Microsoft Word Beytul-Ehzan Xanim Fatimenin heyati Qadinlar biz doc



Yüklə 1,5 Mb.
Pdf görüntüsü
səhifə48/55
tarix15.10.2018
ölçüsü1,5 Mb.
#74208
1   ...   44   45   46   47   48   49   50   51   ...   55

 
191 
səndən  əzəmətli  və  hörmətli  bir  şəxs  yoxdur,  lakin  nə 
etmək olar! Mən Peyğəmbər(s)-dən belə eşitmişəm ki,  biz 
peyğəmbərlər  irs  qoymarıq.  Bizdən  qalan  nə  varsa,  ancaq 
sədəqədir»,
  __ 
deməklə  ilk  baxışdan  xeyirxah  və  ədalətli 
rəhbər  təsiri  bağışlayır.  Oxucuya  elə  gəlir  ki,  həzrəti-
Zəhra(s.ə)-nın qəzəb və nifrini müqabilində belə Əbu Bəkr 
o  Xanım(s.ə)-ın  yüksək  məqam  və  ehtiramını  qoruyub 
saxlayır. 
Lakin  bütün  bunlar  ilk  təəssüratdır.  İlk  təəssürat  isə 
çox  vaxt  aldadıcı  olur.  Əslində  isə,  bütün  bu  ehtiram  və 
mehribanlıq, mülayim rəftar, alicənablıq nümunəsi olan bu 
saxta  təmkin  Əbu  Bəkrin  seçdiyi  mövqe,  hiylə  idi. 
Müəyyən  məqsədlər  naminə  özünü  lütfkar  və  insaflı 
göstərmək  istəyən  şəxsi  biz  heç  bir  əsasla  ədalətli 
adlandıra bilmərik».
80
 
Osmanın Ayişəyə söylədikləri. 
Tanınmış  tarixçilərdən
__ 
  Təbəri  və  Səqəri  öz  tarix 
kitablarında belə yazırlar:   
Osmanın  xəlifəliyi  dövründə  Ayişə  onun  yanına 
gəlib belə dedi: 
   
__ 
Atam  Əbu  Bəkrin,  ondan  sonra  Ömərin  mənə 
verdiyi bəxşişi
81
 sən də mənə verməlisən. 
Osman dedi:  
__ 
Əbu  Bəkr  və  Ömər  ürəkləri  istəyib,  sənə  bəxşiş 
veriblər,  ancaq  mən  bu  barədə  «Quran»  və  sünnətdə  bir 
                                                
80
 Tərcüməçi: Düzdür, Əbu Bəkr çox zaman xanım Zəhra ilə mülayim 
davranmş, lakin onun bu mülayimliyi həzrəti-Zəhra(s.ə)-nın 
xütbəsindən sonra nəzərə çarpmışdı. Əgər Əbu Bəkrin həzrəti-
Fatimə(s.ə)-yə ünvanladığı bütün nitqlərinə nəzər salsaq, o 
Xanım(s.ə)-a qarşı layiq olmadığı münasibətin
__ 
  hörmətsizlik və 
təhqirin şahidi oluruq . 
81
 Beytülmaldan (müsəlmanların ümumi xəzinəsi) verilən pul və yaxud 
qiymətli əşya. 
 
192 
kəlmə  olsun  belə,  görməmişəm.  Mən  belə  bir  iş  tuta 
bilmərəm. 
Ayişə:  
__ 
Peyğəmbərdən qalan mirası mənə ver. 
Osman:  
__
Nə tez unutdun? Məgər Fatimə atanın yanına gəlib 
Peyğəmbərdən ona qalan mirası tələb etdikdə sən Ayişə və 
Malik ibn Əvs şəhadət vermədinizimi ki, Peyğəmbər(s) irs 
qoymayıb?!!  Sən  Fatimə(s.ə)-nin  haqqını  batil  hesab 
etmədinmi? İndi də məndən irs istəyirsən?! Yox! Mən sənə 
heç nə verməyəcəyəm». 
Təbəri  əlavə  edib  yazır  ki,  bu  sözləri  deyən  vaxt 
Osman  söykənmişdi,  amma  Ayişənin  sözünü  eşidən  kimi 
dik  oturub  dedi:  «...Məgər  sən  deyildinmi,  öz  nəcasəti  ilə 
dəstəmaz  alan  ərəblərlə  birgə:  «Peyğəmbərdən  irs 
qalmaz»,
 __ 
deyə şəhadət verən?!» 
İslamda ilk batil şəhadət 
Şeyx  Müfidin  «İxtisas»  adlı  kitabında  İmam 
Sadiq(ə.s)-in  bu  əhvalatla  bağlı  söylədikləri  belə  təsvir 
olunmuşdur: 
 «Peyğəmbər(s) vəfat etdikdən sonra Əbu Bəkr onun 
canişini  olduqda  Fatimənin  Fədək  bağında  qalan  vəkilinə 
xəbər göndərib onu bağdan çıxartdı. 
Bu  zaman  xanım  Fatimə  (s.ə)  Əbu  Bəkrin  yanına 
gəlib buyurdu: 
__
  Əbu  Bəkr!  Atam  Rəsullullah(s)-ın  yerində 
oturduğun  bəs  deyil,  hələ  bir  vəkilimi  də  Fədəkdən 
çıxarmısan.  Sən özün bilirsən ki, Rəsuli-əkrəm(s) bu bağı 
mənə bağışlayıb, mənim şahidlərim də var. 
Əbu Bəkr :  
__ 
Peyğəmbər(s)  özündən sonra  irs qoymayıbdır.  Bu, 
ola bilməz. 


 
193 
Əmirəl-möminin 
Əli(ə.s) 
həzrəti-Fatimə(s.ə)-yə 
məsləhət  görmüşdü  ki,  vərəsəlikdən  söhbət  düşəndə  belə 
desin:  «Sən  Peyğəmbərin  özündən  sonra  irs  qoymasını 
inkar edirsən, halbuki vaxtilə Süleyman peyğəmbər Davud 
peyğəmbərdən,  Yəhya  isə  Zəkəriyya  peyğəmbərdən  irs 
aparmışdı.
82
 
Mən 
nəyə 
görə 
atamdan 
irs 
aparmamalıyam?!» 
Fatimə(s.ə)  Əbu  Bəkrin  yanına  gəlib  bu  sözləri  ona 
söylədikdə Ömər dedi:  
__ 
Bunları sənə öyrədiblər. 
Fatimə(s.ə) buyurdu:  
__ 
Bu  sözləri  mənə  əmim  oğlu,    həyat  yoldaşım 
Əli(ə.s) öyrədib. 
Əbu Bəkr:  
__ 
Ayişə  və  Ömər  şəhadət  verirlər  ki,  həzrəti-
Mühəmməd(s)-dən  bu  sözü  öz  qulaqları  ilə  eşidiblər  ki, 
Peyğəmbər özündən sonra irs qoymaz. 
Fatimə(s.ə) buyurdu:  
__ 
Bu  iki  nəfərin  verdiyi  şəhadət  İslamda  ilk  batil 
(yalan) şəhadətdir. 
Fədək  atamın  mənə  bağışladığı  mülkdür.  Mənim  iki 
adil şahidim var. 
Əbu Bəkr:  
__ 
Get şahidlərini bura gətir. 
Fatimə(s.ə)  qayıdıb  Əli(ə.s)-ni  və  Ümmü  Əyməni 
Əbu  Bəkrin  yanına  gətirdi.  Əbu  Bəkr  Ümmü  Əymənə 
dedi:  
__ 
Sən  Peyğəmbər(s)-dən  Fatimə  haqqında  bir  şey 
eşitmisən? 
Ümmü  Əymən  və  həzrəti-Əli(ə.s)  dedilər:  Biz 
Peyğəmbərdən belə  eşitmişik:  
                                                
82
«Nəhl» surəsi 16-cı ayə, «Məryəm» surəsi 6-cı ayə. 
 
194 
«Fatimə behişt qadınlarının xanımıdır». 
Sonra Ümmü Əymən sözünə davam edib dedi:  
__ 
Behişt  qadınlarının  xanımı  olan  adam  özünün 
olmadığı  bir  şeyi  yalandan  öz  malı  adlandırmaz.  Mənim 
özüm 
də 
behişt 
qadınlarındanam. 
Peyğəmbərdən 
eşitmədiyim sözü heç vaxt dilimə gətirmərəm. 
Ömər:  
__ 
Bu  sözləri  boşla  görüm.  Fatimə  haqqında  nə 
şəhadət verə bilərsən? 
Ümmü Əymən:  
__ 
Mən  Fatimə(s.ə)-nin  evində  oturmuşdum.  O  vaxt 
Peyğəmbər(s)  də  evdə  idi.  Bu  zaman  Cəbrayıl  göylərdən 
enib  o  Cənab(s)-a  buyurdu:  «Ey  Mühəmməd!  Dur 
mənimlə  gəl.  Allah  mənə  Fədəyin  sahəsinin  həddini  öz 
qanadlarımla  xətləməyimi  əmr  etmişdir».  Peyğəmbər(s)  
ayağa  qalxıb  Cəbrayıl  ilə  getdi.  Bir  müddət  keçdikdən 
sonra həzrəti-Mühəmməd(s)  qayıtdıqda xanım Fatimə(s.ə) 
ondan  soruşdu:  «Atacan,  hara  getmişdin?»  Peyğəmbər(s) 
buyurdu:  «Cəbrayıl  Fədəyin  sahəsini  mənim  üçün 
müəyyənləşdirdi».  Fatimə(.s)  dedi:  «Ata,  səndən  sonra 
yarana  biləcək  maddi  ehtiyacların  fikrini  çəkirəm.  Bu 
ehtiyaclarımı 
ödəməkdən 
ötrü 
Fədəyi 
mənə 
bağışlayarsanmı?»  Peyğəmbər(s)  buyurdu:  «Bu  mülkü 
sənə bağışladım».       
Ümmü Əymən sözünə əlavə edib dedi:  
__
Bəli,  Rəsulullah(s)  mənə  və  Əli(ə.s)-yə  buyurdu: 
«Şəhadət  verərsiniz.  İndi  də  biz  şəhadət  veririk. 
       Ömər dedi:  
__ 
Sən  qadın  olduğuna  görə  sənin  şəhadətini  qəbul 
etmirik.  Həmçinin  Fatimənin  həyat  yoldaşı olduğuna görə 
Əlinin də şəhadətini qəbul etmirik. 
Fatimə qəzəbli halda ayağa qalxıb dedi:  


Yüklə 1,5 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə