Microsoft Word Beytul-Ehzan Xanim Fatimenin heyati Qadinlar biz doc



Yüklə 1,5 Mb.
Pdf görüntüsü
səhifə47/55
tarix15.10.2018
ölçüsü1,5 Mb.
#74208
1   ...   43   44   45   46   47   48   49   50   ...   55

 
187 
Ustadım gülüb dedi:  
__ 
Nəzərində tutduğu şəxs Əli ibn Əbu Talibdir.  
Mən:  
__ 
Bütün bu sözlər Əli(ə.s)-nin barəsindədirmi?   
Ustadım:  
 __
Bəli,  ey  oğul!  Bu  padşahlıq  da  gəldi-gedərdir, 
yaxın-uzaq tanımır. 
__ 
Mədinəlilər bu barədə nə dedilər? 
O dedi:  
__ 
Əli(ə.s)-ni  xatırladılar  (Əlini  haqq  bildilər),  Əbu 
Bəkr  onların  bu  sözündən  dəhşətə  gəlib  mədinəliləri  belə 
sözlər danışmaqdan çəkindirdi. 
Ümmü Sələmənin Fatimə(s.ə)-ni müdafiə etməsi. 
Şamlı  fəqih  Cəmaləddin  Yusif  ibn  Hatəmin  yazdığı 
«Durrun- nəzim» adlı kitabda belə qeyd olunur: 
 «Ümmü  Sələmə  (Peyğəmbər(s)-in  zövcələrindən 
biri)  Əbu  Bəkrin  Fatimə(s.ə)-yə  dediyi  sözlərdən  xəbər 
tutduqda  demişdi:  «Heç  rəvadırmı,  Fatimə(s.ə)  kimi  bir 
xanıma  belə  sözlər  deyilsin?!  Allaha  and  olsun, 
Fatimə(s.ə)  Ünsiyyeyi-Hövra  və  Allahın  Elçisi(s)-nin 
qızıdır.  Mələklər  onu  qucaqlarına  almışlar.  Zəhra  pak 
qadınların  qucağında  böyümüş,  gözəl  və  mükəmməl 
tərbiyə altında boya-başa çatmışdır. Siz belə güman edirsiz 
ki, həzrəti-Mühəmməd (s) onu öz irsindən məhrum edib və 
ona  bu  barədə  heç  bir  şey  deməmişdir?  Halbuki  Allah-
təala öz Peyğəmbərinə belə buyurur:  
«Və ən yaxın qohumlarını qorxut!» 
Rəsuli-əkrəm(s)  Fatimə(s.ə)-nin  məsum  olmasını 
inakrmı  edib?  Halbuki  Fatimə(s.ə)  dünya  qadınlarının  ən 
yaxşısı,  cənnət  gənclərinin  Ağasının  anası  və  İmran  qızı 
Məryəmlə  bir  səviyyədədir.  Allahın risaləti onun  Atasının 
vasitəsilə  xətm  olundu.  Allaha  and  olsun,  Peyğəmbər(s) 
 
188 
Fatimə(s.ə)-ni  həmişə  isti-soyuqdan  qoruyardı,  sağ  əlini 
onun  başı  altına  mütəkkə  kimi  qoyub  sol  əli  ilə  üstünü 
örtərdi.  Ey  müsəlmanlar!  Sakit  olun.  Siz  Peyğəmbərin 
gözü  qarşısındasınız.  O,  sizə  baxır.  Siz  böyük    Allahın 
hüzuruna  daxil  olacaqsınız.  Vay  olsun  sizə,  tezliklə  öz 
əməllərinizin bəhrəsini görəcəksiniz».  
Söyləyirlər  ki,  həmin    il  Ümmü  Sələmənin  aylıq 
hüququ bu etiraza görə kəsildi. 
Əbu Bəkrlə Fatimə(s.ə)-nin söhbəti. 
İbn  Əbil  Hədid  həmçinin  «Əssətfeyi-Cövhəri» 
kitabında yazır: «Fatimə(s.ə) Əbu Bəkrə buyurdu:  
__ 
Ümmü  Əymən  (İslamın  əvvəllərindən  hidayət 
olmuş  hörmətli  xanımlardan)  şəhadət  verir  ki,  Allahın 
Rəsulu(s) Fədəyi mənə bağışlamışdır.  
Əbu Bəkr:  
__ 
Ey  Allah  Rəsulunun  qızı!  Allaha  and  olsun,  onun 
yaratdıqları  içində  mənim  üçün  Mühəmməddən  sevimlisi 
yoxdur.  Mən  istəyirdim  ki,  o  Həzrətin  vəfatı    günü  yerlə 
göy  birləşsin,  dünya  dağılsın.  Allaha  and  olsun,  Ayişənin 
kasıb olmağı mənim yanımda sənin kasıb olmağından daha 
yaxşıdır.  Sən  mənim  barəmdə  belə  düşünürsən  ki,  mən 
hamının  haqqını  ödəyirəm,  lakin  haqqını  ödəməkdə  sənə 
zülm  edirəm?  Hərçənd  ki,  sən  Peyğəmbər(s)-in  qızısan, 
lakin  bil  və  agah  ol  ki,  bu  mülk  (Fədək)  hzrəti-
Mühəmməd(s)-in  şəxsi  mülkü  deyildi,  əksinə,  bütün 
müsəlmanların  idi.  Peyğəmbər(s)  bunun  gəliri  ilə  
müsəlmanları  cihada  göndərir  və  yaxud  Allah  yolunda, 
ümumi mənfəətə görə ondan paylayırdı. Peyğəmbər(s)-dən 
sonra  rəhbəriyyət  mənim  əlimə  keçmişdir.  Bu  mülkün  də 
sahibi mənəm. 
Fatimə(s.ə):  


 
189 
__ 
Allaha  and  olsun,  bundan  sonra  səninlə  heç  vaxt 
danışmayacağam. 
Əbu Bəkr :  
__ 
Vallah! Mən səndən heç vaxt uzaqlaşmaram. 
Fatimə(s.ə):  
__ 
Allaha  and  içirəm  ki,  sənə  nifrin  (qarğış) 
edəcəyəm. 
Fatimə(s.ə)  ölüm  yatağında  olanda  vəsiyyət  etdi  ki, 
Əbu Bəkr onun cənazəsinə namaz qılmasın. Buna görə də 
onu  gecə  ikən  dəfn  etdilər.  Fatimə(s.ə)  Peyğəmbər(s)-in 
vəfatından  72  gün  sonra  dünyadan  köçdü.  Abbas 
(Peyğəmbər(s)-in əmisi) onun cənazəsinə namaz qıldı.
79
 
Əbu Osman Cahiz Bəsrinin irs barədə yazdıqları. 
Əbu  Osman  Cahiz  Bəsri  görkəmli  ustad  və 
mütəfəkkirlərindən  biri  (vəfatı  768-775  h.  q.)  Seyyid 
Mürtəza 
Ələmülhüdaya 
əsaslanaraq 
belə 
yazır: 
«Müsəlmanlar    elə  başa  düşür  ki,  həmin  iki  nəfərin,  yəni 
Əbu  Bəkrlə  Ömərin  söylədikləri  rəvayətin  doğruluğuna 
dəlil Peyğəmbər(s): «Biz özümüzdən sonra irs qoymuruq» 
buyuruğudur.  Odur  ki,  onlar  bu  rəvayəti  həzrəti-
Mühəmməd(s)-dən  nəql  edəndə  səhabələr  bunu  ağlabatan 
bilib qəbul etdilər. 
Belə düşünən şəxslərə deyirik: həqiqət insanların onu 
qəbul edib-etməməsi ilə ölçülə bilməz. Şəxsiyyət həqiqətin 
deyil,  həqiqət  şəxsiyyətin  meyarıdır.  Əbu  Bəkrin  təsirinə 
düşən 
də, 
həzrəti-Fatimə(ə.s)-nin 
sağlam 
məntiqə 
söykənən, alovlu nitqinin qarşısında susub onu qəbul edən 
də həmin camaat idi 
 Fatimə(s.ə)  vəsiyyət  etmişdi  ki,  vəfatından  sonra 
Əbu  Bəkr  onun  cənazəsinə  belə  namaz  qılmasın. 
                                                
79
 İbn Əbil Hədid «Şəhri Nəhcül-bəlağə» XVIc,səh.214. 
 
190 
Fatimə(s.ə)  Əbu  Bəkrin  yanına  gəlib  öz  haqqını  tələb 
etmək üçün sübut gətirəndə Əbu Bəkrə belə buyurmuşdu:  
__ 
Əgər sən ölsən, səndən kim irs aparacaq?  
Əbu Bəkr cavab verdi:  
__ 
Ailəm və övladlarım.  
Fatimə(s.ə) soruşdu:  
__
Necə  olur  ki,  biz  Peyğəmbər(s)-dən  irs  aparmırıq, 
lakin  sənin  övladların  səndən  irs  aparırlar?!  Mən  səndən 
Allaha  şikayət  edəcəyəm.  Bundan  sonra  heç  vaxt  səninlə 
danışmayacağam.  
Əbu Bəkr:  
__ 
Mən də səndən heç vaxt  uzaqlaşmayacağam. 
Onu  da  unutmamalıyıq  ki,  səhabələr  də  Əbu  Bəkrə 
etiraz  edib,  onun  bu  hərəkətinə  mane  olmaq  istəyirdilər. 
Bu  özü  də  xanım  Fatimə(s.ə)-nin  haqlı  olmasına  bir 
sübutdur.  Maraqlı  burasıdır  ki,  Əbu  Bəkr  və  Ömərdən 
başqa  heç  kəs  o  Xanımın  öz  ata  mülkü  Fədəyi  geri 
qaytarmaq cəhdinə qarşı çıxmrdı. Əgər həzrəti-Fatimə(s.ə) 
öz tələbi ilə haqsızlıq etmiş olsa idi, onda hamı buna etiraz 
edib həqiqəti ona anladardı».    
Cahiz  (kitabın  müəllifi)  sözünün  davamında  belə 
yazır:  «Biz  Fatimə(s.ə)  ilə  Əbu  Bəkrin  yuxarıda  qeyd 
etdiyimiz mükaliməsinə nəzər salanda ilk növbədə belə bir 
məqam diqqətimizm cəlb edir:  
Həzrəti-Fatimə(s.ə)  Əbu  Bəkr  ilə  həmişə  qəzəblə 
rəftar  edir,  Əbu  Bəkr  isə  bunun  müqabilində  onunla 
mülayim  davranırdı.  Məsələn,  həzrəti-Zəhra(s.ə):  «Sənə 
həmişə 
nifrin 
edəcəyəm, 
heç 
vaxt 
səninlə 
danışmayacağam!»
 __ 
dedikdə, Əbu Bəkr isə əksinə: «Mən 
isə 
sənin 
üçün 
dua 
edib, 
səndən 
heç 
zaman 
uzaqlaşmayacağam»,
 
__ 
deyə  mehriban  və  mülayim 
davranırdı.  Əbu  Bəkr  xanım  Zəhra(s.ə)-ya:  «Mənim  üçün 


Yüklə 1,5 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə