Microsoft Word Beytul-Ehzan Xanim Fatimenin heyati Qadinlar biz doc



Yüklə 1,5 Mb.
Pdf görüntüsü
səhifə2/55
tarix15.10.2018
ölçüsü1,5 Mb.
#74208
1   2   3   4   5   6   7   8   9   ...   55

 

Peyğəmbərə  sənin  tərəfindən  seçilmiş  və  öz  əhdinə  vəfa 
etdiyi  bir töhfədir». 
Peyğəmbər(s)-in Xədicə(s.ə)-dən belə kənar gəzməyi 
dünya 
qadınlarının 
sərvəri 
həzrəti-Fatimə(s.ə)-nin 
məqamının doğma, əziz və böyük olmasına bir nümunədir 
ki, bu fəziləti dil belə təsvir etməkdə acizdir. 
Allahın  Elçisi(s)  üçün  behişt  meyvələrindən  –  üzüm 
və  xurmanın gətirilməsi  bu  meyvələrin daha çox  bərəkətli 
və xeyirli olmalsından irəli gəlir. Çünki ağacların arasında 
heç  bir  ağac  xurma  və  üzüm  ağacı  kimi  bərəkətli,  xeyirli 
olmamışdır.  Eləcə  də  bu  iki  ağac  Adəm(ə)-in  xəmirindən 
artıq  qalmış  gildən  yaradılmışdır.  Çox  ehtimal  ki,  belə 
seçim  bu  pak  və  mübarək  nəslin  övladlarının  çoxlu 
olmasına və müqəddəsliyinə bir işarədir. 
O  zaman  həzrəti-Mühəmməd(s)  vacib  namazını 
qılmışdı. Onun iftardan sonra qılacağı namaz isə müstəhəb 
və  nafilə  namazları  idi  ki,  bunların  da  Cəbrayıl  qılınacağı 
təqdirdə haram olduğunu söyləmişdi. 
Həzrəti-Zəhra(s.ə.)-nın viladəti. 
Şeyx  Səduq  «Əmali»  kitabında  Müfəzzəl  ibn 
Ömərdən belə nəql edir:  
Ömər  deyir  ki,  bir  gün  imam  Sadiq(ə.s)-dən 
soruşdum:  
–Fatimə(s.ə) dünyaya necə gəlmişdi?  
İmam(ə.s) buyurdu: 
–Xədicə(s.ə)  Peyğəmbər(s)  ilə  evlənəndən  sonra 
Məkkə  qadınları  İslama  qarşı  olan  düşmənçilikləri 
üzündən  Xədicə(s.ə)-dən  uzaqlaşdılar,  belə  ki  nə 
Xədicə(s.ə)-nin  evinə  gedir,  nə  də  yolda  onu  görəndə 
salam  verir,  hətta  başqa  qadınların  belə  onunla 
görüşməsinə  mane  olurdular  ki,  bütün  bunlardan  Xədicə 
(s.ə)  çox  kədərlənir  və  bu  çirkin  əməllərin  həzrəti-
 

Mühəmməd(s)-ə  zərər  yetirəcəyindən  çəkinib  qorxurdu. 
Amma Xədicə(s.ə) bunu da Peyğəmbər(s)-dıən gizlədirdi.  
Bir  gün  Allahın  Rəsulu(s)  evə  daxil  olduqda 
Xədicə(s.ə)-nin  kiminləsə  söhbət  etdiyini  eşidir  və  bu 
barədə  Xədicə(s.ə)-dən  soruşduqda,  o  pak  qadın  belə 
cavab  verir:  «Bətnimdəki  uşaq  mənimlə  söhbət  edir.  O, 
mənim munisimdir». 
Peyğəmbər(s)  buyurmuşdur:  «Cəbrayıl  mənə  xəbər 
verib  ki,  bu  uşaq  qız  uşağıdır  və  bizim  mübarək,  pak 
nəslimiz  də  odur.  Allah-təala  mənə  olunan  vəhy 
kəsildikdən  sonra  onları  yer  üzündə  mənim  canişin  və 
xəlifələrim qərar verəcəkdir». 
Bu  minvalla  həzrəti-Xədicə(s.ə)  hamiləlik  dövrünü 
keçirirdi. O,  Fatimə(s.ə.)-nin  təvəllüdü yetişdikdə Qüreyş 
və Bəni-Haşim qadınlarına ona hamiləlikdən azad olmaqda  
kömək göstərmələri üçün xəbər göndərdi,  lakin Qureyş və 
Bəni-Haşim  qadınları  bildirdilər  ki,    sən  bizi  saymayıb, 
sözümüzü  yerə  saldın  və  Əbu  Talibin  yoxsul  yetimi  olan 
Mühəmməd(s)-ə  ərə  getdin,  buna  görə  də  sənin  yanına 
gəlməyəcəyik,  sənə  heç  bir  kömək  də  etməyəcəyik. 
Besətin  ilk  illərində  müşriklər  müsəlmanları  bacardıqları 
qədər sıxışdırırdılar. (Həzrəti-Mühəmməd(s)-in tərəfdarları 
özlərini cəmiyyətdən təcrid olunmuş, təklənmiş, qərib hiss 
edirdilər.) Xədicə(s.ə) bu xəbərdən çox kədərləndi, 
lakin  Allah-təala  onu  tək  qoymadı.  Qəflətən  Bəni-Haşim 
qadınlarına  bənzər  dörd  nəfər  buğdayı,  hündür  qamətli 
qadın  evə  daxil  oldu.  Xədicə(s.ə)  onları    görcək  qorxdu. 
Qadınlardan biri dedi: «Ey Xədicə, kədərlənmə! Biz  Allah 
tərəfindən  gəlmişik.  Sənin  bacılarınıq.  Mən  Sarayam 
(İbrahim  Xəlil(ə.s)-in  yoldaşı),  bu,  Məzahimin  qızı 
Asiyadır.  O,  sənin  behiştdəki  rəfiqəndir.  O  birisi  İmranın 
qızı Məryəm, digəri isə Musanın bacısı Gülsümdür. Allah-


 

təala  bizi  sənin  yanına  sənə  hamiləlikdən  azad  olmaqda 
kömək  etmək üçün göndərmişdir». 
Bu vaxt onlardan biri Xədicə(s.ə)-nin sağ tərəfində, o 
birisi sol, üçüncüsü üzbəüz, dördüncüsü isə arxa  tərəfində 
əyləşdi.  Fatimə(s.ə)  pak-pakizə  bir  halda  dünyaya  gəldi. 
Dünyaya  gəldiyi  zaman  ondan  saçan  nur  bütün  Məkkə 
evlərini işıqlandırdı, şərq və qərbdə nur saçılmayan bir yer 
qalmadı. On nəfər behişt hurilərindən, əllərində cənnətdən 
gətirdikləri  teşt  və  kövsər  suyundan  doldurulmuş  kuzə  ilə 
evə  daxil  oldular.  Xədicə(s.ə)-nin  qarşısında  duran  qadın  
Fatimə(s.ə)-ni  götürüb  kövsər  suyu  ilə  yudu,  ağappaq, 
ətirli iki  parçadan  biri  ilə  Fatimə(s.ə)-ni  bələyib, digəri 
ilə  isə  başını  bağladı,  sonra  Fatimə(s.ə)-ni  dindirdi. 
Fatimə(s.ə) dil açıb Allahın birliyinə, Mühəmməd(s)-in isə  
onun rəsulu olmasına şəhadət verərək belə dedi: 
 «Şəhadət    verirəm  ki,  yeganə    Allahdan  başqa 
Allah  yoxdur.  Atam  Allahın  rəsulu,  peyğəmbərlərin  
başçısıdır.  Ərim  övliyaların  sərvəri    və  iki    övladım  isə 
behişt cavanlarının ağasıdır». 
Sonra  O,  qadınlara  ayrı-ayrılıqda  salam    verərək  
onların    hər  birini    öz  adı  ilə  səsləyib  dindirdi.  Qadınlar  
böyük    sevinc  və  şadlıqla  Fatimə(s.ə)-nin  mövludu 
münasibətilə  təbrik    söyləyib    müjdə  verirdilər.  Hurilər 
səmada  ilk dəfə olaraq elə  bir nur gördülər ki,  hələ ondan 
qabaq  belə  bir  nuru  heç  bir  vaxt  sezməmişdilər.  O  zaman 
xanımlar  Xədicə(s.ə)-yə  dedilər:  «Pak-pakizə  və  bərəkətli 
nəslə  sahib  olacaq    mübarək  övladını  qucağına  al!» 
Xədicə(s.ə)  döşlərini  qızının  mübarək  dodaqlarına  tutdu. 
Süd  cari  oldu.  Fatimə(s.ə)  ondan  sonra  hər  gün  bir    aylıq 
uşaq təki,  hər ay  isə  bir  illik uşaq kimi   böyüyüb  gündən-
günə boy atırdı. 
 
 
10 
Fatimə(s.ə)-nin adları. 
Yunis 
ibn 
Zəyban  İmam  Sadiq(ə.s)-in 
belə 
söylədiyini nəql edir: 
 «Fatimə(s.ə)-nin  Allah  dərgahında  doqquz  adı 
vardır–Fatimə,  Siddiqə,  Mubarəkə,  Tahirə,  Zəkiyyə, 
Raziyyə,  Mərziyyə,  Mühəddəsə,  Zəhra.  Fatimə  adının 
mənası  hər  cür  pislikdən  ayrılmış  (və  ya  seçilmiş), 
təmizlənmiş  deməkdir.  Əgər  Fatimə  olmasaydı,  möminlər 
ağası Əli(ə.s) üçün Adəmdən tutmuş ta qiyamətə kimi yer 
üzündə həyat yoldaşı tapılmazdı
1
.» 
Bəzi  rəvayətlərdə  belə  gəlmişdir  ki,  onun  Fatimə 
adlandırılması  buna  görədir  ki,  Xanımın  yerinə  yetirəcəyi 
işləri  cəhənnəm atəşindən çox-çox uzaq,  elm və kamalın  
vasitəsilə  başqalarından  qat-qat  fərqlənir.  Qadınlara 
məxsus  hər  ay  baş  verən  adətdən  pakdır.  İnsanlar  onu 
tanımaqda  acizdirlər.  Allah-təala    onu  və  onun  mömin, 
Tanrının  birliyinə  səmimi-qəlbdən  inanan  övladlarını, 
dostlarını cəhənnəm atəşindən uzaqlaşdırar. 
Yenə  də  rəvayət  olunubdur  ki,  Fatimə(s.ə)-nin  adı 
Allahın  «Fatir»  adından  götürülmüşdür.  O  Həzrətə  ona 
görə  «Tahirə»  deyirlər  ki,  hər  cür  pislik  və  çirkinlikdən  
uzaqdır.  Qadınlara  məxsus  adəti  görməmişdir.  «Zəhra» 
adlandırılmasının səbəbi isə gündə üç dəfə nurlu camalının 
həzrəti- Əli(ə.s) üçün cilvələnməsindən irəli gəlirdi. 
Əbu  Haşim  Cəfəri  deyir:  «İmam  Həsən  Əsgəri(ə.s)-
dən  soruşdum  ki,  nəyə    görə  Fatimə(s.ə)-yə    «Zəhra» 
deyirlər?» 
Buyurdu: 
«Fatimə(s.ə)-nin 
nurlu 
çöhrəsi 
əmirəlmöminin  Əli(ə.s)  üçün  sübh  doğan  günəş,  günorta  
nur saçan ay və axşam parlaq ulduz kimi  idi». 
                                                
1
 «Üsuli-kafi»  I-c, səh.461. 


Yüklə 1,5 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə