Microsoft Word Beytul-Ehzan Xanim Fatimenin heyati Qadinlar biz doc



Yüklə 1,5 Mb.
Pdf görüntüsü
səhifə3/55
tarix15.10.2018
ölçüsü1,5 Mb.
#74208
1   2   3   4   5   6   7   8   9   ...   55

 
11 
Şeyx Səduq (r.ə) həzrəti-Riza(ə)-dan nəql edir ki, bir 
gün İmam söhbət əsnasında buyurdu: «Mübarək Ramazan 
ayında    ay  səmada  hilallaşanda  (yəni  on  dörd  günlük 
olanda ) Fatimə(s.ə)-nin nuru ayın nurunu üstələyirdi, belə 
ki  Fatimə(s.ə)  evə  girərkən  ayın  işığı    yenidən  aşkar 
olurdu». 
İmam 
Sadiq(ə.s) 
Fatimə(s.ə)-nin 
«Zəhra» 
adlandırılması səbəblərindən birini belə açqlayır: 
  Behiştdə  onun    üçün  qırmızı  yaqutdan  bir  qübbə 
düzəlmişdir ki,  həmin qübbənin hündürlüyünün ölçüsü bir 
illik  yol  məsafəsi  qədərdir.  Bu  qübbə  Allahın    qüdrəti  ilə 
fəzada    heç  bir  sütun  olmadan  durmuşdur.  Qübbənin  yüz 
min  qapısı  vardır  və  hər  qapının    da  ağzında  min  mələk 
dayanmışdır.  Behişt əhli  isə sizin  səmada parlayan ulduza 
baxdınız kimi, ona baxaraq belə deyər: «Bu parlaq  imarət  
Fatimə(s.ə.)-nindir». 
Başqa  bir  rəvayətdə  belə  gəlmişdir  ki,  Allah-təala 
mələkləri  yoxlamaq  məqsədilə    onlara  tərəf  qara  bulud 
göndərdi.  Bu  zaman  elə  bir  qaranlıq  çökdü  ki,  mələklər  
bir-birini   belə görmədilər.  Allahdan bu qaranlığın onların 
üzərindən götürməsini istədilər. Allah-təala onların duasını 
qəbul  edib  Fatimə(s.ə)-nin  nurunu  göndərdi.Məhz  bu 
xanımın nuru ərşin ətrafında asılı halda günəş kimi göyün 
və  yerin  yeddi qatını   işıqlandırdı.  Mələklər  Allaha təsbih 
və  zikr  dedilər.  Allah-təala  onlara  buyurdu:  «And  olsun 
İzzəti-cəlalıma  ki,  sizin  təsbihinizin  savabını  qiyamətə 
qədər 
həzrəti-Zəhra(s.ə)-nın 
Atasının, 
Ərinin 
və 
Övladlarının dostlarına verəcəyəm». 
Həzrəti-Zəhra(s.ə)-nın  adlarına  bu  adlar  da  daxildir: 
Hisan,  Hürrə,  Seyyidə,  Əzra,  Həvra,    Məryəm,  Kübra  və 
Bətul.  Rəvayətdə  nəql  olunur  ki,  o  Həzrət  bu    səbəbdən 
«Bətul»  adlandırılmışdır  ki,  heç  vaxt    qadın  adəti 
 
12 
görməmişdir.  İbn  Şəhr    Aşub  «Mənaqib»  adlı  kitabında 
yazır:  
«Səhih  rəvayətlərə  əsasən,  Fatimə(s.ə)  iyirmi    ada 
malik  olubdur  ki,  adlarından  hər  biri    onun    fəzilətlərini 
özündə  əks  etdirmişdir.    İbn    Babəveyh  bu  adları  « 
Müvəllid Fatimə» kitabında sadalamışdır». 

Xanımın 
künyələri: 
«Ümmülhəsən», 
«Ümmülhüseyn», 
«Ümmülmöhsin», 
«Ümmuləimmə», 
«Ümmüəbiha» və «Ümmülmöminin»-dən ibarət olmuşdur. 
Bu  künyələr  xanım  Fatimə(s.ə)-nin  ziyarətnaməsində  də 
işlədilmişdirdir. 
«Mənaqib»  adlı  kitabda  qeyd  olunmuşdur  ki, 
göylərdə  həzrəti-Fatimə(s.ə)-yə  «Nuriyyə»,  «Səmaviyyə», 
«Haniyyə» də deyirlər. 
«Haniyyə»  adı  ərinə  və  övladlarına  qarşı  çox 
mehriban,  qayğıkeş  olduğu  üçün  xanım  Zəhra(s.ə)-ya 
verilmişdi. 
Həzrəti-Zəhra(s.ə)-nın ərinə qarşı  olan 
münasibəti. 
Bu  barədə  təkcə  bunu  xatırlamaq  kifayət  edər  ki, 
həzrəti-Zəhra(s.ə)-ya  dəyən  zərbə,  vurulan  töhmət, 
sümüyünün  sınması,  qırmancın  qolunda  iz  salması  kimi  
müxtəlif əzab və əziyyətlərə düçar olması böyük məhəbbət 
bəslədiyi  əri  Əli(ə.s)-yə  görə  olmuşdu.  Bütün  bu  əzab  və 
əziyyətlərə  bu  yolda    şəhadətə  yetişənə  kimi  dözdü. 
Ömrünün  son  anlarında  Zəhra(s.ə)-nı  ağlayan  görən 
həzrəti-Əli(ə.s)  ondan  ağlamağının  səbəbini  soruşduqda 
xanım  Fatimə(ə.s.):  «Məndən  sonra  sənə  üz  verəcək 
müsibətlərə  görə  ağlayıram»,-deyə  cavab  verdikdə  İmam 
Əli(ə.s)  buyurmuşdu:  «Ağlama,  Allaha  and  olsun  ki,  bu 
müsibətlər  mənə  Allah  yolunda üz  verdiyinə görə asan və 
kiçik  görünür». 


 
13 
Şeyx Müfid(r.ə) «İrşad» adlı kitabında yazır: 
 «Peyğəmbər(s)  hicrətin  8-ci  ilində  baş  vermiş 
Zatüssəlasil  döyüşündə  həzrəti-Əli(ə.s)-ni  düşməni  məhv 
etmək  üçün  Yabis
2
  adlı  qumlu  səhraya  göndərmişdi.  Belə 
nəql  edirlər  ki,  həzrəti-Əli(ə.s)-nin  xüsusi  bir  yaylığı 
varmış  ki,  onu  böyük  və  çətin  döyüşlərə  gedəndə  başına 
bağlayarmış. Bu döyüşə gedəndə də Fatimə(s.ə)-nin yanına 
gəlib  həmin    yaylığı  istəyəndə    xanım  Fatimə(s.ə) 
Həzrətdən  sual  edib  soruşdu:  «Hara  gedirsən?  Atam  səni 
hara    göndərir?»  O  zaman  həzrəti-Əli(ə.s)  buyurmuşdu: 
«Qumlu səhraya gedirəm». 
Həzrəti-Zəhra(s.ə)-nın övladına olan məhəbbəti. 
Bu barədə məncə, Şeyx Səduqun  Həmmad və İmam 
Sadiq(ə.s)-dən  nəql  etdiyi  rəvayətini  xatırlatsaq,  kifayət 
edər. 
İmam  Sadiq(ə.s)  buyurmuşdur  ki,  iki  seyyidə 
xanımla  bir  zamanda  evlənmək  olmaz.  Əgər  bu  xəbər 
həzrəti-Zəhra(s.ə)-ya çatsa, ona ağır gəlib qəlbinə toxunar.  
Həmmad  soruşdu:  «Məgər  bu,  həzrəti-Zəhra(s.ə)-ya 
yetişirmi?» 
                                                
2
 Nəzərdə tutulan Yabis adlanan məntəqədə Hicrətin 8-ci ilində baş 
vermiş  Zatüssəlasil döyüşüdür. Düşmən qoşununda 1000 nəfər süvari 
var idi. Həzrəti-Əli(ə.s) bir dəstə ilə onların üstsnə gedərək vuruşdu və 
bu döyüşdə qalib gəldi. Bu zaman « Adiyat» surəsi Əli(ə.s)-nin və 
döyüşçülərinin rəşadət və qələbəsinin şəninə   Allah tərəfindən nazil  
oldu. Həzrəti-Fatimə(s.ə) bu səfərin çox çətin və qorxulu səfər  
olmasına görə ağlayırdı. Bu zaman evə gələn Peybəmbər(s) 
Zəhra(s.ə)-nı ağlayan gördükdə ona buyurdu: «Niyə ağlayırsan? 
Qorxursan ki, ərin döyüşdən sağ-salamat   qayıtmaz? Yox, inşallah o, 
sağ-salamat qayıdacaqdır.» Bunu eşidən Əli(ə.s) Peybəmbər(s): «Ey 
Allahın Rəsulu, məgər istəmirsənmi, şəhid olub behiştə  gedim?»-
buyurmuşdu. («Məcməül-bəyan» X c, səh.528.)ı 
 
14 
İmam Sadiq (ə) buyurdu: «Bəli, And olsun Allaha ki, 
bu xəbər xanım Zəhra(s.ə)-ya yetişir». 
Yeddinci əsrin məşhur şairlərindən biri olan İbn 
Üneynin yuxusu. 
«Ümdətüt  Talib»  adlı  kitabda  nəsəbşünas
3
  alimlər 
arasında  məşhur  olan  Bəni  Davud  ibn  Musa  Əlhəsəninin 
əhvalatlarında  qəribə  bir  rəvayət  vardır  ki,  çox  etibarlı  
mənbəyə əsaslanır. Bu rəvayət İbn Üneynin
3
 divanında da 
yer almışdır. 
İbn  Üneyn  bir  dəfə  Məkkəyə  yola  düşdüyü  zaman 
özü  ilə  çoxlu  qiymətli  əşyalar  da  götürmüşdü.  Qəflətən 
yolda  Bəni-Davud  nəslindən  olan  seyyidlərdən  bəzisi  onu 
tutub  bütün  mal-dövlətini  əlindən  alır,  hətta  əynindəki 
paltarlarını da çıxararaq özünü möhkəm döyür, döydükdən 
sonra onu orada qoyub tez gözdən itirlər. 
İbn  Üneyn  Yəmən  Sultanı  olan  Əziz  ibn  Əyyuba 
şikayət  məktubu  yazaraq  ondan  yardım  istəyir.  Həmin 
vaxtda  da  Yəmən  hökmdarının    qardaşı    Məlik  Nasir  də 
qardaşından  dəniz  kənarında  bir  müddət  qalması  üçün 
icazə istəmişdi. 
İbn  Üneyn  öz  naməsində  qəsidə  ilə  hökmdarı  onu 
qarət  edən  seyyidlərdən  intiqam  almağa  təhrik  edirdi. 
Həmin    qəsidənin  ilk  bəndlərinin  məzmunu    təqribən 
belədir:  
«Sənin  yaxşılıq  və  səxavətin  fəsahət  və  bəlağət 
alimlərini    onları  bəyan  etməkdə  aciz  qoyubdur.  Sən 
yaxşılıq  və  səxavətdə  elə  bir  dərəcəyə  yetişmisən  ki, 
                                                
3
  Nəsəbşünas –yəni soy, nəsil tədqiqatçısı. 
3
 Üneyn Əbül Məhasin Məhəmməd ibn Nəsrəddin ibn Əl-Hüseyn ibn 
Üneyn Ənsari Kufi Dəməşqi- 7-ci əsrin ən böyük və məşhur  
şairlərindəndir. 630-cu hicri ilndə dünyasını   dəyişmişdir.Divan 
sahibidir. 


Yüklə 1,5 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə