Microsoft Word Beytul-Ehzan Xanim Fatimenin heyati Qadinlar biz doc



Yüklə 1,5 Mb.
Pdf görüntüsü
səhifə16/55
tarix15.10.2018
ölçüsü1,5 Mb.
#74208
1   ...   12   13   14   15   16   17   18   19   ...   55

 
63 
Məsciddə  heç  kimi  görməyib  Peyğəmbər(s)-in  evinə 
yollandım. Qapı bağlı idi. Dedilər, Allahın Rəsulu(s) vəfat 
edib,  mübarək  peykərini
27
  kəfənə  tuturlar.  Qüsl  vermək 
üçün  təkcə  Əhli-beyti  onun  yanındadır.  Soruşdum  ki,  bəs 
camaat haradadır? 
Mənə belə cavab verdilər:  
__ 
Camaat  Bəni-Saidə  səqifəsində  mədinəlilərin 
toplanışna gedib. 
Mən  özümü  Səqifəyə  yetirdim.  Əbu  Bəkr,  Ömər, 
Müqeyrə,  Əbu  Übeydeyi-Cərrah  və  Qureyşdən  olan  daha 
bir  neçə  nəfəri  orada  gördüm.  Mədinəlilərin  arasında  Səd 
ibn  Dilhəm  və  onların  şairi  Həssan  ibn  Sabiti  də  orada 
əyləşən  gördüm.  Qureyş  və  ənsarla  xilafət  barəsində  söz 
açdım.  Heç  birindən  haqqı  eşitmədim.  Sonra  Əbu  Bəkrə 
beyət etdilər.» 
Daha sonra Əbu Züveyb gəldiyi yolla da geri qayıtdı. 
O, Osmanın xilafəti zamanında dünyadan köçmüşdü. 
6. Səqifə mərsiyələrində şerlər 
Adı  çəkilən  alim  (Übeydullah  Əsəd  Abadi)  yenə 
yazır  ki,  Nabiğeyi-Cuda
28
  evindən  çıxıb  Peyğəmbər(s)-in 
vəfatından  sonra  camaatın  vəziyyətini  xəbər  aldı.  İmran 
ibn  Həsi  Səqifə  toplanışı  barədə    ona  şerlə  cavab  verdi. 
Şerin məzmunu təxminən belədir:  
«Əgər  mən  özümü  o  qalmaqal  arasında  tanısaydım, 
bir qurbanlıq kəsərdim». (Vəziyyət bu qədər qarışmışdı). 
Nabiğə soruşdu: 
__ 
Həzrəti Əbülhəsən Əli (ə.s) neyləyir? 
                                                
27
Peykər- bədəın, cüssə. 
28
 Nabiğə adı ilə məşhurlaşmış Qeys ibn Kəd cahiliyyət dövrünün 
şairlərindən idi. İslamı qəbul edib müsəlman oldu. Müsəlman olmağı 
ilə fəxr edib bu barədə şerlər oxuyurdu. Uzun ömür sürmüşdür. 
(«Səfinətül-bihar» II c, səh.569.) 
 
64 
Ona cavab verdilər:  
__ 
O,  Rəsulallah(s)-ın  mübarək  cənazəsini  dəfn 
etməklə  məşğuldur. 
O zaman Nabiğə bir şer oxudu.Məzmunu belədir:  
Bəni-Haşim  xanədanından  olan  bu  əslə  (yəni 
qabaqdan  saçı  tökülmüş)  kişiyə
__ 
Əli(ə.s)-yə  deyin  ki, 
xilafətin  hörülmüş  ipini  açdın(yəni  əldən  verdin).Sən 
Qureyşin  başçısısan.  Dünən  sənə  möminlərin  əmiri  kimi 
salam  verirdilər  (Qədir-Xum  əhvalatı),  bu  gün  isə  öz 
əhdlərinə  vəfa  etmədilər.  Təym  ibn  Mərrə  övladları  (Əbu 
Bəkr  və  s.)  əhd-peymanı  pozub  cəhənnəm  atəşinə  layiq 
oldular.  O  (Əli  (ə.s))  isə  sabah
__ 
  qiyamət  günü  onlarla 
düşmənçilik edəcək. 
Səqifə  əhvalatının  baş  verdiyi  gün  mədinəlilərin 
bayraqdarı    Noman  ibn  Zeyd  aşağıdakı  şeri  oxuyaraq 
İslamda baş vermiş bu ixtilafa görə ağlayırdı. O, insanların 
Peyğəmbər  (s)-ə  qarşı  çıxmalarına  çox  təəssüf  edib  belə 
deyirdi:  
«Ey İslamın ölüm xəbərini verən, ayağa qalx, İslamın 
əzasına  otur.  Çünki  xeyir  ölmüş,  onun  yerini  isə  şər 
tutmuşdur. Qüreyş və Kəb tayfaları üçün qəbul edib rəhbər 
seçdikləri  şəxsdən  başqa  bir  örnək  yoxdur.  Şəxsiyyətini 
tanımadıqları  halda  Əli  (ə.s)  kimi  simanı  hakimiyyətdən 
uzaqlaşdırdılar.  Əli(ə.s)-nin  vücudu  gunəş  kimi  örtülməz. 
Onun  Allahın  qüdrəti  ilə  yüksələn  qiymətli  və  Tanrı 
dərgahında  böyük  məqamı  olan  bayrağı  heç  vaxt 
bükülməz. Onlar istəyirlər ki, Əli(ə.s)-nin nurunu örtməklə 
zülmətlərini    gizlətsinlər,  lakin  heç  vaxt  buna  nail 
olmayacaqlar. 
Əli (ə.s)  döyüşlərdə Qüreyşin  sərdarı,  onların  faruqu 
(yəni  haqqı  batildən  ayıranı)  və  siddiqdir.  O,  Qureyşə 
sevinc bəxş etmişdir.  


 
65 
Xilafəti  bütün  eniş  və  yoxuşlarda  Allaha  təkbir 
söyləyib  namaz  qılan  Əli(ə.s)-nin  əlindən  almağı  namaz 
qılmayan  və  təkbir  deməyən  ziyan  verənlər  (münafiqlər) 
bunu  dinin  məsləhəti  sandılar.  Məhv  olsun  onlar  ki, 
şeytana uyub yollarından azdılar! 
Həmin  gün  Ütbət  ibn  Əbu  Süfyan  ibn  Əbdül 
Mütəllib bu məzmunda şer oxudu:  
«Əmr sahibi, rəhbər Peyğəmbər(s)-dən sonra həzrəti-
Əli(ə.s)-dir,  çünki  o,  həmişə  həzrəti-Mühəmməd(s)-lə  bir 
yerdə  olmuş,  sevincini,  kədərini  bölüşmüş  Peyğəmbər(s)-
in  yavəri  idi.  Əli  (ə.s)  Rəsuli-əkrəm(s)-in  həqiqi  vəsisi  və 
kürəkəni  idi.  O,  Peyğəmbər  (s)  ilə  namaz  qılan  və  İslamı 
qəbul edən ilk şəxsdir». 
Peyğəmbər(s)-in əmisi Abbas o gün bu şeri oxudu:  
«Bəni-Haşimdən 
olmayan, 
lakin 
Bəni-Haşimə 
göstəriş  verən  insanlara  təəccüb  edirəm.  Bəni-Haşim 
Peyğəmbər(s)-in zümrəsindəndir. Başqa tayfalar hörmətdə, 
rəftar və alicənablıqda ona tay deyillər. 
Ütbət ibn Əbi Ləhəb də şer oxudu:  
«Bəni-Təym  tayfası  (Əbu  Bəkr)  xilafəti  zülmlə  ələ 
keçirərək Əli(ə.s)-ni onun üçün qabaqcadan təyin olunmuş 
rəhbərlikdən  uzaqlaşdırdı,  Əli(ə.s)-nin  Peyğəmbər(s)-ə 
olan  qohumluğuna  hörmət  etməyib,  onun  elmi  məqamına 
(onun rəhbərliyinin əsas şərtidir) diqqət qoymadılar». 
Übadət ibn Samitin oxuduğu şer belə idi:  
«  Niyə  bu  kişilər  Əli(ə.s)-ni  ona  layiq  olan  xilafət 
məqamından  uzaqlaşdırdılar.?  Məgər  başqalarına  görə 
xilafət Əli(ə.s)-yə məxsus deyildimi?» 
Bəni-Cəhm 
xanədanından 
olan 
Əbdürrəhman 
Hənbəlin baş vermiş hadisələrə şerlə münasibəti:  
«Allaha  and  olsun!  Lazım  idi  ki,  dinin  müdafiəçisi, 
iffət və izzətdə məşhur, paklığa müvəffəq olmuş,  alicənab, 
 
66 
doğruçu,  imanda  hamıdan  qabaq  olan  Əli(ə.s)-yə  beyət 
edəydiniz.  Həmin  Əbül  Həsənə,  Əli(ə.s)-yə  beyət  edin  ki, 
o, eyibli, bu məqama layiq olmayan şəxsin tayı deyildir. O, 
yeganə insandır  ki, hamıdan ilkin Allah üçün namaz qılıb, 
təqva yolunu tutmuşdur. Belə olan halda (əgər  Əli(ə.s)-yə 
beyət  etsəniz)  siz  yolunuzu  azandan  sonra  hidayət  yoluna 
qayıdıb 
parçalanmağınıza 
səbəb 
olan 
səhvləri 
düzəldərsiniz.  Əli(ə.s)  sizə  çətinliklərdə  hamıdan  çox 
kömək edəcək. O, Fatimə binti Əsədin oğludur». 
Zəfər  ibn  Haris  ibn  Hüzeyfiyeyi  Ənsari  də  onlara 
qoşulmuşdu:  
«Əli(ə.s)-nin  ətrafında  birləşib  ona  kömək  edin, 
çünki  o,  Rəsuli-əkrəm(s)-in  rəhbər  təyin  etdiyi  möhtərəm 
şəxsdir.  Əgər  onu  tək  qoysanız,  xoşagəlməz  hadisələri 
aradan qaldırmaq üçün bir şəxs tapılmaz». 
Əbu  Süfyan  Səxr  ibn  Hərb  ibn  Üməyyə  də  belə 
deyirdi:  
«Ey  Haşim  oğulları,  niyə  Əhməd(s)-in  mirası  sizin 
əlinizdən  ip  yeyən  tayfanın  əlinə  keçdi?  Ey  Əbdül  mənaf 
xanədanı,  aranızda  ləyaqətli  şəxslər  ola-ola,  necə  bu 
gördüyüm 
şeylərə 
razı 
olursunuz? 
Xilafəti 
əldə 
saxlamaqda  möhkəm  durun.  Bizə  və  bizim  köməyimizə 
inanın.  Vəzifə  sahiblərindən  hansı  biri  sizə  tay  ola  bilər? 
Nə  vaxtdan  Bəni-Təym  qəbiləsinin  qibləsi  sizə  yaxın 
olmuşdur?  Bəli,  Təym  və  Ədiyy  tayfaları  biri-birinə 
bərabərdirlər.  Lakin  siz  onlardan  layiqli  və  üstünsünüz. 
Qureyşin  böyük  və  izzətli  məqamından  sonra  Təym 
tayfasının  qapısını  işıqlandırdılar.  Döyüşsüz,  qılıncsız 
onların qarşısında kiçiklik etdilər. Təəssüflər olsun, onların 


Yüklə 1,5 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə