Microsoft Word Beytul-Ehzan Xanim Fatimenin heyati Qadinlar biz doc



Yüklə 1,5 Mb.
Pdf görüntüsü
səhifə12/55
tarix15.10.2018
ölçüsü1,5 Mb.
#74208
1   ...   8   9   10   11   12   13   14   15   ...   55

 
47 
günü,  sübh  çağı  bizə  gəldi.  O  vaxt  Əsma  binti  Ümeys  də 
bizdə idi. Rəsuli-əkrəm(s) Əsmaya buyurdu:  
__ 
Kişi burada ola-ola, sən niyə burada qalmısan? 
Əsma ərz etdi:  
__ 
Atam-anam sənə fəda olsun! Qız ər evinə gedəndə 
və  zifaf    mərhələsini  keçirəndən  sonra  qadın  xeylağına 
ehtiyac duyur. Elə buna görə də mən burada qalmışam. 
Rəsuli-əkrəm(s) Əsmaya buyurdu:  
__ 
Əsma, Allah-təala sənin dünya və axirət hacətlərini 
yerinə yetirsin
21
». 
Əmirəl-möminin Əli(ə.s.) söyləyir:  
«O  gün  hava  çox  souyq  idi.  Mən  və  Fatimə(s.ə) 
əbaya bürünmüşdük. Peyğəmbər(s)-in səsini eşidən zaman 
ayağa qalxmaq istədik. Həzrəti-Mühəmməd(s) buyurdu:  
__ 
Sizi  boynunuzda  olan  haqqıma  and  verirəm,  mən 
içəri daxil olsam da, bir-birinizdən ayrılmayın.  
Rəsuli-əkrəm(s)  içəri keçib üst tərəfdə  əyləşdi.  O da 
ayaqlarını  əbanın  altına  saldı.  Mənimlə  Fatimə(s.ə)  o 
Həzrət(s)-in ayaqlarını isindirdik. Mənə buyurdu:  
__ 
Kuzədə su gətir. 
Mən  bir  kuzə  su  gətirdim.  Rəsuli-əkrəm(s)  suya  üç 
dəfə üfürərək «Quran»dan bir neçə ayə oxudu. Sonra  yenə 
buyurdu:  
__ 
Bu suyu içib dibində bir az saxla. 

Həzrət(s)-in 
buyurduğuna 
əməl 
etdim. 
Peyğəmbər(s) suyun  qalanını mənim başıma, sinəmə səpib 
buyurdu: 
                                                
21
 Əsma Cəfəri Təyyarın həyat yoldaşı idi. Bu zaman onlar 
Həbəşistanda mühacirətdə idilər. Bəziləri belə hesab edirlər ki, burada 
(rəvayətdə) texniki səhvə yol verilmişdir. O qadının  Səlma binti 
Üməys (Həmzənin həyat yoldaşı) olması da ehtimal olunur.(«Əyanuş-
şiə»  I c, səh. 313) 
 
48 
 «Allah-təala  çirkinliyi  səndən  uzaqlaşdırdı  və  səni 
pak etdi, ey Əbəl-Həsən» 
6. Peyğəmbər(s)-in Fatimə(s.ə)-yə olan buyruqları 
İmam Əli(ə.s) söhbətinin ardınca ərz edir:  
Peyğəmbər(s)  bizimlə  görüşəndən  sonra  mənə 
buyurdu: 
 
__ 
Sən çıx bayırda gözlə. 
 Mən  Atası(s)  ilə  Fatimə(s.ə)-ni  evdə  qoyub  çölə 
çıxdım. Onların arasında belə bir xüsusi  söhbət baş verdi: 
Peyğəmbər(s): 
        
__  
Qızım, kefin necədir? Ərini necə qəbul edirsən? 
Fatimə(s.ə): 
__
Atacan, ərimi ən yaxşı həyat yoldaşı bilirəm, ancaq 
Qüreyş  qadınlarından  bəzisi  yanıma  gəlib  mənə  deyir  ki, 
Rəsuli-əkrəm(s) səni yoxsul bir şəxsə ərə vermişdir. 
Peyğəmbər(s): 
__ 
Qızım,  nə  atan  yoxsuldur,  nə  də  həyat  yoldaşın. 
Fatimə,  məgər  bilmirsənmi,  Allah-təala  bəşərə  nəzər 
salanda  onların  arasında  atanı  seçib  peyğəmbərliyə  təyin 
etdi. Yerin bütün qızıl və gümüş xəzinələrini Tanrı mənim 
ixtiyarımda  qoydu,  lakin  mən  Allah  dərgahında  olan 
mükafatı bəyəndim (seçdim). Əziz qızım, əgər atan bildiyi 
şeyi  sən  bilsəydin,  dünya  sənin    gözündə  puç  görünərdi. 
Allaha  and  olsun  ki,  sənin  barəndə  heç  bir  xeyir  işi 
əsirgəməmişəm.  Allah-təala  sonra  ərini  seçdi.  O  zaman 
mənə vəhy etdi ki, səni ona ərə verib özümə  canişin təyin 
edim.  Sənin  ərin  İslamda  hamıdan  əvvəl,  elmdə  hamıdan 
səbirlidir.  Qızım,  Tanrımız  xüsusi  diqqət  yetirəndə  yer 
üzündə  iki  nəfər  kişi  seçdi
__   
onlardan  birini  sənin  atan, 
digərini  isə  ərin  təyin  etdi.  Qızım,  sənin  ərin  yaxşı  ərdir, 
bütün işlərdə ona itaət elə.  
7.Peyğəmbər(s)-in Əli(ə.s) ilə söhbəti 


 
49 
Əli(ə.s) söhbətini belə davam etdirir:  
Peyğəmbər(s)  sonra  məni  səslədi.  Mən  evə  keçdim. 
Həzrəti-Mühəmməd(s) buyurdu:  
__ 
Öz  evinə  keç!  Həyat  yoldaşını  sev  və  ona 
mehribanlıq  göstər.  Çünki  Fatimə(s.ə)  mənim  cismimin 
parəsidir.  Kim  onu  incitsə,  məni  incidib,  kim  onu 
sevindiribsə,  məni  sevindiribdir.  Sizi  Allaha  tapşırıram. 
Allah sizə yar olsun. 
Həzrəti-Əli(ə.s)  buyurur:  «Allaha  and  olsun  ki, 
Tanrım  bizi  ayıranadək Fatiməni  heç  vaxt incitmədim,  bir 
işi  görməyə  məcbur  etmədim.  O  da  məni  incitməmiş  və 
mənim  itaətimdən  boyun  qaçırmamışdır.  Nə  zaman  ona 
baxsaydım, 
bütün  qəmim,  kədərim 
və  ağrılarımı 
unudardım». 
8. Kənizin əvəzində gözəl bir dua 
Sonra 
Rəsuli-əkrəm(s) 
ayağa 
durub 
getməyə 
hazırlaşarkən  Fatimə(s.ə)  ev  işlərində  ona  kömək  etmək 
üçün kəniz istədi. Peyğəmbər(s) belə buyurdu:  
__ 
Kənizdən daha yaxşı şey istəyirsənmi? 
Fatimə(s.ə)-yə dedim: 
__ 
De, bəli. 
Fatimə(s.ə) də dediklərimi təkrar etdi. 
Həzrəti-Mühəmməd(s) buyurdu:  
__ 
Hər  gün  Allaha  33  təsbih,  33  dəfə  həmd,  34  dəfə 
isə təkbir de. Bu təsbih min mükafatın ölçüsünə (əməllərin 
tərəzisində)  bərabərdir.  Fatimə,  əgər  bu  təsbihatı  hər  gün 
səhər  desən,  Allah-təala  sənin  dünya  və  axirət  istəklərini 
inşaallah lazımınca ödəyər. 
Şeyx  Tusi  «Misbahül-mütəhəccid»  kitabında  qeyd 
edir  ki,  Peyğəmbər(s)  Fatimə(s.ə)-ni  zilhiccə  ayının 
əvvəlində ərə verdi. 
 
50 
Bəzi  rəvayətlərdə  isə  həmin  günün  zilhiccə  ayının 
altısı olduğu qeyd edilmişdir. 
(«Kifayəmüt-talib»  səh.  296,  «Məcməüz-zəvaid» 
VIII  c,  səh.  253,  İbn  Səbbac  «Əlfüsülül-mühümmə»  səh. 
281,  İbn  Məqazəli  «Mənağib»  səh.  101,  «Yənabiül-
məvəddət»  səh.  92,  Əmini  «Əlğədir»  III  c,  səh.  23, 
«Əlmüraciat» səh. 244.) 
 
Üçüncü hissə 
Peyğəmbər(s)-in vəfatından sonra Səqifə əhvalatı. 
Səqifə əhvalatını Şeyx Tusi «Təlxisüş-şafi», İbn Əbil 
Hədid  (sünnilərin  məhşur  alimlərindəndir)  «Şərhi-nəhcül-
bəlağə»,  Əhməd  ibn  Əbdüləziz  Cövhəri  isə  özünün 
«Əssəqifə» kitabında ətraflı şəkildə  qələmə almışlar. 
Onun xülasəsi belədir: 
1.Mədinə müsəlmanlarının toplanışı 
Rəsuli-əkrəm(s)  vəfat  edən  kimi  ənsar  (Mədinə 
müsəlmanları) Bəni-Saidə səqifəsində (üstü örtülü yığışma 
mərkəzi)  toplandı.  Səd  ibn  Ubadəni  (Xəzrəc  tayfasının 
başçısı) Peyğəmbər(s)-in xəlifəsi və müsəlmanların rəhbəri 
təyin etməkdən ötrü evindən  səslədilər.  Xəstə olduğundan 
onu  elə  yatağındaca  oraya  gətirdilər.  Səd  ibn  Übadə  nitq 
söyləyib xalqı onu rəhbər seçməyə çağırdı. 
Oradakıların  hamısı  (ənsarlardan)  onun  dəvətini 
qəbul  etdikdən  sonra  öz  aralarında  söhbətə  başladılar  ki, 
əgər mühacirlər (Məkkə müsəlmanları): «Rəsuli-əkrəm(s)-
lə  biz  birgə  hicrət  etmişik  və  elə  Peyğəmbər(s)-in  ilk 
səhabələri  də  biz  olmuşuq,  bundan  əlavə  o  Həzrətin 
qohumları    bizik,  bəs  belə  olan  surətdə  nə  üçün  Rəsuli-
əkrəm(s)-in  vəfatından  sonra  xilafət  və  hökumət  işlərində 
bizimlə  çəkişirsiz?»-deyə  soruşsalar,  o  zaman  nə  cavab 
verəcəyik deyə düşündülər. 


Yüklə 1,5 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə