135
__
Yəni dostluq və kəramət sənə layiq deyil. Məni
şeytan qoşunu iləmi qorxudursan, ey Ömər? Bil ki, hizbi-
şeytan zəif və qüvvətsizdir.
Dedim:
__
Ya Əli(ə.s) evdən çölə çıxmalı, ya da məscidə
gedib beyət etməlidir, yoxsa evə adamları qarışıq od
vuracağam.
Sonra Qunfuzun qırmancı ilə Fatimə(s.ə)-ni vurdum.
Xalid ibn Vəlidə tapşırdım: «Adamlarına de, odun
yığsınlar».
Daha sonra Fatimə(s.ə)-ni hədələdim:
__
Evi yandıraram.
Fatimə(s.ə): «Ey Allahın düşməni, ey Peyğəmbər(s)-
in düşməni, ey Ə|mirəl-mömininin düşməni!»
__
deyib
əllərini irəli uzatdı ki, mən içəri keçməyim. Mən onu
vurub qapını möhkəm itələdim. Qırmancı qapını buraxmaq
üçün əllərinə o ki var çəkdim. Ağrının şiddətindən nalə
çəkib ağladı. Naləsi elə ürəkyandırıcı idi ki, az qala ürəyim
yumşalıb oradan qayıdacaqdım, lakin yadıma Əli(ə.s)-nin
Qureyş böyüklərinin (müşriklərinin) qanını tökməsi düşdü.
Ürəyimdə ona qarşı bəslədiyim kin, düşmənçilik yenidən
baş qaldırdı. Qapını təpiklə möhkəm vurdum. Fatimə(s.ə)
qapını açılmasın deyə möhkəm sıxmışdı. Lakin mən
qapıya təpiklə vuranda Fatimə(s.ə)-nin naləsini eşitdim.
Elə bildim, Mədinə lərzəyə gəlib alt-üst oldu. Fatimə(s.ə) o
halda ikən deyirdi: «Ay atacan, ya Rəsululah, sənin
sevimli qızınla belə rəftar edirlər. Ah, ey Fizzə gəl məni
götür. Allaha and olsun, bətnimdə olan körpəm
öldürüldü!»
Mən başa düşdüm ki, Fatimə(s.ə) hamiləliyin şiddətli
ağrısından divara(qapının arxasına) söykənmişdir. Qapını
möhkəm itələdim. Qapı açıldı. Evə daxil olanda
136
Fatimə(s.ə) o halətdə mənimlə üz-üzə dayandı. Lakin bərk
qəzəbləndiyimdən elə bil, gözümün qarşısına pərdə
çəkilmişdi. Niqabın üstündən ona elə sillə vurdum ki, yerə
yıxıldı.
58
Fatimə(s.ə)-nin dilindən...
«İrşadül-qülub» kitabında belə qeyd edilmişdir:
Fatimə(s.ə)-nin dilindən: «Bizim evi yandırmaq üçün
qapımıza xeyli odun yığdılar. Mən qapının arxasında
dayanıb o zalım tayfanı Allaha və Peyğəmbər(s)-ə and
verirdim ki, bizdən əl çəksinlər. Ömər və Əbu Bəkrin azad
olmuş qulu Qunfuzun vurduğu qırmancın izləri qollarımda
qolbaq kimi qaraldı. Bu zaman qapıya təpik vurub qapını
mənə tərəf itələdi. Hamilə halında üzü üstə yerə düşdüm.
Alovun dilləri şölələnib üzümü yandırdı. O, əli ilə məni
vururdu. Bu zaman qulağımdakı sırğam qırılıb yerə düşdü.
Günahsız Möhsinim siqt olub öldürüldü».
Merac gecəsində Zəhra(s.ə)-nın məzlumiyyəti
barədə Peyğəmbər(s)-ə verilən xəbər.
Allah-təalanın Peyğəmbər(s)-ə merac gecəsində
verdiyi xəbərlərdən biri də budur: «Ya Əhməd, qızın
Fatiməyə zülm edərlər. Onu hüququndan məhrum edib,
onun üçün təyin etdiyin haqqı qəsb edərlər. İcazəsiz evinə
daxil olub onu narahat edərlər. Heç kim onu müdafiə
etməz. Ona vurulan zərbələr nəticəsində bətnindəki körpə
siqt olunub öldürülər».
58
Bu məktubu Əllamə Məclisi «Biharül-ənvar» kitabının VIII cildində
222-ci səhifədə öz geniş təfsilatı ilə qeyd edib yazır ki, həmin məktub
«Dəlailül-imamə» kitabının II cildindən götürülmüşdür. İmam
Hüseyn(ə.s)-in şəhadətindən sonra Abdulla ibn Ömər Mədinə
camaatından bir neçə nəfərlə Şama gəlib Ye-zidə etiraz edərək Kərbəla
faciəsi barədə onun bu alçaq hərəkətini pislədilər. Yəzid Abdullaya
dedi: «İstəyirsən, atanın məktubunu sənə göstərim... Sonra çıxarıb
Abdullaya verdi.»(Yuxarıdakı məktub onun xülasəsidir).
137
Peyğəmbər(s) buyurdu:
«Biz Allah tərəfindən gəlmişik və Allaha tərəf də
qayıdacağıq. İlahi, mən bunu (sənin yolunda olduğundan)
qəbul edərək sənin fərmanına təslim oluram və sənin
dərgahından səbir və dözüm istəyirəm».
Fatimə(s.ə)-ni incidən şəxslərin əzabı.
Qiyamət günü mühakimə edilib haqqında hökm
veriləcək ilk şəxs Əli(ə.s)-nin övladı Möhsin(ə.s)-in
qatilləri olacaqdır. Onun qatilləri və Qunfuz barədə hökm
olunacaq. Onları məhşər ayağına çəkib yanar qırmanclarla
vuracaqlar. Əgər o qırmanclardan biri bütün dəryalara
düşsə, dəryalar qaynayar. Əgər o qırmancı dünyanın bütün
dağlarına vursalar, dağlar yanıb kül olar.
Müfəzzəl ibn Ömər İmam Sadiq(ə.s)-dən belə nəql
edir ki, qiyamət günü həzrəti-Xədicə(s.ə) və Əli(ə.s)-nin
anası Fatimə binti Əsəd(s.ə) Möhsini götürüb nalə çəkərək
ağlayarlar. Anası Fatimə(s.ə) («Quran»ın bu ayələrini)
oxuyar:
«Bu, sizə vədə verilən gündür». («Ənbiya», 104)
«Həmin gündür ki, hər bir şəxs xeyr əməlinin
bəhrəsini görər və pis əməllərindən uzaq düşməyi
istəyər.» («Ali=İmran», 30)
Bu vaxt İmam Sadiq(ə.s) elə ağladı ki, göz yaşları
mübarək saqqalını islatdı. Sonra byurdu: «Aydın olmasın o
göz ki, bu müsibəti eşidəndə ağlamaya».
Qiyamətdə Əli(ə.s)-nin xəzinəsi
Peyğəmbər(s) Əli(ə.s)-yə buyurmuşdu:
«Sən behiştdə xəzinə sahibisən, sən behiştin iki
budağının sahibisən.» («behiştin iki budağı» deməkdə
məqsədi behiştin bəzəyi olan Həsən və Hüseyn(ə.s)-dir)
Şeyx Səduq yazır: «Bəzi tarixçilərdən eşitmişəm ki,
«xəzinə» dedikdə burada Fatimə(s.ə)-nin qapı və divar
138
arasında qalıb əzilməsi nəticəsində siqt olan övladı Möhsin
nəzərdə tutulmuşdur. Həmin ustad dəlil olaraq bu faktı
qeyd etmişdi ki, insanın siqt olunmuş uşağı ciddi və
qəzəbli halda behişt qapısında dayanıb içəri keçməz. Ona
deyirlər: «Behiştə daxil ol!» O cavab verər ki, atam və
anam məndən qabaq behiştə daxil olmamış mən behiştə
daxil olmaram».
Sünni alimi Nəzzamın yazdıqları.
Seyyid Mövlana Mirhamid Hüseyn Hindi «Əbəqatül-
ənvar» kitabında sünni alimlərindən olan Sənahəddin
Səfədinin yazdığı «Ənvari bil-vəfiyyat» kitabında Əbu
Ömər və Cahizin ustadı olan Nəzzamın
59
həyatından bəhs
edən belə bir hadisəni qeyd edir: «Peyğəmbər(s) açıq-
aydın buyurmuşdu ki, imamət məqamı Əli(ə.s)-yə
məxsusdur. O, Əli(ə.s)-ni bu məqama təyin etmişdi.
Səhabənin hamısı bundan xəbərdar idi, lakin Ömər bunu
Əbu Bəkrin xatirinə hamıdan gizli saxlamışdı». Nəzzam
sözünü davam edərək yazır: «Ömər Əbu Bəkrin beyət
mərasimi günü Fatimə(s.ə)-nin böyrünə zərbə ilə vurdu.
Onun təsirindən də Fatimə(s.ə)-nin bətnində olan
(Peyğəmbər(s)-in qabaqcadan adını qoyduğu) körpəsi siqt
oldu».
Hübarın öldürülməsi barədə Peyğəmbər(s)-in
hökmü.
Məşhur sünni alimi İbn Əbil Hədid «Şərhi Nəhcül-
bəlağə» kitabında yazır: «Hübar ibn Əsvəd adlı bir şəxs
dəvəyə minmiş Peyğəmbər(s)-in qızı Zeynəbi nizə ilə
qorxutmuşdu. Bu da Zeynəbin bətnində olan uşağın siqt
olmasına bais olmuşdu. Məkkəni fəth edəndə (hicrətin
59
Mötəzimlərin tanınmış natiqi, islamın böyük alimi Nəzzam adı ilə
məşhurlaşmış İbrahim ibn Səyyar Bəsri (vəfatı 835-845 h.ç., təxm.
1443-cü il miladi.)
Dostları ilə paylaş: |