Microsoft Word Beytul-Ehzan Xanim Fatimenin heyati Qadinlar biz doc



Yüklə 1,5 Mb.
Pdf görüntüsü
səhifə23/55
tarix15.10.2018
ölçüsü1,5 Mb.
#74208
1   ...   19   20   21   22   23   24   25   26   ...   55

 
91 
yandırılması  barədə  qaziul-quzatın  fikrinin  əksinə  olaraq 
yazır:  «Əhli-sünnə  aləmində  ittiham  olunmayan  şiə 
təriqətindən  başqa  digər  təriqətlər  də  evin  yandırılması 
əhvalatını nəql etmişlər. Bu barədə söylənilən rəvayətlərin 
dəlilsiz rədd edilməsinin heç bir əsası yoxdur». 
Hadisələri  olduğu  kimi,  obyektiv,  doğru-dürüst, 
qərəzsiz  təsvir  edən,  əhli-sünnə  aləmində  mötəbər  sayılan 
məşhur tarixçi Bilazəri Mədainiyə əsaslanaraq yazır:  
«Əbu  Bəkr  bir  nəfər  göndərdi  ki,  həzrəti-Əli(ə.s)-ni 
beyət etməyə təhrik etsin, lakin o Cənab beyət etmədi. 
Ömər  əlində  alov  Əli(ə.s)-nin  evinə  tərəf  gəldi. 
Fatimə(s.ə)-ni  bir  kənarda  dayanmış  gördü.  Fatimə(s.ə) 
ona xitabən buyurdu:  
        
__   
Ey  Xəttab  oğlu,  belə  görürəm  ki,  bizim  evi 
yandırmağa gəlmisən, deyilmi? 
Ömər:  
__ 
Bəli,  bu,  Atanın  Allah  dərgahından  gətirdiyi 
şeydən güclüdür.  
Bu  zaman  Əli(ə.s)  evdən  çıxıb  Əbu  Bəkrə  beyət 
etdi». 
Şiə  tarixçiləri  (raviləri)  bu  hadisəni  çox  mötəbər, 
qərəzsiz  mənbələrə  əsasən  qeyd  etmişlərlər.  Maraqlı 
burasıdır  ki,  əhli-təsənnünün  böyük  raviləri  də  bu  faktı 
olduğu kimi təsvir etmişlər. 
İbrahim    Səd  Səqəfi  İmam  Sadiq(ə.s)-in  hadisə 
barəsindəki  şərhini  vermişdir:  «Allaha  and  olsun  ki, 
Əli(ə.s)  alovun  tüstüsünün  evə  daxil  olduğunu  görəndən 
sonra beyət etdi». 
Böyük alim Seyyid ibn Tavus (vəfatı 664-cü il hicri-
qəməri,  təxminən  1262-ci  il  miladi)  Əbu  Bəkrin  həyatı, 
Üsamənin  ordusunda  onun  qanunu  pozması  və  Səqifədə 
xilafəti qəsb etməsi barədə yazdığı «Kəşfül-məhəccə» adlı 
 
92 
kitabda 
oğluna 
belə 
deyir: 
«Törətdikləri 
ilə 
kifayətlənməyib  Öməri  atan  Əli(ə.s)  və  anan  Fatimə(ə.s)-
nin  üstünə  göndərdi.  Bu  zaman  Abbas  və  Bəni-Haşimdən 
bir  neçə  nəfər  Əli(ə.s)  və  Fatimə(s.ə)-nin  yanında  idilər. 
Onlar  cəddin  Peyğəmbər(s)-in  vəfatı  ilə  əlaqədar  matəm 
saxlayırdılar.  Ömər  əmr  verdi  ki,  əgər  evdəkilər  beyət 
etmək üçün çölə çıxmasalar, evi yandırsınlar.» 
Bu  faktı  «Ələqdül-fərid»  adlı  kitabın  müəllifi  həmin 
kitabın  dördüncü  cildində,  əhli-təsənnündən  də  bir  neçə 
ravi öz yazılarında işıqlandırmışdır. Mənim bildiyimə görə 
də,  Ömərdən  qabaq  və  sonra  nə  Peyğəmbər,  nə  övliyalar, 
hətta zalımlıq və rəhmsizləkdə ad qazanmış  şahlardan heç 
biri  belə  bir  zülmü  (evi  içindəki  adamlarla  birgə 
yandırmağı)  etməmişlər.  Hətta  kafir  hökmdarlar  da  beyət 
etməyənləri  özlərinə  tabe  etdirmək  üçün  belə  vəhşiliyə  əl 
atmamışlar.  
Harda  görünüb  ki,  peyğəmbər,  yaxud  bir  rəhbər 
insanları  zəlalətdən  qurtarıb  onlara  dünya  və  axirət 
səadətinə  yetişməkdə  yol    göstərə,  Allah-təala  onun 
nübüvvəti  vasitəsilə  zalımların  əsarəti  altında  əzilən 
şəhərləri  azad  edə,  sonra  həmin  peyğəmbər,  yaxud  rəhbər 
dünyadan  köçə,  heç  insafmıdır,  onun  etdiklərinin 
müqabilində  Rəsulullah(s)-ın  hər  iki  dünya  qadınlarının 
xanımı  adlandırıb  özündən  sonra  yeganə  yadigar  qoyub 
getdiyi  qızını  iki  azyaşlı  övladı  ilə  bərabər  yandırmaqla 
hədələyib incitsinlər? 
Maraqlı bir hadisə. 
Əllamə Təbərsi «Ehticac» adlı kitabında  Əhməd ibn 
Hişamla    Übadə  ibn  Samitin  (Peyğəmbər(s)-in  alicənab 
səhabələrindən)  dialoqunu  vermişdir.  Onu  burada  qeyd 
etmək yerinə düşərdi:  


 
93 
Bir gün Əhməd ibn Hişam Übadə ibn Samitin yanına 
gəlib soruşdu:  
           __
Müsəlmanlar  Əbu  Bəkr  xəlifə  olmamışdan  öncə  də 
onu digərlərindən üstün bilirdilərmi? 
Übadə cavab verdi:  
__ 
Biz hər hansı bir mövzu barədə sükut edəndə siz də 
sükut  edin,  araşdırıb  yoxlama  aparmayın.  Allaha  and 
olsun,  necə  ki  həzrəti-Mühəmməd(s)  Əbu  Cəhllə 
müqayisədə peyğəmbərliyə layiq idi, eləcə də Əli(ə.s) Əbu 
Bəkr ilə müqaisədə xilafətə layiq idi.  
Biz  bir  gün  Rəsuli-əkrəm(s)-in  hüzurunda  idik.  Əli 
(ə.s), Əbu Bəkr və Ömər də Rəsulullah(s)-ın evinə gəldilər. 
Əvvəl  Əbu  Bəkr  evə  daxil  oldu.  Sonra  Ömər,  axırda  isə 
Əli(ə.s). 
Sanki  (mübarək  vücudundan  uzaq)  Peyğəmbər(s)-in 
üstünə kül ələndi.  Birdən-birə  halı dəyişdi,  sonra  Əli(ə.s)-
yə buyurdu:  
__ 
Allah-təala  səni  bunlara  əmir  edə-edə,  onlar  səni 
qabaqlamaq istəyirlərmi? 
Əbu Bəkr:  
__ 
Ey Allahın Rəsulu(s), yaddan çıxartdım. 
 Ömər:  
__ 
Bilmədim, səhv etdim. 
Peyğəmbər(s) onlara buyurdu:  
  __ 
Nə  unutdunuz,  nə  də  səhv  etdiniz.  Sanki  sizin 
rəhbəriyyət  məqamını  onun  əlindən  alıb  hakimiyyəti  ələ 
keçirmək  üçün  onunla  vuruşmağınızı  öz  gözlərimlə 
görürəm.  Allahın  və  Peyğəmbərinin  düşmənləri  bu  işdə 
sizə kömək edirlər. Elə bil görürəm ki, Əhli-Beytimə zülm 
olunur  və  ucqar  yerlərə  səpələnirlər.  Bu  mətləb  Allahın 
elmindədir. 
 
94 
Sonra Peyğəmbər(s) elə ağladı ki, göz yaşları axmağa 
başladı. Bu vaxt Əli(ə.s)-yə buyurdu:  
__ 
Ey  Əli,  səbir  elə,  Allahdan  əmr  gələnə  qələr  səbir 
elə,  döz.  Allahdan  başqa  qüdrət  və  qüvvət  sahibi  yoxdur. 
Yalnız bu surətdə sənin üçün Tanrı dərgahında o qədər əcr 
vardır ki, iki katib mələk belə onu hesablaya bilmir. Elə ki 
xilafət  əlinə  keçdi,    müxaliflər  Allah  və  Peyğəmbər 
fərmanına  boyun  əyənə  qədər  qılınc  sənindir,  çünki  sən 
haqlısan.  Səninlə  birgə  qiyam  edənlər  də  haqlıdır.  Habelə 
sənin  övladların  da  səndən  sonra  qiyamətə  qədər  haqq 
sahibidirlər. 
Şiqşiqiyyə xütbəsini əks etdirən güzgü. 
Şeyx  Səduq  öz  yazısında  İbn  Abbasın  söylədiklərini 
belə işıqlandırır:  
«Əmirəl-möminin  Əli(ə.s)-nin  hüzurunda  (xilafət 
zamanı) xilafət əhvalatından (Peyğəmbər(s)-dən sonra ta o 
vaxta qədər) söz düşdükdə O, hadisəni belə şərh etdi: (Biz 
onu «Nəhcül-bəlağə»dən sitat gətiririk.)  
«Allaha and olsun, Əbu Bəkr xilafət qumaşını geydi, 
halbuki  çox  gözəl  bilirdi  ki,  mən  İslam  hökumətini  idarə 
etməkdə  dəyirman  daşlarının  mehvəri    kimiyəm  (onsuz 
dəyirman  fırlanmır).  O,  yaxşı  bilirdi  ki,  elm  və  kamal 
çeşmələri  dağ  vücudumun  ətəklərindən  qaynayır.  Uca 
göylərdə  qanad  çalan  quşların  mənim  düşüncələrimə  belə 
yetişməyə qüdrəti yoxdur. Lakin mən tək əllə haqqımı geri 
almaq  üçün  qiyam  etmək  və  ya  qocaları  solduran, 
cavanları  qocaldan,  imanlı  şəxsləri    ömrünün  axırınadək 
incidən  alçaq  bir  mühitdə  səbir  etmək  fikrində  ola-ola, 
xilafət  kəmərini  belimdən  açıb  kənara  çəkildim.  Səbir  və 
təmkinin əql və müdrikliyə yaxın olduğunu gördüm. Buna 
görə səbir və təmkin yolunu tutdum. Ancaq bu halımda da 
gözümə  çöp  düşmüş,  boğazıma  sümük  ilişmiş  şəxsə 


Yüklə 1,5 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə