Microsoft Word Beytul-Ehzan Xanim Fatimenin heyati Qadinlar biz doc



Yüklə 1,5 Mb.
Pdf görüntüsü
səhifə51/55
tarix15.10.2018
ölçüsü1,5 Mb.
#74208
1   ...   47   48   49   50   51   52   53   54   55

 
203 
beytimdən ilk adamsan ki, mənim yanıma gələcəksən». Bu 
xəbəri sənə vermək mənə çox ağır gəlir». 
İmam  Baqir(ə.s)  buyurur:  «Peyğəmbərin  vəfatından 
50  gün  keçmişdi.  Həzrəti-Fatimə(s.ə)-nin 
xəstəliyi 
güclənirdi.  O  xanım  bilirdi  ki,  elə  bu  xəstəliklə  də 
dünyadan gedəcək.  Fatimə(s.ə)  buyurdu: «Ya Əli,  Allahın 
işinə  səbir  et  və  məni  gecə  qüsl  edib  kəfənləyər,  dəfn 
edərsən».  Həzrəti-Əli(ə.s)  Fatimə(s.ə)-nin  vəsiyyətinə 
əməl etdi. 
Fatimə(s.ə)  söyləyir:  «Atam  Rəsulullah(s)-ı  yuxuda 
gördüm.  O  Həzrətdən  sonra  bizim  başımıza  gələnlərin 
hamısını 
Peyğəmbər(s)-ə 
danışdım. 
Rəsuli-əkrəm(s) 
buyurdu:  «Sizin  üçün  axirətdə  əbədi  ev  var.  Bu  ev 
təqvalılar 
üçündür. 
Sən 
tezliklə 
bizim 
yanımıza 
gələcəksən». 
Zəhra(s.ə)-nın ömrünün son günləri. 
     1.Fatimə(s.ə)-nin 
Əbu 
Bəkr 
və 
Ömərə 
söylədikləri. 
Fatimə(s.ə)  şəhadət  çarpayısında  son  günlərini 
yaşayarkən  Əli(ə.s)-yə  vəsiyyət  etdi  ki,  onun(Fatimə(s.ə)-
nin)  həyatında  olan  hadisələri  (başına  gələnləri)  gizli 
saxlasın  və  ağır  xəstəliyi  haqqında  heç  kəsə  xəbər 
verməsin.  İmam  Əli(ə.s)  onun  vəsiyyətini  yerinə  yetirdi. 
Əli(ə.s)  özü  Fatimə(s.ə)-yə  qulluq  edirdi.  Əsma  Binti 
Ümeys də (o vaxtlar Əbu Bəkrin arvadı idi) Zəhra(s.ə)-nın 
«xəstəliyinin  gizli  saxlanılması»  vəsiyyətini  yerinə 
yetirmiş  olsun  deyə,  gizlin-gizlin  Zəhra(s.ə)-ya  xidmət 
edirdi.  Peyğəmbər(s)  (özündən  sonra)  Zəhra(s.ə)-nın 
başına  gələcək  zülmlər  barədə  ona  xəbər  verdiyi  kimi,  bu 
xəstəliyini  də  qabaqcadan  xəbər  vermişdi.  Sonra 
Fatimə(s.ə)-nin  ağrıları  daha  da  gücləndi.  Allah-təala 
 
204 
(məna  aləmində)  həzrəti-Məryəmi  Fatimə(s.ə)-yə  qulluq 
etmək və onunla ünsiyyətdə olmaq üçün göndərdi. 
Əbu  Bəkrlə  Ömər  Fatimə(s.ə)-nin  ağır  xəstəliyindən 
və  bərk  ağrılar  keçirdiyindən  xəbərdar  olduqda  ona  baş 
çəkmək  üçün  qapısına  gəlib  evə  girməyə  icazə  istədilər. 
Amma  Fatimə(s.ə)  icazə  vermədi.  Ömər  Əli(ə.s)  ilə 
görüşüb ona dedi:  
__ 
Əbu  Bəkr  incə  qəlbli  bir  qocadır,  Peyğəmbərin 
dostu  və  səhabələrindəndir.  Neçə  dəfə  onunla  bura  gəlib 
icazə  istəmişik,    ancaq  Fatimə  icazə  verməyib.  Əgər 
məsləhət  bilirsənsə,  Fatimədən  icazə  al  ki,  bizi  qəbul 
eləsin.  
Əli(ə.s) buyurdu:  
__ 
Çox yaxşı, görüm, bəlkə icazə ala bildim.  
Həzrəti-Əli(ə.s) 
Fatimə(s.ə)-nin 
yanına 
gəlib 
buyurdu:  
__ 
Ey  Peyğəmbərin  qızı!  Bilirsən  ki,  bunlar  səninlə 
görüşməkdən  ötrü  neçə  dəfə  gəlib  icazə  istəyiblər,  amma 
sən onlara icazə verməmisən. Onlar səndən icazə almağım 
üçün  xahiş  ediblər.  Mən  də  səndən  xahiş  edirəm  ki,  Əbu 
Bəkrlə Ömərə icazə verəsən. 
Fatimə buyurdu:  
__ 
Allaha  and  olsun,  onlarla  bir  kəlmə  belə 
kəsməyəcəyəm.  Peyğəmbərlə  görüşüb,  onların  mənə 
etdiklərindən Peyğəmbərə şikayət edəcəyəm. 
Əli(ə.s) buyurdu:  
__ 
Mən  səndən  onlar  üçün  icazə  almağı  onlara 
zəmanət vermişəm. 
Xanım Zəhra(s.ə): 
__ 
Əgər  zəmanət  vermisənsə,  ev  sənin  evindir, 
qadınlar  da  kişilərə  itaət  etməlidirlər.  Mən  heç  vaxt  sənin 
istəyinə qarşı çıxmamışam,  istədiyinə icazə ver.  


 
205 
Əli(ə.s) evdən çıxıb Əbu Bəkr və Ömərə buyurdu:  
__ 
İcazə verdi.  
Onlar  evə  daxil  oldular.  Fatimə(s.ə)-ni  gördükdə 
salam  verdilər.  Amma  Fatimə(s.ə)  onların  salamınının 
cavabını  vermədi,  üzünü  onlardan  yan  çevirdi.  Onlar 
Fatimə(s.ə)  ilə  üzbəüz  oturmaqdan  ötrü  fırlandılar. 
Fatimə(s.ə) yenə də üzünü onlardan yan çevirdi. Bu iş neçə 
dəfə təkrar olundu. Bu vaxt O, Əli(ə.s)-yə ərz etdi:  
__ 
Mənim üzümü ört.  
Həzrəti-Zəhra(s.ə) 
xidmətində 
olan 
qadınlara 
buyurdu:  
__ 
Mənim üzümü çevirin.  
Zəhra(s.ə)-nın  üzünü  çevirdikdən  sonra  həmin  iki 
nəfər  yenə  də  Zəhra(s.ə)  ilə  üzbəüz  oturdu.  Xahiş  etdilər 
ki,  Zəhra(s.ə)  onlardan  razı  qalsın  və  keçmişləri  yaddan 
çıxartsın. Fatimə(s.ə) buyurdu:  
__ 
Sizi  Allaha  and  verirəm!  Yadınızdadırmı, 
Peyğəmbər(s)  Əli(ə.s)-yə aid bir hadisə ilə bağlı bizi gecə 
yarısı öz hüzuruna çağırtdırdı?  
Onlar dedilər:  
__ 
O gecə yadımızdadır. 
 Fatimə buyurdu:  
__ 
Sizi  and  verirəm  Allaha!  Peyğəmbər(s)-dən 
eşitdinizmi:  «Fatimə  mənim  bədənimin  yarısıdır  və  mən 
ondanam,  ona  əziyyət  edən  mənə  əziyyət  etmişdir.  Mənə 
əziyyət  edən  isə  Allaha  əziyyət  etmişdir.  Mənə 
ölümümdən  sonra  ona  əziyyət  edən  şəxs  elə  bil,  mənim 
sağlığımda  ona  əziyyət  edib.  Mənim  sağlığımda  ona 
əziyyət  edən  isə  elə  bil,  mənim  ölümümdən  sonra  ona 
əziyyət etmişdir».  
Dedilər:  
__ 
Bəli, eşitmişik. 
 
206 
Buyurdu:  
__ 
Allaha  şükr  olsun.  Allahım,  sən  özün  şahidsən, 
həmçinin burada olanlar, siz də şahidsiniz ki,  bunlar (Əbu 
Bəkr  və  Ömər)  mənə  əziyyət  vermişlər.  Alaha  and  olsun, 
nə  qədər  ki  Allahımla  görüşüb,  onların  mənə  etdikləri 
zülmdən  şikayət  etməmişəm,  bir  kəlmə  də  onlarla  söz 
danışmaram. 
Başqa  bir  mənbəyə  əsasən,  Fatimə(s.ə)  əllərini  göyə 
açıb buyurdu:  
__ 
İlahi,  bu  iki  nəfər  mənə  əziyyət  etdi,  onlardan 
şikayətimi 
Sənin 
və 
Peyğəmbəri(s)-nin 
hüzurunda 
deyəcəyəm.  Atam  Rəsulullah(s)-la  görüşüb  sizin  mənə 
etdiyiniz  zülm  və  haqsızlıqları  ona  çatdırmayınca,    sizə 
halal  etməyəcəyəm.  Qoy  O  özü  mənimlə  sizin  aranızda 
olanları mühakimə etsin. 
Bu vaxt Əbu Bəkr çığırdı:  
__ 
Vay  olsun  mənim  halıma,  ah  o  ilahi  əzab...!!!  Ey 
kaş! Anam məni doğmayaydı.  
Ömər Əbu Bəkrə dedi:  
 
__ 
Səni  özlərinə  rəhbər  seçən  camaata  təəccüb 
edirəm. Sən süst qoca bir kişisən. Bir qadınıın qəzəbindən 
belə  qorxursan,  bir  qadının  xoş  rəftarından  isə  xoşhal 
olursan.  
Sonra  onlar  ayağa  qalxıb  getdilər.
85
  Fatimə(s.ə)    bu 
vaxt Əli(ə.s)-yə dedi:  
__ 
İstədiyini  yerinə  yetirdimmi?  (Onlara  evə  daxil 
olmağa icazə verdim.)  
Əli(ə.s) buyurdu:  
__ 
Bəli.  
Fatimə(s.ə):  
                                                
85
 İbn Quteybə Dinvəri «Əl imamhətu vəssiyasət». (270-ci hicri ilində 
vəfat edib.) Ic,səh.24. Misir çapı. 


Yüklə 1,5 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə