Microsoft Word Beytul-Ehzan Xanim Fatimenin heyati Qadinlar biz doc



Yüklə 1,5 Mb.
Pdf görüntüsü
səhifə30/55
tarix15.10.2018
ölçüsü1,5 Mb.
#74208
1   ...   26   27   28   29   30   31   32   33   ...   55

 
119 
getmədiyi  səhabə  evi  qalmadı.  O,  alicənablıqla  öz  haqqı 
barədə  Allahı  xatırladıb  onları  köməyə  səslədi,  ancaq  biz 
dörd  nəfərdən  başqa  o  Həzrətin  dəvətini  qəbul  edən 
olmadı.  Həmin  dörd  nəfər  bunlardır:  Salman,  Əbuzər, 
Miqdad  və  Zübeyr  ibn  Əvam.  Biz  başımızı  (Əli(ə.s)-nin 
dostları  əlaməti  olaraq)  qırxmışdıq.  Həzrəti-Əli(ə.s)-yə 
kömək  etməkdə  Zübeyr  bizdən  daha  comərd  və  bəsirətli 
çıxdı». 
Peyğəmbər(s)-in ailəsinə təcavüz. 
Elə ki Əli(ə.s)  xalqın  vəfasızlığını  görüb  başa düşdü 
ki,  ona  kömək  etməkdən  boyun  qaçırırlar  və  Əbu  Bəkrin 
ətrafında  birləşirlər,  evə  qayıdıb  bir  daha  bayıra  çıxmadı. 
Belə olan halda Ömər Əbu Bəkrə dedi:  
__ 
Niyə Əli(ə.s)-yə xəbər göndərmirsən ki, gəlib sənə 
beyət  etsin?  Ondan  və  dörd  nəfərdən  başqa  hamı  beyət 
edibdir. 
Əbu  Bəkr  ürəyiyumşaq  və  güzəştə  gedən  bir  adam 
kimi bir işdə çox götür-qoy edər, lakin Ömər isə daşürəkli, 
qəzəbli və acıdil idi. 
Ömər dedi:  
__ 
Qunfuzu
50
  Əli(ə.s)-ni  çağırmağa  göndərirəm.  O, 
sərt, qəzəbli, kobuddur. Qunfuz Ədiy ibn Kəb sülaləsindən 
azad olunmuş bir quldur. 
 
Əbu  Bəkr  Qunfuzu  bir  neçə  nəfərlə  Əli(ə.s)-nin 
hüzuruna  göndərdi.  Qunfuz  Əli(ə.s)-nin  evinə  gəlib  içəri 
daxil  olması  üçün  icazə  istədi,  amma  Əli(ə.s)  ona  icazə 
vermədi.  Qunfuzun  yoldaşları  məsciddə  bir  neçə  nəfərlə 
oturub  söhbət  edən  Əbu  Bəkr  və  Ömərin  yanına  gəlib 
dedilər:  
__ 
Əli(ə.s) bizə içəri keçməyə icazə vermədi. 
                                                
50
 Qunfuz Ömərin əmisi oğlu və Ədiy qəbiləsindəndir. 
 
120 
Ömər: 
__ 
Təzədən  Əli(ə.s)-nin  evinə  qayıdın.  Əgər  icazə 
verməsə, icazəsiz içəri girin. 
Onlar  Əli(ə.s)-nin  evinə  gəlib  əvvəl  icazə  istədilər. 
Fatimə(s.ə) qapıya çıxıb buyurdu:  
__ 
Mən  sizə  icazəsiz  mənim  evimə  daxil  olmağı 
qadağan edirəm. (Mən narahatam, evimə gəlməyin.) 
Qunfuzun  yoldaşları  yenə  də  Əbu  Bəkr  və  Ömərin 
yanına    qayıtdılar.  Qunfuz  isə  orada  qaldı.  Onlar 
Fatimə(s.ə)-nin  sözünü  Əbu  Bəkrə  çatdırdıqda  Ömər 
hirslənib dedi:  
__ 
Bizim qadınlar ilə nə işimiz vardır? 
Sonra o, ətrafındakılara dedi:  
__ 
Odun yığın. 
Onlar odun yığıb Ömərlə birlikdə həzrəti-Zəhra(s.ə)-
nın  evinə  gəldilər.  Odunları  evin  qapısının  qarşısında 
qaladılar.  Bu  vaxt  da  Əli(ə.s),  Fatimə(s.ə),  Həsən  və 
Hüseyn(ə.s) evdə idilər. Ömər ucadan qışqırıb dedi:  
__ 
Allaha  and  olsun,  ey  Əli,  gərək  evdən  çıxıb 
Rəsulullahın  xəlifəsinə  (Əbu  Bəkrə)  beyət  edəsən,    yoxsa 
evini yandıracağam. 
Fatimə(s.ə) Ömərə buyurdu:  
__ 
Niyə bizimlə belə rəftar edirsən? 
Ömər:  
__ 
Qapını aç, yoxsa od vurub yandıraram. 
Fatimə(s.ə):  
__ 
Allahdan  qorxmursanmı,  mənim  evimə  güclə 
soxulursan? 
Ömər  oradan  çəkilməyib  yoldaşlarından  alov  istədi. 
Onlardan  alovu  alıb  həzrəti-Zəhra(s.ə)-nın  evinin  qapısını 
yandırdı.  Sonra  qapını  itələyib  içəri  girdikdə  Fatimə(s.ə) 
onun qarşısında dayanıb fəryad etdi:  


 
121 
__ 
Ey atacan, ya Rəsulullah! 
Ömər  qılıncı  qınındaca  Zəhra(s.ə)-nın  qabırğasına 
zərblə vurdu. O Xanımın naləsi asimana ucaldı:  
__ 
Ey atacan. 
Ömər  qırmancı  havada  yellədib  həzrəti-Zəhra(s.ə)-
nın qoluna elə çırpdı ki, o Xanım ucadan nalə çəkdi:  
__ 
Ey Rəsulullah, bax gör, Əbu Bəkr və Ömər səndən 
sonra bizimlə necə pis rəftar etdilər. 
Bu  zaman  Əli(ə.s)  sıçrayıb  Ömərin  yaxasından 
tutaraq onu yerə elə vurdu ki, burnundan qan açıldı. İstədi, 
birdəfəlik  onun  işini  bitirsin,    birdən  Peyğəmbər(s)-in 
vəsiyyəti yadına düşdü. Dedi:  
__ 
Ey  Səhhakın  oğlu,  and  olsun  Mühəmməd(s)-i 
peyğəmbərliyə  seçən  Allaha,  əgər  Allahın  hökmü  və 
Rəsulullah(s)-ın  vəsiyyəti  olmasaydı,  sən  mənim  evimə 
heç bir vəchlə daxil ola bilməzdin. 
Ömər  məscidə  adam  göndərib  Əbu  Bəkrdən  kömək 
istədi.  Bir  dəstə  Əbu  Bəkrin  havadarlarlarından  köməyə 
gəlib  Əli(ə.s)-nin  evinə  soxuldu.  Əli(ə.s)  ayağa  qalxıb 
qılıncını  çəkdi.  Qunfuz  Əli(ə.s)-nin  onların  üstünə  qılınc 
çəkdiyini  görüb  qorxusundan  Əbu  Bəkrin  yanına  qaçdı, 
çünki 
o, 
həzrəti-Əli(ə.s)-nin 
döyüşlərdə 
göstərdiyi 
rəşadətindən xəbərdar idi. Baş vermiş hadisəni Əbu Bəkrə 
danışdıqda Əbu Bəkr Qunfuza dedi:  
__ 
Əlinin  evinə  qayıt,  əgər  evdən  çıxsa,  onu  buraya 
gətir.  Yox,  əgər çıxmasa,  evi  içindəki adamlarla  bir  yerdə 
od vurub yandır. 
Qunfuz  qayıdıb  dəstəsi  ilə  birlikdə  icazəsiz  Əli(ə.s)-
nin  evinə  soxuldu.  Əli(ə.s)  istədi,  qılıncını  götürsün, 
Qunfuz  onu  qabaqlayıb  qılıncı  qapdı.  Bu  zaman 
Fatimə(s.ə)  Əli(ə.s)-ni  himayə  etmək  məqsədilə  qabağa 
 
122 
gəldi.  Qunfuz  tazyanəni  havada  yellədib  Fatimə(s.ə)-ni 
vurdu. 
 «Fatimə(s.ə) o zərbələrin nəticəsində (bir müddətdən 
sonra)  dünyadan  köçəndə  bu  tazyanələrin  şiddətli  izləri 
(qolbaq kimi) onun qolunda açıq-aşkar bilinirdi».  
Sonra  həzrəti-Əli(ə.s)-ni  zorla  Əbu  Bəkrin  yanına 
gətirdilər.  Ömər  əlində  qılınc  Əli(ə.s)-nin  başı  üstündə 
dayanmışdı.  Xalid  ibn  Vəlid,  Əbu  Übeydə  Cərrah,  Əbu 
Hüzeyfənin azad olunmuş qulamı Salim,  Məaz  ibn Cəbəl, 
Müğeyrə  ibn  Şöbə,  Əsəd  ibn  Həzir,  Bəşir  ibn  Səd  və 
başqaları  əllərində  qılınc  Əbu  Bəkrin  ətrafında  dövrə 
vurmuşdular. 
Həzrəti-Zəhra(s.ə)-nın qəzəbi. 
Əyyalinin yazdıqlarından:  
«Əli(ə.s)-ni  evdən  aparandan  sonra  Fatimə(s.ə)  çölə 
çıxıb Əbu Bəkrə üzünü tutaraq belə buyurdu:  
__ 
İstəyirsiz ki, həyat yoldaşımı əlimdən alıb məni tək 
qoyasız?  Allaha  and  olsun,  əgər  ondan  əl  çəkməsəniz 
başımı  açıb  atamın  qəbri  üstündə  Allah  dərgahına  nalə 
çəkərəm. 
Sonra  Fatimə(s.ə)  Həsən  ilə  Hüsey(ə.s)-nin  əlindən 
tutub Peyğəmbər(s)-in qəbri üstünə gəldi. 
Həzrəti-Əli(ə.s)  məsələdən  agah  olduqda  Salmana 
belə tapşırdı: 
__ 
Get  Mühəmməd(s)-in  qızı  Fatimə(s.ə)-ni  tap,  geri 
qaytar.  Sanki  Mədinənin  lərzəyə  gəlib  batdığını  hiss 
edirəm.  Allaha  and  olsun,  əgər  Fatimə(s.ə)  saçını  dağıdıb 
Peyğəmbər(s)-in qəbri üstündə Allah dərgahına nalə çəksə, 
daha  Mədinə  əhlinə  bir  an  belə  möhlət  verilməyəcəkdir. 
Yer onların hamısını öz kamına çəkəcəkdir». 


Yüklə 1,5 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə