Microsoft Word Beytul-Ehzan Xanim Fatimenin heyati Qadinlar biz doc



Yüklə 1,5 Mb.
Pdf görüntüsü
səhifə53/55
tarix15.10.2018
ölçüsü1,5 Mb.
#74208
1   ...   47   48   49   50   51   52   53   54   55

 
211 
üzr  istəmək  üçün  Fatimə(s.ə)-nin  hüzuruna  gəlib  belə  ərz 
etdilər:  
__ 
Ey dünya qadınlarının Xanımı! Əgər Əli(ə)  xilafət 
məqamını  tez  bildirsəydi,  biz  ona  beyət  edərdik  və  başqa 
heç  kimin  ardınca  getməzdik.  Amma  Əbu  Bəkr  qabağa 
düşdü, nəticədə, biz də ona beyət etmişik. (İş-işdən keçib.) 
Fatimə(s.ə) onlara buyurdu:  
__ 
Məndən uzaqlaşın.  Artıq sizin üçün üzr gətirməyə 
bir bəhanə qalmayıbdır. Göstərdiyiniz süstlük, laqeydlik və 
günahınızdın  sonra  üzrxahlığa  yer  yoxdur.  Niyə  əvvəldən 
aldandınız? 
5.Fatimə(s.ə)-nin Ümmü Sələməyə cavabı. 
«Biharül-ənvar»  kitabında  Əyyaşinin    təfsirinə 
əsaslanaraq belə qeyd edilir:  
«Ümmü  Sələmə  (Peyğəmbər(s)-in  təqvalı,  sevimli 
qadınlarından  biri)  Fatimə(s.ə)-nin  görüşünə  gəlib  belə 
söylədi:  
__ 
Ey Allah Peyğəmbərinin qızı, səhəri necə açdın? 
Fatimə(s.ə) :  
__ 
Səhəri  böyük  kədərlə  açdım.  Birincisi,  Atamdan 
ayrı düşdüyümə görə ciyərim  bir parça qan olub;  ikincisi, 
Allah  Elçisi(s)-nin  Vəsisinə  edilən  zülmdən  qəlbim 
odlanır.  And  olsun  Allaha!  Əmirəlmöminin  Əli(ə.s)-ni 
təhqir  etdilər.  O  Həzrət  bir  də  onda  gördü  ki,  xilafət  və 
imamət məqamını ondan oğurlayıblar və Allahın Kitabının 
və  Peyğəmbər(s)  sünnətinin  əksinə  əməl  ediblər.  Bu 
azğınlığın  səbəbi  budur  ki,  Əli(ə.s)  onların  sevdikləri 
insanları 
__
  müşrikləri  Bədr  və  Ühüd  müharibələrində 
məhv  etmişdi.  Onlar  öz  həsəd,  kin  atəşlərini  Əli(ə.s)-dən 
intiqam almaqla söndürdülər. Xilafəti onun əlindən aldılar. 
Atamın  rəhmətindən  sonra  çoxalıb  qalmış  və  gizli 
ədavətlər  üzə  çıxdı,  söz-  gəzdirənlərin,  ara  qızışdıran 
 
212 
adamların  köməyi  ilə  bizimlə  düşmənçiliyə  başladılar  və 
bizi  intiqam  axtaranların  hədəfi  etdilər.  Birdəfəlik  iman 
kəməndini  kəsdilər,  iman  cilvəsini  iman  kamalından 
ayırdılar.  Peyğəmbərlərin  Ağası(s)-nın  risalətini  və 
Əmirəlmöminin(ə.s)-in  xəlifəliyini  ayaq  altına  qoydular. 
Dünyaya  aldanaraq  öz  mənafeləri  naminə  Əli(ə.s)-nin 
köməyə dəvətini də qəbul etmədilər. Çünki Əli(ə.s) onların 
atalarını  müharibələrdə  və  cinayət  etdikləri  üçün  məhv 
etmişdi.  
6.Fatimə(s.ə)-nin vəsiyyəti. 
Fətal  Nişaburinin  «Rövzətül-vənzin»  kitabında  belə 
yazılır: «Həzrəti-Fatimə(s.ə) 40 gün yataqda xəstə oldu və 
ondan  sonra  dünyasını  dəyişdi.  Ölümün  yaxınlığını  hiss 
etdikdə Ümmü Əyməni, Əsma binti Ümeysi və Əli(ə.s)-ni 
istədi.  Onlar  Xanım(s.ə)-ın  yanına  gəldilər.  Bu  zaman 
Fatimə(s.ə)  Əli(ə.s)-yə belə buyurdu:  
__ 
Ey  əmim  oğlu!  Ölüm  xəbəri  mənə  çatıb.  Elə 
bilirəm  ki,  az  bir  müddətdən  sonra  atam  Peyğəmbə(s)-rə 
yetişəcəyəm. Ürəyimdə olanı sənə vəsiyyət edirəm. 
Əli(ə.s):  
__ 
Ey Peyğəmbər(s)-in qızı, istədiyini vəsiyyət elə.  
O  vaxt  Əli(ə.s)    Fatimə(ə.s)-nin  baş  tərəfində 
oturmuşdu. Evdə olanlara isə buyurdu:  
__ 
Bizi tək buraxın. 
Sonra Fatimə(s.ə) dedi:  
__ 
Ey  əmim  oğlu!  Mənimlə  evləndiyin  gündən 
məndən xəyanət və yalan görməmisən. Mən heç vaxt sənə 
qarşı çıxmamışam. 
Əli(ə.s) buyurdu:  
__ 
Xeyr, heç vaxt səndən elə şeylər görməmişəm. Sən 
həmişə  ayıq,  sevimli  və  əziz  olmusan.  Sənin  Allah 
dərgahında  olan  xofun  səni  öz  müxalifin  kimi  məlamət 


 
213 
etməkdən  daha  çoxdur.  Səndən  ayrılmaq  mənə  çox 
çətindir. Amma nə edək ki, ölümə çarə yoxdur. And olsun 
Allaha!  Elə  bil,  Peyğəmbər(s)-in  şəhadət  müsibəti  mənim 
üçün  yenidən    təkrarlanır.  Səndən  ayrılmaq  və  sənin 
yoxluğun çox böyük bir müsibətdir. 
 «Allah  tərəfindən  gəlmişik,  Allaha  doğru  da 
qayıdacağıq». 
Bu, çox acı bir müsibətdir. 
 «Bu  müsibətin  rahatlığı  yoxdur  və  ürək  yandıran, 
sağalmayandır». 
Sonra  bir  müddət  birlikdə  ağladılar.  Əli(ə.s)  
Fatimə(s.ə)-nin başını qucaqlayıb buyurdu:  
__ 
Nə istəyirsən, vəsiyyət elə. Sənin vəsiyyətinə əməl 
edərəm, sənin işini öz işimdən qabağa salaram. 
Fatimə(s.ə):  
__ 
Əmim  oğlu,  Allah  özü  sənin  mükafatını  versin. 
Məndən sonra bacım Zeynəbin qızı Əmamə ilə evlənərsən. 
Mənim  üçün  tabut  düzəlt.  Mənə  zülm  edənlərdən  və 
haqqımı  tapdalayanlardan  heç  biri  mənim  cənazəmin 
yanına  gəlməsinlər,  mənim  üçün  namaz  qılmasınlar. 
Onlara  itaət  edənlər  də  gəlməsinlər.  Məni  gecə  camaat 
yuxuya gedəndən sonra dəfn edərsən». 
«Misbahül-ənvar»  kitabında  İmam  Sadiq(ə.s)-in 
Atasından  eşitdiyi  bir  rəvayətdə  belə  oxuyuruq  ki, 
Fatimə(s.ə) ehtizar (dünyadan gedən zaman, «canüstündə» 
olanda)  vaxtında  Əmirəl-möminin(ə.s)-ə  belə  vəsiyyət 
etmişdi:  «Mən  səni  Allaha  tapşırıram  və  vəsiyyət  edirəm 
ki,  övladlarımla  yaxşı  rəftar  edəsən».  Sonra  qızı  Ümmü 
Gülsümü bağrına basdı və Əli(ə.s)-yə buyurdu: «Bu qızım 
həddi-buluğa  çatanda  evin  bütün  əşyaları  onun  olsun  və 
Allah onun köməyi olsun». 
 
214 
Həmçinin  rəvayət  olunub  ki,  Zəhra(s.ə)-nın  ayrılıq 
vaxtı  çatdı,  bir  az  ağladı.  Əmirəl-möminin  Əli(ə.s) 
soruşdu:  
__ 
Niyə ağlayırsan? 
Fatimə(s.ə):  
__ 
Məndən  sonra  sənə  yetişəcək  azar  və  əziyyətlərə 
görə ağlayıram. 
Əli(ə.s):  
__ 
Ağlama,  and  olsun  Allaha,  onun  yolunda  bu 
çətinliklər mənim üçün asandır». 
Yenə də belə rəvayət edirlər:  
«Fatimə(s.ə)  Əli(ə.s)-yə dedi:  
 
__ 
Ümmü Sələmə, Ümmü Əymən və Fizzədən başqa 
heç  kəsə  mənim  dünyadan  getməyim  haqda  xəbər  vermə. 
Kişilərdən  də  iki  oğlum,  Peyğəmbər(s)-in  əmisi 
__
  Abbas, 
Salman,  Miqdad,  Əbuzər  və  Hüzeyfəyə  xəbər  et.  Sənə  də 
mən öləndən  sonra  məni görməyi  halal  edirəm.  (Bədənini 
yaralı  olduğu  üçün  Əli(ə.s)-yə  göstərmirdi,  öləndə  isə 
icazə verdi ki, onun bədənində olan zədələrə baxsın). 
Dediyim  qadınlarla  mənə  qüsl  ver,  məni  gecə  dəfn 
elə, qəbrimi ziyarət edəndə də heç kəsə demə». 
7.Peyğəmbər(s)-in əmisi Abbasın təklifi. 
Şeyx  Tusi  rəvayət  edibdir  ki,  Fatimə(s.ə)-nin 
xəstəliyi  lap  şiddətlənəndə  Abbas  Fatimə(s.ə)-yə  baş 
çəkməkdən ötrü yanına gəldi.  Ona dedilər ki,  Fatimə(s.ə)-
nin halı yaxşı deyil və onun yatdığı otağa girməyə heç kəsə 
icazə verilmir. 
Abbas  öz  evinə  qayıtdı,  əmirəl-möminin  Əli(ə.s) 
üçün  xəbər  göndərdi  və  öz  qasidinə  dedi:  «Get  mənim 
dilimdən  Əli(ə.s)-yə de ki,  əmin salam göndərir və deyir 
ki,  Peyğəmbər(s)-in  qızı  və  gözünün  nuru  Fatimə(s.ə)-nin 
xəstəliyindən  elə  qəmgin  və  narahatam  ki,  vücudum 


Yüklə 1,5 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə