Microsoft Word Biotexnologiyan?n ?saslar? f?nnind?n muhazir? m?tnl?ri doc



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə29/42
tarix03.05.2018
ölçüsü5,01 Kb.
#41335
1   ...   25   26   27   28   29   30   31   32   ...   42

 
 
Bütün 
canlılarda, 
cümlədənmikroorqanizmlərdə, 
maddələrmübadiləsifermentləriniştirakı  ilə  gedir.  Yüksək  temperature  və  təzyiq 
tələb  edən  kimyəvi  proseslərdən  fərqli  olaraq,  fermentlərin  iştirakı  ilə  gedən 
reaksiya  adi  atmosfer  təzyiqi,  60-70º  C-dən  yüksək  olmayan  temperature  və 
normal  turşuluqda  asanlıqla  aparılır.  Kimyəvi  katalizatorlardan  fərqlənən 
fermentlər  (biokatakizatorlar)  yüksək  substrat  spesifikliyinə  malikdirlər.  Ən 
başlıcası,  kimyəvi  katalizatorlardan  fərqli  olaraq  biokatalizatorlar  reaksiyaların 
sürətini ən azı 10 milyon, ən çoxu isə 100000 milyard dəfə artırırlar. 
 
Son  illərə  qədər  fermentləri  əsasən  müxtəlif  heyvan,  bitki  toxumaları  və 
mikroorqanizmlərdən alırlar. Bəzi heyvan toxumalarında, məsələn, mədənin selikli 
qişasında  çoxlu  miqdarda  fermentlər  vardır.  Lakin  bu  toxumalardan  fermentlərin 
geniş  istehsalını  təşkil  etmək  xammal  bazasının  məhdudluğu  ilə  əlaqədar  olaraq 
mümkün  deyildir.  Məsələn:  ölkəmizdə  pendiristehsalı  üçün  250  t  proteolitik 
fermentlər  (rennin)  lazımdır.  Bu  qədər  fermenti  almaq  üçün  10  milyon  buzov 
mədəsi tələb olunur. 
 
Sənaye 
miqyasında 
fermentlərin 
sintezi 
üçün 
ə
sas 
mənbə 
mikroorqanizmlərdir. Bu, hər şeydən əvvəlonunla əlaqədardırki, elmə məlum olan 
bütün  ferment  tipləri  mikroorqanizmlər  tərəfindən  asanlıqla,  ucuz  xammallar 
hesabına, qısa müddət ərzində və çoxlu miqdard asintez olunur. 
 
Mikroorqanizmlərdə fermentlərin biosintezi. 
Elmə 
hazırda 
2000-ə 
qədər  ferment  məlumdurki,  onlarında  əksəriyyətini  mikroorqanizmlər  sintez  edir. 
Fermentlərin  600-dən  çoxu  təmiz  halda  öyrənilmiş,  100-dən  çoxu  isə  kristal 
şə
klində alınmışdır. 
 
Mikroorqanizmlərin  sintez  etdikləri  ferment  komplekslərinin  tərkibivə  ya 
onların 
bu  və  ya 
digər 
fermenti 
sintez 
etmək 
xassəsi, 
ə
sasən 
onlarınirsixüsusiyyətləriilə  bağlıdır.  Hər  bir  fermentin  sintezini  xromosomda 
yerləşən xüsusi gen və ya genlər tənzim edir. 


 
Fermentlər  hüceyrədaxili  və  xarici  olmaqla  iki  qrupa  bölünürlər.  Sintez 
olunduqdan  sonra  yalnız  sitoplazmada  toplanan  və  hüceyrə  daxilində  gedən 
prosesləri idarə edən fermentlərə hüceyrədaxili fermentlər deyilir. Belə fermentlər 
hüceyrə xaricinə yalnız hüceyrə lizisə uğradıqdan sonra çıxa bilirlər. Sintez edilib 
hüceyrə xaricinə ifraz olunanlar hüceyrəxarici fermentlər adlanır. 
 
Son  tədqiqatlar  nəticəsində  müəyyən  olunmuşdur  ki,  bəzi  hüceyrəxarici 
fermentlər sintez olunduqdan sonra periplazmatik boşluqda toplanır və ya hüceyrə 
divarı ilə  əlaqədar  olur.  Deməli,  hüceyrəxarici  fermentlər plazmatik  membrandan 
kənara  çıxıb  periplazmatik  boşluqda  toplanır,  hüceyrə  divarı  ilə  bağlı  olur  və 
hüceyrədən xarici mühitə ifraz edilirlər. 
Hər  bir  ferment  adətən  müəyyən 
spesifik reaksiyanı aparır, ona görə də hər hansı bir maddənin tam parçalanmasının 
təmin edən proseslər çoxlu fermentlər və ya ferment komplekslərinin iştirakı ilə və 
bir neçə mərhələdə gedir. Məsələn: sellülozanın qlükozaya çevrilməsi prosesində 4 
ferment iştirak edir . 
 
Endoqlukanaza  fermenti  sellülozanı  müxtəlif  sahələrdən  parçalayıb 
oliqosaxaridlər  əmələ  gətirir.  Bu  zaman  qlükoza  da  əmələ  gələ  bilər. 
Ekzoqlükozidaza  isə  həm  sellüloza,  həm  də  oliqosaxaridlərdən  spesifik  olaraq 
ancaq  qlükoza  əmələ  gətirir.  Sellobiohidrolaza  sellüloza  və  oliqosaxaridlərdən 
spesifik olaraq ancaq sellobioza əmələ gətirir. Sellobiaza və ya β-qlükozidaza isə 
sellobiazanı 2 molekul qlükozaya parçalayır. 
 
Müxtəlif  fermentləri  sintez  etmək  xassəsinə  malik  olmasına  baxmayaraq 
mikrob hüceyrəsində lazım olan bütün fermentlər sintez edilmir. Müəyyən spesifik 
fermentləri  ancaq  bəzi  mikroorqanizmlər  sintez  edə  bilirlər.  Məsələn,  aromatik 
karbohidrogenləri  oksidləşdirən  fermentləri  əsasən  Pseudomonas  və  Nocardia 
cinsli bakteriyalar və bəzi Candida cinsli maya göbələkləri sintez edirlər. Aromatik 
həlqəni  parçalayan  dioksigenazalar  isə  əsasən  Pseudomonas  cinsli  bakteriyalara 
xasdır. 


 
Mikrob fermentlərinin alınması.  Sənayedə  mikroorqanizmlərdən  20-yə 
qədər təmiz ferment, 40-a qədər texniki ferment preparatı alınır. 
 
Fermentlərin alınma biotexnologiyası aşağıdakı mərhələlərdən ibarətdir: 
1.produsent və onun becərilmə şəraitinin seçilməsi; 
2.produsentin fenmentasiyası (becərilməsi); 
3.fermentin qida mühitindən ayrılma, təmizlənmə və saxlanması 
Fermentlərin  sənayedə  istehsalı  və  tətbiqi  onların  canlı  orqanizmlər 
tərəfindən sintez olunmaları və canlı hüceyrədən kənarda spesifik xüsusiyyətlərini 
saxlaya bilmələri kimi mühüm xassələrinə əsaslanır. 
 
Produsent və onun becərilmə şəraitinin seçilməsi. Ferment istehsalının ilk 
mərhələsi çoxlu miqdarda istənilən fermenti sintezedən produsentin seleksiya yolu 
ilə seçilməsidir. Produsent aşağıdakı tələbləri ödəməlidir: 
1.fermenti  hüceyrədən  xaricə  sintez  edilməlidir.  Hüceyrəxarici  fermentlərin 
alınması hüceyrə divarının parçalanmasını tələb etmir, çox asan və ucuz başa gəlir; 
2.az müddət ərzində çoxlu ferment sintez etməlidir; 
3.əmələgələn fermentin ayrılması asan getməlidir. Deməli, produsent əlavə ferment 
və  zülallar  sintez  etməməli  və  ya  az  miqdarda  sintez  etməlidir,  belə  olduqda 
fermenti asanlıqla ayırırlar; 
4.ştamm antibiotik və toksin əmələ gətirməməlidir. 
Fementin sintezinə ciddi genetik nəzarət edildiyi və bu nəzarətin hüceyrəyə 
lazım  olan  miqdardan  çox  ferment  sintez  olunmasına  imkan  vermədiyindən  təbii 
ş
tammlar  çoxlu  miqdarda  ferment  əmələ  gətirə  bilmirlər.  Lakin  bəzi  konstitutiv 
fermentlər mikrob hüceyrələri tərəfindən çoxlu miqdarda sintez olunur. Sənayedə 
istifadə  olunan  fermentlərin  əksəriyyəti  indusibel  fermentlərdir.  ndusibel 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə