Microsoft Word Beytul-Ehzan Xanim Fatimenin heyati Qadinlar biz doc



Yüklə 1,5 Mb.
Pdf görüntüsü
səhifə11/55
tarix15.10.2018
ölçüsü1,5 Mb.
#74208
1   ...   7   8   9   10   11   12   13   14   ...   55

 
43 
evimə  qayıdırdım.  Lakin  evlənmək  barədə  onunla  heç  bir 
söhbət etmirdim. Bir ay ötdükdən sonra Rəsuli-əkrəm(s)-in 
zövcələri  mənə  dedilər:  «İstəyirsən,  biz  sənin  Fatimə(s.ə) 
ilə evlənməyin barədə Peyğəmbər(s)-lə söhbət edək». 
 Razılıq  verdim.  Onlar  Rəsulullah(s)-ın  hüzuruna 
getdilər. Ümmü Əymən
17
 dedi:  
-Ey Allahın Rəsulu, elə bir iş üçün gəlmişik ki, əgər 
Xədicə(s.ə) sağ olsa idi, sevinərdi. Əli(ə.s) istəyir ki, həyat 
yoldaşını  evinə  aparsın.  Əli(ə.s)  ilə  görüşü  münasibəti  ilə 
bizə və Fatimə(s.ə)-yə gözaydınlığı ver. 
Rəsuli-əkrəm(s) buyurdu:  
__ 
Bəs  nə  üçün  Əli(ə.s)  özü  gəlib  mənə  demir?  Biz 
gözləyirdik ki, o özü gəlsin.  
__ 
Ey  Allahın  Rəsulu,  səninlə  bu  barədə  danışmağa 
həya edir. 
Peyğəmbər(s) soruşdu: 
 
__ 
İndi burada kim var? 
 Ümmü  Sələmə  Zeynəbin  və  bir  neçə  nəfərin  adını 
sadaladı. Peyğəmbər(s) buyurdu:  
__ 
Qızım  və  əmim  oğlu  üçün  otaqlardan  birini 
hazırlayın. 
__ 
Hansını? 
__ 
Öz otağımı. 
Sonra 
həzrəti-Mühəmməd(s) 
qadınlara 
və 
zövcələrinə  tapşırıq  verdi  ki,  Fatimə(s.ə)-ni  özunə  layiq 
bəzəsinlər.  
                                                
17
 Ümmü Əymən çox saleh qadınlardan idi. O, Peyğəmbər(s)-in azad 
olunmuş kənizi idi. Aminədən (Peyğəmbər(s)-in anası) sonra 
Peyğəmbər(s)-i o saxlayırdı.Buna görə də həzrəti-Mühəmməd(s) 
buyurardı: «Ümmü Əymən mənə anamdan sonra anadır». Bəziləri belə 
nəql edir ki, o Xədicə (s.ə)-ninbacısının kənizi idi. Onu Peyğəmbər(s)-
ə bağışlamışdı. Bəziləri də bu əhvalatı Ümmü Sələməyə aid edirlər. 
(«Kəşfül-ğimmə» I c, səh.360). 
 
44 
Ümmü Sələmə deyir:  
Həzrəti-Zəhra(s.ə) sonra bir şüşədə ətir gətirdi, ondan 
bir  az    da  ovcuma  tökdü.  Elə  gözəl  qoxusu  vardı  ki, 
həyatımda belə ətir görməmişdim. Dedim: 
__ 
Bu gözəl ətir haradandır? 
 Buyurdu:  
__ 
Dihyəyi  Kəlbi
18
  (səhabədən  biri)  atamın  hüzuruna 
gəldiyi  vaxt  atam  həmişə  mənə  buyurardı:  «Ey  Fatimə, 
əmin  üçün  döşəkçə  gətir.»  Mən  də  döşəkçə  gətirib  yerə 
sərirdim.  O da əyləşirdi.  Qalxıb gedəndə  libasının  içindən 
yerə nəsə tökülürdü. Atam mənə söyləyərdi: «Onları yığ». 
(Əlbəttə, gələn qonaq Dihyeyi Kəlbinin surətində Cəbrayıl 
idi). 
Bir gün həzrəti-Əli(ə.s) Peyğəmbər(s)-dən soruşdu: 
__ 
Bunlar nədir?
19
 
__ 
Ənbərdir, Cəbrayılın qanadları arasından tökülür. 
Rəsuli-əkrəm(s)  həzrəti-Əli(ə.s)-yə  tapşırdı  ki,  toy 
üçün  həzırlıq  görsün,  belə  ki  ət  və  çörəyi  Peyğəmbər(s) 
özü, yağ və xurmanı isə, bəy almalı idi.  
Əmirəlmöminin(ə.s)  deyir  ki,  gedib  yağ  və  xurma 
alıb  Rəsuli-əkrəm(s)-in  hüzuruna  gətirdim.  Peyğəmbər(s) 
qolunu  çırmayıb  xurmanı  yağla  qarışdırdı.  Kök  qoyun  və 
çörəyi bizim üçün göndərdi. Sonra mənə buyurdu:  
__
Kimi istəyirsən, toya dəvət et.  
                                                
18
 Dihyə ibn xəlfəyi Kəlbi Peyğəmbər(s) -in süd qardaşı, o Həzrətin 
dostlarından və İslamın qabaqcıllarından idi. Çox gözəl camalı vardı. 
Bəlkə də elə buna görə Cəbrayıl çox vaxt Dihyeyi Kəlbinin surətində 
Peyğəmbər(s)-ə nazil olurdu. Allahın Rəsulu (s) Cəbrayılla söhbət 
edəndə kənardan baxanlar elə başa düşürdülər ki, o Həzrət Dihyeyi 
Kəlbi ilə söhbət edir. Dihyeyi Kəlbi Hicrətin 48-ci ilində vəfat edib 
(«Üsdül ğayə» II c, səh. 130; «İstibab»  I c, səh. 463). 
  
19
 Ənbər, yəni gözəl ətir. 


 
45 
Məscidə  getdim.  Məsciddə  səhabədən  çox  adam  var 
idi.  Yarısını  çağırıb,  yarısını  dəvət  etməməkdən  utandım, 
hündür bir yerə çıxıb dedim:  
__
Fatimə(s.ə)-nin  toy  məclisinə  olan  dəvətimi  qəbul 
edin. 
Hamı  yeyib-içib  bizə  dua  etdilər  ki,  Allah  sizə 
bərəkət  versin.  Dörd  mindən  (4000)  artıq  olan  qonağa 
yemək-içmək  artıqlaması  ilə  çatdı.  Sonra  Peyğəmbər(s) 
kasa  istədi.  Kasaları  gətirdilər.  Kasaları  doldurub 
zövcələrinin  evlərinə  göndərdi.  Sonra  bir  kasa  da  götürüb 
dolduraraq buyurdu:  
__
Bu da Fatimə(s.ə) və əri üçün. 
4.Zifaf
20
 gecəsi 
Günəş  qürub  edəndən  sonra  həzrəti-Mühəmməd(s) 
Ümmü Sələməyə buyurdu:  
__
Fatimə(s.ə)-ni buraya gətir. 
 O,  Fatimə(s.ə)-ni  paltarının  ətəyi  yerlə  sürünə-
sürünə  Atası(s)-nın  yanına  gətirdi.  Utandığından  xanım 
Zəhra(s.ə)-nın  çöhrəsindən  tər  axırdı,  buna  görə  də  içəri 
girəndə ayağı büdrədi. Bu zaman Peyğəmbər(s) buyurdu:  
__ 
Allah-təala  səni  dünya  və  axirət  büdrəməyindən 
qorusun. 
 Fatimə(s.ə) Rəsuli-əkrəm(s)-in qarşısında dayananda 
Atası(s)  onun  niqabını  üzündən  qaldırdı.  Əli(ə.s) 
Xanım(s.ə)-ın  camalını  gördü.  Sonra  Peyğəmbər(s) 
Fatimə(s.ə)-nin əlini Əli(ə.s)-nin əlinə qoyub buyurdu: 
 
__ 
Allah-təala Peyğəmbər qızını sənə  mübarək etsin. 
Ey Əli, Fatimə yaxşı həyat yoldaşıdır. Fatimə, Əli də yaxşı 
həyat yoldaşıdır. Öz evinizə gedib məni gözləyin. 
                                                
20
 Gəlinlə bəyin qovuşduğu ilk gecə (toy gecəsi).  
 
46 
 Əli(ə.s)  buyurur  ki,  Fatimə(s.ə)-ni  evin  bu  biri 
tərəfində  oturtdum.  Hər  ikimiz  xəcalətdən  başımızı  aşağı 
dikmişdik. 
5. Peyğəmbər(s)-in bəy və gəlini təbrik etməsi 
«Əli(ə.s) deyir ki, bir də hiss etdim ki, Peyğəmbər(s) 
evin qapısına yaxınlaşdı və soruşdu:  
__
Burada kim var? 
 Dedim:  
__ 
Ey Allahın Rəsulu, içəri keçin.  
Rəsuli-əkrəm(s)  evə  daxil  olub  Fatimə(s.ə)-ni 
yanında oturdub buyurdu:  
__
Fatimə, dur bir az su gətir. 
 Fatimə(s.ə)  qalxıb  bir  kasa  su  gətirdi.  Həzrəti-
Mühəmməd(s) o sudan bir az Fatimə(s.ə)-nin başına səpib 
buyurdu:  
__ 
Üzünü mənə çevir. 
Fatimə(s.ə)  üzünü  ona  tərəf  çevirdi.  Peyğəmbər(s)  o 
sudan  bir  az  ağzında  qarqara  edib  yenə  kasaya  tökdü. 
Sonra  o  sudan  bir  az  Fatimə(s.ə)-nin  başına,  sinəsinə 
çilədikdən sonra bir az da saçlarının arasına səpdi, belə bir 
dua oxudu:  
«İlahi,  bu,  mənə hamıdan əziz qızımdır.  Allahım, bu 
isə (Əli(ə.s))  mənim qardaşım və mənə hamıdan əziz olan 
şəxsdir. Onu yer üzünə vəli və yavər qərar ver, ailəsini isə 
mübarək et». 
Sonra Əli(ə.s)-yə üzünü çevirib buyurdu:  
__ 
Öz  ailənə    yaxınlaş.  Allah  mübarək  etsin,  həm  də 
Tanrının şükr və bərəkəti sənə olsun». 
Başqa  bir  rəvayətdə  Əmirəlmöminin  Əli(ə.s)-nin 
dlindən belə nəql olunur: 
«Fatimə(s.ə) 
mənim 
evimə 
gələndən 
sonra 
Peyğəmbər  (s)  üç  gün  evimizə  ayaq  basmadı.  Çərşənbə 


Yüklə 1,5 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə