115
nasix və mənsux ayələrini müəyyən etdi. Həmin vaxtda da
Əbu Bəkr o Həzrətə xəbər göndərdi ki, gəlib ona beyət
etsin.
İmam Əli(ə.s) cavab verdi ki, mən «Quran»ı
toplamaqla məşğulam. And içmişəm ki, namaz vaxtından
başqa «Quran»ı yığıb tənzimləməmiş evdən çölə
çıxmayacağam».
Əbu
Bəkr
və
tərəfdarları
bir
neçə
gün
Əmirəlmömininə möhlət verdilər. Əli(ə.s) «Quran»ı yığıb
tənzimlədikdən sonra onu bir parçaya qoyub üstünü
möhürlədi.
Başqa bir mənbəyə əsasən o Həzrət topladığı
«Quran»ı götürüb Rəsuli-əkrəm(s)-in qəbrinin üstünə
gəldi. Onu yerə qoyub iki rükət namaz qılaraq Rəsuli-
əkrəm(s)-ə salam göndərdi. Camaat Əbu Bəkrlə birgə
məscidə yığışmışdı. İmam Əli(ə.s) də orada idi. O, uca
səslə xalqa xitab edib buyurdu:
__
Ey müsəlmanlar, Rəsulullah(s) vəfat edəndən
mənim başım əvvəl Peyğəmbər(s)-in dəfninə, sonra isə
«Quran»ın yığılmasına qarışmışdır. Bütün «Quran»ı cəm
edib bu parçaya bükmüşəm. Rəsuli-əkrəm(s)-ə nazil olan
hər bir ayəni burada yığmışam. Peyğəmbər(s)-in mənə
qiraət edib yazdırdığı və təvilini (ayələrin batini mənası)
mənə öyrətdiyi ayələrdən başqa orada heç bir şey
yazılmamışdır. Daha qiyamət günü deməyəsiz ki, bizim
bundan xəbərimiz yox idi, mən sizi köməyə çağırmadım,
haqqı sizə xatırlatmadım, «Quran»ı sizə əvvəldən axıra
kimi tanıtdırmadım.
Ömər dedi:
__
Bizi cəmlədiyin «Quran»a dəvət etməklə əlimizdə
olan «Quran»a laqeyd etmə. (Bizim öz «Quran»ımız var.
116
O olduğuna görə sizin «Quran»a daha ehtiyacımız
yoxdur.)
Başqa bir rəvayətdə isə Ömər deyir:
__
«Quran»ı qoy qalsın. Özün isə get işinlə məşğul ol.
Peyğəmbər(s)-in vəsiyyətinin xatırlanması.
İmam Əli(ə.s)-nin məsciddəki xütbəsinin davamı:
__
Peyğəmbər(s) sizə vəsiyyət etmişdi ki, mən sizin
aranızda iki böyük qiymətli şeyi əmanət qoyub gedirəm.
Onlardan birincisi «Quran», ikincisi isə Əhli-beytimdir. Bu
iki şey behiştdə Kövsər hovuzunda mənə yetişənə qədər
bir-birindən ayrılmazlar. Əgər «Quran»ı qəbul edirsinizsə,
məni də «Quran»la yanaşı qəbul edin ki, sizin aranızda
Allahın «Quran»da nazil etdiyi hökmləri icra edim. Çünki
mən «Quran»ın bütün ayələrinin nasix-mənsuxuna,
təvilinə, möhkəm və mütəşabihinə, halal və haramına
sizdən daha yaxşı bələdəm.
49
Ömər dedi:
__
Bu «Quran»ı özünlə götür ki, nə o səndən ayrılsın,
nə də sən ondan. Bizim nə sənin topladığın «Quran»a, nə
də sənə ehtiyacımız yoxdur.
Həzrəti-Əli(ə.s) «Quran»ı götürüb evinə qayıtdı.
Namaz qıldığı yerdə oturub «Quran»ı qarşısına qoydu.
Gözündən yaş axıda-axıda onun ayələrini oxumağa
başladı.
Əmirəlmöminin Əli(ə.s)-nin qardaşı ilə görüşü.
Bu zaman qardaşı Əqil Əli(ə.s)-nin hüzuruna gəlib
onu ağlar gördükdə Həzrətdən soruşdu:
__
Niyə ağlayırsan? Allah sənin gözlərini heç vaxt
yaşlı etməsin.
Həzrəti-Əli(ə.s) buyurdu:
49
Nasix, mənsux, təvil, möhkəm və mütəşabih-müxtəlif «Quran» və
ayə formullarıdır.
117
__
Qardaşım, Allaha and olsun! Qüreyş və onların
tərəfdarları üçün ağlayıram ki, haqdan üz çevirib əyri yola
düşdülər. Öz fəsad və cəhalətlərinə qayıdıb ixtilaf, nifaq
vadisinə, sərgərdanlıq səhrasına yuvarlandılar. Əvvəllər
Peyğəmbər(s) ilə vuruşmaq üçün əlbir olduqları kimi, indi
də mənimlə döyüşməkdən ötrü birləşiblər. Allah onların
cəzalarını versin ki, mənimlə olan yaxınlıq ipini qırıb,
əmim oğlu Peyğəmbər(s)-in hakimiyyətini əlimizdən
aldılar.
Bu zaman hönkürüb buyurdu:
__
Hamımız Allah tərəfindən gəlmişik və ona tərəf də
qayıdacağıq.
Daha sonra isə aşağıdakı şeri oxudu. Şerin məzmunu
ilə tanış olun:
«Əgər mənim halımın pisliyini soruşsan, deyərəm,
ruzigarın çətinliklərinə də səbir edib çətinliklə yaşayıram.
Mənim üçün üzümdəki kədərimi düşmənimin görüb
sevinməsi, dostumun isə bundan narahat olması çox
ağırdır».
Əbu Bəkrin Əli(ə.s)-yə xəbər göndərməsi və o
Həzrətin cavabı.
İndi yenə Süleym ibn Qeysin yazdıqlarına qayıdaq.
Sonra Əli(ə.s) öz evinə gəldi.
Ömər Əbu Bəkrə dedi:
__
Əli(ə.s)-nin dalınca bir nəfər göndər ki, qoy gəlib
sənə beyət etsin, çünki Əli(ə.s) beyət etməsə, xilafət
səhmana düşməz. Əgər o bizə beyət edərsə, o zaman ona
da aman verərik.
Əbu Bəkr Əli(ə.s)-nin yanına bir nəfərlə xəbər
göndərdi ki, Rəsulullah(s)-ın xəlifəsinin dəvətini yerinə
yetir.
118
Əbu Bəkrin qasidi Əli(ə.s)-nin yanına gəlib onun
sözünü o Cənab(ə.s)-a çatdırdıqda Əli(ə.s) buyurdu:
«Qəribədir, nə tez Peyğəmbər(s)-i təkzib (yalançı) etdiniz?
Əbu Bəkr və ətrafındakılar yaxşı bilirlər ki, Allah və
Rəsulu məndən başqasını öz xəlifəsi təyin etməmişdir».
Qasid Əli(ə.s)-nin sözlərini Əbu Bəkrə çatdırdıqda
Əbu Bəkr dedi ki, get, bu dəfə Əli(ə.s)-yə belə de:
«Əmirəl-mömininin (Əbu Bəkr) dəvətini yerinə yetir».
Qasid Əli(ə.s)-nin yanına gəlib Əbu Bəkrin sözünü
ona çatdırdı. Əli(ə.s)
buyurdu:
«Qəribədir, onlar
Peyğəmbər(s)-imizə verdikləri vədi nə tez unutdular?!
Allaha and olsun, o (Əbu Bəkr) yaxşı bilir ki, bu ad
məndən başqa bir kəsə layiq deyildir. Peyğəmbər(s) ona
əmr etdi ki, mənə əmirəl-möminin deyib salam versin. O,
həzrəti-Mühəmməd(s) tərəfindən bu işə sövq etdirilmiş
yeddi nəfərdən biridir. O və onun rəfiqi (Ömər) həmin
yeddi nəfərin arasında Peyğəmbər(s)-dən soruşmuşdu:
__
Bu əmr Allah və Rəsulu tərəfindəndirmi?
O zaman Peyğəmbər(s) buyurmuşdu:
-Bəli, Allah və Rəsulu tərəfindən haqdır ki, Əli(ə.s)
möminlərin əmiri, müsəlmanların ağası, nurani və yaxşı
insanların bayraqdırıdır. Allah qiyamət günü onu sirat
körpüsündə
əyləşdirib
onun
dostlarını
cənnətə,
düşmənlərini isə cəhənnəmə göndərər.
Əbu Bəkrin qasidi Əli(ə.s)-nin bu sözlərini Əbu
Bəkrə yetirdi. Onlar elə həmin gün O(ə.s)-nu beyətə dəvət
etməkdən əl çəkdilər.
Süleym ibn Qeys Salmanın dediklərinə əsaslanaraq
belə qeyd edir:
«Qaranlıq düşəndə həzrəti-Əli(ə.s) Fatimə(s.ə)-ni ata
mindirdi. Onlar Həsən ilə Huseynin əlindən tutub Rəsuli-
əkrəm(s)-in səhabələrinin evinə getdilər. Əli(ə.s)-nin
Dostları ilə paylaş: |