Microsoft Word Biotexnologiyan?n ?saslar? f?nnind?n muhazir? m?tnl?ri doc



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə28/42
tarix03.05.2018
ölçüsü5,01 Kb.
#41335
1   ...   24   25   26   27   28   29   30   31   ...   42

 
70-ci  illərdən  başlayaraq  dünya  alimləri  aktinomisetlərin  bakteriyaların 
xüsusi  bir  qrupu  olduğunu  qəbul  edib  onları  Streptomyces  cinsli  (budaqlanan 
bakteriyalar)  adı  altında  birləşdirdilər.  Bəzi  aktinomisetləri  Micromonospora 
cinsinə ayırmışlar. 
 
Streptomitsin  antibiotikini  Str.  bixiniensis,  Str.  raneus,  Str.  humidis,  Str. 
reticuli,  Str.  griseocarneus  kimi  aktinomisetlər  də  əmələ  gətirirlər.  Əvvəllər 
streptomitsini  həm  səthi,  həm  də  dərin  kulturalarda  becərməklə  alırdılar.  Hazırda 
onu  sənaye  miqyasında  Str.  griseus  (Act.  streptomicini)  kulturasını  dərin  qida 
mühitində becərməklə alırlar. Seleksiya üsullarından istifadə etməklə streptomitsin 
çıxımını  100-200  q/l  streptomitsin  əmələ  gətirən  ştammlardan  istifadə  olunur. 
Sintez edilən streptomitsinin əsas hissəsi isə hüceyrələrdə qalır. Onu ayırmaq üçün 
kultura  mühitini  hüceyrələrlə  birlikdə  işləyib  məhlul  halına  keçirir,  məhlulu 
hüceyrələrdən  ayırıb streptomitsini  çökdürürlər.  Streptomitsinin  antibiotik  fəallığı 
mühitin turşuluğundan asılı olaraq çox dəyişə bilir, qələvi mühitdə yüksək bioloji 
aktivlik  müşahidə  edilir.  Qrammüsbət  və  qrammənfi  bakteriyaların  əksəriyyətinə 
güclü bakteriostatik və bakteriosit təsir göstərir. 
 
Neomitsinlər. Neomitsin 1949-cu ildə Vaksman və Leşevale tərəfindən Str. 
fradiae  bakteriyasından  alınmışdır.  Sonralar  müəyyən  edilmişdir  ki,  onun  tərkibi 
çoxlu  qarışıqlıqlardan  ibarətdir.  Bu  qarışıqlıqların  hər  biri  antibiotik  xassəli  olub 
neomitsin  A,  B,  C,  D,  E  və  F  adlanırlar.  Neomitsinlər  Str.  albogriseolis,  Str. 
kanamycesticus kulturaları tərəfindən də sintez olunur, lakin praktikada Str. fradiae 
kulturasından alınır. Qrammüsbət və qrammənfi bakteriyalara qarşı fəallıq göstərir. 
 
Kanamitsinlər.  Yapon  alimi  Umezava  1957-ci  ildə  kanamitsini  Str. 
kanamyceticus  kulturasından  almışlar.  Sonralar  kanamitsinin  üç  maddənin 
qarışığndan  ibarət  olduğu  aşkar  edildi:  kanamitsin  A,  B  və  C.  Bakteriyalara, 
xüsusən Mycobacterium tuberculosus və E. coli-yə öldürücü təsiri göstərir. 
 
Gentamitsinlər.  Bu  antibiotiklər  qrupu  (gentamitsin  A,  C,  C1  və  C2) 
Micromonospora  purpurea  kulturası  tərəfindən  sintez  edilir.  Qrammüsbət  və 


qrammənfi bakteriyaların, o cümlədən Proteus, Pseudomonas cinsli bakteriyaların 
inkişafını dayandırır. 
 
Hiqromitsin.  Antibiotik  1953-cü  ildə  Str.  hydroscopicus  kulturasından 
ayrılmışdır.  Qrammüsbət,  qrammənfi,  asidofil  və  bəzi  budaqlanan  bakteriyaların 
inkişafını dayandırır. 
 
Tetratsiklin və xloramfenikol tipli antibiotiklər.  Tetrasiklin 
tipli 
antibiotiklərə 34 kimyəvi birləşmə aiddir. Onların bəzilərini nəzərdən keçirək. 
 
Xlortetratsiklin. Bu antibiotiki 1948-ci ildə Str. aureofaciens kulturasından 
ayırmış və kulturanı aqarlı və duru qida mühitində becərməklə sənayedə biomitsin, 
aureomitsin, duomitsin adı altında almışlar. 
 
Yüksək antibiotik aktivliyi turş (pH=3,5-4,0) mühitdə göstərir. Qrammüsbət 
və qrammənfi, asidofil bakteriyalara, rikketsilər, viruslar və ibtidai heyvanlara təsir 
edir. 
 
Oksitetratsiklin.  Oksitetratsiklini  Str.  rimosus,  Str.  griseoflavus,  Str. 
armilatus,  Str.  aureofaciens  kulturalar  sintez  edirlər.  Praktikada  onu  Str.  rimosus 
növünü  nişastalı  qida  mühitində  becərməklə  alırlar.  Xlortetratsiklindən 
molekulunda xlor əvəzinə hidroksil (OH) qrupu olması ilə fərqlənir. 
 
Tetratsiklin.  lk  dəfə  xlortetratsiklinin  katalitik  xlorsuzlaşdırması  yolu  ilə 
alınmışdır.  Sonralar  müəyyən  edilmişdir  ki,  Str.  viridifaciens  və  Str.  aurofaciens 
təbii tetratsiklin sintezetmə qabiliyyətinə malikdirlər. Antibiotiklik xassəsinə görə 
xlortetratsiklin və oksitetratsiklindən heç də fərqlənmir. 
 
Xloramfenikol.  Bu antibiotik  1947-ci ildə  Erlix tərəfindən  Str.  ucnezuelae 
növündən alınmışdır. Kulturanı qliserinli dərin qida mühitində becərməklə 4 mq/l 
xloramfenikol almaq olur: 
 
Xloramfenikol  qrammüsbət  və  qrammənfi  bakteriyalara  bakteriostatik  təsir 
göstərir. 


 
Antinomitsinlər.    Antinomitsin  ilk  dəfə  Vaksman  tərəfindən  1940-cı  ildə 
Str.  antibioticus  kulturasından  kristal şəklində alınmışdır.  Hazırda onu  sintezedən 
20-yə qədər aktinomiset məlumdur: Str. chrysomallus, Str. flavus, Str. purvus, Str. 
griseus  və  s.  Elmə  aktinomitsinlərin  100-dən  çox  növü  məlumdur  və  aşağıdakı 
ümumi kimyəvi quruluşa malikdirlər: 
 
Eritromitsinlər.  Bu  qrup  antibiotiklərə  eritromitsin  A,  B  və  C  aiddir. 
Eritromitsin  A  ilk  dəfə  1954-cü  ildə  Str.  erytrees  kulturasından  alınmışdır. 
Eritromitsinlər  stafilokokk,  stretokokk  və  pnevmokokklara  bakteriosid  təsir 
göstərirlər. 
 
Rifamitsinlər.  Rifamitsinlərin  A,  B,  C,  D  və  E  formaları  məlumdur. 
Rifamitsin  Str.  mediterranei  kulturasından  ilk  dəfə  1959-cu  ildə  alınmışdır. 
Qrammüsbət bakteriyalara güclü təsir göstərir. 


MÜHAZ RƏ  11:”FERMENTLƏR N  B OS NTEZ   VƏ  FERMENT 
PREPARATLARININ ALINMASI” 
PLAN 
1. Ferment preparatlarının fiziki-kimyəvi xüsusiyyətləri, substrat spesifikliyi.  
2. Mikroorqanizmlərdə fermentlərin biosintezi.  
3. Mikrob fermentlərin alınması.  
4. Mikroorqanizmlərin sənayedə becərilməsi.  
5. Produsent  və onun  becərilmə şəraitinin seçilməsi.  
6. Fermentlərin qida mühitindən ayrılma, təmizlənmə və saxlanması 
7. Fermentlər və onların produsentləri 
 
Ə
dəbiyyat 
 1.Qənbərov X.Q., Abişov R.A.,.Ibrahimov A.Ş. “Biotexnologiyanın əsasları”, 
Bakı-1994,-284s. 
2.Грачева  И.М.,  Кривова  А.Ю.  Технология  ферментных  препаратов.  –  М.: 
Изд
-во "Элевар", 2000. – 512 с.  
3.Диксон М., Уэбб Э. Ферменты/ Пер. с англ. Л.М. Шнодмана, М.И. Левлент; 
под
 ред. В.К. Антонова и А.Е. Браунштейна: В 3-х т. – М.: Мир, 1982. 
4. Елинов Н.П. Основы биотехнологии. – СПб: Изд-во фирма "Наука", 1995. – 
600 с.  
5.Микробные  ферменты  и  биотехнология/  Под  ред.  В.М.  Фогарти.  –  М.: 
Агропромиздат
, 1986. – 318 с. 
6.Самарцев 
М
.А. 
Применение
 
иммобилизованных
 
ферментов
 
в
 
промышленных
 процессах / М.А. Самарцев, Н.В. Беляков, А.И. Кестнер. М.: 
ОНТИТЭИмикробиопром
, 1984. 
7.  Слуцкая  Т.Н.  Биохимические  аспекты  регулирования  протеолиза.  Тинро- 
Центр
. Владивосток, 1997 г., 148 с.  
8.  Фершт  Э.  Структура  и  механизм  действия  ферментов.  –  М.:  Высш.  шк., 
1993. – 496 с. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə