Microsoft Word Beytul-Ehzan Xanim Fatimenin heyati Qadinlar biz doc



Yüklə 1,5 Mb.
Pdf görüntüsü
səhifə52/55
tarix15.10.2018
ölçüsü1,5 Mb.
#74208
1   ...   47   48   49   50   51   52   53   54   55

 
207 
__ 
Səni  and  verirəm  Allaha,  elə  et  ki,  bu  iki  nəfər 
mənim  cənazəmə  namaz  qılmasın,  qəbrimin  kənarında 
durmasın. 
2.Örtülü tabutun düzəldilməsi. 
Bir mənbədə isə belə deyilir:  
«Fatimə(s.ə) Əsma binti Ümeysə buyurdu:  
         
__ 
Mən  qadınların  cənazəsi  aparılan  taxtanı  özümə 
layiq  bilmirəm.
86
  Çünki  cənazənin  üstünə  parça  atırlar  və 
bədən  tamamilə  parçanın  üstündən  görünür.  Cənazəni 
görən  isə  meyitin  kişi  və  ya  qadın  olduğunu  duyur.  Mən 
zəifləmişəm və bədənimdə ət qalmayıb. Mənim bədənimin 
örtülməsi üçün bir şey düzəltməzsənmi? 
Əsma dedi:  
__ 
Həbəşistanda  olduğum  vaxt
87
  həbəşlər  cənazəni 
aparmaq üçün bədəni tamamilə örtən şeylər düzəltmişdilər. 
Əgər istəyirsənsə, ona oxşar bir şey düzəldim. 
Fatimə(s.ə):  
__ 
Düzəlt. 
Əsma  taxtadan  döşəmə,  sonra  isə  xurma  ağacının 
budaqlarından  istədi.  Onları  taxtın  pəyələrinə  bağladı, 
sonra onun üstünə bir parça çəkib Fatimə(s.ə)-yə dedi:  
__ 
Həbəşistanda camaatın istifadə etdiyi tabut belə idi. 
Fatimə(s.ə) bunu çox bəyəndi və buyurdu:  
__ 
Allah  səni  Cəhənnəm  odundan  qorusun,  bu 
tabutdan birini də mənimçün düzəlt və məni onunla ört. 
Rəvayət olunubdur ki, Peyğəmbərin vəfatından sonra 
həzrəti-Zəhra(s.ə)-nın  dodaqlarından  təbəssüm  silinmişdi, 
                                                
86
 Deyilənlərə əsasən, o zamanlar cənazələri nərdivana oxşar divarsız 
taxta üzərində aparırdılar və cənazə (görsəndiyi üçün)  tanınırdı. 
87
 Əsma Cəfər ibn Əbu Talibin arvadı idi və 15 il Cəfərlə birlikdə 
Həbəşistanda qalmışdır. Cəfər şəhid olduqdan sonra isə Əbu Bəkrə ərə 
getmişdirı. Mühəmməd ibn Əbu Bəkrin anasıdır. 
 
208 
ancaq  bu  tabutu  görəndə  xəfifcə  gülümsəmiş  və 
buyurmuşdu:  
__ 
Bu  tabut  nə  qədər  gözəl  və  yaxşıdır.  Bundan 
cənazənin qadına, ya kişiyə aid olması bilinmir».
88
 
3.Mühacir və ənsar qadınlarından həzrəti-
Zəhra(s.ə)-nın görüşünə gələnlər və o Xanım(s.ə)-ın 
xütbəsi. 
Təbərsi «Ehticac» kitabında (Ic,səh.147.) Süveyd ibn 
Qüflənin söylədiklərini belə təsvir edir:  
Həzrəti-Fatimə(s.ə)  ölüm  yatağında  olarkən  mühacir 
və  ənsar  qadınlarından  bir  qrupu  onun  yanına  gəlib  belə 
ərz etdi:  
__ 
Ey  Peyğəmbər(s)  qızı,  bu  xəstəliklə  səhəri  necə 
açdınız? 
Fatimə(s.ə)  Allaha  həmd  və səna dedikdən,  eləcə də 
atası Peyğəmbər(s)-ə salam göndərdikdən sonra buyurdu:  
  
__ 
And  olsun  Allaha!  Səhəri  sizin  dünyanı,  sizin 
kişiləri  bəyənmədiyim  halda  açdım.  Sizin  kişiləri  düşmən 
bilirəm, çünki onları öz dilimin altında yoxlayıb, ağzımdan 
tulladım və onları sınaqdan  sonra tanıdım. 
İti qılıncların kütləşməsi, (yəni sizin kişilərin əvvəllər 
İslamın  inkişafı  yolundakı  fəallığı,  sonradan  isə  bu 
məsələdə  süsüt  olmaları),  iman  gətirdikdən  sonra  dindən 
çıxıb  dünyəvi  həvəslərə  aludə  olaraq  azğınlaşmaq  çox 
çirkindir. 
Nə  qədər  çirkindir  bu  dəstə  (bizim  hüququmuzu 
müdafiə  etməyənlər)  və  onlar  üçün  İlahi  əzab.  Onlar 
özlərini  əbədi  axirət  əzabına  düçar  etdilər.  Görərsiniz, 
əzabın ağır daşını onların boynuna saldım və onların çirkin 
                                                
88
« Kəşfül-ğimmə» IIc, səh.67. İbn Abbasdan söylənilən rəvayətə 
əsasən. 


 
209 
əməllərinin  cavabını  onlara  qaytardım.  Onları  boşladım, 
əməlləri paltar kimi onların əyinlərini bürüdü. 
Bizə zülm edənlərdən  Allahın geniş rəhməti kəsilsin 
və onlar o rəhmətdən uzaq düşsünlər. Vay olsun onlara ki, 
rəhbərlik 
və 
imamlıq 
məqamını 
möhkəm 
risalət 
dağlarından  aldılar,  nübüvvət  və  hidayət  köklərini  və 
Cəbrayılın  nazil  olduğu  yeri  haqqın  sahibindən  məhrum 
etdilər. 
Bilin  ki,  sizin  kişilərin  əməlləri,  aşkar  bir  ziyandır 
(İslama). Çünki onlar Əli(ə.s)-dən üz çevirdilər. And olsun 
Allaha!  Əli(ə.s)-nin  qılıncı  meydanda  iti  və  kəsərli  olub. 
O,  ölümdən  qorxmurdu,  öz  qüdrətli  əlləri    ilə  düşmən 
cəngavərlərini  fəlakət  torpağına  atıb  məhv  edirdi.  Allaha 
and  olsun!  Əgər  onlar  ümmətin  idarəsini  Əli(ə.s)-yə 
tapşırsaydılar,  O(ə.s),  hər  yolundan  azanı  yola  gətirərdi. 
Əli(ə.s)  aşkar  hüccətdən  qaçanları  qaytarardı.  O  camaatı 
haqqa  tərəf  elə  sövqləndirərdi  ki,  haqqa  üz  tutanların  nə 
ağzı  yaralanar,  nə də  yorulardı.  Əli(ə.s)  onları çoxlu,  həm 
də ətirli şəlalələrə varid edərdi. O şəlalələrin suyu və ətrafı 
saf, pak olardı. 
Bəli, Əmirəlmöminin(ə.s) onları məhz bu cür sularla 
sirab  edərdi.  Həzrəti-Əli(ə.s)  özü  onların  dünyasından 
bəhrələnmədiyi  bir  halda  nəsihət  edərdi.  Məqamını 
öhdəsinə  götürsəydi,  doğru  və  yalançı,  təqvalı  və  həris 
insanlar bir-birindən fərqlənərdilər. 
«Və  əgər  şəhərlərdə  və  kəndlərdə  yaşayan  camaat 
iman  gətirib  təqvalı  olsalar  yerin  və  göyün  bərəkətləri 
onlar  üçün  açılar  (onlara  verilər).  Amma  onlar 
(həqiqətləri)  inkar  etdilər,  biz  də  onları  öz  əməllərinin 
cəzasıyla cəzalandırdıq». (Əraf, 96) 
 
210 
«Və  bu  dəstədən  o  kəslər  ki,  zülm  etdilər,  öz  pis 
əməllərinin  cəzasına  çatacaqlar  və  heç  vaxt  İlahi  əzabın 
cəngəlliklərindən qaça bilməyəcəklər». (Zümər, 51) 
Zəmanəyə  bax!  Ey  kaş  biləydim  ki,  bu  (bivəfa) 
camaat nəyə  və kimə arxalanıb  belə ailəyə təhqir  və zülm 
edib pis yol seçdilər?! 
Onlar  bizə  zülm  etdilər  və  bizə  kömək  etmədilər. 
And  olsun  Allaha,  möhkəm  qanadları  buraxıb  toyuq 
qanadlarına  yapışdılar.  Kül  olsun  elə  başlara  ki,  sahibləri 
yaxşı  iş  gördüklərini  güman  edirdilər,  amma  cahil 
tamahkardırlar. 
«İtaət  etmək  üçün  haqqa  hidayət  edən  şəxs 
layiqlidirmi,  ya  özü  hidayət  olmayan  şəxs?  Məgər    ki 
(başqası  tərəfindən)  hidayət  oluna?  Sizə  nə  olub?  Necə 
də (batil) hökm verirsiniz?» (Yunis, 35) 
Bilin  !  Canıma  and  olsun,  sizin  (kişilərin)  bu 
hərəkətiniz  çox  çəkməz,  vaxt  gələr  ki,  sona  yetər.  Cəza 
vaxtı  çatdıqda  azğınlar  öz  layiqli  cəzalarını  alarlar. 
Gələcək  nəsillər  isə  özlərindən  qabaq  yaşayanların 
aqibətinə baxar, ibrət götürər.  
Fitnə və bəla gözləyin, özünüzü iti qılınclar, zalımlar 
səltənəti,  ümumi  hərc-mərcliyə  hazırlayın.  Zalımlar  sizi 
çalıb-çaparlar,  sizin  üçün  çox  az  bir  şey  qoyarlar.  Sizin 
cəmiyyətinizi  qətlə  yetirərlər.  O  vaxt  düzgün  rəhbərlik 
xəttindən  ayrıldığınız  üçün  həsrət  çəkərsiniz.  Sizin 
qəlbləriniz kor olubdur. 
4.Fatimə(s.ə)-nin nitqinin mühacir və ənsar qadınlrı 
vasitəsilə təbliğ olunması. 
Süveyl  ibn  Qüflə  deyir  ki,  Fatimə(s.ə)-nin  görüşünə 
gələnlər  (qadınlar)  həzrəti-Zəhra(s.ə)-nın  sözlərini  öz 
ərlərinə çatdırdılar. Mühacir və ənsar böyüklərindən bəzisi 


Yüklə 1,5 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə