131
vermədən qapını itələdilər. O Xanım(s.ə) naməhrəmlərin
gözü qarşısında qalmamaq üçün qapının arxasına keçdi.
Ömər qapını itələdi. Fatimə(s.ə) qapı ilə divar arasında
qalıb bərk sıxıldı. Bu zaman Ömər və yoldaşları evə
soxuldudar. Həzrəti-Əli(ə.s) yerdə oturmuşdu. Onlar
Əli(ə.s)-ni dövrəyə alıb yaxasından və qollarından tutaraq
zorla məscidə tərəf apardılar.
Fatimə(s.ə) özünü yetirib onlarla Əli(ə.s)-nin
arasında dayanaraq buyurdu:
__
Allaha and olsun, qoymaram, əmim oğlunu zülmlə
məscidə tərəf aparasanız. Vay olsun sizə, nə tez Allaha və
Rəsuluna xəyanət edib Əhli-beytinə zülm etdiniz. Halbuki
Peyğəmbər(s) bizə itaət etməyi və bizimlə dost olmağı sizə
tapşıraraq tövsiyə etmişdi ki, bütün işlərinizdə bizdən
yapışasınız. Allah da Müqəddəs kitablarda buyurdu:
«Ey Peyğəmbər, xalqa de ki, Əhli-Beytimə
məhəbbət göstərməkdən başqa sizdən Peyğəmbərliyimə
görə heç nə istəmirəm.»
(«Şura» surəsi, 23)
Ravi yazır: «Fatimə(s.ə)-nin bu sözü insanların
çoxunun dağılışmasına səbəb olmuşdu.
Ömər bir nəfərlə orada qalıb əmisi oğluna belə
göstəriş verdi: «Əgər Fatimə(s.ə) müqavimət göstərsə, ona
öz gücünü göstərməkdən çəkinmə».
Qunfuz qırmancla Fatimə(s.ə)-nin böyrünə və
kürəyinə elə vurmuşdu ki, qırmancın izləri bədənində
qalmışdı. Həmin bu zərbələr də Peyğəmbər(s)-in
«Möhsün» adlandırdığı Fatimə(s.ə)-nin bətnindəki uşağın
siqt olmasına səbəb olmuşdu. Onlar əmirəl-möminin
Əli(ə.s)-ni çəkə-çəkə məscidə tərəf Əbu Bəkrin qarşısına
gətirdilər. Həmin anda Fatimə(s.ə) hövlank məscidə, daxil
olaraq Əli(ə.s)-ni onların əlindən almaq istədi. Lakin
132
bacarmadı. Oradan atasının qəbri üstünə gedib ürək
yanğısı, ah-nalə ilə ağlayaraq belə buyurdu: «Atacan,
canım kədər və qüssə içində bədənimdə məhbus olubdur.
Kaş bu qüssə və kədərlə birgə bədənimdən çıxaydı.
Atacan, əfsuslar olsun sənin ayrılığına, əfsuslar olsun
nəvələrin Həsən və Hüseyn(ə.s)-in atası, sənin Həbibin,
əmirəl-möminin Əli(ə.s)- nin ayrılığına ki, onu uşaqlıqda
tərbiyə etdin. Böyüyəndə onu qardaşın kimi çağırdın. O,
sənin ən yaxın dostun və ən sevimli səhabən idi. O,
hamıdan əvvəl islamı qəbul edib sənə tərəf gəldi, ey
məxluqatın Əşrəfi!
İndi onu dəvəni aparan təki əsir aparırlar».
Sonra ürəkyandırıcı nalə çəkib dedi: «Mühəmməd,
ey dost, ey Əbəlqasim, ey Əhməd. Əfsuslar olsun,
dostların azlığına. Əfsuslar olsun bu müsibətli, qəmli, acı
ruzigara.»
Fatimə(s.ə) bu sözləri deyib huşunu itirərək yerə
yıxıldı. Camaat onun bu vəziyyətindən təsirlənib ucadan
nalə çəkərək ağladı. Peyğəmbər (s) məscidini başdan-başa
matəm bürümüşdü.
Sonra Əli(ə.s)-ni Əbu Bəkrin qarşısında dayandıraraq
ona dedilər: «Əlini uzadıb beyət et!» Həzrəti-Əli(ə.s)
byurdu: «Allaha and olsun, beyət etmərəm, çünki mənim
beyətim sizin boynunuzdadır. (Siz mənimlə Qədir-Xumda
beyət etdiniz. Ona vəfadarlıq edin.)»
Əbu Bəkrin Əli(ə.s)-nin əlinə əıııl verməsi.
Ədiyy ibn Hatəm (Peyğəmbər(s) və Əli(ə.s)-nin
dostlarındandır) deyir: «Əli(ə.s) üçün ürəyim elə yandı ki,
heç kim üçün elə yanmamışdı və yanmayacaq. Əli(ə.s)-nin
yaxasından və qollarından tutub məscidə tərəf çəkə-çəkə
apararaq deyirdilər:
__
Əbu Bəkrə beyət et!
133
O buyurdu:
__
Əgər beyət etməsəm, nə olar?
Cavab verdilər ki, boynunu vurarıq. Əli(ə.s) üzünü
göyə tutub dedi: «İlahi, şahid ol ki, bunlar məni öldürməyə
gəliblər, halbuki mən Allahın bəndəsi və Peyğəmbər(s)-in
qardaşıyam».
Onlar yenə Əli(ə.s)-yə dedilər:
__
Beyət etmək üçün əlini uzat.
O Cənab itaət etmədi. Onlar güclə onun əlini tutub
çəkdilər.
Həzrəti-Əli(ə.s)
barmaqlarını
yumdu.
Yanındakılar nə qədər etdilərsə, onun yumruğunu aça
bilmədilər. Nəhayət, Əbu Bəkrin əlini qabağa çəkib
Əli(ə.s)-nin yumulmuş əlinə (yumruğuna) sürtdülər. O
halda isə həzrəti-Əli(ə.s) üzünü Peyğəmbər(s)-in qəbrinə
tutaraq deyirdi:
«Ey anam oğlu, camaat məni zəiflədib, az qaldı ki,
öldürsün.»
54
(«Əraf» surəsi, 150.)
Ravi yazır:
Əli(ə.s) üzünü Əbu Bəkrə tutub bu şeri dedi:
«Əgər sən şura yolu ilə xalqın rəhbəri olmusansa, bu
necə şuradır ki, onun (mənim kimi) məşvərətçiləri orada
olmamışlar. Yox, əgər qohumluğu dəlil gətirirsənsə,
başqaları Peyğəmbər(s)-ə səndən daha yaxındır».
55
O Həzrət təkrar-təkrar buyururdu: «Əcəba, xilafət
səhabəlik və qohumluqlamı sabit olur?»
56
Evin yandırılması hadisəsi Ömərin öz dilindən.
54
Bu mənbəyə əsasən Əli(ə.s) beyət etməmişdir.
55
Bu şer «Nəhcül-bəlağə»də 190-cı hikmətdə qeyd olunmuşdur.
56
Bu, eynilə İbn Əbil Hədidin «Şərhi Nəhcül-bəlağə»sində XVIII c,
səh.416, Xoyinin «Şərhi Nəhcül-bəlağə»sində 190-cı hikmətdə
işlənmişdir.
134
Ömər ibn Xəttab Müaviyəyə
57
məktubunda (beyət və
qapının yandırılması barədə) belə yazmışdı: «Qabaqcadan
öz adamlarımızla Əli(ə.s)-nin evinə getdim. Fizzə (həzrəti-
Fatimə(s.ə)-nin kənizi) çölə çıxdı. Ona dedim:
__
Əli(ə.s)-yə de ki, çölə çıxıb Əbu Bəkrə beyət etsin.
Çünki bütün müsəlmanlar ona beyət etmişlər.
Fizzə:
__
Əmirəl-möminin Əli(ə.s) «Quran»ı tərtib etməklə
məşğuldur.
Dedim ki, bu sözləri bir yana qoy, Əli(ə.s)-yə de ki,
çölə çıxsın, yoxsa evə daxil olub onu zorla apararıq. Bu
zaman Fatimə(s.ə) çölə çıxıb qapının qarşısında dayanıb
dedi:
__
Ey yolunu azmış yalançılar, nə deyirsiniz, bizdən
nə istəyirsiniz?
Dedim:
__
Niyə əmin oğlu cavab verməyə səni göndərib,
amma özü pərdə arxasında oturub gizlənib?!
Fatimə(s.ə):
__
Ey Ömər, sənin bu tüğyanın və meydan oxumağın
məni evdən çıxararaq höccəti sənə və sənin kimi hər bir
yolunu azmışa tamam etdi.
Dedim:
__
Boş-boş sözləri bir kənara qoy. Əli(ə.s)-yə de ki,
çölə çıxsın.
Dedi:
57
Müaviyə Əbu Bəkrin xilafəti zamanı qardaşı Yəzid ibn Əbi
Süfyandan sonra Şamın hakimi olmuşdu. Ömər və Osmanın xilafəti
zamanında da Şam hakimi olaraq qaldı. («Təhtiməttül-müntəha» s.-30)
Ömərin Müaviyəyə yazdığı məktub elə onun öz xilafəti dövrünə
təsadüf edir.
Dostları ilə paylaş: |