Microsoft Word Beytul-Ehzan Xanim Fatimenin heyati Qadinlar biz doc


«Ey  anam  övladı,  bunlar  məni  çox  çətin  bir



Yüklə 1,5 Mb.
Pdf görüntüsü
səhifə22/55
tarix15.10.2018
ölçüsü1,5 Mb.
#74208
1   ...   18   19   20   21   22   23   24   25   ...   55

 
87 
«Ey  anam  övladı,  bunlar  məni  çox  çətin  bir 
vəziyyətdə 
qoydular, 
hətta 
az 
qaldı 
ki, 
məni 
öldürsünlər».
37
 
Əbu Bəkrin Fatimə(s.ə) ilə söhbəti 
Bir gün Ömər Əbu Bəkrə dedi ki, gedək Fatimə(s.ə)-
nin yanına. Biz onu incitmişik. 
Ömər  Əbu  Bəkrlə  birgə  Fatimə(s.ə)-nin  evinə  gəldi. 
İçəri  daxil  olmağa  icazə  istədikdə  həzrəti-  Zəhra(s.ə) 
onlara  icazə  vermədi.  Onlar  Əli(ə.s)-nin  hüzuruna  gəlib 
onunla bu barədə danışaraq Əmirəl-möminin(ə.s)-i bu işdə 
vasitə  etdilər.  İmam  Əli(ə.s)  Fatimə(s.ə)-dən  icazə  aldı. 
Əbu  Bəkrlə  Ömər  Fatimə(s.ə)-nin  hüzuruna  gəldikdə 
həzrəti-Zəhra(s.ə)  üzünü  onlardan  yan  çevirdi.  Ona  salam 
verdilər, lakin Zəhra(s.ə) onların salamlarını almadı. 
Əbu Bəkr dedi:  
          __ 
Ey  Rəsuli-əkrəm(s)-in  məhbubu.  Allaha  and  olsun, 
Peyğəmbər(s)-in qohumları öz qohumlarımdan  mənə daha 
əzizdir.  Mən  səni  qızım  Ayişədən  də  çox  istəyirəm.  Çox 
istərdim ki,  həzrəti-Mühəmməd(s)-in  yerinə  mən öləydim, 
ondan  sonra  sağ  qalmayaydım.  Sən  mənə  elə  baxırsan  ki, 
guya  mən  fəzilətlərini  bilə-bilə  sənin  hüququnu  tapdayıb 
Atan(s)-  dan  qalan  mirasını  əlindən  alıram?!  Mən  atan 
Rəsulullah(s)-dan belə eşitmişəm:  
«Biz 
peyğəmbərlər 
özümüzdən 
sonra 
miras 
qoymuruq. Bizdən sonra qalan sədəqədir». 
Fatimə(s.ə) buyurdu:  
             __ 
Əgər  mən  sizə  atamdan  bir  söz  desəm,  ona  əməl 
edərsizmi? 
Ömərlə Əbu Bəkr dedilər:  
   __ 
Bəli, əməl edərik. 
                                                
37
 Bu parça Harunun Musa(ə.s)-ya dediyi sözdür. «Əraf» surəsi 150-ci 
ayədə gəlmişdir. 
 
88 
Fatimə(s.ə) buyurdu:  
   __ 
Sizi  Allaha and  verirəm!  Məgər eşitməmisinizmi 
ki, Peyğəmbər (s) buyurub:  
«Fatimənin  sevinci  mənim  sevincim,  onun  qəzəbi 
mənim  qəzəbimdir.  Kim  qızım  Fatiməni  sevindirsə,  məni 
sevindirib, 
kim 
Fatiməni 
qəzəbləndirsə, 
məni 
qəzəbləndiribdir». 
Dedilər:  
    __ 
Bəli, bu sözü Rəsulullahdan da eşitmişik. 
Fatimə(s.ə) buyurdu:  
    __ 
Allah  və  mələkləri  şahiddir  ki,  siz  məni 
qəzəbləndirdiniz,  sevindirmədiz.  Mən  Peyğəmbər  ilə  
görüşəndə sizdən o Həzrətə şikayət edəcəyəm.  
Əbu Bəkr dedi:  
    __ 
Mən  Allahın  və  sənin  qəzəbindən  Allaha  pənah 
aparıram. 
Sonra Əbu  Bəkr elə şiddətlə  ağladı ki,  az qala,  ruhu 
bədənindən çıxsın. Fatimə(s.ə) ona buyurdu:  
       
    __ 
Allaha  and  olsun,  qıldığım  hər  namazdan  sonra 
sənə qarğış edirəm. 
Əbu  Bəkr  ağlar  halda  Fatimə(s.ə)-nin  evindən  çölə 
çıxdıqda  insanlar  onun  ətrafına  toplaşdılar.  Əbu  Bəkir 
onlara dedi:  
  __ 
Sizin  hər  biriniz  gecələr  öz  xanımınızın  yanında 
dincəlir, 
bir-birinizlə 
qolboyun 
olub 
şad-xürrəm 
yaşayırsınız.  Lakin  məni  bu  çarpışmanın  arasında  tək 
qoydunuz.  Mənim  sizin  beyətinizə  ehtiyacım  yoxdur. 
Mənə etdiyiniz beyəti pozun!  
Ətrafdakılar dedilər:  
  __ 
Ey  Peyğəmbər(s)-in  canişini,  xilafət  sənsiz 
düzəlmir,  çünki  sən  hökumət  işlərində  bizdən  daha 


 
89 
təcrübəlisən,  əgər  sən  hakimiyyətdən  əl  çəksən,  Allahın 
dini məhv olar.  
Əbu Bəkr dedi:  
__ 
Allaha  and  olsun,  əgər  dinin  süst  olmaq  qorxusu 
olmasaydı,  Fatimə(s.ə)-nin  bu  sözünü  eşidəndən  sonra 
öhdəmdə    bir  müsəlmanın  beyəti  olsaydı  belə,  mən  bir 
gecə də yatmazdım. 
İbn  Qüteybə  yazır:  «Əli(ə.s)  Fatimə(s.ə)  vəfat  edənə 
qədər  Əbu  Bəkrə  beyət  etmədi.  Fatimə(s.ə)  Atasının 
vəfatından  sonra  75  gündən  artıq  yaşamadı».  (Bu,  İbn 
Qüteybənin yazısının sonudur). 
 
2.İbn Əbdürrəbbi Əndulusinin yazdıqları. 
Böyük  sünni  alimlərindən  olan  İbn  Əbdürrəbbi 
Əndulusi  adı  ilə tanınmış Əhməd  ibn  Məhəmməd Qərtəbi 
Mərvani  Maliki  qiymətli  kitablardan  sayılan  «Ələqdül-
fərid»  adlı  kitabının  ikinci  cildində  «Beyət»  əhvalatı 
barədə ətraflı məlumat vermişdir. 
O  yazının  xülasəsi  belədir  ki,  Əbu  Bəkrə  beyət 
etməkdə  müxalif  olan  şəxslər
__ 
Əli(ə.s),  Abbas  və  Zübeyr 
Fatimə(s.ə)-nin  evində  idilər.  Əbu  Bəkr  Öməri  onların 
dalınca  göndərdi  ki,  beyət  etməyənri  Fatimə(s.ə)-nin 
evindən  çölə  çıxarsın.  O,  Ömərə  belə  tapşırdı:  «Əgər 
beyətdən  imtina  etsələr,  onlara  güc  tətbiq  etməkdən 
çəkinmə». 
Ömər  evə  od  vurmaq  istədikdə  Fatimə(s.ə)  onunla 
üzbəüz dayanıb buyurdu:  
 __ 
Ey Xəttabın oğlu, bizim evi yandırmağa gəlmisən? 
Ömər dedi:  
  __ 
Bəli! Siz də başqaları kimi beyət edin. 
Əli(ə.s)  evdən  çıxıb  Əbu  Bəkrin  yanına  getdi  və 
beyət etdi. 
 
90 
Görkəmli tarixçi Məsudinin yazdıqları. 
Məsudi  adı  ilə  tanınmış  məşhur  tarixçi  Əli  ibn 
Hüseyn  «Mürrəvicüz-zəhəb»  kitabında  Abdulla  ibn 
Zübeyrin qiyamı barədə belə yazır ki,  Abdulla ibn Zübeyr 
Məkkədə  olan  bütün  Haşimi  övladlarını  Əbi  Talib 
tayfasında  bir  yerə  toplamaq  qərarına  gəlir.  Zübeyr  ora 
külli  miqdarda  odun  yığdırır.  Əgər  o  odunlar    od  tutub 
yansa  idi,  Bəni-Haşimin  hamısı  yanar,  onlardan  biri  də 
salamat  qalmazdı.  Məhəmməd  Hənəfiyyə  də  (Əli  (ə.s)-ın 
oğlu)  onların  arasında  idi.  O,  sonra  nəql  edir  ki,  Əbu 
Abdulla  Cədəli  dörd  min  nəfərlə  Kufədən  Muxtar 
tərəfindən Məkkəyə göndərilib Bəni-Haşimi bu fəlakətdən 
qurtardı.  
Məsudi yazır: «Nofəli öz kitabında Ayişənin qulluğa 
təyin  etdiyi  şəxslərdən  biri  olan  Həmmad  ibn  Səlmədən 
eşitdiyi qəziyyəni belə təsvir edir:  
Abdulla  ibn  Zübeyrin  qardaşı  Ürvə  ibn  Zübeyr 
qardaşına  edilən  bu  məzəmməti  eşidəndə  qardaşı  tərəfdən 
üzrxahlıq  edib  deyirdi:  «Abdullanın  odun  yığmaqda 
məqsədi  Bəni-Haşimi  qorxutmaqla  beyətə  razı  etmək  idi, 
belə  ki  Ömər  ibn  Xəttab  əvvəllər  Bəni-Haşimi  bu  yolla 
beyətə  təhrik  etmişdi.  Ömər  Onları  yandırmaq  üçün  odun 
yığdı,  çünki  Haşim  övladları  beyət  etməkdən  boyun 
qaçırırdılar». 
Sonra  Nofəli  yazır  ki,  bu  şərhi  bir  kitaba  sığmayan 
bir məsələdir. Biz Əhli-beyt(ə.s)-in fəzilət və həyatı barədə 
bəhs edən «Hədaiqul-Əzhan» adlı kitabda bu barədə ətraflı 
şərh vermişik. 
Böyük alimlərdən bir neçəsinin qeydləri. 
Böyük  şiə  alimi  mərhum  Ələmul-Hüda  Seyyid 
Mürtəza (vəfatı: 436-cı il hicri qəməri, təxminən 1027-ci il 
miladi)  «Əşşafi»  adlı  kitabında  Fatimə(s.ə)-nin  evinin 


Yüklə 1,5 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə