Microsoft Word Beytul-Ehzan Xanim Fatimenin heyati Qadinlar biz doc



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə4/55
tarix02.12.2017
ölçüsü4,51 Kb.
#13562
1   2   3   4   5   6   7   8   9   ...   55

 
15 
yaxşılar  və  xeyirxahlar  sərhəddindən  çox-çox  yuxarılara 
qalxmısan.    «Mən  xaçpərəst  müstəmləkəçilərin  əsarəti 
altında    olan  sahili  fəth  etmişəm»,-deyib  çox  da  öyünmə. 
Çünki  bu  əsarət  altında  olmuş  sahillə  Ədən  arasında  çox 
böyük fərq vardır (sahil hara, Ədən hara?). Sən əgər cihad 
etmək  istəyirsənsə,  qılıncını  Allahın  vacibat  və  sünnəsini 
tapdayan  tayfaya  qarşı  çək.  Öz  qılıncınla  Allah  evini 
(Məkkəni)  murdar  və  Bəni-Davud  tayfası  kimi  alçaq 
qəbilələrdən  təmizlə.  Demə  ki,  onlar  Fatimə(s.ə)-nin 
övladlarıdır  və  onlarla  döyüşmürəm.  Çünki  bu  oğru  və 
quldur  seyyidlər  Əbu  Süfyan  ailəsi  ilə  əlaqə  yaratsalar, 
İmam Həsən(ə.s)-i öldürmək üçün belə əlbir olarlar.» 
Elə  ki  İbn  Üneyn  bu  qəsidəni  yazıb,  Yəmən 
hökmdarına  göndərdi,  yuxuda  görıdü  ki,  Kəbənin 
kənarındadır.  Həzrəti-Fatimə(s.ə)  də  ordadır  və  Kəbəni 
təvaf  edir,  yəni  Kəbə  ətrafına  dövrə  vurur.  Qabağa  gəlib 
salam  verdi.  Lakin  həzrəti  Fatimə(s.ə)  onun  cavabını 
almadı.  Ağlayıb  acizanə  o  Həzrətə  ərz  etdi  ki,  mənim 
günahım  nədir  ki,  salamımı  almadın?  Həzrəti-Zəhra(s.ə) 
ibn  Üneynə  şerlə  cavab  verdi.  Həmin  şerin  məzmunu 
təqribən belədir:  
«Fatimə(s.ə)-nin 
bütün 
övladlarının 
alçaq 
və 
ləyaqətsiz  olması  qeyri-mümkündür.  Lakin  ruzigar  məkr, 
hiylə ilə bizə  zülm və pislik etdi. Əgər övladlarımdan biri 
ləyaqətsizlik  edərsə,  sən  qəsdən  onların  hamısına  nalayiq 
sözlər deməməlisən. Get, öz əməlindən tövbə et. Çünki hər 
kim  bizə  pislik  edib  sonra  qayıdıb  tövbə  etsə,  Allah-təala 
onu  bağışlayar.  Babaları  həzrəti-Mustafa(s)-nın  xatirinə 
onları  əzizlə.  Onun  ailəsindən  olan  şəxsi  incidib  təhqir 
etmə.  Həzrəti-Rəsul(s)-un  ailəsindən  sənə  hər  nə  yetişsə, 
qiyamət  günü  onun  mükafatını  bizimlə  görüşəndə  
alacaqsan». 
 
16 
İbn  Üneyn  deyir  ki,  bu  halda  ağlaya-ağlaya  vahimə 
içində  yuxudan  ayıldım,  başa  düşdüm  ki,  həzrəti-
Siddiqeyi-Tahirə(s.ə)-nin  bərəkəti  sayəsində  bədənimin 
bütün  yaraları  sağalmışdır.  Dərhal  tövbə  etdim.  Dediyim 
sözlərdən  peşman oldum. Sonra üzrxahlıq əvəzi  olaraq bu 
şeri yazdım. Şerin məzmunu belədir:  
«Bəşəri 
haqqa 
hidayət 
etmək 
üçün 
gəlmiş  
Peyğəmbər(s)-in  qızının  hüzurunda    üzr  istəyirəm  ki, 
cinayət  edən  günahkarın    günahından  keçsin.  Öz 
dediklərimi  geri  götürərək  danışdığım  sözlərdən  tövbə 
edirəm.  Bundan  sonra  Allaha  and  olsun  ki,  əgər  onlardan 
biri (Fatimə(s.ə.)-nin övladlarından) məni qılıncla tikə-tikə 
doğrasa  belə,  onun  bu  hərəkətini  nalayiq  bilmərəm. 
Əksinə, bunu ləyaqətli bir əməl təki qəbul edərəm». 
İkinci hissə 
Həzrəti-Zəhra (s.ə)-nın fəzilətləri. 
 «Kisa»
4
  və  «Mübahilə»
5
  əhlindən  biri    sayılan 
Fatimə(s.ə)  ən  çətin  dövrdə  Allah  yolunda  hicrət  edən,  
şərəfinə  «Təthir»  ayəsi  nazil  olan  şəxsiyyətlərdəndir. 
Cəbrayıl  da  onlarla  birgə  ağlamasına  fəxr  etmişdi.  Allah-
təala  onların  paklıq  və  doğruluğuna  şəhadət  vermişdir.  O, 
İmamların anası olmaqla  yanaşı,  Peyğəmbər(s)-in nəslinin 
ondan  doğulub  qiyamətə  kimi  davam  edəcək  yadigarıdır. 
                                                
4
 «Kisa» sözünün mənası Peyğəmbər(s)-in Əli(ə.s), 
Fatimə(s.ə),Həsən(ə.s)və Hüseyn(ə.s)  ilə birgə bir əbanın altına 
yığışmasıdır. Elə bu halda Cəbrayıl nazil olub beş nəfər Ali- əban(ə.s)-
ın şəninə «Təthir» ayəsini («Əhzab», 33) gətirmişdi: «Allah-təala  tam 
surətdə  istəyir ki, hər cür pisliyi siz Əhli –beytdən uzaq etsin və sizi 
pak-pakizə saxlasın.» 
5
 «Mübahilə» sözünün mənası məsihi alimləri ilə Peyğəmbər(s) 
arasında baş vermiş dua və nifrindir ki, Allah-təala haqsız və batil 
insanları öz əzabına düçar etmək istəyirdi.Bu mətləb «Ali-İmran» 
surəsinin 61-ci  ayəsində vurğulanmışdır. 


 
17 
Bu  nurlu  vücud əvvəldən  axıra  hər  iki dünya qadınlarının 
xanımıdır. 
O, 
sözündə 
və 
danışığında 
həzrəti-
Mühəmməd(s)-ə  ən  çox  oxşayan  şəxs  idi.  Onun  əxlaq  və 
həyat  tərzi  Rəsuli-əkrəm(s)-in  həyat  tərzi    və  əxlaqını  
xatırladırdı.  Yerişi  sanki  Peybəmbər(s)-in  yerişi  idi.  O, 
həmişə  atasının  yanına  gələndə    Rəsuli-əkrəm(s)  qızını  
mehribanlıqla  qarşılayar,  əlindən  öpər,  nə  zaman  behişt 
ətrini duymaq istəsə idi, onu iyləyər və buyurardı:  
«Fatimə  bədənimin  parəsidir.Kim  onu  sevindirsə, 
məni sevindirib, kim ona pislik etsə, mənə pislik edibdir».  
«Fatimə mənə hamıdan əzizdir». 
Peygəmbər(s)-in 
Fatimə(s.ə)-yə 
olan 
sonsuz 
məhəbbətini  ifadə  etdirən  «ya  həbibətə  əbiha»-kimi 
kəlamlarını  misal  göstərmək  olar  ki,    bu  da  «ey  atasının 
dostu və məhbubu» mənasındadır. 
Təbəri Şiyi İmam Baqir(ə.s)-ə,  İmam da öz Cəddinə 
əsaslanaraq   Fatimə(s.ə)-nin dilindən belə nəql edir ki,  bir 
gün Allahın Rəsulu(s) mənə belə xitab etdi:  
«Ey  atasının  dostu  və  məhbubu!  Hər  bir  məstedici 
haramdır və hər bir məstedici şərab sayılır». 
Allah üçün dostluq. 
Xatırladaq  ki,  Allaha  daha  yaxın  olan  insanlar  öz 
övladlarını,  yaxın  qohum-əqrəba  və  dostlarını  instinktiv 
olaraq sevməmişlər, əksinə, onlar hər cür nəfsani, eləcə də 
qeyri-insani  hisslərdən  uzaq  olmuşlar.  Belə  şəxslərin 
məhəbbəti  ixlas  üzündən,  habelə  Allaha    görə  olmuşdur. 
Allahdan  digərinə  olan  sevgiləri  isə    elə  yenə  də  Allahın 
özünə  qayıdır  və  Allaha  xatir  olur.  Məhz  buna  görə  də 
həzrəti-Yəqüb(ə.s)  Yusif(ə.s)-i    başqa  övladlarından  daha 
çox sevirdi.  Nəticədə,  Yəqub(ə.s)-un o biri övladları onun 
Yusif(ə.s)-i  nə    səbəbə  belə    çox  sevdiyindən  xəbərsiz 
olduqları  üçün  pis  fikirlərə  düşmüşdülər.  Onu  yolunu 
 
18 
azmış 
kimi 
qələmə 
verib, 
həmişə 
deyinirdilər: 
«Yəqub(ə.s)-un  bu    məhəbbətinə  biz  layiqik,  çünki  dünya 
işlərini  yerinə  yetirməkdə    biz  ondan(Yusifdən)  daha 
bacarıqlı və daha güclüyük
6
». 
Amma  Yəqub(ə.s)-un  Yusif(ə.s)-ə  olan  məhəbbəti 
maddi səbəblər üzündən deyil, əksinə, Allahın Yusif(ə.s)-i 
sevdiyinə  və  onu  qardaşlarının  arasından  seçəcəyinə  görə 
idi. Yəqin ki, Allahın sevimlisi onun Peyğəmbər(s)-inin də 
məhbubu, sevimlisi olacaqdır. 
Kuleyni Məhəmməd ibn Sənandan belə nəql edir: 
Bir  gün  İmam  Cavad(ə.s)-a  müsəlmanlar  arasında 
baş vermiş ixtilaflı bir mövzu barədə söhbət açdım.  O da 
mənim cavabımda  belə  buyurdu: «Ey Məhəmməd! Bil ki, 
Allah-təala    həmişəki  kimi  yeganə  və  misilsizdir.  Ondan 
sonra  Mühəmməd(s),  Əli(ə.s)  və  Fatimə(s.ə)-nin  nurunu 
yaratdı.  O pak üç nur min  illərlə beləcə qaldı.  Daha sonra 
Allah-təala  bütün    mövcudatı    xəlq  edərək  onları 
məxluqatın  yaradılışına    şahid  etdi.  Bütün  yaradılmışların 
arasında  yalnız  onlara  itaət  etməyi  buyurdu,  məxluqatın 
bütün  işlərini  onlara  həvalə  etdi.  Beləliklə,  onlar 
(Mühəmməd  (s),  Əli(ə.s),  Fatimə  (s.ə))  istədikləri  şeyi 
halal və haram  edə  bilərlər. Lakin onu da bilmək lazımdır 
ki,  bu  üç  müqəddəs  vücud  Allahın  istədiyini    istər,  onun 
qəbul etmədiyini sevmək və ya Allah istəyəndən başqa heç 
nəyi  istəməzlər.  Bu,  dinin  mahiyyətidir.  Kim  tələsib 
qabağa  keçsə,  yolunu  azar.  Hər  kim  də  arxaya  qalıb  ləng 
tərpənsə,    həlak  olar.  Yalnız  din  ilə  yanaşı  addımlayan  
onunla bir haqqa yetişər. Ey Məhəmməd, bu sözü öyrən və 
əzbərlə». 
Müəllif  yazır:  «Bu  şərif  hədisdə  Fatimə(s.ə)-nin 
İlahinin  məxluqatın bütün işlərini həvalə etdiyi şəxslərdən 
                                                
6
  «Yusif»surəsinin 8-ci ayəsində bu mətləbə işarə olunmuşdur. 


Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə