Microsoft Word Beytul-Ehzan Xanim Fatimenin heyati Qadinlar biz doc



Yüklə 1,5 Mb.
Pdf görüntüsü
səhifə43/55
tarix15.10.2018
ölçüsü1,5 Mb.
#74208
1   ...   39   40   41   42   43   44   45   46   ...   55

 
171 
zəruriliyi  cəmiyyətdə  ixtilaf  və  çəkişmənin  aradan 
qaldırılması səbəbindəndir. 
Cihad  dini  əzəmət  və  şövkəti  qoruyan  güclü  bir 
qalxandır.  
Səbir  müvəffəqiyyət  şəfəqi,  xoşbəxtlik  bünövrəsi  və 
məqsədə yetişmək yolunda bir vasitədir. 
Xeyir  işlərə  sövq  etmə  və  pis  işlərdən  çəkindirmə 
cəmiyyəti fəsaddan qoruyur. 
Valideynə  yaxşılıq  Allahın  mərhəmətini  nazil, 
əzabını isə dəf edir. 
Qohum-əqrəbaya  kömək  etmək  uzun  ömrə,  işlərin 
asanlaşmasına və dostların çoxalmasına səbəbdir. 
Yalnız  yaxşılıq  etməklə  çoxlu  dost,  arxa  qazanmaq 
olar.  
Qisas xalqın asayişi, mal və qanını qorumaq üçündür. 
Yaxşılıq  və  nəzirlər  Allah  rəhmətini  cəlb  etmək 
üçündür. 
Alverdə  ölçüyə  düzgün  riayət  etmək  ticarət  və 
iqtisadiyyatın sürətlənməsinə, inkişafına səbəbdir. 
Allah-təala  bəndəni pisliklərdən uzaqlaşdırmaq üçün 
şərab içməyi haram buyurmuşdur. 
Kobudluq  və  söyüş  söyməkdən  çəkinmək  onun 
üçündür  ki,  nifaq,  özbaşınalıq  və  zorakılıq  cəmiyyətdən 
silinsin. 
Oğurluqdan  çəkinməklə  insanlar  arasında  əmanət  və 
iffətin qorunması, əl, göz və qəlbin pak qalmasına zəmanət 
vermək olar. 
Şirkdən uzaq olmaq hamının saf niyyətlə Allaha itaət 
etməsi və ondan qeyrisinə ürək bağlamaması üçündür. 
 «Kamil  surətdə  təqva  və  pəhrizkarlığa  riayət  edin. 
Müsəlman  olmamış  dünyadan  getməyin.  («Ali  İmran», 
107
 
172 
 Bəndəliyin  həqiqətinə  riayət  edin.  Allahın  əmr 
vənəhyini  (halal  və  haramlarını),  İlahi  fərmanının 
əzəmətini  unutmayın.  Özünüzü  cahillərin  cərgəsində 
qərar verməyin.» 
 «Allahdan bəndələri içərisində ancaq alimlər 
qorxar.» («Fatir»,28) 
(Allah dərgahında təqvalı və xoflu təkcə alimlər və 
xəbərdarlardır, nəinki bixəbər və qafillər).» 
Hidayət yolunun inkişafında həzrəti-
Mühəmməd(s)-in qətiyyəti. 
«Ey  müsəlmanlar  !  Bilin  ki,  mən  Fatimə(s.ə)-yəm, 
atam  Mühəmməd(s)-dir.  Hər  cür  səhv  və  pislikdən 
uzağam.  Məndən  əsla  yersiz  söz,  səbəbsiz  əməl  baş 
verməz: 
«(Ey  ümmətim!)  Sizə  özünüzdən  bir  Peyğəmbər 
gəldi  ki,  sizin  əziyyətə  (məşəqqətə)  düşməyiniz  ona  agır 
gəlir,  o  sizi  (sizin  iman  gətirməyinizi)  çox  istəyir, 
möminlərə qarşı şəfqətli, mərhəmətlidir!» 
Bu  Peyğəmbər  sizin  qadınlarınızdan  birinin  yox, 
mənim  atamdır.  Bu  Peyğəmbər  Əli  ibn  Əbutalib(ə.s)-in 
qardaşı  və  əmisi  oğludur,  nəinki  sizin  kişilərinizdən 
birinin.  Mənim  atm  sizi  pislik,  batil  əqidə  və  əməllərdən 
döndərən  şəxsdir.  Mənim  atam  sizləri  gözəl  moizə, 
nəsihət, dəlil və hikmətlərlə Allaha tərəf dəvət etdi. O, var 
qüvvəsi ilə müşriklərə qarşı çıxıb, onlarla mübarizə apardı. 
Onların  başlarının  üstə  qılınc  saxlayıb  boğazlarını    elə 
sıxdı ki, çarəsiz qalıb təslim oldular. Atam bütləri sındırıb 
Haqq  düşmənlərinin,  inadkarların  başını  əzdi,  kafir 
başçılarının kürəyini yerə vurdu. Küfr və nifaq düyünlərini 
açıb,  şeytanların  dilini,  münafiqlərin  sözünü  kəsdi. 
Beləliklə, həqiqət aşkar oldu. Onun vücudunun parlaq nuru 
mühitin qaranlığını yox edib həqiqətləri izhar etdi. 


 
173 
Atamın  hidayət  nurunda  tovhid  kəlməsi  dillərdə 
əzbər  oldu.  Əvvəllər  başqalarının  pəncəsi  altında  əzilən 
heç  bir  qüdrət  və  ixtiyar  sahibi  olmayan  bir  parça  ətdən 
başqa  heç  nə  deyildiniz.  Düşmənin  hakimiyyəti  altında 
çirkli  su  və  iyrənc  yeməklər  yeyərək,  xar  və  zəlil 
olmuşdunuz. Allah-təala Peyğəmbər(s)-in vasitəsilə sizi bu 
alçaqlıqlardan  xilas  etdi.  Daha  sonra  qaraqəlbli,  kindən 
ürəyi  od  tutub  yanan  bəzi  adamlar  dinc  oturmayıb 
müsəlmanlarla  döyüş  tonqalını  alovlandırdılar,  lakin  hər 
dəfə də Allah-təala bu alovları söndürdü». 
İslamın müdafiəsində Əli(ə.s)-nin rolu. 
«Nə  zamandan  şeytandan  pis  bir  əməl  baş  verirdisə, 
ya  müşriklərdən  hansınınsa  düşmənçilik  və  ədavəti  baş 
qaldırırdısa,  o  zaman  Rəsuli-əkrəm(s)  qardaşı  Əli  ibn 
Əbutalib(ə.s)-i  həmin  düşmənin  qarşısına  çıxıb  onu 
məğlub  etməyə  göndərirdi.  Onda  Əli(ə.s)  döyüşə  girib  öz 
vəzifəsini  layiqincə  yerinə  yetirirdi.  O  Həzrət  heç  vaxt 
nəticəsiz  meydandan geri dönməzdi.  Əli(s)  düşmənin qol-
qanadını  ayağı  altında  əzərək  müxaliflərin  alov  şölələrini 
öz qılıncı ilə yatırırdı. 
O,  ixlasla  üzərində  bütün  əziyyətlərə  Allaha  xatir 
dözərək  İlahi  fərmanı  yerinə  yetirmək  üçün  hədsiz 
dərəcədə səy göstərirdi.  Əli(ə.s)  Peyğəmbər(s)-ə ən yaxın 
insan  idi.  Onun  Tanrı  dostları  arasında  xüsusi  əzəməti 
vardı,  ancaq  siz  öz  eyş-işrət  fikrinizdə  idiniz.  Elə  həmişə 
bunu  gözləyirdiniz  ki,  bizim  ailəmizdə  bədbəxt  hadisələr 
baş  versin.  Siz  düşmən  səfləri  ilə  üz-üzə  gələndə  geriyə 
çəkilərək döyüş meydanından qaçırdınız». 
İnsanların vəfasızlığı barədə. 
«Ey  müsəlmanlar!  Allah-təala  öz  Peyğəmbər(s)-ini 
bu fani dünyadan ənbiya və seçilmişlərin son məskəni olan 
əbədi  dünyaya  apardı.  Ürəklərinizdə  olan  kin  aşkar  oldu. 
 
174 
Üzünüzə  çəkdiyiniz  şəriət  və  din  libasını  cırıb  yırtdınız. 
Künc-bucaqda gizlənən müxaliflər qol-qanad açdılar. Batil 
cəbhənin havadarlarının səsi qalxdı. Şeytanın avazı ucaldı. 
Nəticədə,  münafiqlər  də  onun  səsinə  səs  verdilər. 
Dünyapərəst  və  azğın  adamlar  zəlalət,  fitnəkarlıq  yolunu 
tutub şeytanın ardınca getdilər. 
Şeytan  sizi  aldanmış  tapdı.  Siz  onun  axarına 
düşdünüz.  Onun  azca  işarəsi  ilə  acıqlanıb  əsəbləşərək 
özünüzü itirdiniz. Öz əməllərinizin düzgünlük və ədalətini 
əldən  verərək  başqalarının  hüququna    təcavüz  etdiniz. 
Sahibi  olmadığınız  dəvənin  yüyənindən  yapışaraq  içməyə 
haqqınız olmayan bulaqdan su içdiniz. 
Doğrusu,  nə  tez  öz  vəfanızı  itirdiniz,  nə  tez  sizin 
hərislik  və  tamahınız  baş  qaldırdı.  Hələ  ürəklərimizin 
yarası  sağalmamışdı.  Hələ  Rəsuli-əkrəm(s)-in  cənazəsi 
yerdə  qalmışdı.  O  müqəddəs  Vücud  bizim  gözlərimizin 
qarşısından  yox  olmamış  öz  çirkin  işlərinizə  başladınız. 
Tələsərək  layiq  olmadığınız  yerləri  tutdunuz..  Təəccüblü 
budur  ki,  elə  zənn  etdiniz  ki,  guya  bu  tələskənlik  fitnənin 
qarşısını almaqdan ötrüdür. 
 Bilin  ki,  bu  adamlar  fitnə  və  qarışıqlıqda  süqut 
etdilər. Cəhənnəm kafirləri udandır.  
Belə  hərəkətlər  sizdən  uzaqdır.  Necə  də  yalan 
danışırsınız?!  Məgər  «Quran»  sizin  aranızda  deyilmi? 
Bütün  əmrləri  aydın,  həqiqətləri  aşkar,  halal  və  haramı 
açıq-aydın  söyləyən  Allah  kəlamını  kənaramı  qoydunuz? 
Tanrı hökmünün əksinəmi fitva verirsiniz? Allah kəlamına 
etiraz  edirsiniz?  Zülmkarlar  necə  də  pis  uçuruma 
yuvarlanıblar?!!! 
 «Kim İslamdan başqa bir dinin ardınca gedərsə, (o 
din)  heç  vaxt  ondan  qəbul  olunmaz  və  o  şəxs  axirətdə 
zərə çəkənlərdən olar». («Ali-İmran»,85) 


Yüklə 1,5 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə