Microsoft Word Beytul-Ehzan Xanim Fatimenin heyati Qadinlar biz doc



Yüklə 1,5 Mb.
Pdf görüntüsü
səhifə10/55
tarix15.10.2018
ölçüsü1,5 Mb.
#74208
1   ...   6   7   8   9   10   11   12   13   ...   55

 
39 
–  Onu  tez  axtar  tap,  çünki  o  vərəq  mənə  Həsən  və 
Hüseyn qədər əzizdir. 
Kəniz  axtarmağa  başladı.  Nəhayət,  vərəqi  toz-
torpağın  içindən  tapıb  çıxartdı.  Görünür,  evi  süpürən 
zaman  itirmişdi.  Kəniz  həmin  kağızı  Fatimə(s.ə)-nin 
yanına gətirdi. Orada belə yazılmışdı: 
 «Hər  kimin  qonşusu  onun  zülmündən  amanda 
olmasa,  möminlərdən  deyildir.  Kimin  ki  Allah  və  məada 
etiqadı varsa, qonşusuna zülm etməz, gözəl sözlər söyləyər 
və  təbiətən  mülayim  olar.  Allah-təala  xeyirxah,  səbirli  və 
özünü    haramdan  saxlayanları  sevir.  Allah  söyüş  söyəni, 
acıdili,  həyasızı,  çox  şey  istəyib  inadla  təkid  edənləri 
xoşlamır,  çünki  abır-həya  imandandır.  İman  da  behiştdə 
olar. 
Lakin 
söyüş 
həyasızlıqdan, 
həyasızlıq 
isə 
cəhənnəmdəndir». 
Fatimə (s.ə) və onun gələcəyi haqqında həzrəti-
Mühəmməd(s)-in söylədikləri. 
Şeyx  Səduq  ibn  Abbasdan  eşitdiyi  bir  rəvayətdə  
Peyğəmbər(s)-in  Əhli-beytinə  yetişəcək  müsibətlər  barədə 
irəlicədən  xəbər  verdiyini  nəql  edir.  Aşağıdakı  hissə  də 
həmin rəvayətdən götürülmüşdür: 
«Qızım  Fatimə(s.ə.)  əzəli  və  əbədi  olaraq  iki 
dünyanın  qadınlarının  xanımıdır.  O,  mənim  cismimin  bir 
parəsi,  gözümün  nuru,  qəlbimin  meyvəsi  və  vücudumda 
olan  ruhumdur.  O  «Hövrau-Unsiyyə»dir.  Mehrabda  Allah 
qarşısında  ibadət  etməyə  başladığı  vaxt  nuru  ulduz  kimi 
səma  mələkləri  üçün  parlayar.  Bu  zaman  Allah-təala 
mələklərinə buyurar:  
«Ey  mələklər,  mənim  qarşımda  ibadət  üçün 
dayanmış kənizlərimin sərvəri olan kənizimə tamaşa edin. 
Görün, mənim qarşımda bədəni  necə əsir. O, bütün varlığı 
ilə  mənə  ibadət  edir.  Sizi  şahid  tuturam  ki,  onun  işlərini 
 
40 
cəhənnəm  atəşindən  amanda  saxlayacağam.  (Yaxud  sizə 
şəhadət  verirəm  ki,  onun  işlərini  cəhənnəm  atəşindən 
amanda saxlayacağam)». 
Müəllif  deyir  ki,  həzrəti-Mühəmməd(s)  bu  sözdən 
sonra  buyurmuşdu:  «Mən  Fatimə(s.ə)-yə  baxanda  yadıma 
məndən sonra ona üz verəcək müsibətlər düşür. Sanki qəm 
və  kədərin  onun  evinə  necə  varid  olmasını,  ona  ediləcək 
hörmətsizliyi, haqqının əlindən alınmasını, öz irsinə yetişə 
bilməməsini,  qabırğasının  sındırılmasını,  boynunda  olan 
və  hələ  dünyaya  gəlməmiş  uşağın  siqt  olunmasını,  onun 
«Ya Muhəmmədahu» çığırmağını elə indidən görurəm. O, 
bir  cavab  eşitmir,  lakin  kömək  istəyir.  Heç  kim  də  ona 
kömək etmir, həmişə məndən sonra hüznlü, qəmli və gözü 
yaşlıdır,  hərdən  belə  fikirləşir  ki,  vəhy  evindən  kəsilib, 
mənim ayrılığıma mübtəla olubdur. Gecələr hövlank durur, 
ona  görə  ki  gecə  namazı    vaxtı  mənim  «Quran» 
oxumağımı  eşidərdi.  İndi  isə  eşitmir.  Sonra  atasının 
sağlığında  necə  əzizlənib,  nəvaziş  edildiyini  xatırlayıb 
qəmli-qəmli,  için-için  ağlayır.  Bu  zaman  Allah-təala 
mələkləri  onun  munisi  edər.  Mələklər  həzrəti-Məryəmlə 
həmsöhbət olduqları tək onunla da elə həmsöhbət olarlar. 
 Ey Fatimə, Allah-təala səni seçdi və pak etdi. Səni 
bütün qadınların xanımı etdi. Ey Fatimə, Alahına ibadət 
və səcdə et. Allah dərgahında rukuda olanlarla ruku elə. 
Sonra  elə  bil  görürəm  ki,  o,  dərddən  və  qubardan 
xəstələnib,  qulluğa  ehtiyacı  vardır.  Tanrı  İmran  qızı 
Məryəm(s.ə)-i  ona  baxmağa  göndərər.  Bu  vaxt  o,  Allah-
təala  ilə  belə  dərdləşər:  «İlahi,  həyatdan  doyub 
yorulmuşam.  Dünyapərəst  insanların  əlindən  artıq  cana 
gəlmişəm. Məni atama qovuşdur». 
Allah-təala  da  onu  mənə  yetirər.  O,  mənim  Əhli-
beytimdən  qəmli,  kədərli,  haqqı  qəsb  olunmuş  və 


 
41 
öldürülmüş  halda  mənə    yetişəcək  ilk  şəxsdir.  Bu  vaxt 
Allaha yalvarıb deyərəm: «İlahi, ona zülm edən şəxsləri öz 
rəhmətindən  uzaq  et.  Onun  haqqını  qəsb  edənləri 
cəzalandır.  Onu  kədərləndirənləri  xar  elə.  Qızımı  hamilə 
ikən zərbə ilə vurub uşağını hələ dünyaya gəlməmiş məhv 
edənləri isə əbədi olaraq cəhənnəm atəşinin sakini et.» 
Bu zaman mələklər deyərlər: «Amin! İlahi,  bu duanı 
müstəcab elə». 
Həzrəti-Zəhra(s.ə)-nın ailə qurması. 
1.Zəhra(s.ə)-nın mehriyyəsi 
«Biharül-Ənvar»da  Şeyx  Səduqun  «Əmali»  kitabına 
istinadən belə bir hədis qeyd olunmuşdur:  
İmam  Sadiq(ə.s)  belə  söyləyir:  «Rəsuli-əkrəm(s) 
Fatimə(s.ə)-ni  həzrəti-Əli(ə.s)-yə  ərə  verdikdən  sonra  bir 
gün    onlara  getdiyi  zaman  həzrəti-Zəhra(s.ə)-nı  aglayan 
görüb  buyurdu:  «Niyə  ağlayırsan?  Allaha  and  olsun  ki, 
əgər  mənim  xanədanımda  Əli(ə.s)-dən  üstün  bir  şəxs 
olsaydı, mən səni ona ərə verərdim. Fatimə! Mən səni ona 
ərə  verməmişəm,  əksinə,  səni  ona  həyat  yoldaşı  təyin 
etmişəm. Sənin mehriyyən üçün isə əbədi olaraq dünyanın 
beşdən biri verilibdir». 
2.Zireh pulundan cehiz 
Həzrəti-Əli(ə.s)  cehiz  hazırlanması  barədə  belə 
söyləyir: 
 Rəsuli-əkrəm(s) mənə dedi:  
__
Dur get, öz zirehini (döyüş paltarı)sat. 
 Gedib  zirehimi  satdım,  pulunu    isə  gətirib  Rəsuli-
əkrəm(s)-in  qarşısına  qoydum.  Peyğəmbər(s)  qədərini 
məndən  soruşmadı  və  mən  də  bir  söz  demədim.  Həzrəti-
Mühəmməd(s)  o  puldan  bir  az  götürüb  Bilal  Həbəşiyə 
verdi və buyurdu:  
__
Bu pula Fatimə(s.ə) üçün gözəl bir ətir al. 
 
42 
 Sonra  həmin  puldan  bir  az  da  Əbu  Bəkrə  verib 
aşağıdakıları almağa göndərdi. 
Əbu Bəkr də onların dediyini aldı. 
Aldıqları cehiz bunlardan ibarət idi: 
1.bir dəst köynək, 
2.bir ədəd yaylıq, 
3.qara xeybəri qətfə (yaxud qara əba), 
4.ortası  xurma  lifindən toxunmuş taxt (yaxud qatları 
xurma lifindən olan balış), 
5.biri  yun,  digəri  isə  xurma  lifindən  hazırlanmış  iki 
ədəd Misir yorğanı, 
6.dörd ədəd Taif malı olan içi quru otla doldurulmuş, 
aşılanmış dəri mütəkkə, 
7.nazik yun pərdə, 
8.Həcər kəndində (Bəhreyn kəndlərindəndir)  istehsal 
edilən bir ədəd həsir, 
9.əl dəyirmanı, 
10.bir ədəd mis teşt, 
11.su gətirmək üçün səhəng, 
12.bişmiş gil kasa, 
13.suyu sərinləşdirən xüsusi məşk, 
14.çöl tərəfi rənglənmiş bişmiş gil kuzə, 
15. bişmiş gildən hazırlanmış yaşıl kuzə, 
16. bir neçə ədəd bişmiş gil bardaq. 
Bütün bunlar alınandan sonra Əbu Bəkr və yoldaşları 
əşyaları 
Rəsuli-əkrəm(s)-in 
yanına 
gətirdilər. 
Peyğəmbər(s) onları əlinə götürüb o üzə, bu üzə çevirərək 
buyururdu:  
«Allah-təala mübarək etsin». 
3.Toy şənliyi və toy gecəsinin təyin olunması 
Həzrəti-Əli  (ə.s)  buyurur:  «Beləcə,  bu  əhvalatdan 
sonra Rəsuli-əkrəm(s) ilə hər gün məsciddə namaz qılıb öz 


Yüklə 1,5 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə