədiyin xilafətə sən layiqsən». 
Sonra o, ucadan dedi:  
__ 
Ey  Bəni-  Haşim,  Ey  Əbdül  Mənaf  övladları,  siz 
razısınızmı,  Əbu  Süfyan  alçaq  oğlu  alçaq  sizin  hakiminiz 
olsun?  Allaha  and  olsun,  əgər  istəsəniz,  süvari  və 
piyadadan  ibarət  bir  qoşun  hazırlayaram  ki,  onları 
sıxışdırıb çıxararlar. 
Əli(ə.s) 
onun 
çirkin 
niyyətindən 
xəbərdar 
olduğundan Əbu Süfyana dedi:  
__ 
Çıx  get!  Çünki  Allaha  and  olsun,  dediyin  sözlər 
Allaha    görə  deyildir.  Sən  həmişə  İslamı  parçalamaq  və 
zərər  yetirmək  fikrində  olmusan.  Biz  Rəsuli-əkrəm(s)-i 
torpağa  tapşırmaqla  məşğul  idik.  Hər  kəs  öz  əməlinin 
mükafatını  alacaq.  Allah-təala  zəhmət  çəkənlərə  kömək 
edər. 
Əbu  Süfyan  pisniyyətli  və  fürsətdən  istifadə  etmək 
fikrində  olduğundan  məyus  olub  oradan  birbaşa  məscidə 
getdi. Bəni-Üməyyə tayfasının məsciddə yığışdığını görüb  
onları  xilafəti  ələ  almağa  çağırdı.  Bəni-Ümməyə  də  Əbu 
Süfyanın  ardınca  getdi.  Beləliklə,  elə  bir  fitnə  qalxmışdı 
ki,  hamı  ona  düçar  olmuş,  cürbəcür  bəhanələr  ortaya 
çıxmışdı.  Şeytan  hökmranlıq  sürürdü.  Zalımlar  əl-ələ 
vermişdilər.  Möminlər  isə    xar  və  pərişan  olmuşdular. 
Budur, Allah kəlamının batini mənası:  
«Fitnədən  qorxun  ki,  təkcə  sizin  zülmkarlarınıza 
yetişmir». (Əksinə, hamını əhatə edir.) («Ənfaq», 25). 
4.Şeytansifətin təhrikləri 
Böyük  alim  şeyxi-əcəll  və  əqdəm  Übeydullah  ibn 
Abdulla  Əsəd  Abadi  «Əlmuqniu  fil  imaməti»  kitabında 


 
61 
yazır  ki,  burada  Səqifə  əhvalatının  incəliklərini  araşdırıb 
aydınlaşdırsaq,  görərik  ki,  onlar  vəliyyi-əmrin  və  sahibi-
həqqin  haqqını  əlindən  almaq  üçün  nə  qərara  gəldidər. 
Tarixçilər və tarixi şəxsiyyətlərin həyatını yazanlar demək 
olar ki, hamısı belə qənaətə gəlmişlər:  
Hadisə 
zamanı 
Əmirəl-möminin 
Əli(ə.s) 
Peyğəmbər(s)-in  müqəddəs  vücudunu  dəfn  etməklə 
məşğul  idi.  Mühacir,  ənsar,  Qüreyşin  bir  qrup  üzvləri 
hakimiyyətlə  əlaqədar  həzrəti-Əli(ə.s)  və  Bəni-Haşim 
tərəfindən 
hansısa 
bir 
hadisənin 
baş 
verəcəyini 
gözləyirdilər.  İblis  Səqif  tayfasından  olan  Müğeyrə  ibn 
Şöbə  adlı  çəpgöz  bir  kişinin  surətində  zahir  olub  onlara 
dedi: 
 
__
 Nəyi gözləyirsiniz? 
Dedilər: 
__
 Gözləyirik ki, Bəni-Haşim öz işini qurtarsın. 
İblis dedi: 
__ 
Gedin öz işinizi görün ki, tamamlansın. Allaha and 
olsun,  əgər        Bəni-Haşim  tayfasının  Peyğəmbər(s)-i  dəfn 
edib  qurtarmasını  gözləsəniz,  onların  təsiri  altına 
düşəcəksiniz.  Xilafət  işi  isə  Rum  qeysərləri  və  İran 
kəsraları  qaydasında  davam  edəcəkdir.  Bundan  əlavə  bir 
müddət  bundan  qabaq  Qureyşdən  bir  neçə  nəfər  məktub 
yazıb  Əbu  Ubeydiyeyi  Cərraha  söz  veriblər.  O  məktubda 
belə  şərt  kəsiblər  ki,  əgər  Rəsuli-  əkrəm  (s)  vəfat  etsə  və 
yaxud  öldürülsə,  Bəni-Haşimin  hakimiyyətini  qəbul 
etmərik  ki,  nübüvvət  və  xilafət  yenidən  onlarda 
cəmlənməsin. 
Sonra  həmin  iblis  (Müceyrə)  mədinəlilərin  yanına 
gedib onları da hakimiyyəti ələ keçirməyə təhrik etdi.  
Ənsarlar Bəni-Saidə səqifəsinə yollandılar. 
5.Əbu Züveyb Həzəlinin qəribə xəbərləri 
 
62 
Übeydullah Əsəd Abadi sözünə davam edib deyir ki, 
Bəsrə əhlindən olan Əbül-Həsən ibn Zənci Müğəvi 433-cü  
hicri qəməri ilində (təxminən 1013-cü il miladi) mənə Əbu 
Züveyb Həzəlidən eşitdiyi bir qəziyyəni söyləmişdi:  
Biz  Mədinədən  uzaqda  idik.  Rəsuli-əkrəm(s)-in 
xəstəlikdən  yatağa  düşməsi  xəbərini  eşitdikdə  pərişan 
olub,  o  gecəni  çətinliklə  başa  vurduq.  Çox  narahat  idik. 
Mən  yuxuya  və  qarışıq  xəyallara  qərq  olmuşdum.  Birdən 
səhərə yaxın eşitdim ki, Hatifi belə deyir:  
«İslamda  böyük  bir  hadisə  baş  vermişdir.  İslam 
parçalamışdır.  Xurmalıqlar  arasında  və  bütlərin  şəhərində 
(yəni Mədinədə) Rəsuli -əkrəm (s) vəfat etdi. Gözlərimiz o 
Həzrətin vəfatının müsibətinin faciəsindən yaş tökür». 
 Əbu  Züveyb  deyir:  «Yuxudan  hövlank  ayıldım. 
Səmaya  baxanda  «Sədi-zabih»  adı  ilə  tanınmış  ulduzdan 
başqa  bir  şey  görmədim.  Belə  yozdum  ki,  ərəb  tayfaları 
arasında  ölüm-itim  olacaq.  Başa  düşdüm  ki,  bu  gecə 
Rəsuli- əkrəm (s)  bu dünyadan köçübdür. Ayağa qalxdım. 
Dəvəmə  minib  Mədinəyə  sarı  yola  düşdüm.  Artıq  hava 
işıqlaşmağa  başlamışdı.  Bir  şey  görmək  üçün  ətrafıma 
baxırdım  ki,  ondan  məna  yozum.  Birdən  səhrada  ağzında 
kiçik  bir  ilan  ovlamış  yekə  bir  tısbağa  gördüm.  İlan 
qıvrılır,  tısbağa  isə  onu  yavaş-yavaş  çeynəyirdi.  Tısbağa 
ilanı  yeyib  qurtardıqdan  sonra  mən  bu  hadisəni  belə 
yozdum  ki,  yəqin  Rəsuli-Əkrəm(s)-in  canişininə  etiraz 
edib  ondan  üz  çeviriblər.  İlanın  yeyilməsindən  ağlıma 
xilafətin yeyilməsi mənası gəldi (başqalarının əlinə keçir). 
Dəvəmi  tələsik  sürüb  mədinəyə  yetişdim.  Gördüm, 
Mədinə  əhli  əza  və  ah-naləyə  qərq  olubdur.  Hacıların 
ehramda ağladıqları kimi hönkür-hönkür ağlayırlar. Nə baş 
verdiyini  soruşanda  Rəsuli-Əkrəm(s)-in  vəfat  etdiyini 
söylədilər.Elə  ki  bu  xəbəri  eşitdim,  məscidə  tərəf  getdim. 


Yüklə 1,5 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə