95
bənzəyirdim. Mirasımı gözümün qarşısında qarət edirdilər.
O vaxta qədər ki, birincisi (Əbu Bəkr) dünyadan köçdü,
xilafəti ikinciyə (Ömər ibn Xəttaba) tapşırdı. (Burada
İmam Əli(ə.s) şair Əşanın beytini misal gətirir: «Dünən və
bu gün arasında çox fərq vardır. Bu gün dəvəyə minib
çətinliyə düçar olmuşam, lakin əvvəllər Cabirin qardaşı
Həyyam ilə çox rahatlıqda idim».
38
)
Görəsən, nə üçün o, (Əbu Bəkr) sağlığında mənə
görə müsəlmanlar ilə beyətini pozmaq istəyə-istəyə özü
ölüm yatağında hakimiyyəti başqasına verdi. Bu ikisi
xilafəti öz aralarında dəvənin iki döşü kimi bölüşdürdülər.
Onu günlərini eyş-işrətdə keçirən insanın ixtiyarına verdi
ki, hökumət başçısı elə bir şəxs oldu ki, dəvə kimi itaətdən
boyun qaçırırdı. Əgər sahibi onun yüyənini əlində möhkəm
saxlasaydı, dartınmaqdan burnu yarılar, əgər başını
buraxsaydı, fəlakət uçurumunda məhv olardı. Allaha and
olsun, müsəlmanlar onun (Ömər) zamanında səhv yola
düşüb haqdan uzaqlaşdılar. O da dünyadan köçənə qədər
mən yenə səbir və təmkin yolunu tutdum. Ömər ömrünün
son günlərində xilafət məsələsini şuraya tapşırdı. Məni də
bu şuranın üzvlərindən biri güman edirdi. Doğrusu, Allah
bizləri bu şuranın şərindən qorusun. Nə vaxt məni onlarla
bir sırada müqayisə ediblər ki, indi də onlarla bir sırada
təyin edirlər. Lakin yenə də səbir edib onların şurasında
iştirak etdim.
39
Onlardan bəzisi (Səd ibn Vəqqas) kin
38
Cabirin qardaşı Həyyan Yəmamə şəhərində yaşayırdı. O, tayfa
başçısı idi. Kəsranın onun üçün göndərdiyi sərvətin nəticəsində çox
dövlətli olmuşdu.Əşa da (yuxarıdakı şeri deyən) Həyyanın nədimi
(həmsöhbəti) idi.
39
Ömərin təyin etdiyi şuranın üzvləri aşağılakılardan ibarət idilər:
Əli(ə.s), Osman, Səd Vəqqas, Əbdürrəhman ibn Uf, Təlhə və Zübeyr.
Bu altı nəfər bir evdə yığışdı. Zübeyr öz hüququnu Əli(ə.s)-yə, Təlhə
Osmana, Səd Vəqqas isə Əbdürrəhmana verdi. Bir az sükutdan sonra
96
bəsələdiyindən məndən üz döndərdi. Digəri (Əbdürrəhman
Osmanın anabir bacısının əri idi. Osmanla qohumluğuna
görə) qohumluğu üstün tutdu. Qalan ikisi (Təhlə və
Zübeyr) də xoşagəlməz cəhətlərinə görə başqa yolla
getdilər. Nəticədə, üçüncüsü (Osman) qalib gəldi. Xilafəti
ələ keçirdi. Yekəqarın və qarınqulu Osmanın dəvə kimi
beytül-malı yeyib dağıtmaqdan başqa əlindən bir iş
gəlmirdi. Atasının qohumları onunla əlbir oldular. Onlar
bahar fəslində otlaqlara hücum edib acgözlüklə otlayan ac
dəvələr kimi Allah malını udmaq üçün qollarını
çırmaladılar. Nəhayət, hakimiyyətin möhkəmlənməsi üçün
gördüyü işlər boşa getdi. Nalayiq əməlləri onun bütün
işlərini puç etdi».
Əli(ə.s)-nin xilafəti dövrünə bir baxış.
İmam Əli(ə.s) «Şiqşiqiyyə» xütbəsinin ardınca
buyurur: «Osmandan sonra hər tərəfdən dəstə-dəstə
adamlar mənə tərəf axışdılar. Məni elə əhatəyə aldılar ki,
az qala, iki gözümün nuru, Peyğəmbər(s)-in yadigarı
Həsən(ə.s)-lə Hüseyn(ə.s) ayaq altda qalıb əzilsinlər.
Əbam iki tərəfdən paralandı. İnsanlar canavar qorxusundan
çobana pənah aparan qoyunlar kimi məni araya almışdılar,
lakin qalxıb xilafətə gələndən sonra bəziləri (başda Təlhə
və Zübeyr olmaqla) mənə etdikləri beyəti pozdular. Bir
dəstəsi də (xəvaric və mariqin) mənə itaət etməyib dindən
çıxdılar. Digərləri də (Qasitin, Müaviyə və tərəfdarları)
Əbdürrəhman Əli(ə.s) –yə dedi: «Mən öz haqqımı sənə verirəm, bu
şərtlə ki, Allahın kitabı, Peyğəmbərin sünnəti, öz elmim və ictihadımla
rəftar edəcəyəm.»
Əbdürrəhman ibn Uf bu təklifi Osmana verdi. Osman da onu qəbul
etdi. Beləliklə, Ömərin planlaşdırdığına görə, Osman xilafətə yetişdi.(
İbn Əbil Hədid «Şərhi Nəhcül-bəlağə», I c, səh. 188).
97
vəzifə üçün haqdan üz çevirdilər. Elə bil Allah-təalanın
«Qəsəs» surəsinin 83-cü ayəsini heç eşitməyiblər:
«Axirət dünyası o kəslər üçündür ki, yer üzündə
fəsad və tüğyan edən olmasınlar. Aqibət təqvalılarındır».
Bəli, yaxşı eşidib yaxşı da əzbərləmiş, başa düşmüşdülər.
Lakin dünyanın bər-bəzəyi onların gözünü qamaşdırıb,
cəvahiratı isə aldatmışdır».
«Agah olun, toxumu çərtib insanı yaradan Allaha
and olsun, əgər xala ətrafıma yığışıb köməyimə
gəlməsəydi və zalımların harınlığı, məzlumların aclığı ilə
mübarizə aparmağı Allah-təala hər bir cəmiyyətin alim
və ziyalılarının öhdəsinə qoymasaydı, mən xilafət
dəvəsinin yüyənini buraxıb ondan əl çəkər, sonunu
başlanğıc camı ilə sirab edərdim. O zaman yaxşı başa
düşərdiniz ki, sizin dünyanız mənim nəzərimdə dişi
keçinin burnundan axan sudan belə qiymətsizdir».
Bu zaman bir nəfər iraqlı ayağa durub imam Əli(ə.s)-
yə bir məktub verdi. (Bəziləri deyir ki, o məktubda suallar
yazılmışdı və cavab istəyirdi.) O Həzrət məktubu axıra
qədər nəzərdən keçirdikdən sonra ibn Abbas ona ərz etdi:
__
Yaxşı olardı ki, sözünüzə davam edəydiniz.
Lakin Əli(ə.s) ona belə cavab verdi:
__
Heyhat, ey Abbasın oğlu, bu, bir dəvənin nərəsi idi.
Çölə çıxdı, sonra da yerinə qayıtdı (alov dilləri kimi
zəbanə çəkib sonra yenə yatdı).
Bu sözlərlə İmam ürəyindəkiləri açıqlayırdı.
İbn Abbas deyir: «Allaha and olsun, mən heç bir
söhbətə bunun qədər təəssüflənməmişəm ki, İmam istədiyi
yerə qədər sözünü davam etdirə bilmədi».
İbn Əbil Hədidin ustadının maraqlı söhbəti.
Məşhur sünni alimi İbn Əbil Hədid yazır ki, İbn
Abbasın yuxarıdakı sözü işlətməkdən məqsədi ustadımın
98
(Şəbib Vasiti oğlu Əbülxeyir Müsəddiq) 603-cü il hicri
qəməridə, təxminən miladi 1199-cu il tarixində mənə
dediyi sözdür: «Mən bu xütbəni İbn Xitab adı ilə tanınmış
ustadım Əbu Məhəmməd Abdulla ibn Əhmədə oxudum.
İbn Abbasın sözünə yetişəndə ustadım mənə dedi: «Əgər
mən olsaydım, İbn Abbasa deyərdim ki, məgər Əli(ə.s)-nin
demədiyi söz qaldımı ki, sən kədərlənirsən?» (O, bir xütbə
ilə onları ifşa etmişdir.)»
«Allaha and olsun, əvvəlinci xəlifədən ta axırıncıya
kimi heç bir şey qoymadı qalsın, hamısını dedi».
40
Əli(ə.s)-nin ibn Abbas ilə dərdləşməsi.
Əllamə Məclisi (r.ə) «Biharül-Ənvar» kitabında
«Kəşfül-yəqin»dən belə bir parça verir:
İbn Abbas (Əli(ə.s)-nin əmisi oğlu) dedi:
__
Mən Əli(ə.s)-nin bir şeyi xatırladıqda, yaxud
həyəcanlı bir xəbər eşitdikdə hərəkətlərinə, üzünün
ifadəsinə həmişə fikir verirdim. Bir gün onun Şamdakı
silahdaşlarından biri o Həzrətə aşağıdakı məzmunda
məktub göndərmişdi: «Ömər As, Ütbə ibn Əbi Süfyan,
Vəlid ibn Üqbə və Mərvan Müaviyənin ətrafına yığışmış,
Əli(ə.s)-dən söz salıb onu tənqid etmişlər. Söz yaymışlar
ki, Əli(ə.s) Peyğəmbər(s)-in səhabələrini öldürməklə
axırlarına çıxacaq. Onlar öz əməllərini sənin haqqında
söyləmişlər».
Bu məktub həzrəti-Əli(s)-yə yetişən kimi orduya əmr
verdi ki, Nüxəylə ordugahına gedib özü onlara yetişənə
qədər orada gözləsinlər (Oradan da Müaviyəyə qarşı
Siffeyn döyüşünə getsinlər). Ancaq onun tərəfdaşları da
süstlük göstərərək Kufəyə qaçıb Əli(ə.s)-ni tək qoydular.
40
Həqiqətən, ustadın bu sözü yerində işlənmişdir. Çünki «Şiqşiqiyyə»
xütbəsini təhlil etməklə, görünür, bütün məsələlər qısa şəkildə bəyan
olunmuş və sübut üçün kifayət etmişdir.
Dostları ilə paylaş: |