Microsoft Word Beytul-Ehzan Xanim Fatimenin heyati Qadinlar biz doc


Fatimə(s.ə)-nin  ibadətinə bir baxış



Yüklə 1,5 Mb.
Pdf görüntüsü
səhifə7/55
tarix15.10.2018
ölçüsü1,5 Mb.
#74208
1   2   3   4   5   6   7   8   9   10   ...   55

 
27 
Fatimə(s.ə)-nin  ibadətinə bir baxış. 
Həsən  Bəsri  (tanınmış  zahid)  yazır:  «İslam  ümməti 
arasında    ibadətdə  Fatimə(s.ə)-nin  misli  ola  bilməz.  O 
xanım ayaqları qabar olana qədər ibadət edirdi.» 
Bir gün Rəsuli-əkrəm(s) Qızı(s.ə)-dan soruşdu:  
– Qadın üçün ən yaxşı şey nədir? 
O cavab verdi: 
–  Naməhrəm  kişiyə  baxmaya  və  naməhrəm  də  onu 
görməyə. 
Peyğəmbər(s)  bu  sözü    eşitcək  Fatimə(s.ə)-ni  
bağrına  basdı və bu ayəni oxudu:  
«Onlar bir-birindən tutulmuş övladlardır. (Təqva və 
fəzilət nəzərindən.)» («Ali-İmran» surəsi, 34) 
İmam Həsən(ə.s)-dən anası ilə bağlı bir əhvalatı qeyd 
etsək, yerinə düşərdi:  
Cümə  gecəsində  anamı  mehrabda  ibadət  edən 
gördüm. O, uzun zaman səcdə və ruku halında qaldı. Sübh 
çağı  yetişdikdə  möminələrin  adını  bir-bir  çəkərək  onları 
dua  etdi,  lakin  özünü  heç  dua  etmədi.  Soruşdum  ki, 
anacan,  başqaları  kimi  özün  barədə  niyə    dua  etmədin? 
Anam: «Oğlum, əvvəl qonşu, sonra ev», – deyə buyurdu. 
 Şeyx  Səduq(r.ə)  həzrəti-Zəhra(s.ə)-dan  belə  nəql 
edir: 
Rəsuli-əkrəm(s)-dən eşitmişəm ki, cümə günündə elə 
bir  saat  vardır  ki,  əgər  bir  müsəlman  Allahdan  bir  şey 
diləsə,    Tanrı  onun  istədiyini  verər.  Bu,  günəşin  yarısının 
üfüqdə qalıb, yarısının batdığı zamandır. 
Fatimə(s.ə)  həmişə  öz  qulamına  buyurardı:  «Yuxarı 
çıx,  nə  vaxt  gördün,  günəşin  yarısı  üfüqdə  batdı,  mənə 
xəbər ver ki, dua edim.» 
 
28 
Rəvayətdə  nəql  olunur  ki,  o  Həzrət  mehrabda 
dayanıb  ibadət  edən  zaman  onun  nuru  səma  əhli  üçün 
ulduz kimi parlardı. 
Həzrəti-Zəhra(s.ə)-nın ər evində rəftarı. 
Bəni-Səd  qəbiləsindən  olan  bir  nəfər  Əmirəl-
möminin  Əli(ə.s)-nin  həzrəti-Fatimə(s.ə)  haqqında  ona 
danışdıqlarını belə nəql edir: 
Peyğəmbər(s)-imizin 
sevimli 
qızı 
olmasına 
baxmayaraq,  kuzə  ilə  o  qədər  su  daşıyardı  ki,  çiynində 
kuzənin qulpunun  izi qalar,  ev süpürməkdən  və qazan altı 
alışdırmaqdan  paltarları  hisli-tozlu  olardı.  Onun  bu  qədər 
əziyyət çəkdiyini gördükdə Fatiməyə dedim: 
–  Atan  Rəsuli-əkrəm(s)-in  yanına  gedib  ev  işlərində 
sənə  kömək  etmək  üçün  bir  kəniz  istəsəydin,  yerinə 
düşərdi. 
Beləliklə,  Fatimə(s.ə)  atasının  yanına  gedir,  lakin 
Peyğəmbər(s)-in  yanında  adam  olduğunu    görüb  heç  nə 
demədən evə qayıdır. 
Həzrəti-Mühəmməd(s)  Fatimə(s.ə)-nin  nə  üçünsə 
gəlib heç nə istəmədən geri qayıtdığını anlayıb, səhəri gün 
evimizə gəldi. Biz bu zaman hələ yataqdan qalxmamışdıq. 
Rəsuli-əkrəm(s)  adəti  üzrə  üç  dəfə  salam  verərdi 
(icazə məqsədilə). Əgər icazə verilsəydi, daxil olardı, yox, 
əgər icazə verilməsəydi, qayıdıb gedərdi. Dedim: 
– Salam, ey  Allahın Rəsulu, buyurun içəri. 
O Həzrət buyurdu: 
–  Fatimə,  dünən  mənim  yanıma  nə  üçün  gəlmişdin, 
istədiyini söylə.  
Fatimə(s.ə) həya edərək heç nə demədi. Qorxdum ki, 
əgər  mən  cavab  versəm,  Peyğəmbər(s)  qalxıb  gedər.  Ərz 
etdim: 


 
29 
-Ey  Allahın  Rəsulu,  qoy  mən  səni  xəbərdar  edim. 
Fatimə o qədər su çəkib ki,  sinəsində qabın dəstəyinin  izi 
qalıb. Dəyirmanda un üyütməkdən əlləri qabar bağlayıbdır. 
Ev  süpürüb  qazan  altı  alışdırmaqdan  paltarlarının  rəngi 
dəyişmişdir. Buna görə də mən ona dedim ki,  yaxşı olardı 
ki,  atanın  yanına    gedib  ev  işlərində  sənə  kömək  etmək 
üçün bir kəniz istəyəsən. 
Peyğəmbər(s) buyurdu: 
–  İstəyirsizmi,  sizə  elə  kəlam  öyrədim  ki, 
xidmətçidən daha yaxşı olsun? Yataq otağına gedən zaman 
otuz üç dəfə  «subhanəllah», otuz üç dəfə  «əlhəmdulillah» 
və otuz üç dəfə «Allahu Əkbər» deyin. 
 Bu  zaman  Fatimə(s.ə)  ayağa  durub  üç  dəfə  təkrar 
etdi:  
– Allah və Rəsulundan razı qaldım. 
Əbubəkir  Şirazinin  (sünni  alimlərindəndir)  məşhur 
kitabında nəql olunur ki,  həzrəti-Zəhra(s.ə) Peyğəmbər(s)-
ə  öz  vəziyyətini  söyləyib  kəniz  istəyən  zaman  Ata(s)-sı 
ağlayıb buyurmuşdu:  
–Fatimə,  and  olsun  məni  peyğəmbərliyə  seçən 
Allaha!  Məsciddə  dörd  yüz  nəfər  kişi  vardır  ki,  nə 
yeməkləri  var,  nə  də  geyimləri.  Əgər  fəzilətinin  itmək 
qorxusu  olmasaydı,  mən  sənin  istədiyini  edərdim. 
İstəmirəm  ki,  əcr  və  mükafatın  səndən  alınıb  sənin 
kənizinə verilsin. 
Sələbinin təfsirində İmam Baqir(ə.s)-dən, Qüşeyrinin 
təfsirində  isə  Cabir  ibn  Abdulla  Ənsaridən  nəql  olunan 
hədisdə  deyilir  ki,  həzrəti-Mühəmməd(s),  Fatimə(s.ə)-nin 
əynində yun paltar dəyirmanda un üyüdə-üyüdə uşağa süd 
verdiyini gördükdə Onun gözləri yaşardı və buyurdu:  
–Ey  qızım,  axirətin  şirinliyi  üçün  dünyanın 
çətinliyinə döz! 
 
30 
Fatimə söylədi:  
–Ey  Peyğəmbərimiz,  Allaha  nemətləri  və  əta 
etdiklərinə görə həmd, şükr olsun. 
Zəhra(s.ə)-nın kənizi Fizzənin elminə bir baxış. 
Əbulqasim  Qureyşi  öz  kitabında  bəzi  səhabələrdən 
nəql  edir  ki,  Zəhra(s.ə)-nın  kənizi  Fizzə  səhrada  həcc 
karvanından  geriyə    qalıb  itmişdi.  Karvandan  arxada 
qalmış  Abdulla  Mübarək  adlı  biri  deyir  ki,    səhrada    bir 
nəfər  yalqız  qadın  gördüm.  Mən  dəvə  ilə  onun  yanına 
gedib  hər  nə  soruşurdumsa,  «Quran»  ayəsi  ilə  cavab 
verirdi. Ondan soruşdum: 
– Sən kimsən? 
Dedi:  
  «Və  de  salam  olsun  sizlərə,  tezliklə  biləcəklər». 
(«Zuxruf», 89) 
Ona salam verib dedim:  
         – Sən burada neyləyirsən? 
Qadın cavab verdi:  
 «Allah-təala hər kəsi hidayət etsə, yolunu azmaz». 
(«Zümər», 37) 
Başa düşdüm ki, yolu azıbdır. Soruşdum: 
– Cinlərdənsən, yoxsa insanlardan? 
Dedi:  
  «Ey  Adəm  övladları,  bəzəklərinizi,  zinətlərinizi 
götürün».  
(«Əraf», 31) 
Əmin oldum ki, Adəm övladıdır. Soruşdum:  
– Haradan gəlirsən? 
Dedi: 
 «Onlar uzaq yerdən səslənərlər». («Fussilət»,44) 
Anladım ki, uzaq yoldan gəlir. Dedim: 
–Hara gedirsən? 


Yüklə 1,5 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə