və ya keyfiyyətinə xüsusi tələblər mövcuddursa);
- kontraktda göstərilən təfsilat üzrə;
- marağında olan tərəflərin təsdiq etdiyi nümunə üzrə;
- əmtəədə müəyyən maddələrin mövcud olmasına
görə (max. və min. həddə);
- «tək-gəl» - əmtəəni necə varsa elə göndərilməsi
(yəni satan tərəf məhsulun keyfiyyətinə cavbdeh deyil).
Məhsulun keyfiyyətinin təyin edilməsi proseduru və
qaydası tərəflərin razılığı əsasında seçilir.
5. Məhsulgöndərmə şərtləri. Bu maddədə əmtəənin
satıcıdan alıcılara gətirilməsi üzrə xərclərin kimlər tərəfindən
ödənilməsini, əmtəə üzərində bir tərəfdən digər tərəfə
mülkiyyətinin keçməsi, məhsulun xarab olması və ya məhvi ilə
bağlı risklərin kimin üzərinə düşməsini təyin edir.
Beynəlxalq təcrübədə məhsulgöndərmənin bir neçə
şərtlərindən istifadə edirlər:
-
məhsulgöndərənin
zavodundan
(anbarından
«franko-anbar»);
- məhsulalanın «franko-anbarı»;
- FOB;
- S F;
- KAF və s.
6) Məhsulgöndərmə müddəti və vaxtı.
7) Kontraktın qiyməti (möhkəm, dəyişkən və
sürüşkən).
Müqavilədə tərəflər aralarında ödəniş şərtləri və
müddəti dəqiq göstərirməlidir.
Fəsil 9. Birjaların marketinqi və menecmenti
9. 1. Birja və hərraclarda rəqabət və reklam
Birja və hərraclarda rəqabət məsələsini anlamaq üçün
cəmi bazar iqtisadiyyatının iqtisadi köklərini bilməliyik.
Bazar iqtisadiyyatı şəraitində rəqabət qaçılmaz olaraq
ölkə daxilində insanların bütün fəaliyyətini əhatə etməklə
yanaşı, milli iqtisadiyyatın sahələri arasında, onların daxilində,
regionların arasında durduqca kəskinləşməyə doğru meyl edir
və cəmi dünya iqtisadiyyatı üzrə müxtəlif səviyyələrdə və
formalarda özünü təzahur edir. Beləliklə, bazar münasibətləri
üzərində
qurulmuş
ictimai-iqtisadi
sistemdə-kapitalist
təsərrüfatçılığı şəraitində azad tələb, təklif və qiymətlər ən
başlıca dəyərlərindən və elementlərindən olduğundan rəqabət
bu sistemin hərəkətverici və aparıcı qüvvəsinə çevrilir.
Marketinq elmi hesab edir ki, rəqabət olmasa ölkələr və
onların iqtisadiyyatı bu qədər inkişaf etməzdi və bu elmin
özüdə meydana gəlməzdi.
Birja və hərraclarda rəqabət problemi əsasən bazar
iqtisadiyyatına xas olan cəhətlərlə bağlıdır. Birja və hərracların
özləri bazarların müəyyən formada təzahürləridir və onların hər
birinin özlərinə məxsus fəaliyyət obyektləri olan bazar
məhsulları mövcuddur (əmtəələr, qiymətli kağızlar və s.).
Marketinq elminə görə məhsullarla əlaqədar funksional
rəqabət, oxşar və eyni növ məhsulların rəqabəti vardır və onlar
istər istəməz birja fəaliyyətində də nəzərə alınmalıdır. Belə ki,
funksional rəqabət eyni tələbatı ödəyə biləcək məhsullar
arasında müşahidə edilir. Misal üçün yanğınını söndürməkdən
ötəri insan su içmək istəyir və bu tələbatı sudan tutumuş, pivə,
çay, dondurma və s ödəyə bilər, yəni insanın daxilindəki
susuzluq ehtiyacının ödənilməsi funksiyasını müxtəlif
əvəzedicilər yerinə yetirə bilər. Oxşar məhsulların rəqabəti növ
xarakterli rəqabətdir, yəni məhsullar oxşar, hətta eyni zahiri
görünüşə və parametrlərə belə malik ola bilərlər, lakin onların
arasındakı daxili keyfiyyət fərqləri ciddi olduğuna görə nəzərdə
tutulan tələbatları eyni dərəcədə təmin edə bilmirlər. Eyni növ
məhsulların rəqabəti isə onunla izah edilir ki, eyni adlı, çeşidli,
texniki və texnoloci parametrli və hətta eyni qiymətə olan
məhsulların arasında alıcılar müəyyən əlamətlərə görə öz
seçimlərini edirlər. Misal üçün alıcılar eyni məhsulları (paltarı,
ayaqqabını, avtomaşınları, boyaları və s) rənglərinə görə
fərqləndirirlər, satıcılar isə satışın həcmindən, məhsulun
qablaşdırılmasından, məhsul göndərmələrin bazis şərtlərindən
asılı olaraq mallarına qiymət təyin edirlər.
Yuxarıda qeyd edilənlərlə yanaşı birja işində qiymət və
qiymətdən kənar rəqabət metodlarının olması da nəzərə
alınmalıdır. Öz nəvbəsində qiymətlə bağlı rəqabətin açıq
(birbaşa) və gizli formaları mövcuddur. Açıq (birbaşa) qiymət
rəqabətində məhsul satan tərəf satdığı malın qiymətini açıq –
aşkar aşağı salaraq, alıcıları buna görə cəlb edib satışı daha tez
zamanda həyata keçirə bilər. Gizli qiymət rəqabətində isə
məhsulun keyfiyyəti yüksəldilir, lakin bunun əvəzində qiyməti
dəyişmir və ya keyfiyyətə nisbətən az artırılır.
Qeyri – qiymət rəqabətinə isə marketinq tədbirləri, o
cümlədən satışın həvəsləndiriməsi, servis xidmətlərinin təşkili
və s daxildir. Qeyd etdiyimiz kimi bazar iqtisadiyyatı şəritində
rəqabət bu ictimai iqtisadi sistemin özəyini təşkil edərək
cəmiyyətdə olan bütün maddi, maliyyə, fiziki, intellektual və s.
imkanları səfərbər etməyə imkan verir. Bütün bu prosesə birja
və hərraclar da. bazar iqtisadiyyatının əsas infrostruktur
ünsürləri kimi yaxından cəlb edilir. Belə ki, rəqabət birja və
hərraclar arasında və onların daxilində adi hal olduğu kimi,
eyni zamanda birja və hərraclarla digər bazar növləri (sərgilər,
yarmarkalar və s.) arasında da müşahidə edilir. Bu rəqabət
bazar məhsulları arasında və alıcılar uğrunda gedərək, müxtəlif
formalar alır, qiymət amilini hərəkətə gətirir və əsasən sivil
qaydada qanunlarla tənzimlənir.
Dostları ilə paylaş: |