Microsoft Word Beytul-Ehzan Xanim Fatimenin heyati Qadinlar biz doc



Yüklə 1,5 Mb.
Pdf görüntüsü
səhifə5/55
tarix15.10.2018
ölçüsü1,5 Mb.
#74208
1   2   3   4   5   6   7   8   9   ...   55

 
19 
olduğu bəlli olur. Beləliklə, o, istədiyi şeyi halal və haram 
edə  bilər  (əlbəttə,  bir  şərtlə  ki,  onun  istədiyi  Allahın 
istədiyi olsun). 
Fatimə(s.ə)-nin kitabı. 
Bir  çox  İmamların  müxtəlif  rəvayətlərində  nəql 
olunmuşdur  ki,  Fatimə(s.ə)-nin  kitabı  məsum  İmamlardır. 
O  cümlədən  «Bəsairüd-dərəcat»  adlı  kitabda  İmam 
Sadiq(ə.s)-in:  «Fatimə  (s.ə)  özündən  sonra  bir  kitab 
yadigar  qoyub.  Bu  kitab  «Quran»  deyildir,  lakin  ulu 
Yaradan    tərəfindən  Fatimə(s.ə)-yə  nazil  olan  Allah 
kəlamıdır. Peyğəmbər (s) onu həzrəti-Əli(ə.s)-yə söyləmiş, 
O da yazmışdır»,-buyurduğu qeyd edilmişdir. 
Əbu Bəsir belə nəql edir:  
Bir  gün  İmam  Sadiq(ə.s)-in  hüzuruna  gəlib 
soruşdum: 
– Canım sənə fəda! Əhli-beyt tərəfdarları deyirlər ki, 
Peyğəmbər(s)  öz  elmindən  yalnız  bir  fəsil  öyrətmişdir  ki, 
həmin  fəsildən  də  minlərlə  qapı  açılır.  Mənim  zənnimcə, 
həqiqi və kamil elm məhz elə budur. 
Həzrəti-Cəfəri-Sadiq(ə.s) bir az fikrə gedib buyurdu:  
–  O  elmdir,  lakin  kamil  elm  deyildir.  Əlbəttə, 
«Məcmuə»  bizdədir,  amma  insanlar  hardan  bilsin  ki, 
«Məcmuə»  nədir?  O,  yetmiş  dirsək  uzunluğunda 
Peyğəmbər(s)-in  söylədiyi,  həzrəti-Əli(ə.s)-nin  dəsti-xətti 
ilə  yazdığı  bir  tumardır.
7
  Bütün  halal  və  haram  hökmlər, 
şəri  qanunlar  orada  yazılmışdır,  belə  ki  hətta  cırmağın 
cəriməsinə kimi həmin tumarda qeyd olunmuşdur. 
Dedim:  
-– Allaha and olsun ki, bu, kamil elmdir. 
                                                
7
 Böyük parça üzərinə yazılmış yazı. 
 
20 
-–Bu  elmdir,  lakin  kamil  elm  deyildir.  Düzdür, 
«Cəfr» elmi bizdədir, amma xalqın «Cəfr» elmi barədə heç 
bir məlumatı yoxdur.  
-–Bəs «Cəfr» nədir? 
-–Peyğəmbərin,  övliyaların,  keçmiş 
Bəni-İsrail 
alimlərinin  dəri  üzərində  yazılmış  elmidir,  ancaq  bu  da 
elmi-kamil  deyil.  Sizin  əlinizdəki  «Quran»ın  üç  bərabər 
ölçüsündə olan həzrəti-Fatimə(s.ə)-nin kitabı da elmdir. Bu 
elmdən  yalnız  bizim  xəbərimiz  var,  çünki  o  bizdədir. 
Allaha  and  olsun  ki,  «Qurani-Kərim»dən  bir  kəlmə  də 
olsun  bu  kitabda  yoxdur.
8
  Hətta  bunu  da  kamil  elm 
adlandırmaq  olmaz.  Kamil  elm  hər  gecə  və  gündüz  bir 
hadisədən sonra başqa bir hadisəyə, bir şeydən sonra başqa 
bir şeyə aid qiyamətə kimi davam edən bir elmdir.
9
  
Fatimə(s.ə)-nin behiştdə məqamı. 
Bəzi  rəvayətlərdə  belə  nəql  olunmuşdur  ki, 
Fatimə(s.ə)  Peyğəmbər(s)-in  Qəzba  adlı  dəvəsində 
məhşərə daxil olan dörd süvaridən biridir. 
İbn Şəhr Aşub rəvayət edir ki, həzrəti-Mühəmməd(s) 
ölüm  yatağında  olarkən  Qəzba  adlı  dəvəsi  ondan  soruşdu 
ki, məni özündən sonra kimə tapşırırsan? 
Peyğəmbər(s)  buyurdu:  «Ey  Qəzba,  Allah  səni 
bərəkətli etsin.  Sən qızım Fatimə(s.ə)-ninsən.  O sənə  həm 
bu dünyada və həm də axirətdə minəcək». 
Elə  ki  Rəsuli-əkrəm  (s)  vəfat  etdi,  o  dəvə  gecə  ikən 
Fatimə(s.ə)-nin  yanına  gəlib  dedi:  «Salam  olsun  sənə,  ey 
Peyğəmbərin qızı.  Mənim  bu dünya  ilə  vidalaşmağıma az 
                                                
8
 Yəni «Quran»ın zahiri mənasından dərk etdiyimiz məna orda yoxdur, 
əksinə, bizim başa düşdüyümüz «Quran» təfsirləri kimi ona yazılmış 
bir şərtdir. (Əlavə məlumat almaq üçün «Əyanuüş-şiə» adlı kitabın I c, 
səh. 97-yə müraciət edə bilərsiniz.) 
9
 «Üsuli-kafi» I c, səh.239. 


 
21 
qalıbdır.  Allaha  and  olsun  ki,  Peyğəmbər(s)-in  vəfatından 
sonra dilimə ot və su dəyməyib». 
O  dəvə  ayrılığa  dözməyib  həzrəti-Mühəmməd(s)-in 
vəfatından üç gün keçmiş canını tapşırdı. 
Furat  ibn    İbrahim  öz  təfsirində  əmirəl-möminin 
Əli(ə.s)-nin dilindən belə söyləyir: 
Bir  gün  Peyğəmbər(s)  Fatimə(s.ə)-nin  yanına 
gəldikdə xanımın kədərli olduğunu hiss etdi. Rəsulallah(s) 
bir  az  qiyamət  günü  barədə  danışıb  bu  məqama  yetişəndə 
belə  buyurdu:  «Ey  Fatimə, behişt qapısına  yetişən zaman 
o vaxta qədər heç bir kəslə görüşməyən və səndən sonra da 
görüşməyəcək  12  min  behişt  hurisi  səni    qarşılayar. 
Onların  əlində  nurdan  ibarət  silah  olar.  Bu  hurilər  yəhəri 
sarı qızıl və qırmızı yaqut, yüyəni təzə mirvaridən olan işıq 
saçan  dəvələrə  minərlər.  Hər  dəvənin  üstsndə  də  sız-sıx 
düzülmüş  parlaq  incilərlə  bəzədilmiş  «sundus»  süfrəsi 
açılar. 
Behiştə 
gələn 
zaman 
cənnət 
əhli 
sənin 
qədəmlərindən  şadü-xürrəm  olar.  Əhli-beyt  tərəfdarları 
üçün    istədikləri  şey  həmişə  və  elə  o  dəqiqə  hazır  olar. 
Allah  övliyaları  behiştdə  yerləşdirən  zaman  həzrəti-
Adəm(ə.s),  ondan  sonra  isə  bütün  Peyğəmbərlər  səni 
ziyarət etməyə gələrlər
10
». 
Peyğəmbər(s)-in qəlbinin sözü. 
Fatimə(s.ə) 
buyurdu: 
«Bu 
ayə 
(«Nur», 
63)  
 «Öz  aranızda  bir-birinizi    çağırdığınız  kimi?  Peyğəmbəri 
çağırmayın  (yəni  onu  ehtiramla  səsləyin.)»  nazil  olan 
zaman  mən  Rəsuli-əkrəm(s)-i  «Ey  Allahın  Rəsulu!»-deyə 
çağırırdım.  Lakin  o  Həzrət  istəyirdi  ki,  ona  «Ata»  deyə  
                                                
10
 Bu hədisi ibn Abbas həzrəti-Əli(ə.s) –dən nəql etmişdir. Hədis uzun 
olduğundan yuxarıdakı  ondan bir parçadır. Hədisin şərhi «Rəyahinüş-
şəriət» adlı kitabda I c, səh. 225-228-də qeyd olunmuşdur. 
 
22 
müraciət  edim.  Üç  dəfə  mənə  heç  bir  şey  söyləmədi. 
Axırda mənə üz tutub buyurdu:  
«Ey  Fatimə,  bu  ayə  sənin,  ailən  və  sənin  nəslin 
üçün nazil olubdur». 
Sonra  əlavə  etdi:  «Mənə  «Ata»  deyə  müraciət  et, 
çünki  sənin  məni  belə  çağırmağın  qəlbimi  daha  da 
şadlandırır və Allahı da razı edir». 
«Mishabul-Ənvar»  adlı  kitabda  həzrəti-Əli(ə.s)-nin 
həzrəti-Mühəmməd(s)-in  qızı  Fatimə(s.ə)-yə  bəslədiyi 
dərin məhəbbət və ehtiram barəsində söylədiyi hədis qeyd 
olunmuşdur.  Burada  xanım  Fatimə(s.ə)  Atası  ilə  olan 
mükaliməni xatırlayaraq belə bir məqama toxunmuşdu:  
«Allah-təala  sənə  salam  göndərəni  bağışlayar  və 
onu mən cənnətin harasında olsam, mənə qovuşdurar». 
Peyğəmbər(s)-in qızı barədə etdiyi dua. 
Kuleynin  yazdığına görə,  İmam Baqir(ə.s)  Cabir  ibn 
Abdulla Ənsaridən nəql edir:  
Həzrəti-Mühəmməd(s)  çölə  çıxıb  Fatimə(s.ə)-ni 
görməyə 
getmişdi. 
Mən 
də 
onunla 
idim. 
Biz 
Peyğəmbər(s)-in evinə yetişəndə O, əlini qapıya dayadı və 
sonra buyurdu:  
– Salam olsun sizə. 
 Fatimə(s.ə) də onun cavabını aldı. Peyğəmbər(s) evə 
daxil olmaq üçün  icazə istədi. Xanım söylədi: 
– Buyur, ey Allahın elçisi. 
 Rəsuli-əkrəm(s) buyurdu:  
–Yanımdabir  nəfər  də  var.  İcazə  olarmı,  o  da  içəri 
keçsin?  
Fatimə(s.ə) ərz etdi: 
–Rübəndim başımda deyil. 
 Peyğəmbər(s) buyurdu:  
 –Fatimə, çadra ilə başını ört. 


Yüklə 1,5 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə