68
lığında ilk dəfə olaraq professor X.Məmmədovun tə-
şəbbüsü ilə elmi dövriyyəyə daxil edilmişdir.
Məlumdur ki, uzun illər, xüsusi ilə də keçmiş
sovet rejimi dövründə xalqımızın istiqlal mübarizəsi-
nin öndərləri, onların həyat və fəaliyyətləri ayrıca təd-
qiqat işinin obyekti olmamış, əksinə, bəzi yazılarda
onlara «xalq düşmənləri», «pantürkist», «panisla-
mist», «burjua millətçi» « adları verilərək ictimai qı-
naq yerinə çevrilmişlər. Həyatlarını öz xalqının xoş-
bəxt gələcəyi uğrunda əsirgəməyən bu insanların hə-
yat və fəaliyyətlərinin öyrənilməsi XX yüzilliyin 90-
cı illərindən sonra başlanmış və bu tədqiqat işi müəlli-
fin Azərbaycanın ictimai fikrinə həsr olunmuş ən gör-
kəmli əsərlərdən biri kimi qiymətləndirilir.
Müəllifin fikrincə «Aydınlarımızın istiqlal
mücadiləsi» əsərinin sonunda göstərilir ki, XIX yüzil-
liyin sonları - XX yüzilliyin əvvəllərində «Azərbay-
can milli hərakatında ziyalıların rolunun tədqiq edil-
məsi, istiqlal mübarizəsinin liderləri Ə.Hüseynzadə-
nin, Ə.Ağaoğlunun, Ə.Topçubaşovun, M.Rəsulzadə-
nin və digər siyasi xadimlərin həyatlarının və ictimai
siyasi fəaliyyətlərinin öyrənilməsi... bu böyük tarixi
şəxsiyyətlərin çox zəngin, ictimai, siyasi, elmi- publi-
sistik fəaliyyətlərinin tədqiq edilməsi həm tariximizin
«ağ səhifələri»nin öyrənilməsinə xidmət
69
edəcək, həm də onların zamanın və məkanın hüdudla-
rını aşan irsinin öyrənilməsi tarix elmimizin milli--
məfkurə işığında obyektiv təhlil edilməsində örnək
rolunu oynayacaqdır».
Doğrudan da yaxın keçmiş və müasir reallıq-
lar müəllifin bu fikirlərinin nə qədər doğru olduğunu
bir daha təsdiq etdi. Çox qısa bir vaxtda nəinki tarixçi
alimlər, hətta ictimai elm sahələrinin başqa tədqiqat-
çıları tərəfindən də bu tarixi şəxsiyyətlərin ictimai-si-
yasi fəaliyyətləri, elmi-nəzəri və publisistik yaradıcı-
lıqları, bütövlükdə onların maarifçilik ideyaları tədqiq
edilib, hərtərəfli öyrənilərək yeni nəslə çatdırılması
istiqamətində yüzlərlə elmi-tədqiqat işləri yazılaraq
insanların istifadəsinə verildi.
Professor X.Məmmədovun yaradıcılığında
onun 2005-ci ildə nəşr etdirdiyi «Azərbaycan xalqının
milli istiqlal mübarizəsi» (XIX yüzilliyin sonları - XX
yüzilliyin əvvəlləri.) adlı əsəri də xüsusi yer tutur.
Mütəxəssislər tərəfindən çox yüksək qiymətləndirilən
bu əsərin xalqımızın milli istiqlal mübarizəsinin öyrə-
nilməsi tarixində özünə məxsus yeri var. Azərbaycan
tarixşünaslığında müəllif ilk dəfə olaraq bu əsərdə
milli istiqlal mübarizəsini aşağıdakı kimi dövrləşdir-
məklə bu təkamülü belə bir ardıcıllıqla vermişdir:
Maarifçilik, sosial - demokratçılıq, islamçılıq, türkçü-
lük və istiqlalçılıq.
70
Əsərdə maarifçilik və anadilli mətbuatımızın
yaradılmasından başlanan milli azadlıq hərəkatının
inkişafı, Azərbaycan Xalq Cümhuriyyətinin yaranma-
sınadək olan böyük milli azadlıq mübarizəsinin bütün
dövrləri əsaslı şəkildə tutarlı elmi mənbələr əsasında
tam işıqlandırılmışdır. Bu əsərdə ilk dəfə olaraq
X.Məmmədov Azərbaycan xalqının milli azadlıq hə-
rəkatını keçmiş sovet tarixşünaslığında verilmiş yan-
lış izahını elmi əsaslarla rədd etmiş və bu səbəbdən
ilk dəfə olaraq çoxsaylı arxiv materiallarını elmi döv-
riyyəyə cəlb etmək zəruriyyətinin öhdəsindən layiqin-
cə gəlməyə müvəffəq olmuşdur.
Üç fəsildən ibarət olan bu əsər Azərbaycanda
milli azadlıq hərəkatı tarixinin öyrənilməsinə həsr
olunmuş ilk obyektiv, sanballı elmi tədqiqat işlərin-
dən biri olmaqla Azərbaycan xalqının milli hərəkat
tarixinin ilkin oyanış mərhələsi»ndən başlayaraq xal-
qımızın tarixdə öz müstəqilliyini ikinci dəfə elan etdi-
yi 1991-ci ilin 18 oktyabrına kimi olan dövrün tam el-
mi nəzəri təhlilini vermişdir. Doğrudur, müəllif Azər-
baycan milli azadlıq hərəkatını əsasən aşağıdakı 3
dövrə bölərək; 1875-1905-ci illər, 1905-1914-cü illər,
1914-1918-ci illər üzrə təsnifləşdirdiyini bildirsə də,
faktiki olaraq əsərin mətnindən öz əbədi və möhtəşəm
bayrağı ilə dan yeri kimi dalğalanan ümummilli lide-
rimiz Heydər Əliyevin memarı
71
olduğu müasir, müstəqil Azərbaycan Respublikasının
bugünkü əzəmət və vüqarı adamın gözləri önündə
tam siması ilə canlanır.
Tədqiqatlardan aydın olur ki, XXI yüzilliyin
əvvəllərindən başlayaraq X.Məmmədovun elmi araş-
dırmalarında onun ikinci bir möhtəşəm yaradıcılıq is-
tiqaməti və yolu formalaşmağa başlayır. Bu da alimin
xalqımıza qarşı ermənilərin əsassız ərazi iddiaları,
Azərbaycanlıların və türklərin soyqırımları, deportasi-
yalar və digər məsələlərə həsr olunmuş sistemli yazı-
larının məntiqi nəticəsi kimi meydana gəlmişdir.
«Türkiyədə və Azərbaycanda erməni millətçilərinin
cinayətləri» və «Erməni iddiaları və azərbaycanlıların
soyqırımı» əsərləri bu cəhətdən xüsusi elmi əhəmiy-
yətə malikdir. Qeyd etmək vacibdir ki, Azərbaycanın
siyasi birliyi, suverenliyi və ərazi bütövlüyünün qo-
runması, düşmənə, xüsusilə də 300 ildən artıq xalqı-
mıza qarşı qənim kəsilmiş erməni cəlladlarının törət-
dikləri qanlı cinayətlərə gənclərdə nifrət hissi tərbiyə-
si bu əsərlərin əsas mahiyyətini təşkil edir.
«Erməni iddiaları və azərbaycanlıların soyqırı-
mı» əsəri aşağıdakı problemlər üzrə işlənmişdir-tarixi
həqiqətlər faktların və rəqəmlərin dili ilə, erməni mil-
lətçilərinin Azərbaycana qarşı əsassız iddiaları, ermə-
ni məsələsi necə yarandı, XX əsrin əvvəllərində ermə-
ni millətçilərinin
Dostları ilə paylaş: |