Microsoft Word Beytul-Ehzan Xanim Fatimenin heyati Qadinlar biz doc



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə8/55
tarix02.12.2017
ölçüsü4,51 Kb.
#13562
1   ...   4   5   6   7   8   9   10   11   ...   55

 
31 
Dedi:  
  «Allah-təala  imkanlı  şəxslərə  Kəbənin  həccini 
vacib etdi». («Ali-İmran»,97) 
Onun Məkkəyə getdiyini bilib dedim:  
– Karvandan nə vaxt ayrı düşmüsən? 
 «Biz göyləri və yeri və yerin   altında olanları altı 
günə yaratdıq». («Qaf», 39) 
Ayədən  məlum  oldu  ki,  altı  gündür,  karvandan  ayrı 
düşüb. Sual etdim:  
– Yemək istəyirsənmi? 
  «Biz  onları  yemək  yeməyən  cəsədlər  tək 
yaratmadıq».  
Ənbiya», 8) 
Başa düşdüm ki, acdır. Dedim: 
– Tələs, tez gəl. 
  «Allah-təala  heç  kimin  boynuna  gücündən  artıq 
yük qoymaz». («Bəqərə», 286) 
İndi  də  yorulub,  yeriməyə  taqəti  olmadığını  anlayıb 
dedim:  
– Gəl dəvəyə min, arxada əyləş. 
  «Əgər  yerdə  və  göydə  yeganə  Allahdan  başqa 
allahlar  olsaydı,  yer-göy  bir-birinə  dəyərdi».  («Ənbiya», 
22) 
Demək,  mənimlə  birgə    dəvədə  oturmağa  həya  edir. 
Dəvədən düşüb onu təkcə mindirdim. Elə ki dəvəyə mindi, 
dedi:  
  «Pak  və  münəzzəhdir  o  Allah  ki,  bunu  bizə  müti 
etdi
13
». («Zuxruf», 13) 
Karvana çatan zaman ondan soruşdum:  
– Karvanda sənin qohum-əqraban varmı? 
Dedi:  
                                                
13
 Müti, yəni itaət edən, tabe olan. 
 
32 
  «Ey  Davud,  biz  səni  Yer  üzündə  öz  xəlifəmiz 
etdik(qərar verdik)». («Sad»,26) 
   «Mühəmməd  Peyğəmbərdən  başqa  bir  şey 
deyildir». Ali-imran», 144) 
 «Ey Yəhya, kitabı möhkəm tut». Məryəm», 12) 
«Ey Musa, mənəm Allah». («Qəsəs», 30) 
Başa  düşdüm  ki,  karvanda  ona  qohum  olan  Davud, 
Mühəmməd, Yəhya və Musa adında şəxslər vardır. Onları 
çağırdım. Dörd nəfər cavan o qadına tərəf gəldilər. Ondan 
soruşdum: 
– Bunlar sənin nəyindir? 
  «Mal  və  övlad  dünya  həyatının  bəzəyidirlər». 
(«Kəhf», 46) 
Məlum  oldu  ki,  onlar  qadının  övladlarıdır.  Əzizləri 
qadının yanına gələndə o dedi:  
  «Ey  ata,  onu  qulluğa  götür.  Çünki  yaxşı  bir 
insanı  qulluğa  götürürsən.  O,  qüvvətli  və  əmin  bir 
şəxsdir». («Qəsəs», 26) 
Qadın  bununla  onlara  deyir  ki,  mənim    muzdumu 
versinlər.Onlar  mənə  bir  miqdar  pul  verdilər.  Əmn 
onlardan soruşdum:  
– Bu xanım kimdir? 
Dedilər:  
–  Bu  qadın  həzrəti-Zəhra(s.ə)-nın  kənizi,  bizim 
anamız  Fizzədir.  O,  iyirmi  ildir  ki,  Quran  ayələrindən 
başqa bir söz danışmır.
14
 
Həzrəti-Zəhra(s.ə) və onu sevənlərin fəziləti, 
behiştdəki məqamları. 
                                                
14
 Fizzə «Növbə» əhlindən idi. Sonralar Əli(ə.s.)-nin evinə gəlib 
həzrəti Zəhra(s.ə.)-nın kənizi olmuşdu. Beləliklə, onun gözəl 
əxlaqından bəhrələnmiş və böyük məqama yetişmiş, Fatimə(s.ə.)-nin 
ailə üzvlərindən biri olmuşdu. 


 
33 
Əbu Cəfər Təbəri «Bəşarətül Mustafa» adlı kitabında 
Həmmam Əbi Əlidən belə nəql edir:  
Bir gün Kəbul Əhbardan soruşdum: 
 –  Əli  ibn  Əbitalib(ə.s)-in  dostları  barədə  fikriniz 
nədir? 
O dedi: 
–  Mən  onların  «Quran»da  vəsfini  tapmışam.  Onlar 
Allahın  hizbi
15
,  İslamın  köməkçiləri,  Allah  vəlisinin 
ardıcılları,  insanlar  arasında  Allahın  alicənab  və  seçilmiş 
bəndələridirlər.  Allah-təala  onları  öz  dini  üçün  seçib, 
behişti  onlar  üçün  yaratmışdır.  Behiştdə  Firdovsi-Əlada 
şəffaf  mirvari  dənəsindən  və  ləl  cəvahirdən  düzəldilmiş 
otaqlarda  yaşayarlar.  Onlar  müqəddəs  şəxsiyyətlərin 
arasındadırlar.  Belə  şəxslər  hələ  əl  dəyməmiş  içkilərdən 
içərlər.  Bu  içki  onlara  məxsus  «Təsnim»  adlı  bulağın 
suyundandır. «Təsnim» Allah-təalanın həzrəti-Fatimə(s.ə)-
yə  əta  etdiyi  bulaqdır.  Bu  bulağın  mənbəyi  qübbəsi 
soyuqluqda kafur, dadı zəncəfil, iyi isə müşk kimi olan bir 
sütunun  dibindədir.  O  bulaq  arxlara  axar,  Fatimə(s.ə)-nin 
dostları da ondan içərlər. Bu qübbənin dörd sütunu vardır. 
Onun  bir  sütunu  da  yaşıl  zümrüddəndir.  Həmin  sütunun 
dibində  isə  təhur  və  baldan  olan  şərabla  dolu  daha  iki 
bulaq  vardır.  Bu  çeşmələrdən  hər  biri  behiştin  aşağı 
hissəsindən  axır.  Təkcə    Təsnim  çeşməsi  cənnətin  yuxarı 
başında  axır.  Onun  suyundan  yalnız  behiştin  xüsusi 
adamları içəcəklər. Onlar Əli(ə.s)-nin dostlarıdırlar. Budur, 
Allah-təalanın «Quran»da buyurduğu kəlamın təfsiri:  
  «Onlar  ağzı  bağlı  əl  dəyməmiş  şərabla  sirab 
olarlar.  O  elə  bir  çeşmədir  ki,  ondan  yalnız  Allahın  ən 
yaxın adamları içəcəklər.»(«Mutəffifin», 25-28) 
                                                
 
18 Hizb- zümrə, hissə, qism. 
 
34 
Sonra Kəbul Əhbar dedi: «Allaha and olsun, Əli(ə.s)-
nin  dostlarını  ancaq  Allahın  əhdü-peyman  bağladığı 
şəxslər sevir». 
Əbu  Cəfər  Təbəri  yuxarıdakı  rəvayəti  nəql  edəndən 
sonra  yazır  ki,  Peyğəmbər(s)  və  onun  Əhli-beyti(ə.s)-ni 
sevənlərin,  bu  hədisi  qızıl  suyu  ilə  yazmağına  dəyər. 
Onların behiştin bütün ali dərəcələrinə əlləri çatacaqdır. Bu 
rəvayət əhli-təsənnündən də nəql olunmuşdur. 
Salmanın sualına cavab. 
Təbəri  öz  «Bəşarətül-Mustafa»  kitabında  «Kənz» 
adlı  mənbəyə  istinad  edib  Əbuzərin  dilindən  nəql  edərək 
belə yazır: 
 Peyğəmbə  (s)-in  yanında  idim,  Bilal  Həbəşi  və 
Salman  da  Allahın  Rəsulunu  ziyarətə  gəlmişdilər.  Bu 
zaman  Salman  qəfildən  həzrəti-Mühəmməd(s)-in  ayağına 
düşüb  onun  mübarək  ayaqlarından  öpdü.  Peyğəmbər  (s) 
onu bu işdən çəkindirib buyurdu:  
–  Ay  Salman,  əcəmlərin  şahları  üçün  etdiklərini 
mənə  qarşı  etmə.  Mən  Allahın  bəndələrindənəm  və  
bəndələr kimi də yeyib-içirəm. 
 Salman söylədi: 
      – Ey mənim ağam, istəyirəm,  mənə həzrəti-Zəhra(s.ə)-
nın qiyamətdəki fəzilətindən xəbər verəsən. 
Peyğəmbər (s) gülərüzlə ona baxıb buyurdu:  
– Canım əlində olan Allaha and olsun ki, Fatimə (s.ə) 
həmin  qadındır  ki,  dəvəyə  minərək  məhşər  ərsəsindən 
gəlib  keçər.  Onun  mübarək  başı  Allah  qorxusundan  bir 
görüntü, gözləri isə Tanrı nurundandır. Cəbrayıl o dəvənin 
sağında,  Mikayıl  solunda,  Əli  (ə.s)  qabağında,  Həsən  və 
Hüseyn  (ə.s)  arxasınca  gələrlər.  Allah-təala  onun 
qoruyucusudur.  Məhşər  səhnəsindən  keçən  zaman  Allah-
təala tərəfindən nida gələr:  


Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə