Microsoft Word Beytul-Ehzan Xanim Fatimenin heyati Qadinlar biz doc



Yüklə 1,5 Mb.
Pdf görüntüsü
səhifə49/55
tarix15.10.2018
ölçüsü1,5 Mb.
#74208
1   ...   45   46   47   48   49   50   51   52   ...   55

 
195 
__ 
İlahi,  bunlar
__ 
Əbu  Bəkr  və  Ömər  sənin 
Peyğəmbərin qızına zülm edib, haqqını əlindən aldılar. Sən 
özün onların cəzasını ver. 
Həzrəti-Əli(ə.s) və Fatimə(ə.s) 40 gün mədinəlilər və 
mühacirlərin evlərinə gedib onlardan dəstək istədilər. 
Fədək sənədlərinin cırılması. 
Kitabda belə bir fakt da qeyd edilir: 
Əli(ə.s) Fatimə(ə.s)-yə buyurdu: 
__ 
Əbu Bəkr tək olan zaman onun yanına get, çünki o, 
başqalarına nisbətən mülayimdir. Ona belə deyərsən: «Sən 
atamın yerində oturmusan. Əgər Fədək sənin mülkündürsə 
və  mən  bu  mülkü  səndən  istəyirəmsə,  gərək  bu  mülkü 
mənə qaytarasan!»  
Fatimə(s.ə)  Əbu  Bəkrin  yanına  gedib  bu  sözləri 
eynilə ona çatdırdı. 
Əbu Bəkr dedi:  
__ 
Düz deyirsən. 
Beləliklə, 
Əbu 
Bəkr 
Fədəyin 
Fatimə(s.ə)-yə 
qaytarılması  haqqındakı  sənədi  imzaladıqdan  sonra  onu 
Fatimə(s.ə)-yə verdi. 
Fatimə  evə  qayıdarkən  yolda  Ömərlə  rastlaşdı. 
Fatimə  buyurdu:  «Fədəyin  mənə  qaytarılması  haqqında 
sənədi  Əbu  Bəkrdən  aldım».  Ömər  Fatimədə  olan  sənədi 
tələb etdikdə Fatimə sənədi Ömərə vermədi. 
Ömər Fatimə ilə kobud davranaraq sənədi ondan alıb 
iki  yerə  böldü.  Ömərin  bu  qəzəbli  rəftarı  Fatimənin 
yorğan-döşəyə  düşməsinə  səbəb  oldu.  Həzrəti-Fatimə(s.ə) 
75  gündən  sonra  dünyasını  dəyişdi.  O  Xanım(s.ə)  vəfat 
etməmiş  Əli(ə.s)-yə  də  vəsiyyət  etdi  ki,  məni  gecə  vaxtı 
dəfn et ki,  həmin  iki  nəfərin (Əbu Bəkr  və Ömər)  bundan 
xəbəri  olmasın.  Əli(ə.s)  də  onun  vəsiyyətinə  əməl  edərək 
gecə ikən Fatimə(s.ə)-ni dəfn etdi. 
 
196 
Fidyənin Zeynəbə bağışlanması. 
 
Bədr döyüşündə (hicrətin ikinci ili) Əbul As ibn Rəbi 
(Xədicənin  bacısı  oğlu  və  Peyğəmbər(s)-in  qızı  Zeynəbin 
həyat  yoldaşı)  kafirlərin  qoşununda  müsəlmanlara  qarşı 
vuruşmuşdu.  Müsəlmanlar  Əbul  As  ibn  Rəbini  əsir  tutub 
Mədinə şəhərinə gətirdilər.
83
 
Məkkə  əhli  öz  əsirlərini  fidyə  verməklə  (pul  və 
yaxud  qiymətli  əşya)  azad  edirdi.  Peyğəmbər(s)-in  qızı 
Zeynəb  də  Məkkədə  idi.  O  da  ərinin  azad  olunması  üçün 
müəyyən  miqdar  mal  və  bir  boyunbağı  Mədinəyə 
göndərdi.  Bu boyunbağını  anası Xədicə toy gecəsi öz qızı 
Zeynəbə  toy    hədiyyəsi  etmişdi.  Peyğəmbər  boyunbağını 
görən  kimi  tanıdı  və  çox  mütəəssir  oldu.  Müsəlmanlara 
buyurdu:  
__ 
Əgər  icazə  verirsinizsə,  Əbul  Ası  azad  edib  bu 
boyunbağını da geri qaytaraq. 
Müsəlmanlar dedilər:  
__ 
Ey  Peyğəmbər!  Bizim  canımız  və  malımız  sənə 
qurbandır. Əlbəttə, icazə veririk. 
Peyğəmbər(s)  Əbul  Ası  fidyəsiz  azad  etdi  və 
boyunbağını ona verib Məkkəyə Zeynəb üçün göndərdi. 
Əhli – təsənni  alimlərindən  biri olan İbn Əbil Hədid 
bu barədə belə yazır: 
«Mən bu hədisi müəllimim Əbu Cəfər Yəhya ibn Əbl 
Zeyd Nəqibə oxudum. O (Əbu Cəfər) dedi:  
                                                
83
 Əbul As besətdən qabaq Peyğəmbərin qızı Zeynəb ilə evlənmişdi. 
Məkkə alınmamışdan qabaq Mədinəyə qaçdı və orada İslamı qəbul 
etdi. Bu zaman Peyğəmbər yenidən Zeynəblə Əbul Asın əqdini kəsdi. 
Əmamə Əbul Asla və Zeynəbin qızı sayılır. Həzrəti-Əli(ə.s), 
Fatimə(s.ə) vəfat etdikdən sonra onun vəsiyyətinə görə Əmamə ilə 
evləndi. Əbul-As 12-ci hicri ilində vəfat elədi. («Üsdül-Qabə» 
Vc,səh.236.) 


 
197 
__ 
Məgər  bu  hadisəni  Əbu  Bəkr  və  Ömər 
görməyiblər?  Heç  olmasa,  belə  mülayim  rəftarı    Rəsuli-
əkrəm(s)-dən  öyrənib,  Fədəyi  Fatimə(s.ə)-yə  bağışlaya 
bilərdilər.  Məgər  Fatimə(s.ə)-nin  məqamı  bacısı  Zeynəbin 
məqamından 
üstün 
sayılmırmı? 
Fatimə(s.ə) 
behişt 
qadınlarının xanımıdır. Əlbəttə, bu hadisə o vaxt mümkün 
olardı ki, Fədək Fatimənin mülkü olmasın. 
Əbil Hədid müəllimi Əbu Cəfərə dedi:  
__ 
Əbu Bəkrdən belə rəvayət olunub ki,  Fədək bütün 
müsəlmanların malıdır və elə buna görə guya onun Fədəyi 
Fatiməyə verməyə haqqı yox idi. 
Əbu Cəfər cavabında söylədi:  
__ 
Əbul  Asın  fidyəsi  də  (boyunbağı)  müsəlmanların 
idi,  lakin  Allahın  Rəsulu(s)  boyunbağının  icazəsini 
müsəlmanlardan  alıb  Zeynəbə  qaytardı.  Əgər  Əbu  Bəkr 
müsəlmanlardan 
Fədəyin 
icazəsini 
alıb 
Fatiməyə 
qaytarsaydı,  müsəlmanlar buna etiraz edəcəkdilər? Sözsüz 
ki,  razılıq  verərdilər.  Çünki  Fatimə(s.ə)  Peyğəmbər(s)-in 
qızıdır. 
İbn Əbil Hədid:  
__ 
Qaziyül  qüzat  Əbul  Həsən  Əbdül  Cəbbar  ibn 
Əhməd də belə fikirdədir. 
Əbu Cəfər:  
__ 
Həqiqət budur ki, Əbu Bəkrlə Ömər Fatimə ilə çox 
insafsız rəftar ediblər».  
Seyyid Cəzuinin nəzmə çəkdiyi şerin məzmunu. 
(Şer  ərəbcə  olduğuna  görə  kitabda  ancaq  onun 
məzmunu verilib). 
«Fatimə Peyğəmbər(s)-dən ona qalan irsi tələb etmək 
üçün  iki  nəfərin  (Əbu  Bəkr  və  Ömər)  yanına  gəldi,  lakin 
irsi ona qaytarmadılar. 
 
198 
Ey  kaş,  biləydim  ki,  niyə  görə  «Quran»ın 
göstərişlərinə  əməl  etmirlər,  bir  halda  ki  «Quran»da  irs 
haqqında  ayə  var.  Məgər  «Quran»ın  irs  haqqında  ayələri 
qüvvədən  düşmüşdür?  Yoxsa  bunlar  «Quran»  ayələrini 
təhrif etdilər? 
Məgər  «Məvəddət» ayəsi («Şura» surəsi, 23-cü ayə) 
həzrəti-  Fatimə(s.ə)  və  onun  qohumları  haqqında  nazil 
olmayıbdır? 
Sonra  özlərindən: 
«Atan  özündən  sonra  irs 
qoymayıb»,
  __
  deyə  yalandan  iqrar  etdilər.  Dedilər: 
«Qədimdən  adətdir  ki,  peyğəmbərlər  özlərindən  sonra  irs 
qoymazlar»  və  bu  sözlə də  Fatimə(s.ə)-nin  irs aparmasına 
mane oldular. 
Əgər həzrəti-Mühəmməd(s) belə bir söz deyibsə, bəs 
niyə Fatimə(s.ə)-nin budan xəbəri yoxdur? 
Fatimə(s.ə)  Peyğəmbər(s)-in  tən  yarısıdır.  Məgər  O, 
Atasının  sözünə  əməl  etməzdimi?  Sözsüz  ki,  Fatimə 
atasının  sözündən  heç  vaxt  çıxmamışdı.  Çünki  Fatimə 
Allah  yanında  ən  təqvalı  və  pak  adamdır.  Onların  haqsız 
olduğunu  müəyyən  etmək  üçün  «Nəhl»,  «Məryəm» 
surələrinə nəzər sal. 
Hər  iki  surədə  Yəhyanın  və  Süleymanın  irs 
aparmasından  bəhs  olunur.  Hər  kim  Fatimə(s.ə)-nin  haqlı 
olmasını  öyrənmək  istəyirsə,  bu  iki  surəyə  diqqət  yetirə 
bilər.  Sonra  Fatimə(s.ə)  göz  yaşı  tökərək  Allaha 
şikayətləndi». 
Dördüncü hissə 
Fatimə(s.ə)-nin Atasının vəfatından sonrakı 
vəziyyəti. 
Allahın  Rəsulu(s)  vəfat  edən  zaman  böyük–kiçik, 
kişi–qadın,  qoca–cavan,  ümumiyyətlə  bütün  Mədinə 
əhalisi matəm saxlamışdı. Elə bir müsəlman tapmazdın ki, 


Yüklə 1,5 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə