Microsoft Word Beytul-Ehzan Xanim Fatimenin heyati Qadinlar biz doc



Yüklə 1,5 Mb.
Pdf görüntüsü
səhifə14/55
tarix15.10.2018
ölçüsü1,5 Mb.
#74208
1   ...   10   11   12   13   14   15   16   17   ...   55

 
55 
etməsəniz,  Xəzrəc  tayfası  onunla  əlbir  olacaq»,
__ 
deyə 
onları qabaqladı. 
Bu vaxt adamlar hər tərəfdən gəlib Əbu Bəkrə beyət 
edirdilər.  Bu  arada  öz  yatağındaca  xəstə-xəstə  bura 
gətirilmiş  Səd  ibn  Übadə  az  qaldı  ki,  ora  yığışanların 
ayaqları altında qalıb tapdansın. O, ucadan qışqırdı:  
__ 
Məni öldürdünüz. 
 Ömər dedi:  
__ 
Sədi öldürün. Allah öldürsün onu.
23
 
 
5.Sədin Ömərə münasibətinin soyuması və ona 
beyətdən imtina etməsi 
Bu  zaman  Sədin  oğlu  (Qeys  ibn  Səd)  sıçrayıb 
Ömərin saqqalından tutaraq hədələdi:  
__ 
Ey  döyüşlərdən  qorxub  qaçan,  camaat  içində 
gizlənib özünü  şir kimi aparan Səhhakın oğlu.  Allaha and 
olsun! Əgər Sədin başından bir tük belə əksik olsa, səni elə 
günə salarıq ki, üzünün sümüyü görsənər. 
Əbu Bəkr Ömərə: 
__ 
Sakit ol, güzəşt elə, çünki güzəştə getmək yaxşı və 
bəyənilmişdir. 
Səd ibn Übadə Ömərə dedi:  
__ 
Ey  Səhhakın  (Ömərin  nənəsi  olan  Həbəşistanlı 
kəniz)  oğlu!    Allaha  and  olsun!  Əgər  xəstə  olmasaydım, 
ayağa  qalxmağa  taqətim  olsaydı,  səni  və  Əbu  Bəkri 
Mədinənin  küçələrində  süründürərdim.  O  vaxt  olsaydı, 
nənəmin  qorxusundan  Mədinədən  qaçardınız.  Sizin  hər 
ikinizi  elə  tayfaya  qatardım  ki,  nəinki  başqaları  sizə  tabe 
olmazdı,  əksinə,  özünüz  onların  qarşısında  zəlil  və  müti 
olardınız. Ey xəzrəclilər, məni bu çuxurdan qaldırın. 
                                                
23
 Bu mətləb İbn Əbil Hədid «Şərhi Nəhcül-bəlağə» I c, səh. 174-də  
qeyd olunmuşdur. 
 
56 
Onlar  Sədi  yatağından  qaldırıb  evə  apardılar.  Sonra 
Əbu  Bəkr  Səd  üçün  xəbər  göndərdi  ki,  xalq  mənə  beyət 
etdi, sən də beyət et. 
Səd dedi:  
__ 
Allaha and olsun! Oxum qurtarmayana və nizəmlə 
sizi  al  qana  boyamayana  qədər  sizə  beyət  etmərəm.  Nə 
qədər  ki  əlimdə  qılınc  var,  sizinlə  döyüşəcəyəm.  Allaha 
and 
olsun! 
Cinnü-ins 
yığışsa, 
mən 
sənə 
beyət 
etməyəcəyəm. 
Sədin sözünü Əbu Bəkrə yetirdilər. Ömər dedi:  
__
Heç bir çarə yoxdur, o beyət etməlidir. 
Bəşir ibn Səd Ömərə belə məsləhət verdi:  
__ 
Ömər,  Səd  ölənə  qədər  də  beyət  etməyəcəyək. 
Əgər  o  öldürülsə,  Ovs  və  Xəzrəc  tayfalarının  hər  ikisi 
onunla bir öləcəklər. Onu öz ixtiyarında qoyun. Sədin evdə 
oturmağı sizin işinizə xələl yetirməz. 
Ömər  və  onun  həmfikirləri  Bəşirin  sözünü  qəbul 
edib, Sədi öz başına buraxdılar. 
Səd  ibn  Übadə  onların  namazında  iştirak  etmir, 
ziddiyyətli məsələlərdə qəzavət etmək üçün onların yanına 
getmirdi.  Əgər  arxası  olsaydı,  onlarla  döyüşərdi.  O,  Əbu 
Bəkrin  xilafəti  dövründə  beləcə  dövran  keçirirdi.  Əbu 
Bəkrdən sonra Ömər ibn Xəttab xilafət başına gələndə  də 
Səd  bu  minvalla  öz  yolunu  (beyət)  etməmək)  davam 
etdirirdi. Ömərlə üzləşməmək üçün Şama tərəf gedərək bir 
müddət  sonra  Ömərin  xilafəti  zamanında  Həvəran 
ölkəsində  onların  heç  birinə  beyət  etmədən  dünyadan 
köçmüşdü.  Gecə  vaxtı  Sədi  oxla  vurub  öldürmüşdülər. 
Şəhərdə  onun  cin  tayfası  tərəfindən  öldürülməsi  şayiəsi 
yayılmışdı.
24
 
                                                
24
 Bu fakt İbn Əbil Hədid «Şərhi  Həhcül-bəlağə» II c, səh. 7, 826-da 
və «Qamusur-rical» IV c,  


 
57 
6. Sədin cinlər tərəfindən öldürülməsinin saxta 
dastanı
Məşhur  tarixçi  Bilazəri    yazır  ki,  Ömər  ibn  Xəttab 
Xalid ibn Vəlidlə Məhəmməd ibn Müslimeyi Ənsariyə Səd 
ibn  Übadəni  öldürmələri  barədə  göstəriş  vermişdi. 
Nəticədə,  onların  hər  biri  Sədə  bir  neçə  ox  ataraq  onu  
öldürmüşdülər. Sonra xalq arasında belə şayiə yaydılar ki, 
guya  Sədi  cinlər  öldürüb  və  adamların  dilinə  bu  şeri 
saldılar (ki,  cinlər deyir): «Xəzrəc tayfasının rəisi Səd  ibn 
Übadəni  biz  öldürdük.  Ona  iki  ox  atdıq,  oxlar  xətaya 
uğramayıb onun ürəyinə batdı». 
7. Səqifə əhvalatı barəsində İbn Əbil Hədidin 
söylədiyi başqa bir                    rəvayət 
İbn  Əbil  Hədid  də  məşhur  mənbələrə  istinad  edərək 
belə  yazır:  «Elə  ki  Peyğəmbər(s)  dünyadan  köçdü, 
mədinəlilər ibn Übadənin ətrafına yığışdı. Əbu Bəkr, Ömər 
və Əbu Übeydə də onların  yanına getdilər.  Ənsardan olan 
Hübab  ibn  Münzir  dedi:  «Gəlin  bir  nəfər  bizdən  və  bir 
nəfər  də  sizdən  seçilsin.  Allaha  and  olsun,  biz  xilafət 
barəsində sizə paxıllıq etmirik. Yalnız bundan qorxuruq ki, 
sizdən 
sonra 
atalarını, 
oğullarını 
və 
qardaşlarını 
öldürdüyümüz  şəxslər  bizə  hakim  kəsilib  hökmranlıq 
edələr (Bəni- Üməyyə kimi)». 
İbn Əbil Hədid yazır:  
«Bu rəvayəti Əbu Cəfər Yəhya ibn Məhəmməd Ələvi 
üçün danışanda dedi: «Mən Hübab ibn Münzirin fərasət və 
uzaqgörənliyini  təsdiqləyirəm.  Elə  onun  söylədiyi  və 
qorxduğu şey də oldu. O vaxt Yəzid ibn Müaviyə Hicrətin 
63-cü  ilinin  zilhiccə  ayında  (təxminən  643-cü  il  miladi) 
Mədinədə  baş  verən  qanlı  «Hərrəh»  hadisəsində  Bədr 
döyüşündə 
öldürülmüş 
müşriklərin 
qanını 
Mədinə 
                                                                                             
səh. 328-də öz əksini tapmışdır. 
 
58 
müsəlmanlarından  aldı.  (Bu  hadisə  İbn  Müaviyənin 
vasitəsilə  baş  vermişdi.  Mədinə  müsəlmanlarından 10 000 
nəfərdən  çoxu  kütləvi  surətdə  qırılmışdı.  Hübab  ibn 
Münzir  də  hakimiyyət  başına  belələrinin  gəlməyindən 
qorxurdu. 
Rəsuli-əkrəm(s)  də  müşriklərin  qanını  tökmüşdü  və 
bilirdi ki, əgər qızı və qızının övladları zülmkar hakimlərin 
hökmranlığı  altına  keçsəydilər,  dəhşətli  xətərə  məruz 
qalacaqdılar,  buna  görə  də  həmişə  hakimiyyəti  özündən 
sonra  əmisi  oğluna  (Əli(ə.s)-yə)  vəsiyyət  edirdi  ki,  Əhli-
beyti bu xətərlə üzləşməsin.
25
 Əgər xilafətə Peyğəmbər(s)-
in  itrəti  keçsəydi,  Əli(ə.s)  və  Əhli-beyti  həmişə  amanda 
qalacaqdı,  lakin  qəza  və  qədər,  zalım  hakimlərin  tamahı 
ona  müsaidə  etmədi.  Hər  şey  elə  alt-üst  oldu  ki,  həzrəti-
Mühəmməd(s)-in övladlarının aqibətinin  necə olduğundan  
özün də xəbərdarsan». 
Əli(ə.s) və Bəni- Haşimin Səqifə toplanışında 
olmaması 
Böyük  alim  Şeyx  Müfid  (413  h.c.,993  miladi)  öz 
«İrşad» adlı kitabında belə yazır:  
«Peyğəmbər(s)  vəfat  edəndən  sonra  İmam  Əli(ə.s) 
onun  mübarək  bədəninə qüsl  verib kəfən tutmağa və dəfn 
işləri ilə məşğul idi. Nəhayət, Əli(ə.s)-nin və Bəni-Haşimin 
iştirakı  olmadan  Əbu  Bəkrin  xilafəti  bərqərar  oldu. 
Beləliklə  də,  Mədinə  müsəlmanlarının  arasına  ixtilaf 
düşdü,  lakin  Məkkənin  fəthində  azad  olmuşlar  dəstəsi  və 
Peyğəmbər(s)-in  qəlblərini  satın  almaq  üçün  İslama  daxil 
                                                
25
Əlbəttə, bu mövzu Əli(ə.s)-nin Peyğəmbər(s) tərəfindən  seçilmə 
səbəblərindən biridir.  Başqa səbəblərdə elm, təqva, Əli(ə.s) -nin 
parlaq keçmişi və s.kimi xüsusiyyətlər bu seçimdə öz rolunu 
oynamışdı. 


Yüklə 1,5 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə