Microsoft Word Bio mv az -aq doc



Yüklə 3,58 Kb.
Pdf görüntüsü
səhifə19/52
tarix17.11.2017
ölçüsü3,58 Kb.
#10843
növüDərslik
1   ...   15   16   17   18   19   20   21   22   ...   52

 
48
3. Örtük toxuması hüceyrələrinin hansı xüsusiyyəti onun müdafiə funksiyasını tə-
min edir: 
A) Uzunsov forma və nüvənin olmaması  B) Nüvənin olması və nazik qılaf 
C) Hüceyrələrin sıx yerləşməsi, qalınlaşmış qılaf 
4. Mexaniki toxumanın hüceyrələri: 
A) 
Liflər
       B) Mərciməklər        C) Ağızcıqlar 
5. Törədici toxuma aşağıdakı funksiyaları yerinə yetirir: 
A) 
Bitkilərin
 tənəffüsü    B) Bitkilərin böyüməsi   C) Zədələrdən müdafiə 
 
“Fəaliyyət” blokunda verilmiş praktik tapşırığı yerinə yetirmək üçün bitki buda-
ğını 2–3 gün əvvəl rənglənmiş suya qoymaq lazımdır. Dərs zamanı  şagirdlər 
tapşırıqdakı göstərişləri həmin budaqlarla yerinə yetirməlidirlər. Zoğda eninə  və 
uzununa kəsiklər apardıqdan sonra şagirdlər gördüklərini təsvir edirlər. 
 
Müəllim  şagirdləri  əsas toxumanın növləri, quruluşu və funksiyaları ilə tanış 
edir.  İzahat zamanı  dərsliklə yanaşı, toxumanın xüsusiyyətlərini  əks etdirən digər 
resursların – videomaterial, prezentasiya, mikrofotoşəkillər və s.-nin istifadəsi 
məqsədəuyğundur. Şagirdlər müəllim ilə birlikdə ötən dərsdə istifadə etdikləri cəd-
vəli doldurur, ötürücü, əsas və ifrazat toxumalarının xüsusiyyətlərini qeyd edirlər.
   
 
Toxuma Harada 
yerləşir Funksiyası Hüceyrələrin xüsusiyyətləri 
 
 
 
 
 
 Bu tapşırığın 3 işarədən ibarət cavabını şagirdlər dəftərdə yazırlar (1 – Ç – II;    
2 – C – III; 3 – A – I; 4 – B – V, 5 – D – IV). 
“Öyrəndiklərinizi yoxlayın” hissəsində verilmiş tapşırıqların cavabları belədir:  
1. a) örtük    b) əsas     c) ifrazat     d) törədici    e) ötürücü 
 
Qiymətləndirmə meyarları: 
Təsviretmə 
Zəif
 
Orta
 
Yüksək
 
Bitkilərdə ötürücü, əsas və if-
razat toxumalarının quruluşu-
nu müəllimin köməyi ilə 
təsvir edir.  
Bitkilərdə ötürücü, əsas və if-
razat toxumalarının quruluşu-
nu təsvir edərkən kiçik səhv-
lərə yol verir. 
Bitkilərdə ötürücü, əsas və if-
razat toxumalarının quruluşu-
nu ətraflı təsvir edir. 
 
 


 
49
Dərs 15 / Mövzu 14:
 HEYVAN TOXUMALARI 
 
 
 
 
 Mətnlə tanış olduqdan sonra müəllim bitki toxumalarını yada salmaq üçün bir 
neçə sual verə bilər. Məsələn,  “Toxuma nədir?”, “Bitkilərdə hansı toxumalara rast 
gəlinir?”, “Onlar hansı funksiyaları yerinə yetirir?” və s.  
Mətndən sonrakı suallar müzakirə oluna bilər. Müəllim şagirdləri müvafiq suallarla 
bitki və heyvan toxumalarının ilk növbədə yerinə yetirdikləri funksiyalara görə 
fərqləndikləri nəticəsinə yönəldir.
 
Bundan başqa, bitki və heyvan hüceyrələri öz 
quruluşuna görə də fərqlənir. Bu səbəbdən də bitki toxumaları heyvan toxumaların-
dan həm quruluşuna, həm yerləşməsinə, həm də funksiyalarına görə fərqlənir.  
Müzakirələrdən sonra müəllim lövhədə belə bir sxem tərtib edə bilər.  
 
 
 
Bitki və heyvan örtük toxumalarını müqayisə edərkən  şagirdlər onların oxşar 
və  fərqli cəhətlərini qeyd edirlər. Bu işi bütün siniflə Venn diaqramında yerinə 
yetirmək mümkündür.
 
 
Paraqrafın nəzəri materialı ilə tanışlıq bir neçə üsulla aparıla bilər:
 
1) “Fasiləli oxu”. Mətn abzaslarla oxunur və hər birinin məzmunu müzakirə olu-
nur.  Fasilələr zamanı müəllim şagirdlərə qabaqcadan hazırlanmış müxtəlif suallar 
verir? Məsələn, “Toxumada hüceyrələr bir-biri ilə necə birləşir?”, “Epiteli 
toxumasının quruluşu necədir və bu toxuma hansı funksiyaları yerinə yetirir?”, 
“Birləşdirici toxuma hansı funksiyaları yerinə yetirir?”, “Birləşdirici toxumanın 
hansı növləri var” və s.  
Alt
 
STANDARTLAR
1.1.2. Canlıların quruluşunu təsvir edir.
2.1.1. Bioloji proseslərin xüsusiyyətlərini sadalayır.
 
 
 
Dərsin
 
MƏQSƏDİ
 
  Heyvan toxumalarını təsvir edir. 
  Heyvan və bitki toxumalarını fərqləndirir. 
  Toxumaların yerinə yetirdiyi funksiyaları sadalayır.
 
 
 
Heyvan toxumaları
Epiteli           Birləşdirici          Əzələ            Sinir       


 
50
2) Mətnlə tanışlıq kiçik qruplarda da aparıla bilər. Hər bir qrupa abzaslara bölün-
müş  mətn verilir (mətn,  şəkillər müəllim tərəfindən də hazırlana bilər). Materialı 
öyrəndikcə “Heyvan toxumaları” adlı yekunlaşdırıcı sxem tədricən doldurulur. 
 
Toxuma növü 
Yerləşməsi Quruluş xüsusiyyətləri Funksiyaları 
Epiteli  
 
 
Birləşdirici  
 
 
Əzələ 
 
 
 
Sinir  
 
 
 
 Əgər cədvəl yuxarıda tövsiyə olunan kimi dərs boyunca doldurulursa, dərsin 
sonunda cədvəl şagirdlərlə birlikdə təhlil edilə bilər. Bu, növbəti tapşırıqların mü-
vəffəqiyyətlə yerinə yetirilməsi üçün zəmin yaradır.  
“Öyrəndiklərinizi yoxlayın” bölümündə tapşırıqların cavabı belədir: 
 
 
– Əzələ əzələ toxumasına aiddir.   
– Sinir toxumasının əsas xüsusiyyəti oyanma və ötürülmədir
– Piy, sümük, qığırdaq və qan toxumaları birləşdirici toxumaya aiddir. 
– Orqanizmdə dərinin üst səthini epiteli toxuması örtür.  
2. Düzgün cavabları: 
1 – epiteli, 2 – sinir toxuması, 3 – birləşdirici toxuma, 4 – əzələ toxuması  
 
Qiymətləndirmə meyarları: 
Sadalama 
Təsviretmə 
Zəif
 
Orta
 
Yüksək
 
Heyvan  toxumalarını düzgün 
sadalayır, təsvir edə bilmir. 
Heyvan  toxumalarını düzgün 
sadalayır, amma təsvir 
edərkən kiçik səhvlərə yol 
verir.  
Heyvan  toxumalarını ətraflı 
təsvir edir. 
Toxumaların yerinə yetirdiyi 
funksiyaların az bir qismini  
sadalayır.
 
Toxumaların yerinə yetirdiyi 
funksiyaların əsas qismini  
sadalayır.
 
Toxumaların yerinə yetirdiyi 
funksiyaları nümunələr 
göstərməklə sadalayır.
 
 
 
 


Yüklə 3,58 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə